vertolyotun sözü azərbaycan dilində

vertolyotun

Yazılış

  • vertolyotun • 83.8078%
  • Vertolyotun • 16.1922%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
AS532 vertolyotunun qəzası (2021)
AS532 vertolyotunun qəzası — Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Eurocopter AS532 Cougar" vertolyotunun 4 mart 2021-ci il tarixində, Türkiyənin Bitlis vilayətində yerləşən Tatvan qəsəbəsinin yaxınlıqlarında qəzaya uğraması ilə baş verən aviasiya hadisəsi. Qəza nəticəsində vertolyotdakı 11 Türkiyə hərbçisi həlak olmuş, ikisi isə yaralanmışdır. Qəza zamanı ilk öncə yaralanan dörd hərbi qulluqçu xəstəxanaya yerləşdirilmiş, onlardan 8-ci Korpus komandiri general-leytenant Osman Erbaş da daxil olmaqla ikisi aldığı yaralardan vəfat etmişdir. == Qəza == Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Eurocopter AS532 Cougar" vertolyotu Qrinviç saatı ilə 10:55-də Türkiyənin şərqində yerləşən Bingöldən havaya qalxmışdır. Helikopter türk ordusunun ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı olaraq təyin edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarına qarşı mübarizə apardığı regiona, Türkiyənin əsasən kürdlərin yaşadığı Bitlis vilayətindəki Tatvan qəsəbəsinə gedirdi. Qrinviç saatı ilə 11:25 radələrində vertolyot ilə əlaqə kəsilmişdir. Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) vertolyotun Tatvan qəsəbəsi yaxınlığındakı kənd ərazisinə düşdüyünü açıqlamışdır. Qəza qarla örtülmüş və dumanlı dağlıq bölgədə baş vermişdir. Qəza nəticəsində 8 türk hərbçisi yerindəcə həlak olmuş, digər 5 hərbçi isə yaralanmışdır. Yaralanan hərbçilər dərhal xəstəxanaya yerləşdirilmiş, onlardan 8-ci Korpus komandiri general-leytenant Osman Erbaş da daxil olmaqla ikisi aldığı yaralardan vəfat etmişdir.
Mi-24 vertolyotunun vurulması (1992)
Mi-24 helikopterinin vurulması — 6 avqust 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş helikopterinin Qasapet yaxınlığında ermənilər tərəfindən raketlə vurulması hadisəsi. Zakir Məcidov — vertolyotun baş komandiri Ruslan Polovinko — təyyarəçi operator Cavanşir Rəhimov — sərrast nişançı-snayperçi Ağdərə döyüşü Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 238.
Mi-2 vertolyotunun vurulması (11.10.1992)
Mi-2 helikopterinin vurulması — 11 oktyabr 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş helikopterinin Səfiyan yaxınlığında ermənilər tərəfindən vurulması hadisəsi. 6 avqust 1992-ci il tarixdə Qarabağ müharibəsi gedişində Azərbaycana məxsus Mi-24 döyüş helikopterinin Qasapet yaxınlığında ermənilər tərəfindən raketlə vurulmuşdur. Zakir Yusifov — Azərbaycanın Milli Qəhrəmanı. Laçın rayonu Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 279.
Mi-2 vertolyotunun vurulması (1992)
Mi-2 helikopterinin vurulması — 11 oktyabr 1992-ci il tarixdə Qarabağ müharibəsi zamanı Azərbaycana məxsus döyüş helikopterinin Səfiyan yaxınlığında ermənilər tərəfindən vurulması hadisəsi. 6 avqust 1992-ci il tarixdə Qarabağ müharibəsi gedişində Azərbaycana məxsus Mi-24 döyüş helikopterinin Qasapet yaxınlığında ermənilər tərəfindən raketlə vurulmuşdur. Zakir Yusifov — Azərbaycanın Milli Qəhrəmanı. Laçın rayonu Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 279.
Seyidlər kəndi yaxınlığında Mi-26 vertolyotunun vurulması
Seyidlər kəndi yaxınlığında Mi-26 helikopterinin vurulması — 3 mart 1992-ci il tarixində Gülüstan kəndinə uçuş edən ruslara məxsus Mi-26 helikopteri ermənilər tərəfindən Azərbaycana məxsus olduğu güman edilərək vurulub. Helikopterdə elə ermənilərə yardım aparan 12 nəfər ölüb. Hadisədən bir ay əvvəl - 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopteri erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulmuşdu. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdu.
