Venesiya sözü azərbaycan dilində

Venesiya

Yazılış

  • Venesiya • 99.8226%
  • VENESİYA • 0.1183%
  • venesiya • 0.0591%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Venesiya
Venesiya (it. Venezia) və ya Venedik — İtaliyanın şimal-şərqində şəhər. Adriatik dənizinin Venesiya körfəzi sahilindədir. Venesiya "Dənizlər kraliçası" adlanır. Veneto vilayəti və Venesiya əyalətinin inzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (14 əsr–16 əsrin əvvəlləri) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3–4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829–832; 1073–95 illərdə yenidən tikilmişdir) Venesiyanın ən gözəl memarlıq abidəsidir.
Venesiya Respublikası
Venesiya Respublikası (venes. Serenìsima Republica de Venesia; it. Serenissima Repubblica di Venezia) — 697-ci ildən 1797-ci ilədək İtaliyanın şimal-şərqində yerləşən, paytaxtı Venesiya şəhəri olan dövlət. == Respublikanın yaranması == Qədim dövrdə Adriatik dənizinin şimal-qərb sahillərində indiki İtaliyanın şimalında romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi "Doj" adı daşımağa başladı. Hökumət əvvəlcə Herakleyada, daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürüldü. 810-cu ildə paytaxt Rialtoya köçdü və həmin yerdə Venesiya şəhəri yarandı. 806-cı ildə Venesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil edildi. Amma artıq 812-ci ildə Venesiya Dalmasiya da daxil olmaqla Bizans İmperiyasına qaytarıldı.
Venesiya karnavalı
Venesiya Karnavalı – Venesiya, İtaliyada hər il keçirilən bir karnavaldır. Maskalı karnaval olaraq da bilinən Venesiya Karnavalı 40 gündür davam edir. 1268-ci ildən bəri qeyd olunan Venesiya Karnavalının təməli əslində Pagan mədəniyyətinin baharına təsadüf edir. Zamanla qadağan olunan karnaval 1979-cu ildən bəri hər il qeyd olunur. İlk dəfə görünməyə başladığı zaman sosial sinif ayrıseçkiliyini aradan qaldırmaq üçün istifadə olunan maskalar indi Venesiya Karnavalının bir hissəsidir. Karnavalın Venesiyadakı dövrü ən ağır günlərini keçirir. Karnaval dövrü turistlərlə dolu olan Venesiyada ən sıxlıq dövrlərdən biridir, hətta ən sıxlıq olanıdır.
Venesiya mətbəxi
Venesiya bazarlarında olan məhsulların müxtəlifliyinə diqqət yetirdikdə həmişə şərq ölkələrinin bazarları xatırlanır. Burada axtardığın hər şeyi tapmaq mümkündür. Bazarda quş ətləri, kürü, cürbəcür balıqlar, həmçinin müxtəlif dəniz məhsulları satılır. Venesiya mətbəxi bütün mümkün olan yeməklərdən istifadə edir, çünki satıcıların çoxsaylı olması buna imkan verir. Həmin satıcılar dünyanın müxtəlif ölkələrindən gəldiyi üçün əlverişli tamların əldə edilməsi də əlbəttə ki, asandır. Lakin yerli yeməklərin çox hissəsini düyü, toyuq, balıq və həmişəki qaydaya uyğun olaraq İtaliya tərəvəzlərinin köməyi ilə hazırlanır. Venesiya mətbəxində yeməklərin çox hissəsi rizotta ilə süfrəyə verilir. Bu yemək bişirilərkən içərisinə tərəvəz, paxla, balıqla birlikdə verilir, həmçinin toyuq və dana əti də qatılır. Hətta sosis də qatmaq olar. Venesiyalıların ən çox sevdikləri yeməklərdən biri də qarğıdalının odun üzərində hazırlanmasıdır.
Venesiya sistemi
Venesiya şirkəti
Venesiya şirkəti (ing. Venice Company) — 1583-cü ildə Aralıq dənizindəki Venesiya koloniyaları və ətrafındakı ticarəti inhisara almaq üçün qurulan bir İngilis ticarət şirkəti. 1592-ci ildə Kraliça I Yelizavetanın təsdiqi ilə Türk Şirkəti (1581) ilə Levantin Şirkətini qurdu. == Yaranması == Venesiya şirkəti, 1583-cü ildə Tomas Kordell, Vilyam Harvey və Edvard Holmden tərəfindən 7 il müddətinə ticarət şirkəti olaraq qeydiyyata alındı. Vəziyyəti İngilis istehsalı olan malların, ümumiyyətlə yun parçaların şərq mallarına, xüsusən ədviyyatlara və ipək parçalara dəyişdirilməsi idi. == Birləşdirilməsi == 1592-ci ildə, Türk və Venesiya şirkətlərinin hər iki nizamnaməsinin bitməsindən sonra Kraliça I Yelizaveta, Osmanlı İmparatorluğu ilə ticarət və siyasi ittifaqları davam etdirməyə çalışdığı üçün hər iki şirkətin Levantin şirkətinə birləşdirilməsinə dair bir nizamnamə təsdiqlədi. Kordell və Paul Baining, Levantin şirkətinin quruluşundan sonra qatıldı. == İstinadlar == == Ədəbiyyat == Andrews K. Elizabethan Privateering, 1583—1603. Cambridge University Press, 1964. Andrews K. Trade, Plunder and Settlement: Maritime Enterprise and the Genesis of the British Empire, 1480—1630.
Venesiya Universiteti
Venesiya Universiteti — İtaliyanın Venesiya şəhərində San Servolo adasında yerləşən Beynəlxalq ali təhsil və tədqiqat universiteti. Universitet 15 dekabr 1995-ci ildə 5 universitet və 2 İtaliya institutunun konsorsiumu olaraq yaradılmışdır. == Əlaqələri == Boston Kolleci, ABŞ Dyuk Universiteti, ABŞ Münxen Lüdviq-Maksimilian Universiteti, Almaniya Təl-Əviv Universiteti, İsraili Koreya Universiteti, Cənubi Koreya Tsinxua Universiteti, ÇİN Ka Foskari Universiteti, İtaliya Venesiya Uava Universiteti, İtaliya Sankt-Peterburq Avropa Universiteti, Rusiya Vaseda Universiteti, Yaponiya Padua Universiteti, İtaliya Bordo Universiteti, Fransa Üzv universitetlər Çin, Koreya, Yaponiya, İsrail, Rusiya, İsveçrə, Böyük Britaniya, Almaniya, Belçika, Fransa, Sloveniya, İtaliya, Cənubi Afrika, ABŞ və Kanadadır. == Humanitar və Sosial Elmlər məktəbi == Məktəb hər il keçirilən iki akademik semestr (Payız və Yaz) ərzində universitet kursları, intensiv seminarlar, kursdankənar və birgə fəaliyyətlər və yay məktəbləri təklif edir. Bütün kurslar Üzv Universitetlərin professorları tərəfindən ingilis dilində təklif olunur və onlar Üzv Universitetlərdəki bütün tələbələr üçün açıqdır. == TEDİS Mərkəzi == TEDIS (Paylaşılmış Kəşfiyyat Sistemlərində Texnologiyalar üzrə Araşdırmalar Mərkəzi) 1999-cu ildə Universitetdə yaradılmış tədqiqat mərkəzidir. Mərkəz beynəlxalq idarəetmə komitəsinin nəzarəti altında innovasiya və rəqabətqabiliyyətlilik üzrə tədqiqatlar aparır. TEDIS həmçinin Duke Universitetinin Qloballaşma, İdarəetmə və Rəqabət Qabiliyyəti Mərkəzi ilə əməkdaşlıq edərək sənaye məhəllələri, qloballaşma və qlobal dəyər bağlantıları üzrə birgə tədqiqat proqramı hazırlayıb. TEDIS Mərkəzi 4 əsas sahəyə diqqət yetirir: Sənaye rayonları, texnologiyaları və şəbəkələri KOM-lar, Yerli Klasterlər və Beynəlxalqlaşma Yaradıcılıq, Dizayn və İnnovasiya Nəqliyyat, Logistika və Təchizat bağlantısının İdarə edilməsi == Tematik Ekoloji Şəbəkələr mərkəzi == Tematik Ekoloji Şəbəkələr Mərkəzi ətraf mühit və davamlı inkişaf sahəsində təlim və tədqiqat mərkəzidir. 2003-cü ildə İtaliyanın Ətraf Mühit, Quru və Dəniz Nazirliyi ətraf mühitin mühafizəsi üzrə Çin-İtaliya Əməkdaşlıq Proqramı çərçivəsində Potensialın Gücləndirilməsi fəaliyyəti, eləcə də Şərqi Avropa, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üçün Davamlılıq kursu üçün bu Mərkəzi elmi tərəfdaş kimi seçdi.
