vaxtsızçiçək sözü azərbaycan dilində

vaxtsızçiçək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vaxtsızçiçək • 66.6667%
  • Vaxtsızçiçək • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vaxtsızçiçək
Vaxtsızçiçək (lat. Colchicum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Cinsin nümayəndələrinin vətəni Qərbi Asiya, Avropa, Aralıq dənizi sahillərinin bir hissəsi, Şərqi Afrika sahillərindən aşağı Cənubi Afrika və Qərbi Keypdir. Cinsin bütün növləri zəhərlidir. == Təsviri == Vaxtsızçiçək və zəfəran bir-birinə bənzəyir və təsadüfi bir müşahidəçi tərəfindən qarışdırıla bilər. Bununla birlikdə, vaxtsızçiçəyin 3 dişiciyi və 6 erkəkciyi olduğu halda, zəfəranın 1 dişiciyi və 3 erkəkciyi var. Zəfəran sözügedən cins ilə heç bir qohumluğa malik deyil və süsənkimilər fəsiləsinə aiddir. == Etimologiya == Cinsin adı müasir Gürcüstandakı Kolxida bölgəsinin qədim yunanca adı olan Κολχίς ("Colchis") sözündən gəlir. Kolxida yunan mifologiyasında arqonavtların qızıl yun axtarışı üçün getdiyi və Yasonun Medeya ilə qarşılaşdığı yer kimi təqdim olunur. == Dərman olaraq istifadəsi və zərərləri == Bu cinsə daxil olan bitkilər podaqra və erməni xəstəliyini müalicə etmək üçün əczaçılıqda istifadə edilən kolxisin alkaloidinin zəhərli miqdarını ehtiva edir.
Ağəsnək vaxtsızçiçək
Ağəsnək vaxtsızçiçək (lat. Colchicum liparochiadys) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.
Gözəl vaxtsızçiçək
Gözəl vaxtsızçiçək (lat. Colchicum speciosum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü. == IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu == “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot [bitki]sidir. Kök yumrusu uzunsov dairəvi, iri, 5 sm-ə qədər uzunluğunda və 3-4 sm enində, tünd-qəhvəyi qınla örtülüdür, uzun, enli borucuğa keçir. Yarpaqları 4 sayda, 25 sm uzunluğunda, 4 sm-ə qədər enində, aşağıdakılar daha iridir. Çiçəklər iri 1-4 ədəddir. Çiçəkyanlığı 5-6,5 sm uzunluğunda, 16- enindədir. Erkəkcik 2 dəfə çiçəkyanlığından qısadır.
Əlvan vaxtsızçiçək
Əlvan vaxtsızçiçək (lat. Colchicum variegatum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinin vaxtsızçiçək cinsinə aid bitki növü.
Vaxtsızçiçəkkimilər
Vaxtsızçiçəkkimilər (lat. Colchicaceae) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. 2016-cı ilə olan məlumata əsasən fəsilə ümumi 285 məlum növü olan 15 cinsdən ibarətdir. == Cinsləri == Androcymbium Willd. Baeometra Salisb. ex Endl. Burchardia R.Br. Camptorrhiza Hutch. Colchicum L. typus — Vaxtsızçiçək Disporum Salisb. — Disporum Gloriosa L. Hexacyrtis Dinter Iphigenia Kunth Kuntheria Conran & Clifford Littonia Hook.

Oxşar sözlər

#vaxtsızçiçək nədir? #vaxtsızçiçək sözünün mənası #vaxtsızçiçək nə deməkdir? #vaxtsızçiçək sözünün izahı #vaxtsızçiçək sözünün yazılışı #vaxtsızçiçək necə yazılır? #vaxtsızçiçək sözünün düzgün yazılışı #vaxtsızçiçək leksik mənası #vaxtsızçiçək sözünün sinonimi #vaxtsızçiçək sözünün yaxın mənalı sözlər #vaxtsızçiçək sözünün əks mənası #vaxtsızçiçək sözünün etimologiyası #vaxtsızçiçək sözünün orfoqrafiyası #vaxtsızçiçək rusca #vaxtsızçiçək inglisça #vaxtsızçiçək fransızca #vaxtsızçiçək sözünün istifadəsi #sözlük