Varda sözü azərbaycan dilində

Varda

Yazılış

  • Varda • 91.3043%
  • varda • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Varda körpüsü
Varda körpüsü— Adana vilayəti Karaisalı ilçəsinin Hacıkırı (Kıralan) kəndində yerləşib, yerli əhali tərəfindən "Böyük körpü" adlandırılır. Hacıkırı Dəmir Yolu körpüsü 1912-ci ildə Almanlar tərəfindən inşa edildiyi üçün Alman körpüsü kimi tanınır. Adanaya avtomobil yolu məsafəsi Karaisalıdan 64 km məsafədədir. Dəmir yolu ilə Adana stansiyasına məsafəsi 63 km-dir. Bu körpü Almanlar tərəfindən, polad qəfəs daş hörmə üsulu ilə aparılmışdır və 6 bölmədən ibarətdir. 1912-ci ildə istifadəyə verilmişdir. Körpünün tikilmə məqsədi İstanbul-Bağdat-Hicaz Dəmir yolu xəttini tamamlamaq olubdur. == Texniki xüsusiyyətləri == Kargir körpü növündə 3 əsas açıqlıqlıq və 4 əsas sütun üzərində qurulmuşdur. Körp 200 metr uzunluğunda və 99 metr hündürlüyündədi. Körpünün sütunları polad mesnet növü olub xarici örtməsi daş hörmə üsulu ilə tikilmişdir.
II Vardan
II Vardan (Qafqaz Albaniyası çarı) — Qafqaz Albaniyasının XIII çarı. II Vardan (Parfiya çarı) — Parfiya hökmdarı.
II Vardan (Parfiya çarı)
II Vardan — Arşakilər sülaləsindən atası çar I Vologez və ya I Vardana qarşı Parfiya imperiyasının bir hissəsində qısa müddətə hökmranlıq etmiş Parfiya hökmdarı. II Vardan 55–58-ci illərdə atasına qarşı üsyan qaldırmış və Midiyanın paytaxtı Ekbatanı işğal etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ellerbrock, Uwe. The Parthians: The Forgotten Empire. Oxford: Routledge. 2021. ISBN 978-0367481902. Sellwood, David (1983). "Parthian Coins". In Yarshater, Ehsan (ed.).
II Vardan (Qafqaz Albaniyası çarı)
II Vardan (v. 711) — Qafqaz Albaniyasının XIII çarı. Musa Kalankatlıya əsasən 694-cü ildə atası ilə Konstantinopola gedib 711-ci ilədək əsarətdə qalmışdır. Lakin həmin illər ərzində Pavlikanlar hərəkatına qoşulanlar arasına necə keçdiyi məlum deyil. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir və 710-cu ildən sonra vəfat etmişdir.
Mücrim Kərim Vardani
Mücrim Kərim Vardani (XIX əsr, Kərimli) — XIX əsrdə Oğuz rayonunun Vardanlı (Kərimli) kəndində yaşamış şair. == Həyatı == Mücrim Kərim Vardanı XIX əsrin birinci yarısında Vardanlı (indiki Kərimli) kəndində doğulmuş, yazıb yaratmışdır. Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin görkəmli nümayəndələrindən biridir. Türkiyəyə, Ərəbistana, Dağıstana və Rusiyaya səyahət etmiş, ərəb və fars dillərinə dərindən yiyələnmişdir. Rayonun Kərimli kəndi Mücrim Kərimin adını daşıyır. == Yaradıcılığı == Şair həm klassik qəzəl formasını, həm də Azərbaycan xalq şerini yaxşı bilmiş, hər iki formada ustalıqla öz qələmini sınamışdır. Yazdığı qəzəllər, qoşmalar, təcnislər, bağlamalar, mürebbelər, müstəzadlar, müxəmməslər, gəraylılar Azərbaycan sərhədlərindən kənarlarda da tanınmışdır. Bakıda əlyazmalar fondunda saxlanılan əlyazmada bildirilir ki, o, öz divanını 1840-1841-ci illərdə tərtib edib bitirmiş və ona “Sünbülüstan” adı vermişdir. Professor, xalq yazıçısı Əzizə Cəfərzadə 1978-ci ildə Mücrim Kərim Vardaninin şerlərini ayrıca kitab şəklində “Sünbülüstan” adı ilə Bakıda çap etdrmişdir. Şeirlərini "Mücrim", "Kərim" və "Mücrim Kərim" təxəllüsləri ilə imzalayan Mücrim Kərimin şəxsiyyətinə dair bizdə heç bir məlumat yoxdur.
Vardablur
Vardablur — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Vardacur
Vardacur — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində qəsəbə. 1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == Qəsəbə ərazidəki eyniadli çayın adını almışdır. Hidronim türk dillərindəki var (yarğan, dərə, çay yatağı) və İran dillərindəki cur (su, çay) komponentlərindən düzəlib, “yarğandan, dərədən axan çay” mənasındadır.
Vardak
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. == Əhalisi == Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir.Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar.Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar. Dinləri islam (şiə qolu) dinidir. Etnik kökən baxımından əsasən afşar türklərindən ibarətdirlər.
Vardanants meydanı
Vardanants meydanı (erm. Վարդանանց Հրապարակ) — Ermənistanın Gümrü şəhərinin ən böyük meydanı. Meydan Vardan Mamikonyanın xatirəsinə adlandırılmışdır. == Tarixi == Meydan 1930-cu illərdə, Sovet dövründə Gümrünün mərkəzində açılnışdır, 1920-ci ildə Ermənistanda baş verən May üsyanının şərəfinə "May Qələbələri meydanı" adlandırılmışdır; layihənin müəllifi memar Aleksandr Tamanyan idi. 25 iyun 2016-cı ildə Ermənistana üç günlük apostol səfərində olan Roma Papası Fransisk burada Latın adətiylə liturgiya keçirdi. Mərasimdə Bütün Ermənilərin Katolikosu II Qaregin də iştirak etdi. == Təsviri == Vardanants meydanı düzbucaqlı formaya malikdir (280 × 140 m). Şimaldan Qay küçəsi, cənubdan Vahan Çeraz küçəsi, qərbdən Abovyan küçəsi və şərqdən Şaumyan küçəsi ilə həmsərhəddir. Meydan bir neçə fəvvarə ilə bəzədilib, mərkəzində Avarayr döyüşünə həsr olunmuş memorial yerləşdirilib. Memorial 2008-ci ildə qurulmuş və Sasanilərə qarşı Avarayr döyüşündə vuruşan erməni ordusu başçılarının heykəllərini ehtiva edir, mərkəzində isə Ermənistanın milli qəhrəmanı Vardan Mamikonyanım heykəli qoyulub.
Vardane
Vardane — Krasnodar diyarında, Soçi şəhərinin mikrorayonu. Lazarevski rayonunun "Soçi kurort-şəhər" tərkibinə daxildir. == Coğrafiyası == Vardane rayonu Qara dəniz sahilində, Buu çayının mənsəbində yerləşir. Rayon mərkəzi Lazarevskoeden 37 km cənub-şərqdə, Soçinin mərkəzindən 40 km şimal-qərbdə və Krasnodardan 270 km cənubda (yolla) yerləşir. A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmiryolunun bir qolu yaşayış məntəqəsindən keçir. Vardane dəmir yolu platforması yaxınlıqda yerləşir. Çınqıllı çimərlik zolağının uzunluğu 600 metr, eni isə 5 metrdir. Vardana qəsəbəsi dar sahil zolağında yerləşir və üç tərəfdən dağlar və silsilələr ilə əhatə olunub. Kəndin relyefi əsasən dağlıqdır. Orta hündürlük dəniz səviyyəsindən 36 metrdir.
Vardanlı
Kərimli (əvvəlki adı: Vardanlı) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq Vardanlı kənd Soveti Kərimli kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Vardanlı olmuşdur. Kənd şair Mücrim Kərim Vardaninin şərəfinə 1991-ci ildən Kərimli kimi rəsmiləşdirilmişdir. Yaşayış məntəqəsi Şahsevənlərin kərimli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır və həmin tirənin adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Kəndin ərazisində arxeoloji və memarlıq abidələrindən Qala yeri (V–VIII əsrlər), Türbə (XV əsr), Kurqanlar (Tunc dövrü) mövcuddur. Bu abidələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir. Hazırda Kurqanlarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qazıntı-tədqiqat işləri aparılır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 12 km. cənubda, Əlicançayın (Kürün qolu) sol sahilindən 4 km.
