Varşava sözü azərbaycan dilində

Varşava

Yazılış

  • Varşava • 99.8033%
  • VarŞava • 0.0983%
  • varşava • 0.0983%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Varşava
Varşava (pol. Warszawa [varˈʂava]) — Polşanın paytaxtı, ərazicə və əhalicə ən böyük şəhəri. 1596-cı ildə kral III Sigizmundun Vavel qəsrində yanğın olduqdan sonra o öz iqamətgahını Varşavaya köçürür. Paytaxt kimi statusu ilk dəfə Polşanın 1791-ci il Konstitusiyasında əksini tapıb. Şəhərin ərazisindən Visla çayı axır. == Tarixi == Varşava şəhərinin əsası 1300-cü ildə polyak knyazlarının biri tərəfindən qoyulub. Sürətlə böyüyən şəhər 1413-cü ildə Masoviya knyazlığının paytaxtına çevrilir. 14–15-ci əsrlərdə Varşava iqtisadiyyatı ticarət və sənətkarlığın əsasında inkişaf edirdi. 1526-cı ildə Varşava Polşa krallığının tərkibinə daxil olur. Artıq 1529-cu ildə ilk dəfə Varşavada Polşa seyminin toplantısı keçirilir.
Varşava Hersoqluğu
Böyük Varşava Hersoqluğu (pol. Księstwo Warszawskie) — Reç Pospolitanın ikinci və üçüncü bölüşdürülməsi zamanı Prussiya və Avstriya İmperiyasına verilmiş Polşa ərazilərində 1807-ci il Tilzit sülhündən sonra qurulmuş dövlət. Varşava Hersoqluğu Napoleon Fransasının protektoratında idi və Altıncı Koalisiya qoşunları tərəfindən fəth edildiyi zamana qədər 1813-cü ilədək de-fakto mövcud olmuşdur. Vyana Konqresinin qərarlarına əsasən, hersoqluğun böyük hissəsi Polşa çarlığı adı ilə muxtariyyət statusunda Rusiya İmperiyasının tərkibinə daxil edilmişdir. == Ərazisi == Hersoqluğun ərazisi (1807) 103 min km², əhalisinin sayı - 2,6 milyon nəfər təşkil edirdi. Varşava Hersoqluğunun Avstriya ilə müharibəsindəki qələbəsindən sonra Reç Pospolitanın üçüncü bölüşdürülməsi zamanı itirilən Polşa əraziləri də ona ilhaq edildi. Bu yeni ərazilərə əzəli Polşa torpaqları olan Krakov, Lublin, Radom, Sandomir daxil idi. Nəticədə hersoqluğun ərazisi 52 min km², əhalisi isə 1,7 milyon nəfər artmışdı. Hersoqluğun paytaxtı Varşava idi. == Dövlət quruluşu == Hersoqluğun Konstitusiyası Napoleon tərəfindən 1807-ci il iyulun 22-də Drezdendə təsdiq edilmişdir.
Varşava Konvensiyası
Varşava Konvensiyası - Hava nəqliyyatında sərnişinlərin və yüklərin daşınmasını tənzimləyən müqavilə.12 oktyabr 1929-cu ildə Varşavada imzalanıb. 1955-ci ildə və 1971-ci ildə əlavə və dəyişikliklər olunub. İngilis dilində - Convention for Unification of certain rules relating to international carriage by air. Orijinal mətni fransız dilində tərtib olunmuşdur və Polşa Xarici işlər Nazirliyinin arxivində saxlanılır.
Varşava Universiteti
Varşava Universiteti (pol. Uniwersytet Warszawski, lat. Universitas Varsoviensis) — Polşanın ən böyük və nüfuzlu universitetlərindən biri, 1816-cı ildə təsis edilib. 2004-cü il məlumatına görə 60 min tələbəsi vardır. Britaniyanın "Tayms" jurnalı onu dünyanın 200 ən yaxşı universitetləri siyahısına daxil edib. == Mənbə == == Ədəbiyyat == A. Kraushar, "Siedmiolecie Szkoły Głównej Warszawskiej, Wydział prawa i administracyi" (Варш., 1883).
