Viktor sözü azərbaycan dilində

Viktor

Yazılış

  • Viktor • 99.5118%
  • VİKTOR • 0.4506%
  • viktor • 0.0376%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avreli Viktor
Avreli Viktor (IV əsr) — Roma tarixçisi. == Həyatı == Avreli Viktor IV əsrdə Karfagendə torpaq sahibkarı ailəsində anadan olmuş, gəncliyində imperator Yulianın ordusunda xidmət etmişdir. Yulian öz rəqibi Konstansiyaya qalib gələndən sonra Avreli vali təyin olunmuşdur. İmperator Feodisi isə onu yüksək qiymətləndirərək 389-cu ildə Roma şəhərinin profektoru təyin etmişdir. Onu yaxşı tanıyan məşhur tarixçi Ammian Marsellin yazırdı ki, ağıllı düşüncə tərzinə görə Avreli ilə mübahisə etmək xoş idi. Avreli Viktorun əsərlərindən ən məşhuru "Sezarlar haqqında" traktatıdır. Bu əsərdə o, imperator Oktavian Avqustdan Yuliana qədər 89 imperatorun qısa bioqrafiyasını qələmə almışdır. Adəti üzrə hökmdarların qısa xarakteristikasını verib, ilk növbədə onların əxlaqi keyfiyyətlərini nəzərə çatdırır. O, bir neçə sətirlə imperatorların zahiri təsvirlərini də unutmurdu. Bütün bioqrafiyalardan görünür ki, tarixçi qatı Roma tərəfdarıdır.
Noqayev Viktor
Noqayev Viktor Antonoviç- 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur.1948-ci ildə Bakı Şəhər Sovetinin, 1952-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Həyatı == Noqayev Viktor Antonoviç 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur. Viktor Antonoviç orta məktəbin 7-ci sinfini bitirdikdən sonra, 1931-ci ildə Dəmiryol politexnikumunu bitirərək birinci dərəcəli texnik- mexanik ixtisasına yiyələnmiş və işləməyə Moskva şəhərinə göndərilmişdir. Burada o, Vaqontormoiqayırma Elmi-Tədqiqat İnstitutunda avtotormozlan sınayan texnik vəzifəsin¬də işləmişdir. İnstitutda işlədiyi müddətdə 10 ay səfərbər¬lik tədbiri üzrə Petropavlovsk-Kamçatka ma¬gistralının tikintisində işləməyə göndərilmişdir. Tikintidə işlədiyi müddətdə ardıcıl olaraq maşi¬nist köməkçisi, parovoz maşinisti, parovozların təmiri üzrə instruktor vəzifələrində çalışmışdır. 1933-cü ildə Viktor Antonoviç Qroznı şəhərindəki Neft institutuna daxil olub, 1938-ci ildə oranı bitirərək, neft-mədən mühəndisi ixtisası alır və institututda saxlanılaraq, neft-mədən yataqlarının işlənməsi və istismarı kafedrasında laboratoriya müdiri təyin edilir.: 1939-cu ildə Viktor Noqayev «Əzizbəyov- neft» trestinin dəvəti ilə Bakıya gəlir və trestin 1—ci və 3-cü mədənlərində neftçıxarma ustası, 4-cü mədəndə mədən müdirinin müavini, trestin fontan-kompressor istismarı üzrə böyük mühəndisi, neftin nəqli sexinin direktoru, qaz idarəsinin baş mühəndisi, quyularm tədqiqi üzrə trestin böyük müfəttişi vəzifələrində işləyir. == Fəaliyyəti == 1943-1946-cı illərdə «Artyomneft» trestində neftçıxarma ustası, mədən müdirinin müavini, mədən müdiri, 1946-1947-ci illərdə trestin baş mühəndisi, 1947-1949-cu illərdə trestin rəisi, 1949-1950-ci illərdə «Azərdənizneft» Birliyinin baş mühəndisi, 1950-1955-ci illərdə «Gürganneft» trestinin (indiki Neft Daşları NQÇİ) rəisi işləmişdir. Viktor Antonoviç «Gürganneft» trestinə rəhbərlik etdiyi müddətdə dirəklər üzərində unikal dəniz şəhəri yaradılmağa başlandı. 1 saylı yaşayış qəsəbəsi, qəsəbədə 16 ədəd ikimərtəbəli yataqxana binaları, gücü 540 Kvt olan 10 ədəd dizel-elektrik stansiyası, qazanxana, hamam, mağazalar, on kilometrlərlə estakadalar, meydançalar, «Neft Daşları» yatağının neft-qaz horizontlannm sınaq-istismar işləri, dəniz suyunu mexaniki qarışıqlardan təmizləyən qurğular, xüsusi injeksiya quyularından laylara dəniz suyunun vurulması, hava-kompressor və qaz-kompressor stansiyası, üzən barjda yerləşdirilmiş hər birinin gücü 750 Kvt olan dizel-elektrostansiya, böyükqabaritli blok- özüllərin tikilməsi, Neft Daşlarmdan neftlə dolu ilk tankerin sahilə göndərilməsi, özüllərdən küt (topa) halında maili istiqamətli neft quyularmın qazılması, 1 və 2 saylı əmtəə çənləri parkı, gəmi yanalma körpüsünün qurulması və s.
