Monparnas vağzalında qəza
Monparnas vağzalında qəza — Qranvil-Paris Express üzrə hərəkət edən paravozun Monparnas vağzalının dayanacağında buferi aşması zamanı-22 oktyabr 1895-ci ildə baş verən qəza. Qatar bir neçə dəqiqə gecikmişdi və itmiş vaxtı geri qaytarmaq üçün sürücü sürəti artırdı, ancaq çox böyük sürətlə stansiyaya daxil olan qatarın hava əyləci işləmədi. Buferi keçdikdən sonra qatar stansiya zalını keçdi və divarlarla toqquşaraq qəzaya uğradı. Aşağı küçədəki qadın daş hörgüsü üzərinə düşməsi nəticəsində həlak oldu. Sürücü 50 frank, konduktorlardan biri isə 25 frank cərimə olunub.
Qatar stansiyanın çölündə şəkildə göstərildiyi kimi bir neçə gün qaldı və bir sıra şəkillər çəkildi. Bu şəkil daha çox istifadə olunan təsvir oldu. Qəzaya uğrayan paravozun tam oxşarı Braziliyada inşa edilmiş parkda qurulmuşdur.
Qranvildən Paris Expressə 1895-ci ilin 22 oktyabrında hərəkət edən 721 nömrəli buxar lokomativi üç yük vaqonu, bir poçt vaqonu və altı sərnişin vaqonundan ibarət idi. Qatar Qranvil vağzalını 8:45-də tərk etdi , ancaq 131 sərnişinlə Paris Monparnas vağzalına yaxınlaşana kimi bir neçə dəqiqə gecikdi.