Kiçik Venesiya şəhərciyi
"Kiçik Venesiya" — Bakı şəhərində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən və gəzinti üçün nəzərdə tutulmuş su kanalları sistemi. İtaliyada yerləşən Venesiya şəhərinin bir parodiyası olan "Kiçik Venesiya" 1960-cı ildən bəri mövcuddur və Bakı bulvarının bir parkıdır. "Kiçik Venesiya" parkının kanallarının ümumi uzunluğu 1350 metr, dərinliyi isə 1.3 metrdir. Kanalları doldurmaq üçün 7 min m3 sudan istifadə olunur. Parkın ümumi sahəsi sahəsi 9,740 kvadrat metrdir. == Tarixi == 1960-cı ildə istifadəyə verilmişdir. 10 iyun 2015-ci ildə burada Avropa Qonaqpərvərlik Klubunun açılışı olmuşdur. == Yenidən qurulması == 2011-ci il martın 30-da ölkə başçısı İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan tikinti işlərinin gedişi ilə tanış olarkən "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdir. Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdır. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdur.
Lombardiya-Venesiya krallığı
Lombardiya-Venesiya krallığı (it. Regno Lombardo-Veneto, alm. Lombardo-Venezianisches Königreich‎) — Şimali İtaliyada 1815-ci ildə Vyana konqresinin qərarı ilə Lombardiya və Venesiyanın şimali-italyan vilayətlərindən təşkil edilmiş və Avstriya imperiyasının kral mülklərinə daxil olan krallıq.
Osmanlı-Venesiya müharibəsi
Osmanlı-Venesiya müharibəsi (1463–1479) — Osmanlı-Venesiya müharibələrindən birincisi. Müharibə nəticəsində Venesiya Yunanıstan və Albaniyada olan ərazilərini itirdi. 15 ildən çox davam edən müharibə nəticəsində 1479-cu ildə İstanbulda imzalanmış sülh müqaviləsinə görə osmanlılar Egey dənizində bir çox adalara sahib çıxdılar.