Viktor Abakumov
Viktor Semyonoviç Abakumov (rus. Виктор Семёнович Абакумов; 11 (24) aprel 1908, Moskva – 19 dekabr 1954) — SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri. == Həyatı == Viktor Semyonoviç Abakumov 24 aprel 1908-ci ildə Moskvada anadan olmuşdu və olduqca təmkinli, ağıllı qərar qəbul etməsilə ən təcrübəli mütəxəssisləri belə şoka salırdı. Adi bir ocaqçı ailəsində dünyaya göz açan Abakumov ibtidai təhsil almışdı. Amma bu onun sonralar xalq komissarı vəzifəsinə qədər yüksəlməsinə və general-polkovnik rütbəsi almasına mane ola bilməmişdi. 1921-1923-cü illərdə o, xüsusi təyinatlı 2-ci Moskva alayında sanitar kimi xidmət etmişdi. 1924-27-ci illərdə fəhləliklə məşğul olmuşdu. 1927-28-ci illərdə hərbi sənaye əhəmiyyətli müəssisələrdən birində atıcı vəzifəsinə düzələn Abakumov 1930-cu ildə partiyaya daxil oldu. Az sonra onu Ticarət Nazirliyində şöbə müdirinin müavini təyin etdilər. 1932-ci ildə Abakumov komsomol işinə keçdi.
Viktor Adler
Viktor Adler (24 iyun 1852[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 11 noyabr 1918[…], Vyana) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən biri. O, birinci partiya proqramının layihəsinin müəllifi olmuş, mədəni və milli muxtariyyət proqramının hazırlanmasında iştirak etmişdir. Adler 1918-ci ilin noyabr ayında qısa müddətə Avstriya hökumətində xarici işlər naziri olmuşdur.
Viktor Ambartzumyan
Viktor Ambartzumyan (erm. Վիկտոր Համբարձումյան; 5 (18) sentyabr 1908[…], Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası – 12 avqust 1996[…], Byurakan, Araqatsotn mərzi) — erməni mənşəli SSRİ astrofiziki, nəzəri astrofizikanın yaradıcılarından biri. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1953, 1939-cu ildən müxbir üzvü). Ermənistan SSR Elmlər Akademiyasının prezidenti (1947–1993). == Həyatı == Ambartsumian ulduz və dumanlıqlara, mükəmməl astronomiya və ulduz sistemlərinin dinamikası və ulduz və qalaktika kosmoqoniya fizika sahəsində çalışmışdır. Byurakan Astrofizika Rəsədxanasının banisi hesab edilir. == Mükafatları == Sosialist Əməyi Qəhrəmanı (2 dəfə: 1968, 1978). Ermənistan Milli Qəhrəmanı (1994 11 oktyabr). Stalin mükafatı iki dəfə qalibi (2 dəfə: 1946, 1950). Ermənistan SSR Dövlət mükafatı (1988) laureatıdır.