Vardar
Vardar (mak. Vardar, yun. Αξιός) — Makedoniyanın ən uzun, Yunanıstanın əsas çaylarından biri. == Ümumi xarakteriskası == Uzunluğu — 388 km, hövzəsi isə 24 438 км²-dir. Çayın mənbəyi Vrutok kəndi yaxınlığında yerləşir. Mənsəbinin hündürlüyü 683 metrdir. Vardar çayının hövzəsi demək olar ki, Makedoniya ərazisinin üçdə iki hissəsini əhatə edir. Vardar çayı demək olar ki, bütünlüklə dağlıq ərazidən axır. Çayın keçdiyi ərazilərdə ölkənin ən münbüt torpaqların yayılmışdır. == Adının mənası == Vardar sözünün dəqiq mənşəyi haqqında məlumat yoxdur.
Vardar Skopye FK
Vardar – Makedoniyanın futbol klubu.
Vardaşın
Aranzəmin (Varazabun, Vardaşın) — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aranzəmin kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, Mirzəbuyi (Mirzənin yurdu), Mirzəboyun adları bu kəndin keçmiş adları olmuşdur. Tədqiqatçıların fikrincə, alban hökmdarı I Varazın (VI əsr) burada iqamətgahı olduğuna görə kənd Varazabun adlanmışdır. Bəzi mənbələrdə bu kəndin adı Vartaşen kimi də qeyd olunmuşdur. Nizami Gəncəvinin Xosrov və Şirinində Şirinin Aranzəminə gəldiyi yazılır.[mənbə göstərin] Oykonim aran və zəmin (far. "yer, məkan") sözlərindən düzəlib, "isti və mulayim iqlimə malik düzənlik yer" mənasındadır. Mənbələrin məlumatına görə, XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ əyalətindən köçüb gəlmiş bəzi ailələr Şuşa qəzasındakı Aranzəmin adlı sahədə məskunlaşmışlar. Aranzəmin kəndi bir müddət Mirzəbəyli (Mirzənin yurdu) adlanmışdır.
Vardan Areveltsi
Vardan Areveltsi, həmçinin Şərqli Vardan (erm. Վարդան Արևելցի) və ya Böyük Vardan (təq. 1198, Gəncə, Arran, Eldənizlər – 1271, Xorvirab monastırı) — erməni tarixçisi, coğrafiyaçısı, filosofu, dilçisi, tərcüməçisi, müəllimi və kilsəsi və ictimai xadimi. == Həyatı == Vardan ya Kilikiyada, ya da indiki Gəncə şəhərinin yaxınlıqlarında anadan olmuşdur. İbtidai təhsilini evdə və Qoşavəng monastırında almış, Mxitar Qoşun tələbəsi olmuşdur. Bundan sonra o, Ovannes Vanakan ilə indiki Tavuş mərzinin Çinari kəndi ərazisində yerləşən Xoranaşat monastırında təhsilini davam etdirmiş, burada qrammatika, ilahiyyat və kitab biliyini təkmilləşdirmişdir. O, erməni dili ilə yanaşı, yunan, süryani, fars, həmçinin ivrit və latın dillərini də bilirdi. O, vardapet və 1235-ci ildən rabunapeta dərəcəsi aldıqdan sonra tədqiqat fəaliyyətini inkişaf etdirmişdir. Vardan 1235–1239 və 1252–1255-ci illərdə Kayenaberddə Müqəddəs Andrey monastırının məktəbini qurmuşdur. 1239-cu ildə Yerusəlimə yola düşmüşdür.
