Vermaxt sözü azərbaycan dilində

Vermaxt

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Vermaxt • 66.6667%
  • vermaxt • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vermaxt
Vermaxt (alm. Wehrmacht‎, Wehr - silah, müdafiə, Macht - güc, qüvvə; tərc. Müdafiə qüvvələri) — 1935-1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad. Versal sülh müqaviləsinin şərtlərinə zidd olan Almaniya silahlı qüvvələrinin yaradılması haqqında (alm. Gesetz über den Aufbau der Wehrmacht‎) 1935-ci il 16 mart tarixli qanuna əsasən yaradılmışdır. Vermaxt üç tərkib hissəyə bölünürdü - Quru Qoşunları (das Heer), Hərbi Dəniz Donanması (die Kriegsmarine) və Hərbi Hava Qüvvələri (die Luftwaffe). Bu qoşun növləri üzərində idarəetməni həyata keçirmək üçün müvafiq baş komandanlıqlar yaradılmışdı: Silahlı Qüvvələrin Baş komandanlığı (alm. Oberkommando der Wehrmacht, OKW); Quru Qoşunlarının Baş komandanlığı (alm. Oberkommando des Нееrеs, OKH); Hərbi Dəniz Donanmasının Baş komandanlığı (alm. Oberkommando der Marine, OKM); Hərbi Hava Qüvvələrinin Baş komandanlığı (alm.
Heer (Vermaxt)
Heer (Azərbaycan dilində mənası: Ordu) ― Almaniya Silahlı Qüvvələrinin (Vermaxt) yenidən yaradılması qanunu ilə 1935-ci ilin may ayında qurulan Nasist Almaniyasının quru qoşunları və əsas qüvvəsidir. Əvvəlcə 21 diviziyadan ibarət olmasına baxmayaraq, 1935–1945-ci illər arasında yüzlərlə diviziya böyüklüyünə çatdı. İkinci Dünya müharibəsi dövründə ümumi olaraq təxminən 13 milyon əsgər xidmət edirdi. İkinci dünya müharibəsinin sonunda 1945-ci ilin mayında müttəfiqlərə təslim oldu və 1946-cı ildə rəsmi olaraq ləğv edildi. Adolf Hitlerin silahlanma proqramını açıq elan etməsindən yalnız 17 ay sonra Heer böyüklüyünü qarşısına məqsəd qoyduğu 36 diviziyaya çatdırdı. 1937-ci ilin payızında daha iki korpus yaradıldı. 1938-ci ilin martında Anşlüsdən sonra Avstriya ordusunun beş bölməsinin də daxil olması ilə daha dörd korpus yaradıldı. Adolf Hitlerin böyümə dövründə Alman Ordusu Birinci Dünya müharibəsi illərində olduğu kimi Quru (Heer) və Hava (Luftwaffe) silahlı qüvvələri ilə birləşərək Wehrmacht adlandırıldı. Alman ordusu, mühasirə və "məhv etmə müharibəsi" kimi əməliyyat və taktiki üsulları birləşdirdikdə meydana gələn Blitzkrieg taktikası ilə İkinci Dünya müharibəsinin ilk iki ilində sürətli qələbələr qazandı. Motorlaşdırılmış qoşunlar müharibənin ilk illərində dünya mətbuatının diqqətini çox cəlb etdi.
Vermaxt Ali Komandanlığı
Silahlı Qüvvələrin Baş Komandanlığı (alm. Oberkommando der Wehrmacht‎ Qısaca: alm. OKW‎) Vermaxtın 1938–1945-ci illər arasında baş komandanlığıdır. Adolf Hitler, Müdafiə Naziri Werner von Blombergi vəzifəsindən azad etdikdən sonra, 4 fevral 1938-ci ildə Üç Orduya şəxsən rəhbərlik edəcəyini bəyan etdi. Bunun üçün Hitler, Müdafiə Naziri təyin etmədən mövcud olan Wehrmachtamtın adını Oberkommando der Wehrmacht (OKW) olaraq dəyişdirdi və Vilhelm Keyteli onun rəhbəri təyin etdi. Faşistlərin sovet əsirlərinə qarşı törətmiş olduğu cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando der Wehrmachtın əmri ilə baş vermişdir.
Vermaxtın Polşaya hücumu (1939)
