Vanq sözü azərbaycan dilində

Vanq

Yazılış

  • Vanq • 99.5305%
  • vanq • 0.4695%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
An Vanq
An Vanq (ing. An Wang) – çin əsilli amerikalı mühəndis və sahibkar, Wang Laboratories kompüter şirkətinin banisi An Vanq 7 fevral 1920-ci ildə anadan olmuşdur. 1948-ci ildə Harvard Universitetinin fizika üzrə doktor elmi dərəcəsini alan Vanq həmin il element bazası maqnit oxlar olan yaddaş qurğularını yaratmışdır. Mikrosxemlərin yaranmasına qədər informasiyanın saxlanması üçün məhz bu qurğulardan istifadə edilirdi. 1951-ci ildə o, ofis kompüterləri və stolüstü kalkulyatorlar istehsal edən Wang Laboratories firmasının əsasını qoyur. 1986-cı ilə qədər şirkətin prezidenti vəzifəsində çalışan Vanq sonradan rəhbərliyi oğlu Frederikə tapşırır. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Hao Vanq
Vanq Hao (çin. 王皓; ing. Wang Hao 4 avqust 1989, Harbin, Çin) — Çin şahmatçısı, qrosmeyster (2005). 2009-cu ilin noyabrında Vang Hao 2700 Elo əmsalını keçən dördüncü Çinli şahmatçı oldu. == Qrossmeyster titulu == 2005-ci ildə 16 yaşı olarkən Çinin 20-ci qrosmeysteri oldu. Harri Kasparov, Vladimir Kramnik və Boris Gelfand kimi Vang Hao beynəlxalq usta (IM) almadan qrosmeyster olmuşdu. Vanq üç qrosmeyster normalarını bu tədbirlərdə ödəmişdi: • 2005-ci ildə Moskvada keçirilən Aeroflot Open turnirinin A2 Qrupu; (Rusiya 14-24 fevral) 9-dan 6.5 xal ilə • 2005-ci ildə Dubayda keçirilən Dubai Open turniri, (BƏƏ 4–12 aprel); 9-dan 7 xal • 2005-ci il Kuala Lumpurda keçirilən 2-ci Dato Arthur Tan MAS Open turniri, (Malayziya 19–26 avqust); 11 oyundan 10 xal. Wangın ən uğurlu turnir qalibiyyəti 2005-ci ilin aprelində Dubai Open turnirində qeydə alındı. == Şahmat karyerası == 53 qrosmeyster və 30 beynəlxalq ustanı geridə qoyaraq 2731 performansı ilə birinci oldu. 2005-ci ilin avqustunda parlaq oyun ilə 11 oyundan 10 xal ilə 2-ci IGB Dato Arthur Tan Malaysia Open turnirində 2843 performansına nail oldu.
Lyu Vanq
Lyu Vanq Lyu Vanq (çin.qıs. 刘旺,pinin; Liu Vanq; 1969-cu ildə doğulmuşdur) –Çin Xalq Respublikasının təyyarəçi (pilot)-kosmonavtı, Qəhrəman Kosmonavt (2012). == Bioqrafiyası == Lyu Vanq 1969-cu il martın 25-də Şensi əyalətinin Pinyao qəzasında doğulmuşdur. 1988-ci ildən Çin Xalq azadlıq ordusunda hərbi-hava qüvvələrinin təyyarəçisi (pilotu) kimi xidmət edir. Heyət komandiri vəzifəsində xidmət etmişdir. Çin Xalq Respublikası Hərbi-Hava Qüvvələrinin Baş polkovniki. Çin Kommunist partiyasının üzvü (1988-ci ildən). == Hazirlıq və kosmosa uçuş == 5 yanvar 1998-ci ildə Şençjou kosmik proqramında iştirak etmək üçün kosmonavt dəstəsinə seçilir. ÇXAO-nun kosmonavt heyətinin ikinci dərəcəli kosmonavtı olur. 2012-ci ilin martında orbital modul operatoru qismində “Şençjou-9” kosmik gəmisinin ekipajının tərkibinə daxil olur.