Viktor Anisimov
Aktyor
Viktor Ardisson
Viktor Ardisson (fr. Victor Antoine Ardisson; 5 sentyabr 1872, Le-Muy – 9 mart 1944) — Muy Vampiri adı ilə tanınmış fransız məzar oğrusu və nekrofil. == Həyatı == Viktor Ardisson 1872-ci ilin 5 sentyabr tarixində Fransanın cənub-şərqində yerləşən Le Muy şəhərində anadan olmuşdur. Gənclik illərində məzar qazmaqla ailəsini dolandırmağa çalışırdı. Gününü məzarlıqlarda keçirməsi səbəbindən, bir gün məzarlardan oğurluq etməyə qərar verdiyi təxmin edilməkdədir. Məzarlardan edilən oğurluqlarla yanaşı, xüsusi ilə gənc yaşlarda vəfat etmiş qadınların məzarlarına qarşı vəhşiliklər törətməsi ilə tanınmışdır. Ardissonun psixoloji problemlərinin olduğu həbs edildikdən sonra üzə çıxmışdır. İfadəsində dağıtdığı məzarlardan çıxardığı cəsədlərlə danışdığını bildirmişdir. 1901-ci ildə Viktor Ardisson məzarların dağıdılması və cəsədlərin məzərlardan çıxarılması itthiamı ilə həbs edildi. Viktor Ardisson tarixə nekrofil və vampirlik meyilləri olan ilk qatil kimi düşmüşdür.
Viktor Askoçenski
Viktor İpatyeviç Askoçenski (rus. Виктор Ипатьевич Аскоченский, 1.10.1820-18.5.1879) — Rusiya yazıçısı, şairi, tarixçisi. == Həyatı == Viktor İpatyeviç Askoçenski 1820-ci ildə Voronejdə anadan olmuşdu.1839-cu ildə Kiyev Ruhani akademiyasını bitirmişdi.Magistr elmi dərəcəsini almışdı. Viktor Askoçenski 1879-cu ildə vəfat edib. == Yaradıcılığı == == Seçilmiş əsərləri == «Краткое начертание истории русской литературы» (Киев, 1846); «Пансионерка» (Киев, 1848); «В. Г. Григорович-Барский, знаменитый путешественник XVIII века» (Киев, 1854) «Заморским витиям», 1854; «Киев с древнейшим его училищем» (Киев, 1856); «Я. К. Амфитеатров» (Киев, 1857); «Асмодей нашего времени» (роман, 1858, СПб); «Записки звонаря» (СПб., 1862); «Басни» (СПб., 1863); «Нигилисту», 1863; «История Киевской духовной академии по преобразовании её в 1819 году» (Санкт-Петербург, 1863); «По прочтении высочайшего рескрипта гр. М. Н. Муравьеву», 1865; «Ужасное открытие», 1866 «Марфа Посадница, или Падение Новгорода» (стихотворная драма (СПб., 1870); «Письма с того света пятилетнего брата к своей сестре» (СПб., 1871; изд. 3-е, 1876); «Дневник» — личный дневник Аскоченского.
Viktor Astafyev
Viktor Astafyev (tam adı: Viktor Petroviç Astafyev; d. 1.5.1924, indiki Krasnoyarsk diyarı, Ovsyanka k.– ö. 29.11.2001, Krasnoyarsk) — rus yazıçısı. == Məlumat == Viktor Astafyev kəndli ailəsində anadan olmuş, uşaq evində böyümuşdür. 1942-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Ali ədəbiyyat kurslarında oxumuşdur (1959–61). Yaradıcılığa “Mülki adam” (1951) hekayəsi ilə başlamışdır. Onun “Gələn yazadək” (1951) hekayələr toplusu ilk kitabıdır. Uşaqlıq illəri, təbiət və insan, müharibə və sevgi Viktora şöhrət gətirən “Aşırım”, “Acıçiçək” (hər ikisi 1959), “Ulduz axını” (1960) povestlərinin başlıca mövzularıdır. 1960-cı illərin ədəbi-tənqidi Astafyevin yaradıcılığını “kənd nəsri”nə aid etmişdir.
Viktor Babuşkin
Viktor Borisoviç Babuşkin (rus. Ви́ктор Бори́сович Ба́бушкин; 24 avqust 1930 – 25 iyul 1998, Moskva) — SSRİ və Rusiya bəstəkarı, səs rejissoru, RSFSR-in Əməkdar mədəniyyət xadimi (1976).
