* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. dan. Götür-qoy eləmə, çox ölçüb-biçmə, hərtərəfli düşünmə. [Yusif] çox varavurddan sonra axırda bu fikrin üstündə dayandı və ən çətin bir məsələni həll edən tələbə kimi sevindi. Ə.Vəliyev. □ Varavurd etmək (eləmək) – bax varavurdlamaq. Qonaqlar getdilər, padşah düşdü fikrə, vəzir varavurd eləyib gördü ki, padşah çox fikirdədi. (Nağıl). [Salavat] Qulama qəfilcə qəbul etdiyi qərarını bir də soyuqqanlılıqla yoxlayıb, varavurd etmək imkanını verdi. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / varavurd1 сущ. рах. веревирд, варавурд, юкӀ-чӀиб ягъун, фагьумун; varavurd etmək (eləmək) кил. varavurdlamaq.
Azərbaycanca-ləzgicə lüğəti / varavurd(Ağdam, Bərdə, Hamamlı, Xaçmaz, Oğuz, Şuşa) fikrən ölçüb-biçmə, fikirləşmə, götür-qoy etmə. – Birəz varavurddan sora razı oldu qızı verməyə (Ağdam) ◊ Varavurd eləməx’ (Ağdam, Bərdə, Hamamlı, Oğuz, Şuşa) – fikrən ölçüb-biçmək, götür-qoy etmək, fikirləşmək. – Öz-özümə varavurd elədim, gördüm kü, bu işə mənim güjüm tüşmüyəjəx’ (Ağdam); – Varavurd elədim, yenə oxumalı oldum (Oğuz); – Çox varavurd elədim, bir şey çıxmadı (Hamamlı); – Ha varavurd eli:rəm, görürəm bir şey çıxmır bu işdən (Şuşa)
Azərbaycan dilinin dialektoloji lüğəti.