Əliağa Vahidin heykəli (Bakı, 1990)
Əliağa Vahidin heykəli — Azərbaycan şairi, qəzəlxanı Əliağa Vahidə 1990-cı ildə Bakı şəhərində qoyulmuş heykəl.
Əliağa Vahidə heykəlin düzəldilməsi 1989-cu ildə sifariş edilir. Heykəlin müəllifi Natiq Əliyev və Rahib Həsənov memarı Sənan Salamzadə olur. Bir neçə ay ərzində davam edən yaradıcılıq prosesi 1990-cı ilin martında tamamlanır. Üç yaradıcının davamlı, gərgin axtarışları sayəsində abidənin həm orijinal bədii, həm də memarlıq həlli tapılır. Abidənin forma-biçim orijinallığı qəzəlxanın məşhur "Böyük Füzulimizin yadigarı mən özüməm" misrasından qaynaqlanır. Ağac gövdələrinin yerdən çıxaraq yuxarı yüksəlməsini müəlliflər Füzuli ənənələrinin Vahid tərəfindən yenidən "göyərdilməsi" — davam etdirilməsinə bədii işarə kimi düşünüblər. Abidənin iri ağac-portret kimi həlli də misranın əhatəli bədii görkəm alması məqsədilə gerçəkləşdirilmişdir. Abidə haqqında heykəltaraş Rahib Həsənov bunları deyib:
Abidənin tunca köçürülməsi isə Sankt-Peterburqda baş tutur. Hazırlanan heykəlin hündürlüyü 5 metr nəzərdə tutulsa da, sonradan maliyyə çatışmazlığından 3 metr olub.