Varşava gettosu
Varşava gettosu (alm. Warschauer Ghetto‎; pol. getto warszawskie; ivr. ‏גטו ורשה‏‎) — Polşanın paytaxtı Varşava şəhərində yəhudilərin toplanılması və saxlanılması üçün nəzərdə tutulmuş getto düşərgəsi. Varşava gettosu III Reyx dönəmində olmaqla 1940-cı ilin oktyabr ayından 1943-cü ilin may ayına qədər fəaliyyət göstərmişdir. Gettonun ümumi ərazisi 3.4 km2 təşkil edirdi və burada toplamda 400.000 min yəhudi saxlanılmışdır. Varşava gettosunda saxlanılan yəhudilərin 254,000 nəfərə yaxını 1942-ci ilin yay aylarında Treblinka ölüm düşərgəsinə göndərilərək öldürülmüşdür. Varşava gettosu mövcud olduğu 3 il ərzində; getto daxili üsyanlar, şiddət və zorakılıq faktları ilə birlikdə ümumilikdə 300.000 min yəhudinin ölümünə səbəb olmuşdur. Getto dünya tarixində eyni millətdən olan insanların kompakt şəkildə saxlanıldığı ən böyük yer kimi tarixə keçib. Varşava gettosunda saxlanılan 400 mindən çox yəhudi Varşava şəhər əhalisinin 38% təşkil edirdi.
Varşava tramvayı
Varşava tramvayı — Polşa ərazisində mövud olan tramvay nəqliyyatı. Tramvay yolunun uzunluğu 254 km, maşrut xəttinin uzunluğu 470 km təşkil edir. 4 vaqon deposuna sahibdir. Trmvay şəbəkəsi 876 vaqondan ibarətdir. 26 xəttə sahibdir. Sistem 1866-ci ilin 11 dekabr tarixində yaranmışdır. == Tarixi == Varşava tramvayınln tarixi 11 dekabr 1866-cı ildən başlayır. Bu zaman Vyana (pol. Dworzec Wiedeński) Pererburq (pol. Dworzec Petersburski) və Terespol (pol.
Böyük Sinaqoq (Varşava)
Böyük Sinaqoq (ivr. ‏בית הכנסת טלומצקה‏‎; pol. Wielka Synagoga w Warszawie) - Polşanın paytaxtı Varşava şəhərində yerləşmiş sinaqoq. Məbəd 1875-1878-ci illərdə şəhərdə yaşayan yerli yəhudi icması tərəfindən tikilimişdir. Böyük Sinaqoq olaraq adlandırılan məbəd 1878-ci ilin 26 sentyabr tarixində Roş Haşana bayramı münasibəti ilə istifadəyə verilir. Uzun müddət şəhərin əsas sinaqoqu olaraq fəaliyyət göstərən Böyük sinaqoq 1943-cü ildə Varşava gettosunda saxlanılan yəhudilər tərəfindən başladılmış Varşava gettosu üsyanı zamanı Üçüncü Reyx ordusu tərəfindən dağıdılmışdır.
Legiya Varşava FK
Legiya (Varşava) (pol.
Varşava Hersoqluğu Ordusu
Varşava Hersoqluğu Ordusu - 1807-1813-cü illərdə mövcud olmuş Böyük Varşava Hersoqluğunun ordusu. Bu dövlət Reç Pospolitanın ikinci və üçüncü bölüşdürülməsi zamanı Prussiya və Avstriya İmperiyasına verilmiş Polşa ərazilərində 1807-ci il Tilsit sülhündən sonra qurulmuşdu. Varşava Hersoqluğu Napoleon Fransasının protektoratında idi və Altıncı Koalisiya qoşunları tərəfindən fəth edildiyi zamana qədər 1813-cü ilədək mövcud olmuşdur. Hersoqluğun ordusu dövlətin özü kimi 1807-1813-cü illərdə mövcud olmuşdur. Dövlət yaradıldıqdan sonra hersoqluğun ordusu da avtomatik olaraq təşkil edilmişdir. Daimi ordunun sayı təqribən 50 min nəfər idi. Ordunun tərkibi 35 min nəfər piyada, 12,5 min nəfər süvari, 3,5 min nəfər artilleriya və 800 mina təmizləyicilərdən ibarət olmuşdur. Piyada hissələr üç batalyonun daxil olduğu 17 alaydan, hər batalyon isə 6 rotadan ibarət idi (1-qrenadyor, 1- yeger, 4- fuzilor). Süvarilər dörd heyətdən ibarət 16 alaydan ibarət olmuşdu (1- kirasir, 2- qusar, 3- atlı-yeger və 10-ulan). Artileriya 12 rotadan ibarət bir piyada alayından və 2 batareyadan ibarət at alayından təşkil edilmişdi.