Vermaxtın Polşa kampaniyası və ya Polşanın işğalı (polyak tarixşünaslığında "Sentyabr kampaniyası" kimi də tanınır) — 1939-cü ilin sentyabr-oktyabr aylarında polyak və alman qoşunları arasında baş vermiş və ikinci dünya müharibəsinin başlanmasına səbəb olmuş hərbi əməliyyatlar. Nasist Almaniyası və Slovakiya silahlı qüvvələrinin hücumu Polşa silahlı qüvvələrinin məğlubiyyəti ilə nəticələndi və Qərbi Polşanın ərazisi işğal olundu. == Tarixi == Nasist Almaniyasının Polşaya hücum əməliyyatı 1939-cu ilin aprel-iyun aylarında hazırlanmış “Vays” planına (“Ağ plan”) əsaslanırdı. Plan müharibə elan etmədən, Almaniyanın Fransa və Benilüks ölkələri ilə sərhədlərində yerləşdirilmiş qoşunların zəiflədilməsi hesabına maksimum qüvvə ilə sürətli hücum əməliyyatlarının başladılmasını nəzərdə tuturdu. Alman qoşunlarının Polşa ərazisinə qəfil girməsi Polşa ordusunun mütəşəkkil səfərbərliyini və vahid cəbhədə birləşməsini əngəlləməli idi.Alman qoşunları Polşaya üç istiqamətdə hücum etməli idi: 1) Əsas zərbə Almaniyanın Polşa ilə olan qərb sərhəddindən vurulmalı idi; 2) Şimaldan zərbə Qərbi Prussiya ərazisindən vurulmalı idi; 3) Alman və slovak müttəfiq qoşunları isə, Slovakiya ərazisindən zərbə vurulmalı idi. Hücumun hər üç istiqaməti Vislanın qərbində Polşa ordusunun mühasirəyə alınmasına və Varşavada məhv edilməsinə yönəlmişdi.1 sentyabr 1939-cu ildə, səhər saat 4:30-da, Almaniya Hərbi Hava Qüvvələri (“Lüftvaffe”) Polşanın hava limanlarına kütləvi zərbələr endirdilər, saat 4:45-də “Şlezviq-Holşteyn” zirehli gəmisinin Polşanın Dansiq şəhəri yaxınlığındakı Vesterplatte hərbi-dəniz bazasına atəş açması ilə Vesterplattenin yeddi günlük müdafiəsi (1-7 sentyabr 1939) başlandı.Sentyabrın 3-də Almaniyanın Polşaya hücumuna cavab olaraq, Böyük Britaniya və Fransa, Polşa ilə qarşılıqlı yardım haqqında razılaşmaya əsasən, Almaniyaya müharibə elan etdilər ki, bununla da 6 il davam edən İkinci Dünya müharibəsinin başlandı Müharibənin başlandığı tarix 1 sentyabr 1939 — Polşanın işğalı günü hesab olunur.17 sentyabrda Polşa hökuməti Rumıniyaya qaçdı. Elə həmin gün sovet qoşunları Qərbi Belarus və Qərbi Ukraynanı SSRİ-yə birləşdirmək məqsədi ilə Polşa ərazisinə girdilər. 6 oktyabr 1939-cu ildə Polşa qoşunlarının son hissələri təslim oldu. Təslim olduqdan sonra Polşa ərazisi Almaniya ilə Sovet İttifaqı arasında bölündü. Bəzi ərazilər Litva və Slovakiyaya verildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2004 ••••••••••••• 0.34
2006 ••••••••• 0.23
2007 •••••••••••••••• 0.42
2008 ••••••••••••••••••• 0.49
2009 ••••••••••••• 0.32
2011 ••••••• 0.17
2013 •••••••••••• 0.29
2020 •••••••••••••••••••• 0.53

Oxşar sözlər

#vermaxt nədir? #vermaxt sözünün mənası #vermaxt nə deməkdir? #vermaxt sözünün izahı #vermaxt sözünün yazılışı #vermaxt necə yazılır? #vermaxt sözünün düzgün yazılışı #vermaxt leksik mənası #vermaxt sözünün sinonimi #vermaxt sözünün yaxın mənalı sözlər #vermaxt sözünün əks mənası #vermaxt sözünün etimologiyası #vermaxt sözünün orfoqrafiyası #vermaxt rusca #vermaxt inglisça #vermaxt fransızca #vermaxt sözünün istifadəsi #sözlük