Vasilyeva sözü azərbaycan dilində

Vasilyeva

Yazılış

  • Vasilyeva • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yekaterina Vasilyeva
Yekaterina Vasilyeva (d. 30 may 1976) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yekaterina Vasilyeva, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Yekaterina Vasilyeva, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Vera Vasilyeva
Vera Kuzminiçna Vasilyeva (rus. Вера Кузьминична Васильева, 30 sentyabr 1925, Moskva, RSFSR, SSRİ – 8 avqust 2023, Moskva) — Sovet və Rusiya teatr və kino aktrisası. SSRİ xalq artisti (1986), ikiqat "Stalin" mükafatı laureatı (1948,1951). Ən məşhur kino işləri arasında "Sibir diyarının əfsanəsi" (1947), "Çuk və Gek" (1953), "Cehizli toy" (1953) filmləri, teatrda isə "Dəli gün və ya Fiqaronun evlənməsi", "Döyüşçü qız" və s. tamaşalar var.
Mariana Vasilyeva-Toteva
Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. == Həyatı == Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb.2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib.2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır. 2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib. 2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub. Bundan əvvəl o, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi. == Məşqçi fəaliyyəti və uğurları == Vasileva Azərbaycanın Bədii Gimnastika üzrə baş məşqçisi təyin edildikdən sonra Azərbaycan, xüsusilə yeni nəsil gimnastlar arasında həm fərdi, həm də qrup yarışlarında beynəlxalq uğur qazanmağa başlayıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.66 dəfə / 1 mln.
2007 •• 0.21
2008 •••••••••••••••••••• 3.17
2009 ••••••••••• 1.60
2010 •••• 0.54
2011 •••••••• 1.12
2012 •••• 0.52
2013 ••• 0.44
2014 •••• 0.51
2015 •••••••• 1.19
2016 •••••• 0.87
2017 ••• 0.33
2018 ••• 0.45
2019 ••• 0.42
#vasilyeva nədir? #vasilyeva sözünün mənası #vasilyeva nə deməkdir? #vasilyeva sözünün izahı #vasilyeva sözünün yazılışı #vasilyeva necə yazılır? #vasilyeva sözünün düzgün yazılışı #vasilyeva leksik mənası #vasilyeva sözünün sinonimi #vasilyeva sözünün yaxın mənalı sözlər #vasilyeva sözünün əks mənası #vasilyeva sözünün etimologiyası #vasilyeva sözünün orfoqrafiyası #vasilyeva rusca #vasilyeva inglisça #vasilyeva fransızca #vasilyeva sözünün istifadəsi #sözlük