Varşava Milli Muzeyi
Varşava Milli Muzeyi (Polşada: Muzeum Narodowe w Warszawie), adətən MNW olaraq bilinir, Varşavadakı Milli Muzey, Polşanın ən böyük muzeylərindən biri olmaqla,paytaxtdakı ən böyük muzeydir.Buraya 11 minə yaxın əsərdən ibarət zəngin və qədim sənət kolleksiyası (Misir, Yunan, Roma), 16-cı əsrdən bəri geniş Polşa rəsm qalereyası və xarici rəsmlər kolleksiyası (İtalyan, Fransız, Flaman, Holland, Alman və Rus), müharibədən sonrakı Almaniyada Amerika hakimiyyəti tərəfindən muzeyə köçürülmüş Adolf Hitlerin xüsusi kolleksiyasından bəzi rəsmlər də daxil edilmişdir. Muzey, eyni zamanda, Polşada 5000-ə yaxın əşyanın daxil olduğu Çin sənətinin ən böyük kolleksiyasına sahib olan Müttəfiq işğal altında olan Almaniya numizmatik kolleksiyalar, tətbiqi sənət qalereyası və şərq sənəti şöbəsinin də evidir. Muzey Avropadakı Nubian xristian sənətinin ən böyük kolleksiyasıyla Faras Qalereyası və Polşa ilə tarixən əlaqəli bütün bölgələrin əsərlərini özündə cəmləşdirən, həmçinin Avropanın digər bölgələrində yaradılan seçilmiş əsərlərlə tamamlanmış orta əsr sənət əsərləri qalereyasına malikdir. == Tarixi == Varşavadakı Milli Muzey, 20 May 1862-ci ildə "Təsviri Sənətlər Muzeyi, Varşava" olaraq quruldu və 1916-cı ildə "Milli Muzey, Varşava" olaraq dəyişdirildi (Keçmişin Nöqtələrinə Qayğı Cəmiyyəti, Varşava Universitetindəki Qədim Muzey, Təsviri Sənətlərin Təşviqi Cəmiyyətinin Muzeyi və Sənaye və Kənd Təsərrüfatı Muzeyi kimi muzey və mədəniyyət müəssisələrindən kolleksiyalar daxil olmaqla). Kolleksiya, Qüds prospektində, 1927-1938–ci illər arasında inkişaf etdirilən Tadeusz Tolviński tərəfindən hazırlanmış bir binada yer alır (əvvəllər muzey ulica Podvale 15 ünvanında yerləşirdi). 1932-ci ildə binanın əvvəllər ucaldılmış iki qanadında dekorativ sənət sərgisi açıldı. Yeni binanın açılışı isə 18 iyun 1938-ci ildə oldu.Məqsədli modernist bina Şahzadə Kazimierz Poniatovski üçün 1776–1779–cu illər arasında qurulmuş Na Książęcem Parkının kənarında yerləşirdi. 1935-ci ildən bəri muzey direktoru ΙΙ Dünya müharibəsi illərində ən qiymətli sənət əsərlərini qorumaq üçün səy göstərən Stanislav Lorentz idi.Polşanın işğalı zamanı bina xarab oldu və Varşavanın mühasirəsindən sonra kolleksiya, 1937-ci ildə Almaniyadan rəsmi səfərləri zamanı ən qiymətli sənət əsərlərinin hərtərəfli siyahısını hazırlamış nasist tarixçisi Dagobert Freyin başçılıq etdiyi Gestapo tərəfindən darmadağın edildi. Gestapo qərargahında Rembrandtın "Martin Soulmans" portreti işğal edilmiş Krakovda Hans Franka hədiyyə olaraq təqdim edildi və Berlinə göndərilmək üçün hər şeyi yığdı. Müharibədən sonra professor Lorenzin başçılıq etdiyi Polşa hökuməti almanların ələ keçirdiyi bir çox əsərləri bərpa etdi.