Miao Vanq
Miao Vanq (d. 16 mart 1998) — Çin əsilli Azərbaycanlı stolüstü tennisçi. Miao Vanq, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında 1 gümüş və 1 bürünc medal qazanıb. == Karyerası == Miao Vanq, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Fərdi yarışlarda Miao Vanq, bürünc medal uğrunda görüşdə İran idmançısı Neda Şahsevəri ilə üz-üzə gəldi və rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazanaraq yarışların bürünc medalına layiq görüldü. Komanda yarışlarında isə o, Jinq Ninq, Məryəm İmanova və Xinqtai Çen ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Vanq Hao
Vanq Hao (çin. 王皓; ing. Wang Hao 4 avqust 1989, Harbin, Çin) — Çin şahmatçısı, qrosmeyster (2005). 2009-cu ilin noyabrında Vang Hao 2700 Elo əmsalını keçən dördüncü Çinli şahmatçı oldu. == Qrossmeyster titulu == 2005-ci ildə 16 yaşı olarkən Çinin 20-ci qrosmeysteri oldu. Harri Kasparov, Vladimir Kramnik və Boris Gelfand kimi Vang Hao beynəlxalq usta (IM) almadan qrosmeyster olmuşdu. Vanq üç qrosmeyster normalarını bu tədbirlərdə ödəmişdi: • 2005-ci ildə Moskvada keçirilən Aeroflot Open turnirinin A2 Qrupu; (Rusiya 14-24 fevral) 9-dan 6.5 xal ilə • 2005-ci ildə Dubayda keçirilən Dubai Open turniri, (BƏƏ 4–12 aprel); 9-dan 7 xal • 2005-ci il Kuala Lumpurda keçirilən 2-ci Dato Arthur Tan MAS Open turniri, (Malayziya 19–26 avqust); 11 oyundan 10 xal. Wangın ən uğurlu turnir qalibiyyəti 2005-ci ilin aprelində Dubai Open turnirində qeydə alındı. == Şahmat karyerası == 53 qrosmeyster və 30 beynəlxalq ustanı geridə qoyaraq 2731 performansı ilə birinci oldu. 2005-ci ilin avqustunda parlaq oyun ilə 11 oyundan 10 xal ilə 2-ci IGB Dato Arthur Tan Malaysia Open turnirində 2843 performansına nail oldu.
Vanq Xinyan
Vanq Xinyan (d. 26 aprel 1991) — Çini təmsil edən su poloçusu. == Karyerası == Vanq Xinyan, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Vanq Yi
Vanq Yi (29 iyul 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == Vanq Yi, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Vanq Yi, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Vanq Yinq
Vanq Yinq (7 avqust 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Vanq Yinq, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra Vanq Yinq, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Vanq Çu
Vanq Çu — Cənub-Şərqi Asiyada, xüsusilə də Vyetnamda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Rəsmi ateist mövqeyi nümayiş etdirən Vyetnam hökuməti uzun müddət ölkədə xaçpərəstlərə zülm etmişdir. Bu irtica Vanq Çu sektası kimi yeni qəribə dini hərəkatların yaranmasına gətirib çıxarmışdır. Onun banisi və “məsihi” Çjun Çanq Ka (Tu Cenq Çen kimi də tanınır) deyirdi ki, o, möcüzələr göstərmək iqtidarındadır və hmonq-xristian (hmonqlar müasir Çin, Vyetnam, Laos və Taylandın dağlıq ərazilərindən olan etnik qrupdur) dövlətini yaratmaq uğrunda mübarizə aparırdı. Nəticədə, hökumət 2011-ci ildə hmonqları narkotik qaçaqmalçılığında, torpaqların mənimsənilməsində, ətraf mühitin korlanmasında və hökumət əleyhinə fəaliyyətdə ittiham edərək sektanı dağıtdı. Onun liderlərindən bəziləri edam olundu. Lakin sekta fəaliyyətini gizli şəkildə davam etdirməkdədir. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti.
Yimey Vanq
Yimey Vanq – çinli qadın voleybolçu. Çin milli voleybol komandasının çapraz mövqedə oynayan hücumçusudur. Boş vaxtlarında pop musiqiyə qulaq asmağı sevən voleybolçu həmçinin basketbolla da maraqlanır. == Karyerası == Karyerasına doğma vətəninin Liaoninq komandasında başlayan Vanq burada 2005-06 mövsümündə Çin ölkə çempionatının qızıl medalını qazanmışdır. Uğurlu çıxışı sayəsində Çin milli komandasında oynamaq şansını tapan voleybolçunun bu mənada ilk matçı 2005-ci ilə tasadüf edir. 2008 Yay Olimpiya Oyunlarında da iştirak şansı tapan voleybolçu doğma şəhəri Pekində keçirilən yarışda milli komandanın əlavə güclərindən biri olur. (ikinci heyətin üzvi kimi) Ev sahibləri yarımfinala qədər irəliləsələr də yarımfinalda Braziliya milli voleybol komandasına məğlub olur. Üçüncülük matçında qalib gələn Çin milli komandası bürünc mükafatlara yiyələnir. Bu oyunlarda az da olsa oynamaq şansı tapan Vanq isə ilk olimpiya bürüncünə sahib çıxır. Bundan sonra o, 2012 Lodon Yay Olimpiya Oyunlarında da iştirak etmişdi.