Skalzi kilsəsi (Venesiya)
Santa Mariya di Nazaret kilsəsi (it. Chiesa di Santa Maria di Nazareth) — İtaliyanın Venesiya şəhərində yerləşən Roma katolik məbədidir. O, şəhər sakinləri tərəfindən daha çox "Skalzi kilsəsi" olaraq adlandırılır və bunun başlıca səbəbi, binada, yaradıldığı gündən etibarən Ayaqyalın Karmelitlər Ordeninin yerləşməsi idi (Skalzi (it. Scalzi) — italyan dilindən tərcümədə "ayaqyalın" deməkdir). XVII əsrin parlaq və möhtəşəm Venesiya barokkosu üslubunun təkrarolunmaz nümunəsi sayılan bu kilsə, dahi memar Baldassaro Longinin layihəsi əsasında inşa edilmişdir. Skalzi kilsəsi, Venesiyanın Kannareco sestierisində, daha dəqiq desək, Santa Luçiya dəmiryol vağzalı ilə qonşuluqda yerləşir. Vağzaldan şəhərə daxil olan bütün qonaqlar, Kanal Qrandeni keçərək, şəhərin mərkəzinə üz tutmaq üçün adətən kilsənin yaxınlığında yerləşən Ponte delyi Skalzi adlı böyük körpüdən və ya Ferrovia adlanan vaporetto stansiyasından istifadə edirlər. == Memarlıq == === Eksteryer === Skalzini bəzəyən heykəllər dominant protaqonistlər rolunda çıxış edirlər və bu baxımdan kilsə, Venesiyanın yeganə və təkrarolunmaz müqəddəs dini tikilisi hesab edilir. Onun fasadında, altı künc kapella altarlarında və həmçinin əsas altarda, nef divarlarında və presviterilərdə mərmər heykəl nümunələri yerləşdirilmişdir. XVII əsrin ikinci yarısından XVIII əsrin əvvəlinə kimi davam edən Venesiya heykəltaraşlıq məktəbinin inkişafını və çiçəklənməsini əks etdirən bu heykəllər, öz kəmiyyət və keyfiyyətlərinə görə, kilsəni mükəmməl seyretmə qalereyasına çevirirlər.
Səfəvi-Venesiya münasibətləri
Səfəvi–Venesiya münasibətləri — Səfəvilər dövləti ilə Venesiya Respublikası arasında baş tutmuş münasibətlər. == Arxa plan == Güclü Səfəvilər dövlətinin yaradılması Venesiya başda olmaqla, mütəmadi olaraq Osmanlı imperiyası ilə müharibə aparan bir sıra Avropa dövlətlərinin diqqətini özünə çəkdi. I Şah İsmayılın fəal xarici siyasət yeritməsi Avropa diplomatiya dairələrində belə bir ümid doğurdu ki, Səfəvi dövləti Osmanlı imperiyası ilə hərbi-siyasi qarşıdurmada Avropa dövlətlərinin müttəfiqi ola bilər. Osmanlı dövləti ilə müharibə vəziyyətində olan Venesiya respublikası özünün ənənəvi müttəfiqi olan Ağqoyunlu dövlətinin yerində yeni, daha qüvvətli Səfəvi dövlətinin meydana gəlməsini öz mənafeyinə uyğunhadisə kimi dəyərləndirirdi. İtaliyanı ələ keçirmək üstündə Fransa və İspaniya İtaliyada uzun sürən müharibələrə başladığı üçün İtaliya dövlətlərindən lazımi kömək ala bilməyən Venesiya Osmanlı dövlətinə qarşı (1499-1502) təkbaşına müharibə aparmağa məcbur olmuşdu. Məhz buna görə də Venesiya hökuməti bir tərəfdən Qaramanda Osmanlılara qarşı mövcud olan narazılıqdan istifadə etmək, digər tərəfdən Səfəviləri Osmanlılara qarşı müharibəyə cəlb etmək imkanını öyrənmək qərarına gəldi. == Əlaqələr == === XVI əsr === Bu iki dövlət arasında diplomatik əlaqələr Səfəvi dövlətinin yarandığı gündən formalaşmışdır. Bu qarşılıqlı əlaqələrin kökündə Ağqoyunlu dövləti zamanında yaradılmış əlaqələr durmuşdur. Venesiya Respublikası ikili münasibətlərlə quru qoşunları güclü olan bir dövlətin dəstəyini qazanmağı, Səfəvilər isə Venesiya sayəsində Odlu silah əldə etməyə ümid edirdilər. Həmçinin tez-tez təkrarlanan Osmanlı ilə müharibələrdə Venesiya, Səfəvilərin xeyrinə Anadolu yarımadası sahillərində təhlükəli vəziyyət də yarada bilərdi.