Varşava Müqaviləsi Təşkilatı
Varşava Müqaviləsi Təşkilatı (VMT) — 14 may 1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaranan hərbi ittifaq. Bu müqavilə NATO-nun yaradılmasına SSRİ-nin cavabı idi. Müqavilənin şərtlərinə görə müqaviləyə qoşulan ölkələr beynəlxalq münasibətlərdə güc nümayiş etdirmək və tətbiq etməkdən çəkinmək və müqaviləyə qoşulan ölkələrdən hər hansı birinə hərbi hücum olacağı təqdirdə ona bütün mümkün vasitələrlə, o cümlədən hərbi qüvvə ilə dərhal yardım etmək öhdəliyini götürürdülər. == Tarixi == Müqavilə Albaniya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Polşa, Rumıniya və SSRİ arasında imzalanmış və 5 iyun 1955-ci ildə qüvvəyə minmişdir. Bu sənəd Varşava Müqaviləsi Təşkilatının nizamnamə aktı idi. Əslində Varşava Müqaviləsi əvvəllər SSRİ ilə Çexoslovakiya (1943), Polşa (1945), Bolqarıstan, Macarıstan ve Rumıniya (1948) arasında imzalanmış ikitərəfli müqavilələri tamamlayırdı. Almaniya Demokratik Respublikası Paktın hərbi qoluna 1956-cı ildə qoşuldu. 1962-ci ildə Albaniya SSRİ ilə siyasi ixtilaflarına görə təşkilatdakı fəaliyyətini dondurdu və 1968-ci ildə təşkilatın qoşunlarının Çexoslovakiyaya yeridilməsindən sonra onu tərk etdi. Təşkilatın əsas məqsədi NATO-ya qarşı durmaq və iştirakçı dövlətlərdə anti-kommunist çıxışlarının yatırılması idi. Bu qurum AFR-in 9 may 1955-ci ildə ABŞ-nin təklifi ilə Avropada Sovet nüfuzunun artmasından narahat olan 12 ölkənin 1949-cu ildə qurduğu Şimali Atlantika Alyansı NATO-ya qoşulmasına cavab kimi yaradılıb.
Varşava Politexnik Universiteti
Varşava Politexnik Universiteti (pol. Politechnika Warszawska) — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == 4 yanvar 1826-cı il tarixində Polşada açılmış Texnologiya İnstitutu yanında Hazırlıq Məktəbi ilk çoxsahəli texniki universitet oldu. Varşava Politexnik Universiteti onun ənənələrinin varisi kimi çıxış edir. Hazırda universitet Polşanın aparıcı texniki ali məktəblərindən biridir. Ali təhsil ocağında aparıcı dünya universitetlərinin alim və professorları daxil olmaqla yüksək ixtisaslı professor-müəllim heyəti dərs deyir. Universitet üç maarifləndirici səviyyədə (bakalavriatura, magistratura, aspirantura) təhsil təklif edir, həmçinin doktorantura təhsili almaq imkanını verir. Tədris polyak və ingilis dillərində aparılır. Ali məktəb ödənişli və ödənişsiz təhsil (müsabiqə əsasında) verir. Ali təhsil müəssisəsinin Varşava şəhərinin mərkəzində iki böyük binası var.