Viktor Xain
Viktor Yefimoviç Xain (13 (26) fevral 1914, Bakı – 24 dekabr 2009, Moskva) — geologiya-mineralogiya elmləri doktoru, professor, geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının akademiki, AMEA-nın Fəxri xarici üzvü, Paris Universitetinin fəxri doktoru, Bolqarıstan və Fransa geologiya cəmiyyətlərinin fəxri üzvüdür. == Həyatı == Viktor Yefimoviç Xain 1914-cü il fevralın 13(26)-də Bakı şəhərində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Neft İnstitutunun (indiki ADNSU) mədən fakültəsinin geoloji-kəşfiyyat şöbəsini bitirmişdir. 1940-cı ildə "Yuranın və təbaşirin fasiyaları və mezozoyda Cənub-Şərqi Qafqazın geotektonik inkişaf tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) havadan müdafiə hərbi hissələrində qulluq etmişdir. 1945-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) böyük elmi işçi, "Regional geologiya" şöbəsinin rəhbəri vəzifələrində işləmiş və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda müəllimlik etmişdir. 1947-ci ildə "Cənub-Şərqi Qafqazın geotektonik inkişafı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Moskva Dövlət Universitetində işləyir. 1 iyul 1966-cı ildən Yer haqqında (geologiya, geofizika) elmlər Bölməsi üzrə müxbir üzvü, 23 dekabr 1987-ci ildən geologiya, geofizika, geokimya və mədən elmləri (qlobal seysmologiya, tektonika) Bölməsi üzrə akademikdir. Viktor Yefimoviç Xain 2004-cü ildə AMEA-nın Fəxri xarici üzvü seçilmişdir.
Viktor Xodukin
Viktor Xodukin OİK(Lvov) futbol məktəbinin yetirməsidir. 1965-1967-ci illərdə OİK(Lvov),"Neftyannik"(Droqobiç), "Karpatı"(Lvov) komandalarında oynamışdır. Məşqçilik karyerası 1971-ci ildən başlanmışdır. Uzun illər(1975-ci ildən 1990-cu ilədək) "Karpatı" Olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbində işləmiş və məktəbin baş məşqçisi olmuşdur. 1991-cu ildən Ukraynanın 2-ci dəstəsində oynayan "Avanqard" (Jidakov), "Qazovik"(Komarno) və "Sementik" (Nikolayev) komandalarına baş məşqçilik etmişdir. 1996-cı ildən 2005-ci ilin yanvar ayınadək Lvov "Karpatı"sının 2-ci komandasında (Ukrayna çempionatı, 1-ci və 2-ci liqalar) baş məşqçi vəzifəsində çalışmışdır.
Viktor Xuqayev
Viktor Totrazoviç Xuqayev (rus. Виктор Тотразович Хугаев; 25 fevral 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Xuqayev öz peşəkar karyerasında debütünü 3 avqust 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Tekstilşik İvanovo klubuna qarşı oyunda etmişdir.
Viktor Yanukoviç
Viktor Fyodoroviç Yanukoviç (ukr. Віктор Федорович Янукович; 9 iyul 1950[…], Enakoyev[d], Donetsk vilayəti) — Ukrayna Respublikasının Siyasi və Dövlət Xadimi. Regionlar partiyasının sədri. 2002–2005, 2006–2007-ci illərdə Ukrayna Respublikasının Baş Naziri. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə qalib gələrək Ukrayna Respublikasının 4-cü Prezidenti seçilmiş və 2010-cu il 25 fevral tarixindən vəzifəsinin icrasına başlamışdır. == Həyatı == Donetskdə Enakoyev qəsəbəsində kömürçü fəhlə ailəsində anadan olub. 1967-ci ildə o, soyğunçuluğa görə mühakimə olunub. 1970-ci ildə onu başqasına orta dərəcəli xəsarət yetirməklə bağlı məhkəmə qarşısına çıxarıblar. Rəsmi məlumata görə, bu ittiham Viktor Yanukoviçin üzərindən qaldırılıb. 2006-cı ildə Ukrayna hakimiyyəti bu cinayət işində saxtakarlıq ehtimalını araşdırmağa başlayıb.
Viktor Yuşenko
Viktor Andreyeviç Yuşşenko (ukr. Віктор Андрійович Ющенко; d. 23 fevral 1954, Sumsı vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna Respublikasının Dövlət və Siyasi Xadimi. Ukrayna Respublikasının 3-cü prezidenti (2005–2010). == Həyatı == Viktor Yuşşenko 23 fevral 1954-cü ildə Ukraynanın Sumsk vilayətinin Xorujevsk şəhərində anadan olmuşdur. Ata və anası kənddə müəllim olmuşlar. İqtisadçı təhsili alıb, karyerasına SSRİ Dövlət Bankının regional şöbəsində başlayıb. 1993-cü ildə Ukrayna Milli Bankının sədri təyin edilib. 1996-cı ildə dövriyyəyə buraxılan Ukrayna milli valyutasının – qrivnanın "atası" sayılır. Onun rəhbərliyi altında həyata keçirilən pul islahatı uğurlu olub, ölkə iqtisadiyyatına mənfi təsir etməyib.