Kamo Vardanyan
Kamo Vardanyan (18 mart 1966, Noraşen, Hadrut rayonu) — general-mayor. Qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri (2021). == Həyatı == Kamo Baxaturoviç Vardanyan 18 mart 1966-cı ildə Martuni rayonunun Noraşen kəndində anadan olub. Norşen kəndindəki orta məktəbdə oxuyub. 2006-cı ildə Rusiya Silahlı Qüvvələrinin Birləşmiş Silahlı Qüvvələrin Akademiyasını bitirib. 2019-cu ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.1992-ci il fevralın 1-dən Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət edir. 1992–2012-ci illərdə ordunun müxtəlif hərbi hissələrində taqım komandiri, taqım komandirinin müavini, tabor komandirinin müavini — qərargah rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, komandir müavini kimi vəzifələrdə çalışıb. 2007–2012-ci illərdə orduda alpinistlər birliyinin komandiri idi. 2012-ci il noyabrın 12-də Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu Baş Qərargah rəisinin birinci müavini təyin edilib. 6 may 2011-ci ildə ona general-mayor hərbi rütbəsi verilib.
Ruben Vardanyan
Ruben Karlenoviç Vardanyan (25 may 1968, İrəvan) — Erməni əsilli milyarder, investor, vençur xeyriyyəçisi və sahibkar. Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri. == Həyatı == 1968-ci il mayın 25-də İrəvanda anadan olub. 1985-ci ildə İrəvan 20 saylı məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, birinci kursdan sonra SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, 1992-ci ildə isə İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ruben Vardanyan 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçüb. O, bütün Rusiya aktivlərini ailə fonduna, idarəetməni isə tərəfdaşlarına keçirmək qərarına gəlib. 2022-ci il oktyabrın 20-də Qondarma Dağlıq Qarabağ Respublikasının tanınmamış dövlət qurumunun hökumət başçısı vəzifəsini tutmağa razılaşıb. Ruben Vardanyan 2022-ci il noyabrın 4-də vəzifəsinin icrasına başlayıb. Azərbaycan Dövlət Sərhəd Xidməti 2023-cü il sentyabrın 27-də Vardanyanın Dağlıq Qarabağdan Ermənistana doğru hərəkət edərkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq Bakıya aparıldığını bildirib.
Vardan Stepanyan
Vardan Stepanyan (erm. Վարդան Ստեփանյան; 8 mart 1966, İrəvan – 3 iyul 1992, Mirikənd, Xocavənd rayonu), daha çox Düşmən Vardan kimi tanınır — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı. O, Ermənistanda əhəmiyyətli bir hərbi komandir sayılır. == Həyatı == === Erkən həyatı və Əfqanıstan === Vardan Stepanyan 9 mart 1966-cı ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. 1983-cü ildə İrəvanda yerləşən 32 saylı Tumanyan məktəbini bitirdikdən sonra Sovet Ordusuna çağırılmışdır. 1984–1986-cı illərdə Əfqanıstanda xidmət etmişdir. Oradakı xidmətlərinə görə Stepanyan "İgidliyə görə" medalı və "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilmişdir. Sovet Ordusundan tərxis olunduqdan sonra Stepanyan İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur. === Birinci Qarabağ müharibəsi === Stepanyan 1988-ci ilin əvvəlində Qarabağ hərəkatına qoşulmuşdur. O, əvvəlcə Qarabağ ermənilərinə silah və texnikanın verilməsində Əfqanıstan müharibəsinin erməni veteranları qrupuna rəhbərlik etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2009 •••••••••••• 0.16
2010 ••••••• 0.09
2011 ••••••••••••• 0.17
2012 ••••••• 0.09
2016 ••••••••••••• 0.17
2019 •••••••••••••••••••• 0.28

"varda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#varda nədir? #varda sözünün mənası #varda nə deməkdir? #varda sözünün izahı #varda sözünün yazılışı #varda necə yazılır? #varda sözünün düzgün yazılışı #varda leksik mənası #varda sözünün sinonimi #varda sözünün yaxın mənalı sözlər #varda sözünün əks mənası #varda sözünün etimologiyası #varda sözünün orfoqrafiyası #varda rusca #varda inglisça #varda fransızca #varda sözünün istifadəsi #sözlük