Varşava döyüşü (1920)
Varşava döyüşü həmçinin Visla üzərində möcüzə kimi də tanınır (pol. cud nad Wisłą) — 1919-1921-ci illərdə Sovet-Polşa müharibəsinin əsas döyüşlərindən biri, hansındaki, Sovet Ordusunun Polşanın içərilərinə doğru irəliləməsinin qarşısı alındı və müharibədə əsaslı dönüş əldə edildi. Varşava döyüşünün nəticəsi Polşanın müstəqilliyinin qorunmasına səbəb oldu. Riqa Sülh Müqaviləsinə görə Qərbi Ukrayna və Qərbi Belarusun geniş əraziləri Polşaya verildi. == Qərb cəbhəsinin hücumu == Kiyev əməliyyatının uğuru Fəhlə-Kəndli Qızıl Ordusunun komandanlığının təşəbbüsü ələ keçirməsinə imkan verdi. Əməliyyat zamanı Sovet qoşunları Polşa cəbhəsini yara bilmədi. Ancaq Baş Komandan Serqey Kamenev artıq Qərb Cəbhəsində yeni bir hücum hazırlığına başlamışdı . Qərb cəbhəsinin komandanı Mixail Tuxaçevskinin 2 iyul 1920-ci il tarixli 1423 saylı əmrində deyilirdi: İyulun 4-də səhər tezdən Qərb Cəbhəsi həlledici hücuma keçdi. Əsas zərbə böyük qüvvələrin cəmləşdiyi sağ, şimal cinahlardan endirildi, bununlada canlı qüvvə və silah sarıdan demək olar ki, ikiqat üstünlüyə nail olundu. Əməliyyat planına görə Qai Qayanın süvari korpusu Polşa hissələrinin ətrafına dolanıb polyakların Belarus cəbhəsini Litva sərhədinə, oradan isə Polesye bataqlıqlarına doğru sıxışdırmalı idi.
Varşava getto oğlanı
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. == Zəmin == Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Varşava gettosu üsyanı
Varşava gettosu üsyanı (alm. Aufstand im Warschauer Ghetto‎; ivr. ‏אױפֿשטאַנד אין װאַרשעװער געטאָ‏‎ ; pol. powstanie w getcie warszawskim) - 1943-cü ilin 19 aprel tarixində Varşava şəhərində yerləşən Varşava gettosunda yəhudilər tərəfindən başladılmış üsyan. Üsyan 1 aya yaxın davam etmiş 16 may tarixində Üçüncü Reyx əsgərləri tərəfindən yatırılmışdır. Hadisələr II Dünya müharibəsi ərzində yəhudilər tərəfindən təşkil edilmiş ən böyük silahlı toqquşmalardan biri kimi tarixə keçmişdir. İlk günlərdə gettoya nəzarəti itirən nasistlər 4 həftə davam edən silahlı toqquşmardan sonra üstünlüyü yenidən ələ almağı bacarmışdır. Varşava gettosu üsyanı nəticəsində gettoda yaşayan 56 min yəhudi öldürülmüş, 7 mini isə edam edilmək üçün Treblinka ölüm düşərgəsinə göndərilmişdir. Hadisələr nəticəsində ümumilikdə 71 min insan həlak olmuşdur.
Varşava müqaviləsi (1970)
Varşava müqaviləsi (alm. Warschauer Vertrag‎) — AFR (Qərbi Almaniya) ilə Polşa Xalq Respublikası arasında müqavilə. Alman Kansleri Villi Brandt və Polşa Baş naziri Yozef Tsirakeviç tərəfindən 7 dekabr 1970-ci ildə Varşavadakı Prezident Sarayında imzalanmış və 17 may 1972-ci ildə Almaniya bundestaqı tərəfindən təsdiq edilmişdir. Müqavilədə hər iki tərəf zorakılığa əl atmamağa və 1945-ci ilin avqust ayında Potsdam konfransında Müttəfiq güclər tərəfindən qurulan Oder-Neyse boyunca mövcud sərhədi tanımağı özlərinə borc bildilər. Almaniya ilə sərhəd Polşa üçün olduqca həssas bir mövzu idi, çünki Alman hökumətinin keçmiş şərq ərazilərinin bir hissəsini geri almağa çalışacağından narahat idi. Polşa nöqteyi-nəzərindən bu bölgələrin köçürülməsi 1939-cu ildə Sovet İttifaqına birləşdirilən Kerzon xəttinin şərqindəki keçmiş Polşa əraziləri üçün kompensasiya hesab olunurdu. == Haqqında == Almaniyada Brandt, siyasətini milli maraqlara xəyanət kimi xarakterizə edən müxalifətçi mühafizəkar blok XDİ / XSİ tərəfindən sərt bir şəkildə tənqid olundu. İmzalanarkən, müqavilə Polşanın FRG ilə sərhədlərinin müəyyənləşdirilməsi məsələsində son nöqtə sayılmadı , çünki bu müqavilənin IV maddəsində bu razılaşmanın əvvəlki müqavilələrin müddəalarını ləğv etmədiyi xüsusən Potsdam müqaviləsi. Beləliklə, bu Müqavilənin müddəaları, Potsdam Sazişində göstərildiyi kimi, II Dünya Müharibəsində Almaniya ilə Müttəfiqlər arasındakı son sülh müqaviləsi əsasında dəyişdirilə bilər. Varşava müqaviləsi, Brandtın yürütdüyü və hakim Alman Sosial Demokrat Partiyası tərəfindən dəstəklənən "Şərq siyasətində" mühüm bir element idi.
