Velya sözü azərbaycan dilində

Velya

Yazılış

  • Velya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sidadi-Velya
Sidadi-Velya (Portuqacada "köhnə şəhər", və ya Santiago de Cabo Verde) — Kabo-Verdedə, Santyaqu adasının cənubunda şəhər.1462-ci ildə qurulmuş:77 şəhər Kabo-verde və köhnə paytaxtının ən qədim yaşayış məskənidir. Bir müddət Ribeira Qrande adlandırıldıqdan sonra şəhərin adı 18-ci əsrin sonlarında Sidadi-Velya olaraq dəyişdirildi.Afrikanın şimal-qərb sahilindən kənarda yerləşən şəhər tropiklərdə ilk Avropa müstəmləkə məskənidir. Ərazinin səliqə ilə planlaşdırılan orijinal dizaynının bəzi xüsusiyyətləri, o cümlədən bir kral qalası, iki kilsə və 16-cı əsrə aid şəhər meydanı hələ də qorunub saxlanılır. Şəhər 2009-cu ildə UNESCO-nun Ümumdünya irsi ərazisinə çevrildi və Dünyanın Portuqal mənşəli Yeddi Möcüzəsindən biri oldu. == Coğrafiya == Sidadi-Velya Santyaqunun cənub sahilindəki Ribeira Qrande de-Santyaqu çayının mənsəbində, paytaxt Prayadan 10 kilometr (6 mil) qərbdə yerləşir. Şəhər bölmələrinə Larqo Pelourinho, Sao Sebastiao, Santo Antonio və Sao Pedro daxildir. == Tarix == Santyaqu adası Portuqaliyada xidmət edən bir genualı olan Antonio da Noli tərəfindən, 1460-cı ildə kəşf edilmişdir.:73 Da Noli 1462-ci ildə ailə üzvləri və Alqarve və Alenteco şəhərlərindən olan portuqallarla birlikdə Ribeira Qrande-də yerləşdi.:77Ribeira Qrandedə Santyaqu çayının su bolluğuna görə yaşayış şəraiti yaxşı idi və bu da şəhəri digər yaşayış məntəqlərindən üstün edirdi.:80 Yaşayış məntəqəsi Portuqaliyanın Afrika və Cənubi Amerika üzərində müstəmləkə siyasəti üçün əsas liman oldu. Şəhər 16-17-ci əsrlərdə Afrika, Ümid burnu, Braziliya və Karib dənizi arasındakı dəniz ticarətinin mərkəzi idi. Bura həm də Afrika sahillərinə yaxın olması səbəbindən qul ticarəti üçün vacib bir platforma idi.Sidadi-Velya limanı iki böyük səyahətçinin dayanacaq yer idi: 1497-ci ildə Hindistana gedərkən Vasko da Gama və 1498-ci ildə Amerikaya üçüncü səyahətində olarkən Kristofer Kolumb. Şəhər daha sonra, 1522-ci ildə dünya səyahəti üçün İspaniyadan yola düşən Fernan Magellan üçün dayanacaq yeri oldu.
Andorra-la-Velya
Andorra la Vella (Andorra-la-Velya) - Andorranın paytaxtı. Şəhər Vellero-del-Nor və Vellero-del-Olira dağlarının arasında yerləşir. Şərqi Pireney dağlarında (1070 m yüksəklikdə) dağarası çökəklikdə, Valira çayı (Ebro hövzəsi) üzərindədir. Əhalisi 22,615 min (2014). İspaniya ilə Fransanı birləşdirən avtomobil yolu üstündə ticarət-nəqliyyat, bank fəaliyyəti və beynəlxalq turizm mərkəzidir. İqtisadiyyatında xidmət sahələri üstünlük təşkil edir. Suvenir və bəzək əşyalarının kustar istehsalı, ağac və daş üzərində oyma geniş yayılmışdır. Rəvayətə görə, ərəblərin şimala irəliləməsinin qarşısını almaq məqsədilə 9-cu əsrin əvvəlində Böyük Karl tərəfindən salınmışdır. Şəhərin memarlıq abidələri arasında Müqəddəs Armenqol kilsəsi (roman üslubu, 11–12-ci əsrlər), intibah dövrünə aid “Vadilər Evi” (Kassa-de-la-val, 1580, hazırda Andorra incəsənəti və tarixi muzeyinin binası), Ədliyyə sarayı, parlament binası (Sala-del-Konsell) və dövlət arxivi (Set-Panis); 19–20-ci əsrlərə aid binalar, Musiqi Akademiyası, Dövlət Teatrı var.
Pyotr Velyaminov
Pyotr Velyaminov (rus. Пётр Серге́евич Вельями́нов; d. 7 dekabr 1926, Moskva, RSFSR, SSRİ – 14 iyun 2009, Sankt-Peterburq, Rusiya) — Rusiyanın Xalq artisti (1985). == Həyatı == Pyotr Velyaminov 7 dekabr 1926-cı ildə Moskva şəhərində anadan olmuşdur.Anası Tatyana Divnova çox səbirli evdar qadın olmuşdur. O, çalışırdı ki, evdə həmişə hüzur, sakitlik olsun. Sonralar uşaqlığını yada salan aktyor deyərmiş ki, o da ailəsində həmişə sakitlik, rahatlıq olmasına çalışacaq.Atası Sergey Velyaminov isə XIX əsrin generalları İvan və Aleksey Velyaminovların nəslindən olmuşdur. Anasından fərqli olaraq, atası çox səbirsiz insan olub və bunun da ağrı-acısını yaşayıb. 1930-cu ildə onu antisovet təşkilatına qoşulmaq ittihamı ilə həbs ediblər. 1936-cı ildə həbsdən azad edilən Sergey Velyaminov 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Ancaq bu dəfə də onu tutaraq sürgün ediblər.
Vladimir Velyaminov-Zernov
Vladimir Vladimiroviç Velyaminov-Zernov (24 noyabr 1830–30 yanvar 1904) — Rusiya tarixçi-şərqşünası, dilçisi. == Həyatı == Vladimir Vladimiroviç Velyaminov-Zernov 24 noyabr 1830-cu ildə Rusiya imperiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdu. 1850-ci ildə Aleksandrovski liseyini bitirmişdi. Hələ lisey illərindən Şərq dilləri ilə maraqlanırdı. Gerasim Pavskidən yəhudi dilini öyrəndi. Sankt-Peterburq Universitetinin professorlarından isə ərəb və fars dillərini əxz etdi. Vladimir Velyaminov-Zernov 1851-ci ildə Xarici İşlər nazirliyinin Asiya departamentinə xidmətə düzələrək Orenburq quberniyasına getdi. Orda tədqiq edilməmiş türk dilləri ilə məşğul olmağa başladı. Burda ilk işi olan "Исторические известия о киргиз-кайсаках в отношении России со Средней Азией со времен кончины Абдул-Хаир хана (1748–1765)" əsərini yazdı. Bu əsəri əvvəlcə hissə-hissə qəzetdə dərc etdirdi.

Oxşar sözlər

#velya nədir? #velya sözünün mənası #velya nə deməkdir? #velya sözünün izahı #velya sözünün yazılışı #velya necə yazılır? #velya sözünün düzgün yazılışı #velya leksik mənası #velya sözünün sinonimi #velya sözünün yaxın mənalı sözlər #velya sözünün əks mənası #velya sözünün etimologiyası #velya sözünün orfoqrafiyası #velya rusca #velya inglisça #velya fransızca #velya sözünün istifadəsi #sözlük