Veneto sözü azərbaycan dilində

Veneto

Yazılış

  • Veneto • 96.5217%
  • veneto • 1.7391%
  • VENETO • 1.7391%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Veneto
Veneto - İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biri. Şimal-şərqi İtaliyada yerləşir. Mərkəzi Venesiya şəhəridir. Əhalisi 4.7 milyondan çoxdur. İtaliya bölgəsinin ən zəngin və ən sənayeləşmiş bölgələrindən biridir. Danışılan dillər, Venedik, Latın və italyan dilidir.
Veneto Regional Şurası
Veneto Regional Şurası (it. Consiglio Regionale del Veneto) — İtaliya Respublikasının regionlarından biri olan Venetoda qanunvericilik hakimiyyətini həyata keçirən regional hakimiyyət orqanı. Birpalatalı orqan olub 51 deputatdan ibarətdir. Onlardan 29-u hökumət, 22-i isə, müxalifət tərəfdarıdır. Regional şuranın qərargahı Venesiya şəhərində yerləşən Ferro Fini sarayıdir.İlk seçkilər 1970-ci ildə, 1948-ci il İtaliya Konstitusiyası əsasən adi regionlar qurulduğu zaman keçirilmişdir. Son seçkilər 31 mart 2015 tarixində keçirilmişdir. Hal-hazırkı prezident Şimal Liqasının üzvü olan Roberto Kiyambettidur. == Funksiyası == Şura regionun qanun və qaydalarını təsdiqləyir. Regional şura həmçinin regional statusu və regional büdcəni təsdiqləmək və qanunları milli parlamentə təklif etməklə vəzifələndirilmişdir.
Veneto muxtariyyət referendumu (2017)
2017 Veneto muxtariyyət referendumu — Veneto (İtaliyada yerləşən region) regional şurası tərəfindən 22 oktyabr 2017 tarixində keçirilən referendum. Referendum İtaliya konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndinə əsasən, öz ərazi qurumlarına verilməsi üçün əlavə formalar və muxtariyyət şərtləri ilə bağlı region əhalisinin fikirlərini öyrənmək üçün regional şura tərəfindən hazırlanmışdır.Referendum, bir məsləhətçi olaraq, hüquqi cəhətdən məcburi olmayacaq. Regional əsasnamənin 27-ci maddəsinin 2-ci bəndinə əsasən, kvoruma nail olunduqda, regional şuradan referendumun nəticələrinin elan olunduqdan sonra 90 gün ərzində araşdırılması tələb olunur. Belə bir vəziyyətdə, əgər cunta səsləri üstünlük təşkil edərsə, münsiflər sədri qanunverici məclisə dövlət icraçılığı ilə aparılacaq danışıqlar proqramını, fərqli muxtariyyətə nail olmaq üçün yolları və məzmunu tanıyan bir qanunla birlikdə təqdim edəcək. == Seçkidən əvvəl səsvermə == == Nəticə == Referendumda 4,019,628 seçici iştirak etmişdi. Venetonun 4,739 bələdiyyəsində 575 seçki məntəqəsi var idi. Mənbə: Veneto Regional Şurası == Həmçinin bax == Veneto Regional Şurası Lombardiya muxtariyyət referendumu (2017) Kataloniya müstəqillik referendumu (2017) == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Veneto muxtariyyət referendumu (2017) ilə əlaqəli mediafayllar var. "Referendum regionale consultivo sull'autonomia del Veneto". D.P.G.R. n. 2017-ci ilin 50-ci qanunu Legge regionale n.
Venetokratiya
Frankokratiya — orta əsr Balkanlar və Anadolu tarixində, 1204-cü ildə Konstantinopolun səlibçilər tərəfindən ələ keçirilməsindən sonra siyasi və iqtisadi gücün müxtəlif Qərbi Avropa mənşəli sülalələrin və hökmdarların əlində olduğu dövr. Pərakəndə və kiçik olmalarına baxmayaraq, frankokrat hakimiyyətlər dövrə görə təkmilləşmiş hərbi və iqtisadi keyfiyyətlər nümayiş edirdilər, lakin mədəni, dil və dini səbəblərdən yerli əhalinin əsas hissəsinin dəstəyindən məhrum olduqlarından bir müddət sonra Osmanlı imperiyası tərəfindən fəth edilmişdilər. Bu dövrü "Türkokratiya" adlandırırdılar. == Tarix == XII əsrin ikinci yarısında Bizans imperiyasının zəifləməsi Şərqi Aralıq dənizində Qərbi Avropa dövlətlərinin təsirinin güclənməsinə zəmin yaratmışdır. Bu dövrdə əsasən fransızlardan ibarət səlibçi cəngavər-feodal ordusu, eyni zamanda Venesiya, Genuya və Piza kimi donanmaya malik İtaliya respublikaları Bizans imperiyasını süquta uğratmışdır. Birinci səlib yürüşünün təcrübəsi onu göstərirdi ki, aqressiv müsəlman dövlətləri ilə əhatə olunmuş səlibçi dövlətlərini saxlamaq Avropa xristianları üçün çətin idi. Səlibçilərin hədəfi tezliklə daha yaxın olan Bizans imperiyası tərkibindəki Egey adalarına və Balkan yarımadasına yönəlmişdir. Bu ərazilər böyük sahil ticarəti və hərbi postlar şəbəkəsinə malik idi. Səlibçi işğalının rəsmi səbəbi katolik və pravoslav xristianlar arasındakı fərqləri "həll etmək" cəhdi idi. Bizans imperiyası türklərin Anadoluya daxil olması və Balkan yarımadasında yaşayan slavyanların azadlıqçı hərəkatlarının şiddətlənməsi nəticəsində tədricən vahid imperiya xarakterini itirməyə başlamışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.40 dəfə / 1 mln.
2004 ••••••••••••• 1.35
2009 ••• 0.32
2010 0.09
2012 ••• 0.26
2013 •••••••• 0.88
2014 •••••••••••••••••••• 2.23
2015 •• 0.17
2016 ••••••••••• 1.21
2017 ••• 0.33
2019 •••• 0.42
2020 •••• 0.40

Oxşar sözlər

#veneto nədir? #veneto sözünün mənası #veneto nə deməkdir? #veneto sözünün izahı #veneto sözünün yazılışı #veneto necə yazılır? #veneto sözünün düzgün yazılışı #veneto leksik mənası #veneto sözünün sinonimi #veneto sözünün yaxın mənalı sözlər #veneto sözünün əks mənası #veneto sözünün etimologiyası #veneto sözünün orfoqrafiyası #veneto rusca #veneto inglisça #veneto fransızca #veneto sözünün istifadəsi #sözlük