Varşava ticarət qülləsi
Varşava ticarət qülləsi (ing. Warsaw Trade Tower) — Polşanın paytaxtı Varşavada yerləşən göydələn. 43 mərtəbəli göydələnin hündürlüyü 184 metr, anten ilə birlikdə - 208 metr, Polşadakı ikinci ən yüksək göydələndir. Qalanın inşası 1997-ci ilin iyun ayından 1999-cu ilin noyabr ayına qədər davam etdi. Bina Wyszyński, Majewski, Hermanowicz və RTKL memarlıq bürosu tərəfindən hazırlanmışdır. Tikinti 2002-ci ildə əmlakını Apollo-Ridaya satan Cənubi Koreyanın Daewoo şirkəti tərəfindən həyata keçirilmişdir.
Varşava üsyanı (1944)
Varşava üsyanı — Krayova Ordusunun (KO) komandanlığı və mühacir Polşa hökumətinin təşkilatçılığı ilə 1944-cü il avqustun 1-dən oktyabrın 2-dək davam edən Varşavada Üçüncü Reyxə qarşı qaldırılmış üsyan.Həmin vaxt şəhərdə fəaliyyət göstərən bütün gizli təşkilatlar üsyanda iştirak etmişdilər. KO ilə yanaşı, üsyanda aktiv iştirak edənlər arasında Milli silahlı qüvvələrin bölmələri və sol qüvvələr tərəfindən yaradılan Lyudov Ordusunun, Polşa Lyudov Ordusu və Təhlükəsizlik Korpusunun hissələri var idi. Lyudov Ordusunun bir hissəsi kimi Yəhudi Mübarizə Təşkilatının dəstəsi də üsyana qoşulmuşdu. Varşava üsyanı hərbi cəhətdən almanlara qarşı yönəldilmişdisə, siyasi olaraq SSRİ-yə qarşı idi. Polşa Milli Azadlıq Komitəsi açıq şəkildə qərb müttəfiqlərinin siyasətinə qarşı çıxırdı. Polyakların çıxışı 1944-cü il avqustun 1-də, alman bölmələri 2-ci qvardiya tank ordusuna qarşı hücum edərkən, bir neçə saat sonra ordu müdafiəyə keçərkən başladı. Üsyanın başlaması ilə bağlı dərhal qərarın verilməsinin səbəbi sovet tanklarının Varşavanın Praqa bölgəsinin sağ sahilindəki Tarquvek rayonunda görünməsi barədə şayiələr idi. Halbuki, sovet qoşunlarının irəliləməsi Vislanın şərq sahilindəki Varşavanın kənarında alman hissələri tərəfindən dayandırılmışdı. Əslində, sovet hissələri alman əks hücumlarını dəf edə bilsə də, salınmış körpülər (Maqnuşevski plasdarmı və Pulavski plasdarmı) Qırmızı Ordunun əlində qaldı. Lakin 1-ci Belarus Cəbhəsi mobil bölmələrsiz qaldı və manevr hücumu imkanından məhrum edildi.Bu, alman qoşunlarına qüvvələrini yenidən toparlamağa və Polşa üsyançılarının müqavimətini darmadağın etməyə imkan verdi.
