* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••• | 37.69 |
2003 | •••••• | 26.38 |
2004 | •••••• | 26.28 |
2005 | ••••• | 21.59 |
2006 | ••••• | 22.97 |
2007 | •••••• | 29.39 |
2008 | •••••• | 24.85 |
2009 | ••••••••• | 41.76 |
2010 | •••••••• | 37.13 |
2011 | ••••••• | 30.11 |
2012 | •••••••• | 36.74 |
2013 | •••••••• | 36.18 |
2014 | ••••••••• | 42.39 |
2015 | •••••••••••• | 54.95 |
2016 | •••••••• | 36.44 |
2017 | •••••••••• | 49.10 |
2018 | ••••••••••••••• | 69.22 |
2019 | •••••••••••••••••••• | 98.75 |
2020 | •••••••••••••••• | 77.05 |
1 is. [ər.] 1. Bir şeyi əldə etmək, yaxud bir işi həyata keçirmək üçün lazım olan şey, üsul, yol, alət və s. İstehsal vasitələri. Nəqliyyat vasitələri. Müdafiə vasitələri. Texniki vasitələr. Dil insanların ünsiyyət vasitəsidir. – Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Ə.Haqverdiyev. □ Bu vasitə ilə – bu yol ilə, bu üsul ilə, bu qayda ilə. Molla Xəlil axırda bu fikrə gəlmişdi ki, müəllimlə dost olsun. Bu vasitə ilə onu özü üçün zərərsiz bir hala sala bilərdi. S.Hüseyn. 2. Müalicə və səhiyyə üçün lazım olan şeylər, maddələr; dərman. Sarğı vasitələri. Dezinfeksiya vasitələri. 3. İki şəxs və ya tərəf arasında əlaqə düzəldən və ya vasitəçi olan adam; miyançı. [Gülsəba:] Bir kişi tayfası varmı ki, aralıqda vasitə ola. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / vasitə2 сущ. 1. средство: 1) приём, способ действия для достижения чего-л. Yeganə vasitə единственное средство, ifadə vasitəsi средство выражения, mübarizə vasitələrindən biri одно из средств борьбы, dil ünsiyyət vasitəsidir язык – средство общения 2) обычно во мн. ч. лекарства, препараты, материалы, необходимые для лечения. Sarğı vasitələri перевязочные материалы, dərman vasitələri лекарственные средства 3) обычно во мн. ч. предметы, приспособления или их совокупность, необходимые для осуществления чего-л. Avtomobil nəqliyyatı vasitələri автотранспортные средства, rabitə vasitələri средства связи, istehsal vasitələri средства производства 2. способ, путь. Bu vasitə ilə этим способом, таким путём 3. протекция, поддержка со стороны кого-л ◊ vasitə olmaq служить средством; hər vasitə ilə всеми способами, всячески, всемерно, всеми средствами
Azərbaycanca-rusca lüğət / vasitə1 i. 1. means; (müalicə vasitəsi) remedy; ~silə by means (of); mümkün olan bütün ~lərlə by all possible means, by every means; ünsiyyət ~si communicative means; Dil insanlar arasında ünsiyyət vasitəsidir Language is a means of communication between people; kütləvi informasiya ~ləri mass (information) media; nəqliyyat ~ləri transport facilities; 2. way, mode, method; bu ~ ilə in this way; digər ~ ilə in a different way
Azərbaycanca-ingiliscə lüğət / vasitə1 is. 1) moyen m ; procédé m ; expédient m (hiylə) ; remède m ; ~silə au moyen de qch ; à l’aide de qch ; par l’intermédiaire de qn ; mümkün olan bütün ~lərlə par tous les moyens possibles ; bütün ~lərdən istifadə etmək mettre tout en œuvre ; ünsiyyət ~si moyen m de communication ; Dil insanlar arasında ünsiyyət ~sidir La langue est un moyen de communication entre les êtres humains ; kütləvi informasiya ~ləri les medias, les moyens d’information ; nəqliyyat ~ləri moyens m pl de transport
Azərbaycanca-fransızca lüğət / vasitə1 [ər.] сущ. 1. са кар авун патал лазим тир затӀ, алат; рехъ, къайда ва мс.; istehsal vasitələri производстводин алатар; bu vasitə ilə и рекьелди, и къайдада; 2. медицинадиз лазим тир затӀар, дарман, бинт ва мс.; 3. кьве касдин ва я кьве терефдин арада алакъа туькӀуьрдай ва я арачивал ийидай кас; арачи.
Azərbaycanca-ləzgicə lüğəti / vasitə(ing. Mean; tr. Araç) vasitə sözünün anlamları çoxdur. Ərəb mənşəlidir. Vəsət sözündən törəmişdir. Cəmi isə vəsait – dir. Fəlsəfi anlamda isə hər hansı bir məqsədə, mərama çatmaq üçün, yaxud fikir bəyan etmək üçün istifadə olunan və işin – prosesin gedişatına kömək edən müəyyən əlavələrdir. Vasitə sözü dilimizdə çox geniş işlədilməkdədir. Vasitəsizlik– sübutun köməyi olmadan alınmış bilik, həmişə nəinki təcrübənin məlumatları ilə, eyni zamanda məntiqi düşüncə ilə vasitələnən diskursiv və demonstrativ bilikdən fərqli olaraq həqiqətin bir başa seyri.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. arada olma, iki şeyin, adamın arasında olma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti