Valetta sözü azərbaycan dilində

Valetta

Yazılış

  • Valetta • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Valetta limanı
Valetta limanıı (malta Il-Port il-Kbir) — ingiliscə adı Qrand Harbor ilə də tanınan Maltanın ən böyük limanı. Qədim dövrlərdə finikiyalılar buranı bir liman olaraq istifadə etmişlər. Daha sonra limanın vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, limanlar, priçallar və istehkamlar meydana gəlmişdir. Böyük liman hospital cəngavərləri üçün 268 il boyunca böyük strateji əhəmiyyətə sahib idi və ingilislərin adaya gəlişindən sonra da onu itirməmişdi. 23 sentyabr 1551, 1555 və ya 1556-cı illərdə (müxtəlif mənbələrə görə) Böyük limandan dağıdıcı bir fırtına keçir. Suyun üzərində meydana gələn bir tornado bir çox gəmini (Malta cəngavərlərinin sifarişli 4 gəmi daxil olmaqla) batırır. Bundan sonra hava burulğanı quruya çıxır və təxminən 600 nəfərin ölümünə səbəb olur. Tornadonun olmasına baxmayaraq, Maltanın paytaxtı - Valletta - o dövrdə mövcud deyildi. Malta cəngavərlərinin Böyük Ustası şəxsən 28 mart 1566-cı ildə onun təməl daşını qoyur. Böyük liman 1565-ci ildə Maltanın Böyük mühasirəsi zamanı cəngavərlərlə və türklər arasında bir döyüş meydanına çevrilir.
Şəhər darvazası (Valetta)
Şəhər darvazası (malta Bieb il-Belt, hərfi tərcümədə "Şəhərin qapısı") — Maltanın paytaxtı Vallettanın girişində yerləşən darvaza. Bu günə qədər qoyulan beşinci darvaza olan müasir darvaza 2011 və 2014 illəri arasında İtalyan memar Renzo Pianonun dizaynı ilə inşa edilmişdir. Əraziyə yerləşdirilən ilk qapı, 1569-cu ildə ya Fransesko Laparelli ya da Girolamo Kassarın dizaynı ilə tikilmiş Porta San Giorgio idi. Qapı 1586-cı ildə Porta Reale (malta Putirjal) adlandırıldı. 1633-cü ildə darvaza Tommaso Dinglinin dizaynı ilə yenidən quruldu. 1798-ci ildə Fransanın Maltanı işğal etməsi zamanı qısa bir şəkildə Porte Nationale olaraq adlandırılsa da, Malta 1800-cü ildə İngilislərin hakimiyyəti altına düşdükdə darvazanın adı Porta Reale olaraq dəyişdirildi.1853-cü ildə darvaza yenidən bir dəfə daha Kingsgate və ya Kingsway kimi tanınan daha böyük bir qapı ilə əvəz edildi. Bu ilk üç qapı hamısı Valletta şəhər divarlarının bir hissəsini təşkil etmişdir. Qapı qeyri-rəsmi olaraq Porta di terra ("torpaq qapısı" deməkdir) adlandırıldı, çünki bu şəhərə yeganə yerüstü giriş idi. Sonuncu möhkəmləndirilmiş qapı 1964-cü ildə söküldü, yerinə Alziro Bergonzo tərəfindən hazırlanan Futurist qapısı quraşdırıldı. Bu qapı 2011-ci ildə söküldü və 2014-cü ildə tamamlanan Pianonun qapısı ilə əvəz olundu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.68
2010 •••••• 0.18
2011 •••••••• 0.26
2012 •••••••• 0.26
2013 ••••••••• 0.29
2014 ••••••••••• 0.34
2019 ••••• 0.14
2020 •••••••••••••••••••• 0.66

Oxşar sözlər

#valetta nədir? #valetta sözünün mənası #valetta nə deməkdir? #valetta sözünün izahı #valetta sözünün yazılışı #valetta necə yazılır? #valetta sözünün düzgün yazılışı #valetta leksik mənası #valetta sözünün sinonimi #valetta sözünün yaxın mənalı sözlər #valetta sözünün əks mənası #valetta sözünün etimologiyası #valetta sözünün orfoqrafiyası #valetta rusca #valetta inglisça #valetta fransızca #valetta sözünün istifadəsi #sözlük