Sovet hərbi qəbiristanlığı (Varşava)
Varşavadakı sovet hərbi qəbiristanlığı — Polşanın paytaxtı Varşava şəhərinin Mokotuv rayonunda yerləşən Polşanı işğaldan azad etmək üçün Vermaxta qarşı həyata keçirilən Varşava-Poznan əməliyyatında həlak olan Qızıl Ordunun 21,468 əsgəri üçün xatirə kompleksi. == Xüsusiyyətlər == Kompleks Varşavada İkinci Dünya müharibəsi iştirakçıların xatirəsinə tikilən ilk abidədir. Kompleksdə əsgərləri təbrik dən fəhlələr təsvir edilmişdir. 1944-cü ildə gerçəkləşən Varşava üsyanının baş verdiyi yerin yaxınlığında tikilən kompleks sosialist realizmi metodundan ilhamlanaraq inşa edilmişdir. Abidə 9 may 1950-ci ildə açılmışdır. Sahəsi 19.2 hektar olan qəbiristan kompleksinin ana hissəsində əsgərlərin kütləvi məzarları yerləşir. Kütləvi məzarların yerləşdiyi sahə iki yerə bölünür. Hər iki hissənin mərkəzində 38 metrlik bir obelisk yerləşir. Obeliskin təpəsində bir qızıl ulduz var. Qəbiristanda rus və polyak dillərində həkk olunmuş mətnlər mövcuddur.
Varşava Təbiət Elmləri Universiteti
Varşava Təbiət Elmləri Universiteti (Polyakca: Szkoła Główna Gospodarstwa Wiejskiego, SGGW, İngiliscə: Warsaw University of Life Sciences, WULS) — 1816-cı ildə yaradılmışdır və Polşanın ən böyük təbiət elmləri və kənd təsərrüfatı universitetidir. Universitet 1200-ü akademik təhsil işçisi olmaqla, 2600-dən çox işçiyə sahibdir. Universitet kənd təsərrüfatı, iqtisadiyyat, humanitar, texniki və təbiət elmləri də daxil olmaqla 13 fakültə və 34 təhsil sahəsini özündə ehtiva edir. Universitetdə 27000-ə qədər tələbə təhsil almaqdadır.
Varşava gettosundakı yəhudi oğlan
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. == Zəmin == Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Varşava Hersoqluğunun Avstriya ilə müharibəsi
Varşava Hersoqluğunun Avstriya ilə 1809-cu il müharibəsi — Napoleon Bonopartın Beşinci Koalisiyaya qarşı müharibələrindən biri. 1809-cu ildə Avstriya ilə müharibədə qələbə qazanıldı. Bu münaqişə Napoleonun beşinci koalisiyaya qarşı apardığı müharibənin bir hissəsi idi. Fransa ilə beşinci koalisiyanın müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 14 minlik hərbi korpus qalmışdı. Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36.000 minlik Avstriya qoşunu Saksoniya və Varşava Hersoqluğuna hücum etdi. Ershersoq bütöv bir dövləti tutmağı planlaşdırırdı. Raşin ətrafında döyüşün nəticəsi olan konvensiyanın imzalanması başa çatmamış ershersoq Ferdinand Karl qəflətən hücum edərək müdafiəsi zəifləmiş Varşavanı ələ keçirdi. Lakin polyaklar əks hücuma keçərək və Pulav, Lublin, Sandomir, Zamoysk qalasını, Lvov, Radom və Krakovu azad etdilər. Nəticədə Varşava Hersoqluğunun ərazisi 103 mindən 155 min km2-ə qədər artdı. Yeni ərazilərdə 4 departament - Lublin, Krakov, Radom və Sedlinski yaradıldı.
Varşava gettosundakı yəhudi oğlanın fotoşəkli
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. == Zəmin == Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Varşava şəhəri
Varşava (pol. Warszawa [varˈʂava]) — Polşanın paytaxtı, ərazicə və əhalicə ən böyük şəhəri. 1596-cı ildə kral III Sigizmundun Vavel qəsrində yanğın olduqdan sonra o öz iqamətgahını Varşavaya köçürür. Paytaxt kimi statusu ilk dəfə Polşanın 1791-ci il Konstitusiyasında əksini tapıb. Şəhərin ərazisindən Visla çayı axır. == Tarixi == Varşava şəhərinin əsası 1300-cü ildə polyak knyazlarının biri tərəfindən qoyulub. Sürətlə böyüyən şəhər 1413-cü ildə Masoviya knyazlığının paytaxtına çevrilir. 14–15-ci əsrlərdə Varşava iqtisadiyyatı ticarət və sənətkarlığın əsasında inkişaf edirdi. 1526-cı ildə Varşava Polşa krallığının tərkibinə daxil olur. Artıq 1529-cu ildə ilk dəfə Varşavada Polşa seyminin toplantısı keçirilir.