Şuşa yaxınlığında Mi-8 vertolyotunun vurulması
Şuşa yaxınlığında Mi-8 helikopterinin vurulması — 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən Stinger raketi ilə vurulması hadisəsi. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. Hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Həlak olanların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev vardı. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu. Abbasov Şahin Əli oğlu (d.01.06.1951, Ərikli, Laçın rayonu) — mülki Abbasova Səadət Şahin qızı (d.1980) — mülki Abbasova Sədaqət Kamran qızı (d.21.12.1959, Ağdam rayonu) — mülki Axundov Səfa Fətulla oğlu (d.1958, Masallı rayonu) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Cabbarov Xıdır Sədrəddin oğlu (d.5 fevral, 1969, Arduşlu, Laçın rayonu) — mülki Hüseynov Saleh Şahmar oğlu (d. 21 dekabr, 1936, Şuşa rayonu) — mülki. Mahmudov Ərəstun İspəndi oğlu (d.1957, Pirəbülqasım, İsmayıllı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Salahov Şakir Şamil oğlu (d.1966, Cəmilli, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı Seryogin Viktor Vasilyeviç (d.23 mart 1944, Tbilisi) — pilot, Azərbaycanın Milli Qəhrəmanı Sevindikov Qara Ərşad oğlu (d.1935, Ərikli, Laçın rayonu) — mülki Керимли Керим // Журналисты на войне в Карабахе / ред. — Илья Максаков. — М.: Права человека, 2002.
Ermənistanın Mİ-24 vertolyotunun vurulması (2014)
Erməni helikopterinin vurulması — 12 noyabr 2014-cü il 13:45 radələrində Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hadisə. == Hadisə == Silahlı insident 12 noyabr 2014-cü ildə Ağdamın Kəngərli kəndi yaxınlığında baş verib. Beləki, qondarma Dağlıq Qarabağ Respublikasına, daha dəqiq desək, Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd Mi-24 tipli döyüş helikopteri Ağdamın işğal olunmuş Uzundərə adlı poliqonunda keçirilən təlimlər zamanı qəflətən öz səmtini dəyişərək Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinə doğru döyüş kursuna çıxıb və mövqeləri atəşə tutmağa cəhd ediblər. Nəticədə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmət keçən manqa komadiri İlkin Muradov helikopterlərdən birini İQLA daşınan zenit-raket kompleksi vasitəsi ilə məhv edib. Digər helikopter isə hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində Ermənistan Silahlı qüvvələrində xidmət keçən üç nəfər pilot həlak olub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Erməni tərəfinin iddiasına görə, noyabrın 12-də erməni hərbi helikopterinin düşdüyü yerdə 8 saatdan artıq intensiv döyüş davam edib və ermənilər helikopterin düşdüyü yerə yaxınlaşa və üç pilotun cəsədini çıxara bilməyiblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı isə öz növbəsində bu iddianı inkar edərək bildirib ki, "erməni hərbi helikopterinin vurulduğu ərazidə və qoşunların təmas xəttinin digər istiqamətlərində intensiv döyüşlər getmir", "həmişəki kimi, atəşkəs pozulur". Ermənilər ümid edirdi ki, vurulmuş helikopterin ekipaj üzvlərindən birinin sağ qalması mümkün ola bilər.

"vertolyotun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vertolyotun nədir? #vertolyotun sözünün mənası #vertolyotun nə deməkdir? #vertolyotun sözünün izahı #vertolyotun sözünün yazılışı #vertolyotun necə yazılır? #vertolyotun sözünün düzgün yazılışı #vertolyotun leksik mənası #vertolyotun sözünün sinonimi #vertolyotun sözünün yaxın mənalı sözlər #vertolyotun sözünün əks mənası #vertolyotun sözünün etimologiyası #vertolyotun sözünün orfoqrafiyası #vertolyotun rusca #vertolyotun inglisça #vertolyotun fransızca #vertolyotun sözünün istifadəsi #sözlük