Səfəvi–Venesiya münasibətləri

Venesiya Film Festivalı
Venesiya Film Festivalı (ing. Venice Film Festival) — 1932-ci ildə ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə yaradılan, dünyanın ən qədim film festivalıdır. Bu festival hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir. == Əsas mükafatlar == Qızıl Şir — ən yaxşı filmlərə verilən mükafat. Volpi Kuboku — ən yaxşı aktyor və aktrisalara verilən mükafat.
Venesiya Kino Festivalı

Lombardiya–Venesiya krallığı
Lombardiya–Venesiya krallığı (it. Regno Lombardo-Veneto, alm. Lombardo-Venezianisches Königreich‎) — Şimali İtaliyada 1815-ci ildə Vyana konqresinin qərarı ilə Lombardiya və Venesiyanın şimali-italyan vilayətlərindən təşkil edilmiş və Avstriya imperiyasının kral mülklərinə daxil olan krallıq.
Kitaiçi Venesiya İncəsənəti Muzeyi
Kitaiçi Venesiya İncəsənəti Muzeyi (北一ヴェネツィア美術館, Kitaiçi Benetsia Bicutsukan) – Yaponiyanın Hokkaydo prefekturasının Otaru şəhərində yerləşən və İtaliyanın Venesiya şəhərinin incəsənətinə həsr olunmuş muzey. == Tarixi == Muzey 1988-ci ildə Venesiya incəsənətini tanıtmaq məqsədilə Otaru şəhərində yaradılmışdır. Otaru Venesiya ilə bəzi ortaq xüsusiyyətlərə malikdir: iki şəhər də kanallarına, şüşə məhsullarına və liman ticarətinə görə tanınır. == Xüsusiyyətlər == Muzey binasının fasadı Venesiya şəhərində yerləşən Palatso Qrassi binası əsasında tikilmişdir. Binanın interyeri, sərgiləri, mebellər və digər əşyaları Venesiya üslubundadır. 2-ci, 3-cü və 5-ci mərtəbələrdə sərgi otaqları yerləşir. Bu sərgilərdə dövlət otağı, yemək otağı, hamam otağı və s. replikaları quraşdırılaraq orta əsrlərdə yaşamış Venesiya aristokratlarının dəbdəbəli həyat şəraiti yaradılmışdır. Muzeydə Venesiya incəsənətinə aid 3000-dən çox eksponat nümayiş etdirilir. Muzeydə Şahzadə Diananın mindiyi qondola da sərgilənir.
Osmanlı-Venesiya müharibəsi (1463-1479)
Osmanlı-Venesiya müharibəsi (1463–1479) — Osmanlı-Venesiya müharibələrindən birincisi. Müharibə nəticəsində Venesiya Yunanıstan və Albaniyada olan ərazilərini itirdi. 15 ildən çox davam edən müharibə nəticəsində 1479-cu ildə İstanbulda imzalanmış sülh müqaviləsinə görə osmanlılar Egey dənizində bir çox adalara sahib çıxdılar.
Osmanlı-Venesiya müharibəsi (1499-1503)
Osmanlı-Venesiya müharibəsi (1499-1503) — Osmanlı-Venesiya müharibələrindən biri. == Müharibənin başlanması == 1495 ci ildə Avropada həbsdə olan II Bəyazidin qardaşı Cem Sultanın ölümündən sonra Bəyazid müharibəyə başlayır. Osmanlı ordusu Venesiyanın ərazisi olan Lepantoya hücüm edir, daha sonra Venesiyalıları Zonkyo döyüşündə məğlubiyyətə uğradan Osmanlı flotuda Lepantoya yaxınlaşır. 28 avqust 1499 cı ildə Lepanto Osmanlılara keçir. 1499-cu ilin Oktyabrında Osmamlılar bir neçə dəfə Venesiyanın özünə hücüm edir. == Müharibənin gedişi == 1500 ci ildə Osmanlı ordusu Modon döyüşündə Venesiya flotunu məğlubiyyət uğradandan sonra Osmanlılar Modon,Koron və Navarinonu ələ keçirirlər. 1501-ci ildə Venesiya respubliaksı, Papa dövləti və Venqriya krallığı Osmanlı İmperiyasına qarşı müqavilə imzalayırlar.Daha sonra birləşmiş Fransa-Venesiya qüvvələri Lesbos adasına hücüm edirlər, lakin Osmanlı İmperiyası tərəfindən məğlubiyyətə uğradılaraq geri çəkilirlər. 1502-ci ildə Venesiya ordusu Fətxiyəya hücüm edir. 1503-ci ildə Papa dövləti, Venqriya krallığı və Fransanın Venesiyaya köməyinə baxmayaraq Venesiya Osmanlılardan sülh istəyir.
