Vasilkov sözü azərbaycan dilində

Vasilkov

Yazılış

  • Vasilkov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vasilkov döyüşü
Vasilkov döyüşü - Vasilkov aviabazasının və eyni adlı şəhərin ələ keçirilməsi uğrunda Rusiya Silahlı Qüvvələri və Ukrayna Silahlı Qüvvələri arasında 26 fevral tarixində başlamış döyüş. == Arxa plan == Fevralın 26-da səhər tezdən rus paraşütçüləri Vasilkov aviabazasını ələ keçirmək üçün Kiyevdən bir qədər cənubda yerləşən Vasilkov şəhərinə eniş etməyə başlayıblar. Enişdən az sonra şəhərə nəzarət uğrunda şiddətli döyüşlər başlayıb. Rus desantlar ilə ukraynalı müdafiəçilər arasında şiddətli döyüşlər gün boyu davam edib.Saat 01:30-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iddia edib ki, Ukraynaya məxsus Su-27 qırıcısı desantları daşıyan Rusiyaya məxsus İlyuşin İL-76 təyyarəsini vurub.
Vasilkov mayolika xoruzu
Vasilkov mayolika xoruzu (ukr. Півник васильківської майоліки) — Valeri Protoryev və Nadiya Protoriyeva tərəfindən yaradılmış Vasilkovda yerləşən mayolika fabrikində təkrarlanan dekorativ əşya. Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Borodyankadakı evlərdən birinin fotosu yayıldıqdan sonra mübarizə simvoluna çevrilmişdir Fotoşəkildə müşahidə olunur ki, mənzilin demək olar tamamilə dağılmasına baxmayaraq, divardakı mətbəx şkafı üstündə olan dekorativ mayolika xoruzu ilə birlikdə salamat qalmışdı. == Tarixi == Xoruz 1960-cı illərin əvvəlindən 1980-ci illərə qədər Vasilkovda yerləşən mayolika fabrikində istehsal edilmişdir. Əsərin müəllifinin əvvəlcə səhvən Prokop Bidasiyuk olduğunu iddia edilmişdir. Vasilkov mayolika fabrikinin baş rəssamı Sergey Denisenko hesab etmişdir ki, xoruzun müəllifliyi Valeriy Protoryev və onun həyat yoldaşı Nadiyaya məxsusdur.2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanıBorodyankada yerləşən xaraba evdən çəkilən fotoşəkildə evin içində şkaf və üzərində yerləşən dekorativ mayolika xoruzu salamat qalmışdır. Bu fotoşəkil dünyada məşhurlaşdıqdan sonra Ukrayna mediası və sosial şəbəkələrdəki insanlar bu incəsənət əsəri ilə maraqlanmağa başlamışdılar. Şkaf Yelizaveta Servatınskanın diqqətini cəlb etmiş və o, şkafın fotoşəkillərini çəkmişdir. Bundan sonra Kiyev Şəhər Şurasının deputatı Viktoriya Burdukova hamının diqqətini mayolika xoruzuna yönləndirmişdir.Xoruz şkaf ilə birlikdə Milli Ləyaqət İnqilabı Muzeyinin ekspozisiyasına aparılmışdır. == Simvolika == Bombalanmadan salamat çıxmış və olduğu divarda qalmış xoruzlu mətbəx şkafı mətanət və mübarizə simvoluna çevrilmişdir.
Zoya Vasilkova
Zoya Vasilkova (4 may 1926, Leninqrad – 1 iyun 2008, Sankt-Peterburq) — sovet və rus aktrisası. == Həyatı == Zoya Nikolaevna Vasilkova 4 may 1926-cı ildə Leninqradda Nikolay Korniloviç və Zoya İvanovna Vasilkova ailəsində anadan olmuşdur. 1943-cü ilin iyulunda 17 yaşında könüllü olaraq cəbhəyə getdi. Çavuş rütbəsində Hava Hücumundan Müdafiə 7-ci Korpusunun meteoroloji xidmətində baş meteoroloq vəzifəsində çalışmışdır. Döyüş zamanı o mərmiyə tuş gəlmiş və yaralanmışdır. 1949-cu ildə Vasili Vanin VGIK kursunu bitirib, sonra aktyor Teatr-Studiyasının heyətinə daxil oldu. Sovet rəssamlarının Çin, Polşa və Şərqi Almaniyada qastrol səfərlərində iştirak etmişdir. 1959-cu ildən M. Qorki adına kinostudiyada aktrisa kimi çalışmışdır. Zoya Nikolaevna Vasilkova 1950-1990-cı illərdə epizodik rolların aparıcı ifaçısı idi. Əsasən rus qadınlarını oynadı: zadəganlar, qesseslər və ya əksinə qızlar, dayələr, kazaklar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17
#vasilkov nədir? #vasilkov sözünün mənası #vasilkov nə deməkdir? #vasilkov sözünün izahı #vasilkov sözünün yazılışı #vasilkov necə yazılır? #vasilkov sözünün düzgün yazılışı #vasilkov leksik mənası #vasilkov sözünün sinonimi #vasilkov sözünün yaxın mənalı sözlər #vasilkov sözünün əks mənası #vasilkov sözünün etimologiyası #vasilkov sözünün orfoqrafiyası #vasilkov rusca #vasilkov inglisça #vasilkov fransızca #vasilkov sözünün istifadəsi #sözlük