Çenxi Vanq
Vanq Pao
Vanq Pao (laos ວັງປາວ; 8 dekabr 1929, Sianqkxuanq[d] – 6 yanvar 2011, Klovis[d], Kaliforniya) — Laos hərbçisi və siyasətçisi, kral qoşunlarının generalı, antikommunist hmonq milisi olan "Gizli Ordu"nun komandiri. Hind-Çin, Vyetnam və Laosda vətəndaş müharibələrinin fəal iştirakçısı olmuşdur. Müharibədəki məğlubiyyətdən və Laosda kommunist rejimi qurulduqdan sonra mühacirət etmiş, ABŞ-dəki icmasının və Laosun Azadlığı Uğrunda Birləşmiş Milli Cəbhənin lideri idi. O, Laosda dövlət çevrilişinə cəhddə ittiham olunmuş, hərbi cinayətlərdə və narkotik alverində iştirakda şübhəli bilinirdi. == Vəfat və irsi == Vanq Pao 2011-ci ildə 81 yaşında sətəlcəmdən vəfat etmişdir. Vang Paonun dəfn mərasimi ətrafında müəyyən çətinliklər yaranmışdı. Generalın tərəfdarları onun ABŞ-nin hərbi müttəfiqi kimi Arlinqton qəbiristanlığında dəfn edilməsində israr edirdilər, lakin hərbi cinayətlərdə və narkotiklərin qanunsuz dövriyyəsində iştirakda ciddi şübhələr olduğu üçün bu təklif rədd edilmişdi. Eyni əsaslarla Madisonda bir məktəbə Vang Pao adının verilməsi təklifi daha əvvəl mübahisələrə səbəb olmuşdu.
Leonq Vanq Kuonq
Leonq Vanq Kuonq (18 mart 1990) — Makaolu atlet. Leonq Vanq Kuonq Makaonu 2015-ci ildə XV Yüngül atletika üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Leonq Vanq Kuonq birinci dəfə Dünya çempinatına 2015-ci ildə qatıldı. O, Çinin Pekin şəhərində baş tutan XXX Yüngül atletika üzrə Dünya Çempionatında 100 metr məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 11.31 saniyəlik nəticə ilə 21-ci yeri tutdu və mübarizəni dayandırdı. Bu nəticə onun 2015-ci ildəki ən yaxşı nəticəsi hesab olunur.
Ciqme Xesar Namqyel Vanqçuk
Ciqme Xesar Namqyel Vanqçuk (dz. འཇིགས་མེད་གེ་སར་རྣམ་རྒྱལ་དབང་ཕྱུག; 21 fevral 1980[…], Katmandu[…]) — Butan Krallığının Kralı. == Həyatı == Xesar Butanın dördüncü Kralı Jiqme Sinqye Vanqçuk və üçüncü həyat yoldaşı Kraliça Aşi Tserinq Yanqdonun böyük oğludur. Kiçik bacısı Şahzadə Aşi Deçen Yanqzom və qardaşı Şahzadə Jiqme Dorjidən başqa 4 bacı və 3 qardaşı var.Yanqçenfuq Liseyində orta təhsilini başa vurduqdan sonra Xesar 1998-ci ildə təhsilini davam etdirmək üçün Filips Akademiyasına getdi, daha sonra dərəcəsini başa vurmaq üçün Kuşinq Akademiyasına daxil oldu. Daha sonra Oksford Universitetinin nəzdində Maqdalen Kollecini bitirməzdən öncə Uiton Kollecinə daxil oldu və burada Xarici Xidmət və Beynəlxalq Əlaqələr proqramları üzrə təhsilini tamamladı. == Vəliəhd şahzadə fəaliyyəti == Butan xalqı tərəfindən "Daşo Xesar" adlandırılan vəliəhd xalqla görüşmək və onlarla danışmaq üçün krallıq boyunca etdiyi çoxsaylı səfərlərdə atasını müşayiət etdi. Butanı rəsmi olaraq bir neçə beynəlxalq tədbirdə təmsil etmişdir. 8 may 2002-ci ildə Butanı 27-ci BMT Baş Məclisində təmsil etdi və dünyada milyonlarla uşağın rifahı ilə əlaqəli məsələlərə toxunaraq Birləşmiş Millətlər Təşkilatında ilk çıxışını etdi. 12 – 13 iyun 2006-cı il tarixlərində Banqkokda Tayland Kralı Bhumibol Adulyadeyin 60 illik yubileyinə qatıldı.25 iyun 2002-ci ildə vəliəhd atası tərəfindən Kabni ilə təltif edildi. == Tronqsa vilayətinin valisi fəaliyyəti == 31 oktyabr 2004-cü ildə Xesar Tronqsa Dzonqda 16-cı Tronqsa valisi olaraq təyin edildi.