Osmanlı-Venesiya müharibəsi (1537-1540)
Osmanlı-Venesiya müharibəsi (1537-1540) 1537-1540-cı illərdəki Osmanlı-Venesiya Müharibəsi və ya Üçüncü Osmanlı-Venesiya Müharibəsi, I Süleyman dövründə vurulan ilk Osmanlı-Venesiya Müharibəsi idi. Müharibə, Osmanlıların dəniz üstünlüyünün qəbul etdirilməsi və Aralıq dənizinin hakim dəniz qüvvəsi halına gəldiyini göstərmək baxımından diqqətə layiqdir. Bu müharibə dövründə 28 sentyabr 1538-ci ildə Preveze Döyüşü ilə Türk dənizçilik tarixinin ən əhəmiyyətli zəfərlərindən biri qazanıldı. Osmanlı İmperatorluğuna qarşı qurulan Müqəddəs İttifaq da dağıldı. == Münaqişə dövrü == 1536-1539 -cu illərdə Fransa Şimali İtaliyanı işğal edərkən Osmanlı ordusu da İtaliyanın cənubuna endi. II Mehmeddən sonra təkrar Otrantoya qayıdan Osmanlı qoşunları 23 iyul 1537-ci ildə Valona yaxınlığında düşərgə qurdular. Fransa irəliləməsini dayandırdıqdan sonra quruya enən Osmanlı qoşunları da 1 aydan sonra geri çəkildi.Apuliadaki Osmanlı qoşunları və Osmanlı donanmasının Otranto boğazını işğal etməsi Romadakı Papalıq dövləti tərəfindən böyük bir istila təhlükəsi olaraq görülürdü. Bundan əlavə, müharibə zamanı, bu dövrdə Venesiyadakı Türk Xanında qonaqlayan Osmanlı təbəəsi tacirlərinin həbs edilməsinə və mallarının təhlükəsizliyə alınmasına qərar verildi. 1538-ci ilin yazında Osmanlı Nəhəngləri, Egey dənizində Venesiya Respublikasının hakimiyyəti altına olan qalan adaları da ələ keçirmişdi.Onların sırasına Nakşa, Santorini və Paros da daxil idi. Ayrıca, Peloponnes yarmadasında Venesiyanın varlığı Monemvasia və Nafplion qalalarının ələ keçirilməsi ilə sona çatdı.
