vakuum sözü azərbaycan dilində

vakuum

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vakuum • 94.8375%
  • Vakuum • 5.1625%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vakuum
Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vakuumda tökmə
Vakuumda tökmə — üsulunda qəliblərin doldurulması vakuum şəraitində aparılır. Vakuumda qəliblərin məcburi doldurulması zamanı onun qazlardan mühafizə olunması mümkün olur ki, bu da nəticədə nazik divarlı, sıx və yüksək keyfiyyətli töküklərin alınması şərait yaradır. Vakuumda tökmənin müxtəlf üsulları tətbiq olunur: şərini üzərində yerlışmiş qəlibə metalın sorulması ( burada bərkimə atmosfer və ya yüksək təzyiqdə baş verir), ərintinin alt hissəsində yerləışmiş qəlibə metalın vurulması, vakuumda təzyiq altında tökmə (bu məqsədlə tökmə maşınlarında vakuumlaşdırılmış pres qəliblərdən istifadə olunur), vakuumda mərkəzdənqaçma tökmə və s. Fasonlu hissələrin hazırlanmasında vakuumda tökmə əksər hallarda vakuumda xüsusi polad və xəlitələrin əridilməsi ilə kombinasiya edilir. Tətbiq olunan üsuldan asılı olaraq vakuum 40-0,3 N/m² arasında yerləşir.
Vakuumsfer
Vakuumsfer (latınca vacuum-boşluq və sphaire-şar, təbəqə) - atmosferin ən üst təbəqəsidir. İonosferin sərhədindən yuxarıda (1200 km-ə qədər) yerləşir və çox seyrək olduğundan radio dalğalarını əks etdirmir.[1] == Həmçinin bax == Atmosfer təbəqələri İonosfer Kriosfer == İstinadlar == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.68 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••• 0.39
2004 •••• 0.67
2006 •••• 0.68
2007 •••••••••••• 1.90
2008 ••••• 0.73
2009 ••••••••••••••••••• 3.20
2010 ••••••••••• 1.72
2011 ••••••••••••• 2.06
2012 •••••••••••••••• 2.67
2013 ••••••• 1.17
2014 •••••••••••••• 2.23
2015 ••••••••• 1.53
2016 •••••• 0.87
2017 ••••••••••••••••••• 3.09
2018 ••••••••••• 1.80
2019 •••••••• 1.25
2020 •• 0.27

vakuum sözünün leksik mənası və izahı

vakuum sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. тех. физ. вакуум (разрежённое состояние газа в каком-л. приборе, сосуде). Kosmik vakuum şəraitində в условиях космического вакуума, vakuum-qurutma вакуум-сушка, vakuum-distillə вакуум-дистилляция, vakuum prosesi вакуум-процесс, vakuum-süzgəc вакуум-фильтр, vakuum-kamera вакуум-камера II прил. вакуумный. Vakuum nasosu вакуумный насос, vakuum borucuğu вакуумная трубка, vakuum termoelementi вакуумный термоэлемент, vakuum texnikası вакуумная техника, vakuum profili вакуумный профиль, vakuum fotoelementi вакуумный фотоэлемент, vakuum klapanı вакуумный клапан

    Azərbaycanca-rusca lüğət / vakuum

vakuum sözünün inglis dilinə tərcüməsi

vakuum sözünün fransız dilinə tərcüməsi

vakuum sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] физ. тех. вакуум (кӀеви къапунин ва я прибордин къене гьавадин ва я газдин лап кьери хьанвай гьал).

    Azərbaycanca-ləzgicə lüğəti / vakuum

"vakuum" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vakuum nədir? #vakuum sözünün mənası #vakuum nə deməkdir? #vakuum sözünün izahı #vakuum sözünün yazılışı #vakuum necə yazılır? #vakuum sözünün düzgün yazılışı #vakuum leksik mənası #vakuum sözünün sinonimi #vakuum sözünün yaxın mənalı sözlər #vakuum sözünün əks mənası #vakuum sözünün etimologiyası #vakuum sözünün orfoqrafiyası #vakuum rusca #vakuum inglisça #vakuum fransızca #vakuum sözünün istifadəsi #sözlük