vaginizm sözü azərbaycan dilində

vaginizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vaginizm • 80.0000%
  • Vaginizm • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vaginizm
Vaginizm — səbəbləri 90% ehtimalla psixoloji təlaşla bağlıdır. 10% isə orqanik (yəni quruluşla bağlı) səbəblər rol oynayır. Orqanik (quruluşla bağlı) vaginizm səbəblərinə daha çox qızlıq pərdəsinin qalın və ya yüksək kənarlı olması, qızlıq pərdəsinin digər anormallıqları (ara bölməli və ya ələk şəklində qızlıq pərdəsi quruluşu), vagina içindəki ara bölmələr, bartolin absesi, vulvar vestibulit sindromu, PID və vaginitlər daxildir. Bütün bu səbəblərlə doğru müalicəyə başlamazdan əvvəl ginekoloji müayinənin böyük əhəmiyyəti vardır. Vaginizm çox geniş yayılmış şüuraltı problemdir. Ümumiyyətlə vaginizmə səbəb olan keçmişdə baş vermiş mənfi cinsi təcrübələr və ya şüuraltına yerləşmiş şişirdilmiş qorxular vardır. Vaginizm problemini həll etmək üçün altında yatan səbəb və ya səbəbləri tapmaq şərt deyildir. Əsas məsələ “əzələ yaddaşının yenidən təşkil olunmasını” bacarmaqdır. Qızlıq pərdəsinin qorunması ilə bağlı uşaqlıqdan qalan mesajlar və qorxular Həddindən çox daxili intizam, qoruma xarakterli ailə nizamı Cinsi travmalar (sataşma, təcavüz, insest, fiziki şiddət, cinsi istismar, pornoqrafik filmə baxıb iyrənmə, ana-atanın cinsi əlaqəsinin şahidi olma kimi) Hamilə qalma qorxusu yaşayanlar (abort və ya doğum onlar üçün demək olar ki, dəhşətli bir şeydir) Hədsiz sərt bir cəmiyyət içində yaşama, sərt əxlaq qaydaları və qadağalar Cinsəlliyin günah, ayıb kimi anlayışlarla bərabər tutulması, ənənələrə əsaslanan ailə quruluşu Valideynlərdən birinin tələbkarlığı (avtoriteti) İlk gecə ilə bağlı yanlış, şişirdilmiş və yarımçıq məlumatlar və mənfi rəylər (ilk gecədə ağrı və ya qanamanın çox olacağı ilə bağlı düşüncələr) Cinsi əlaqə zamanı sıxılma və rüsvay olma qorxusu Vaginanın normaldan dar və kiçik olması, penisin girməsinin qeyri-mümkün olması düşüncəsi Xüsusilə bizim kimi cəmiyyətlərdə gənc qızlara kiçik yaşlarından şişirdilmiş şəkildə “qızlıq pərdəsinin cəvahirat kimi çox dəyərli olması” düşüncəsi ilə bu mövzuda sərt rəftara məruz qalan qadınlar risk altındadırlar. Bundan başqa, uşaqlıq dövründə mənfi təcrübə və xatirələr də (sataşma və ya təcavüzlər, ev içində şiddət, sərt valideyn rəftarı) vaginizmə yol aça bilər.

vaginizm sözünün leksik mənası və izahı

vaginizm sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#vaginizm nədir? #vaginizm sözünün mənası #vaginizm nə deməkdir? #vaginizm sözünün izahı #vaginizm sözünün yazılışı #vaginizm necə yazılır? #vaginizm sözünün düzgün yazılışı #vaginizm leksik mənası #vaginizm sözünün sinonimi #vaginizm sözünün yaxın mənalı sözlər #vaginizm sözünün əks mənası #vaginizm sözünün etimologiyası #vaginizm sözünün orfoqrafiyası #vaginizm rusca #vaginizm inglisça #vaginizm fransızca #vaginizm sözünün istifadəsi #sözlük