Osmanlı-Venesiya müharibəsi (1570-1573)
Osmanlı-Venesiya müharibəsi və ya Kipr səfəri — Osmanlı-Venesiya müharibələrinin dördüncüsüdür. 1570-1573-cü illər arasında Osmanlı imperiyası ilə Venesiya Respublikası arasında baş vermişdir. XVI əsrin II yarısında II Səlimin dövründə Osmanlı imperiyasının yeritdiyi xarici siyasətin əsasında əvvəlki dövrlərdə olduğu kimi ziddiyyətli problemlərin hərbi yolla həll edilməsi planı dururdu. Bu məqsədlə Osmanlı imperiyası Avropa cəbhəsində hərbi əməliyyatlara aparıldı. Papa V Pius İspanya kralı və Venesiya ilə birləşərək, 15 may 1571-ci ildə Müqəddəs İttifaq yaratdı və Osmanlı dövlətinə qarşı xaç yürüşünə başladı. 1570-1573-cü illər arasında davam edən Osmanlı-Venesiya müharibəsində Venesiya ilə bir antiosman blokunda İspaniya, Malta, Genuya, Savoyya və başqa İtaliya dövlətləri, həmçinin Roma papası vuruşurdu. 1571-ci ildə Lepanto yaxınlığındakı dəniz savaşında əlib dəniz qüvvəlləri türk donanmasını məğlub etdi. Bu döyüş Osmanlı qüvvələrinin qələbəsi ilə nəticələnən Osmanlı-Venesiya müharibəsi zamanı Osmanlı imperiyasının hərbi qüdrətinin zəiflədiyini göstərən ilk döyüş əməliyyatı idi. == Müharibənin başlanması == Zəngin və böyük Kipr adası 1489-cu ildən bəri Venesiya hakimiyyəti altındadır. Krit ilə birlikdə, Venesiyanın xarici ərazilərinin ən vaciblərindən biri idi.
Osmanlı–Venesiya müharibəsi (1463–1479)
Osmanlı-Venesiya müharibəsi (1463–1479) — Osmanlı-Venesiya müharibələrindən birincisi. Müharibə nəticəsində Venesiya Yunanıstan və Albaniyada olan ərazilərini itirdi. 15 ildən çox davam edən müharibə nəticəsində 1479-cu ildə İstanbulda imzalanmış sülh müqaviləsinə görə osmanlılar Egey dənizində bir çox adalara sahib çıxdılar.
Venesiya respublikası
Venesiya Respublikası (venes. Serenìsima Republica de Venesia; it. Serenissima Repubblica di Venezia) — 697-ci ildən 1797-ci ilədək İtaliyanın şimal-şərqində yerləşən, paytaxtı Venesiya şəhəri olan dövlət. == Respublikanın yaranması == Qədim dövrdə Adriatik dənizinin şimal-qərb sahillərində indiki İtaliyanın şimalında romalılara yaxın olan Venet tayfası yaşayırdı. 697-ci ildə sakinlər Paulo Luçio Anafestonu ömürlük başçı seçdilər. Daha sonra Anafestonun vəzifəsi "Doj" adı daşımağa başladı. Hökumət əvvəlcə Herakleyada, daha sonra 742-ci ildə Malamokko şəhərinə köçürüldü. 810-cu ildə paytaxt Rialtoya köçdü və həmin yerdə Venesiya şəhəri yarandı. 806-cı ildə Venesiya şəhərləri müvəqqəti olaraq Böyük Karlın imperiyasına daxil edildi. Amma artıq 812-ci ildə Venesiya Dalmasiya da daxil olmaqla Bizans İmperiyasına qaytarıldı.
Firulli-Venesiya-Culiya
Friuli-Venesiya-Culiya — İtaliyanın muxtar vilayətlərindən biri. Vilayətin mərkəzi Triest şəhəridir. == Əhalisi == 1.234.679 milyon nəfərdir. == Sahəsi == 7.845 km²-dir.
Friuli-Venesiya-Culiya
Friuli-Venesiya-Culiya — İtaliyanın muxtar vilayətlərindən biri. Vilayətin mərkəzi Triest şəhəridir. == Əhalisi == 1.234.679 milyon nəfərdir. == Sahəsi == 7.845 km²-dir.