Varşava İnformasiya Texnologiyaları Universiteti
Varşava İnformasiya Texnologiyaları Universiteti — Polşada universitet, İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Varşava İnformasiya Texnologiyaları Universiteti müasir informasiya texnologiyalarından effektiv istifadə edilməsi, informasiya sistemlərini idarə edilməsi, kompüter qrafikası sahəsində proqram təminatı və qabaqcıl texnologiyaların yaradılması üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə 2004-cü ildə yaradılıb. Universitet informatika ixtisas üzrə ən yüksək mühəndis-texniki təhsil təklif edir. Ali məktəbin korpusu 9 min m² sahəni əhatə edir. Bura auditoriyalar, laboratoriya məşğuliyyətləri üçün kabinetlər, həmçinin bir çox tədris sinifləri daxildir. Universitet kompüter texnikası ilə yüksək səviyyədə təchiz edilib. Belə ki, ali təhsil ocağında lokal şəbəkədə internetə sürətli çıxışa malik 300-dən çox kompüter mövcuddur. Ali məktəb daxilində ixtisaslaşdırılmış ədəbiyyata sərbəst çıxışa malik onlarla kompüterlə təchiz edilmiş müasir kitabxanaqurulub. Həmçinin daim yeni laboratoriyalar yaradılır. Bu yaxınlarda müasir “Laboratoriya ölçüləri” üzərində iş başa çatdırılıb.
"Varşavanın azad edilməsinə görə" medalı
"Varşavanın azad edilməsinə görə" medalı - SSRİ Ali Sovetinin 9 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Varşava Universitetinin əsas korpusu (Rostov-na-Donu)
Varşava Universitetinin əsas korpusu (Rostov-na-Donu) - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 33 ünvanında yerləşən bina. Bina 1912-1914-cü illərdə İ. E. Çerkesianın layihəsi əsasında inşa edilmişdir. Bina Bolşoy Sadovnaya küçəsinin və Ostrovnaya xiyabanının küncündə yerləşir. Hal-hazırda Cənub Federal Universitetinin korpuslarından biridir. Rostov Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Modern stilində inşa edilmişdir. == Tarixi == XX əsrin əvvəllərindı Poçtovı xiyabanı və Bolşoy Sadovnaya küçələri ərazisində 1-ci dərəcəli gildiya taciri N. İ. Çurilinə məxsus fabrik korpusu mövcud olmuşdur. 1912-ci ildə şəhər duması burada yeni gəlirli bina tikməyi qırara alır. Şəhər duması müsabiqə elan edir və bu yarışmada Sankt-Peterburq Dövlət Arxitektir-Tikinti Universitetinin tələbəsi İ. E. Çerkesianın layihəsi qalib gəlir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq kiyevli mühəndis İ. Q. Torov və rostovlu arxirektor Qriqori Nikolayeviç Vasilevin layihələri tutur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.95 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 ••••••••••• 8.66
2004 •••••••• 6.74
2005 •••••••••••••••••••• 16.87
2006 •••••• 4.50
2007 •••••••••• 7.61
2008 •••••••• 6.58
2009 ••••••• 5.60
2010 ••••••••• 7.44
2011 ••••••••• 7.29
2012 ••••••••••• 8.78
2013 •••••• 4.67
2014 •••••••• 6.69
2015 •••••••• 6.46
2016 ••••••••••••• 10.59
2017 •••••••• 6.02
2018 ••••••• 5.24
2019 ••• 2.50
2020 •••••••••••• 9.28

varşava sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#varşava nədir? #varşava sözünün mənası #varşava nə deməkdir? #varşava sözünün izahı #varşava sözünün yazılışı #varşava necə yazılır? #varşava sözünün düzgün yazılışı #varşava leksik mənası #varşava sözünün sinonimi #varşava sözünün yaxın mənalı sözlər #varşava sözünün əks mənası #varşava sözünün etimologiyası #varşava sözünün orfoqrafiyası #varşava rusca #varşava inglisça #varşava fransızca #varşava sözünün istifadəsi #sözlük