Vətəndə Sülh Şurası
Vətəndə Sülh Şurası (türk. Yurtta Sulh Konseyi) — 15 iyul 2016-cı ildən 16 iyul 2016-cı il tarixinə keçən gecə 65-ci Türkiyə hökumətinə qarşı uğursuz çevrilişə cəhd edən xunta.
Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərliyi komandanlıqdan kənar fəaliyyət göstərən Vətəndə Sülh Şurasının formalaşmasında iştirak etməsə də, onu Məhərrəm Kösə, Mehmet Oğuz Ağquş, Erkan Ağır və Doğan Uysal idarə etdiyi iddia olunmuşdur. Çevriliş və şuranın əsas məsul şəxsinin YAŞ üzvü general Axın Öztürk olduğu iddia edilmişdir. Həmçinin, təşkilatın Gülən hərəkatı ilə əlaqəli olduğu da iddia edilmişdir.
Tijen Karaşın TRT ekranlarında oxuduğu çevriliş bəyanatı ilə ictimaiyyət ilk dəfə şuranın varlığından xəbər tutmuşdur.
Ankara Respublika Baş Prokurorluğunun Baş Qərargahda çevriliş cəhdi ilə bağlı hazırladığı çətir ittihamnaməsində Vətəndə Sülh Şurasının 38 üzvdən ibarət olduğu iddia edilmişdir.