Venesiyada ölüm
Venesiyada ölüm (alm. Der Tod in Venedig‎) — alman yazıçısı Tomas Mannın 1912-ci ildə nəşr olunmuş romanıdır. Bu, Venesiyaya səfər edən və Tadeusz ləqəbi ilə tanınan polşalı turist Tadzionun gözündən azad olan, yüksələn və getdikcə daha çox aludə olan bir yazıçını təqdim edir. Tadzio, Mannın 1911-ci ildə şəhərə səfəri zamanı müşahidə etdiyi Vladzio adlı real şəxsə əsaslanırdı, lakin hekayənin özü uydurma idi. == Məzmun == Qustav Aşenbax - məşhur alman yazıçısı - uzun iş günündən sonra gəzintiyə çıxıb. Gəzmək və dincəlmək lazım idi. Tramvaya bir neçə dayanacaq getdi. Sonra yazıçı restoranın yanından keçib, lakin orada çoxlu ziyarətçi görüb içəri girməmək qərarına gəlib. Tufan qopduğu üçün Aşenbax yenidən tramvayla evə qayıtmaq üzrə idi. Dayanacaqda gözləyərkən o, səyahətçiyə oxşayan bir adamın diqqətini çəkdi.
Şimalın Venesiyası
Şimalın Venesiyası — Şimali Avropa və ya Şimali Amerikada kanalları olan müxtəlif şəhərlərə verilən ümumi ad. Bu ad İtaliyanın öz kanalları ilə tanınan Venesiya şəhərinə istinad edir. Bəzi şəhərlər (məsələn, Amsterdam) əsrlərdir bu statusa malik olduğu halda, digər bir sıra şəhərlər (məsələn, Birminhem) yaxın keçmişdə bu ləqəblə tanınmağa başlayıb.
Osmanlı–Venesiya müharibəsi (1570–1573)
Osmanlı-Venesiya müharibəsi və ya Kipr səfəri — Osmanlı-Venesiya müharibələrinin dördüncüsüdür. 1570-1573-cü illər arasında Osmanlı imperiyası ilə Venesiya Respublikası arasında baş vermişdir. XVI əsrin II yarısında II Səlimin dövründə Osmanlı imperiyasının yeritdiyi xarici siyasətin əsasında əvvəlki dövrlərdə olduğu kimi ziddiyyətli problemlərin hərbi yolla həll edilməsi planı dururdu. Bu məqsədlə Osmanlı imperiyası Avropa cəbhəsində hərbi əməliyyatlara aparıldı. Papa V Pius İspanya kralı və Venesiya ilə birləşərək, 15 may 1571-ci ildə Müqəddəs İttifaq yaratdı və Osmanlı dövlətinə qarşı xaç yürüşünə başladı. 1570-1573-cü illər arasında davam edən Osmanlı-Venesiya müharibəsində Venesiya ilə bir antiosman blokunda İspaniya, Malta, Genuya, Savoyya və başqa İtaliya dövlətləri, həmçinin Roma papası vuruşurdu. 1571-ci ildə Lepanto yaxınlığındakı dəniz savaşında əlib dəniz qüvvəlləri türk donanmasını məğlub etdi. Bu döyüş Osmanlı qüvvələrinin qələbəsi ilə nəticələnən Osmanlı-Venesiya müharibəsi zamanı Osmanlı imperiyasının hərbi qüdrətinin zəiflədiyini göstərən ilk döyüş əməliyyatı idi. == Müharibənin başlanması == Zəngin və böyük Kipr adası 1489-cu ildən bəri Venesiya hakimiyyəti altındadır. Krit ilə birlikdə, Venesiyanın xarici ərazilərinin ən vaciblərindən biri idi.

Oxşar sözlər

#venesiya nədir? #venesiya sözünün mənası #venesiya nə deməkdir? #venesiya sözünün izahı #venesiya sözünün yazılışı #venesiya necə yazılır? #venesiya sözünün düzgün yazılışı #venesiya leksik mənası #venesiya sözünün sinonimi #venesiya sözünün yaxın mənalı sözlər #venesiya sözünün əks mənası #venesiya sözünün etimologiyası #venesiya sözünün orfoqrafiyası #venesiya rusca #venesiya inglisça #venesiya fransızca #venesiya sözünün istifadəsi #sözlük