Danqun Vanqqeom
Danqun Vanqqeom və ya Tanqun (hanqıl sistemində: 단군왕검, hanca sistemində: 檀君王儉) Lyaonin, Mancuriya və Koreya yarımadasında yerləşən ilk Koreya krallığı Kocosonun əfsanəvi hökmdarı. Onun "Səmanın nəvəsi" olduğu deyilir və eramızdan əvvəl 2333-cü ildə Kocoson krallığını qurub. Onun əfsanəsi haqqında ilk məlumat XIII əsr salnaməsi Samquk Yusadadır. Samquk Yusa isə Çinin Veyin kitabı salnaməsinə və Koreyanın itirilmiş tarix salnaməsi Koqiyə (고기, 古記) əsaslanır. == Əfsanəsi == Danqunun sülaləsinin əfsanəsi onun babası "Səma tanrısı" Hvanin (환인/桓因) ilə başlayır. Hvaninin Hvanun (환웅/桓雄) adlı bir oğlu var. Hvanun Yer planetində vadilər və dağlar arasında yaşamaq istəyir. Atası ona və onun 3000 tərəfdarına Pektu dağına enməyə icazə verir. Burada Hvanun Şinsi dövlətini (신시/神市, "Tanrı şəhəri") yaradır. Buludlar, yağış və küləyin nazirləri ilə birlikdə o, qanunlar və əxlaq qaydaları təsis edir və insanlara müxtəlif incəsənət sahələrini, təbabəti və kənd təsərrüfatını öyrədir.
Vanqa
Vanqa (3 oktyabr 1911, Strumitsa[d] – 11 avqust 1996 və ya 11 noyabr 1996, Sofiya) — Ekstrasens. == Həyatı == 1911-ci ildə Makedoniya Respublikasında anadan olmuşdur. 1996-cı il 11 avqust tarixində vəfat etmişdir. == "Başıma kiminsə əli toxundu" == …Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var…" Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.
Vanqapandu Prasada Rao
Vanqapandu Prasada Rao (1943 – 4 avqust 2020) — Hindistanlı şair, bəstəkar, aktyor. == Həyatı == Vanqapandu Prasada Rao 1943-cü ildə Andra Pradeş şəhərinin Vizianaqaram rayonunun Caqanadham kəndində anadan olmuşdu. Teluqu əsilli hind idi. 1972-ci ildə inqilabi partiya olan Cana Natya Partiyasını qurmuşdu. Bu partiya Hindistan Kommunist Partiyası ilə bir ideologiyada idi. 1980-ci ildən sonra daha çox bəstələrə üstünlük verən Raonun 300-dən çox bəstəsi var idi. Onun mahnıları Hindistanın düz 10 dilinə tərcümə olundu və oxundu. Son mahnılarından olan "Yantrametta" (Azadlığımız) ABŞ-də ingilis dilinə tərcümə olunmuş və oxunmuşdu. Rao bu mahnı ilə ilk dəfə ölkəxaricində tanınmışdı. O, deyirdi : "6-ya yaxın filmdə rol almışam.
Vanqdi-dzonq
Vanqdi-dzonq — Vanqdi-Pxodranq şəhərində dzonqr-qala, monastır və inzibati bina. Bu, Butanın ən böyük dzonglarından biridir. Dzonqu 1638-ci ildə Butanın birləşdiricisi Şabdrunq Nqavanq Namqyal tərəindən tikilmişdir.
Vanqlis Platellas
Vangelis Platellas (14 aprel 1988 və ya 1 dekabr 1988, Afina) — Neftçi PFK-da çıxış edən Yunanıstan futbolçusu.
Vanqut topulqası
Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Baltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.73 dəfə / 1 mln.
2003 0.39
2006 ••• 0.90
2007 0.42
2008 •••••••••••••••••••• 8.77
2009 •••••••••••• 5.12
2010 •••• 1.36
2011 •••••• 2.32
2012 •• 0.52
2013 ••• 1.17
2014 •• 0.86
2015 •• 0.85
2016 •• 0.52
2017 •••••• 2.60
2018 •••••• 2.25
2019 ••••• 1.81
2020 ••• 0.93

Oxşar sözlər

#vanq nədir? #vanq sözünün mənası #vanq nə deməkdir? #vanq sözünün izahı #vanq sözünün yazılışı #vanq necə yazılır? #vanq sözünün düzgün yazılışı #vanq leksik mənası #vanq sözünün sinonimi #vanq sözünün yaxın mənalı sözlər #vanq sözünün əks mənası #vanq sözünün etimologiyası #vanq sözünün orfoqrafiyası #vanq rusca #vanq inglisça #vanq fransızca #vanq sözünün istifadəsi #sözlük