Viktor Yuşşenko
Viktor Andreyeviç Yuşşenko (ukr. Віктор Андрійович Ющенко; d. 23 fevral 1954, Sumsı vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna Respublikasının Dövlət və Siyasi Xadimi. Ukrayna Respublikasının 3-cü prezidenti (2005–2010). == Həyatı == Viktor Yuşşenko 23 fevral 1954-cü ildə Ukraynanın Sumsk vilayətinin Xorujevsk şəhərində anadan olmuşdur. Ata və anası kənddə müəllim olmuşlar. İqtisadçı təhsili alıb, karyerasına SSRİ Dövlət Bankının regional şöbəsində başlayıb. 1993-cü ildə Ukrayna Milli Bankının sədri təyin edilib. 1996-cı ildə dövriyyəyə buraxılan Ukrayna milli valyutasının – qrivnanın "atası" sayılır. Onun rəhbərliyi altında həyata keçirilən pul islahatı uğurlu olub, ölkə iqtisadiyyatına mənfi təsir etməyib.
Viktor Zotov
Viktor Zotov (ing. Victor Dmitrievich Zotov; 16 sentyabr 1908, Vladivostok – 26 may 1977, Kraystçerç) — Rusiya mənşəli Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Viktor Zotov zoğalkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1928 Observations and experiments on the suckling clover content of the pastures on the school farm. Feilding Agricultural College Bulletin No. 7: 9-11. 1930 Notes on sexual expression in certain species of New Zealand Coprosmas. Transactions and Proceedings of the N.X. Institute 60: 547-56 (G. V. Wild and V. D. Zotov). 1930 A case of malformation in Clematis foetida. N. X. Journal of Science and Technology 11: 362-5 (H. H. Allan and V. D. Zotov).
Viktor Zubkov
Viktor Alekseyeviç Zubkov (15 sentyabr 1941, Arbat[d], Sverdlovsk vilayəti) — Rusiya dövlət xadimi, iqtisadçı, 2007-ci il sentyabrın 14-dən Rusiya Federasiyasının Baş naziri.
Viktor unqerniyası
Viktor Çernomırdin
Viktor Çernomırdin (rus. Виктор Степанович Черномырдин; 9 aprel 1938 - 3 noyabr 2010) — Rusiya siyasətçisi, Rusiyanın baş naziri (1992-1998), bu ölkənin Ukraynadakı səfiri (2001-2009). == Həyatı == 1992-ci ilin mayından 1998-ci ilə qədər Rusiya Federasiyasının baş naziri olmuşdur, 2001-ci ildən 2009-cu ilədək Rusiyanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri olub. Lissabon sammitində Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri olmuşdur. O, ömrünün son vaxtlarında Rusiya prezidentinin MDB-də iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. 3 noyabr 2010-cu ildə Moskvada vəfat edib.
Viktor Çukarin
Viktor İvanoviç Çukarin (9 noyabr 1921, Krasnoarmeysk, Donetsk quberniyası — 25 avqust 1984, Lvov) — Sovet gimnastı, SSRİ-nin əməkdar idman ustası (1951), USSR-nin əməkdar məşqiçisi (1972), dosent (1963), Lvov idman institunun kafedra rəhbəri (1971), Lenin ordeni kavaleri (1957). Olimpiya Oyunlarının mütləq çempionu (1952, 1956), dünya çempionu (1954), SSRİ çempionu (1949—1951, 1953, 1955); Olimpiya Oyunlarının çempionu 1952-ci ildə 6 mükafat, 1956-ci ildə 5 mükafat, toplam 11 olimpiya mükafatı). Böyük Vətən müharibəsi iştirakçısı. == Bioqrafiyası == Viktor Çukarin 9 noyabr 1921-ci ildə Novoazovsk rayonunun Krasnoarmeyskoye kəndində anadan olmuşdur. Atası don kazakı, anası isə yunan idi. 1924-cü ildə ailəsi Mariupola köçdü. Uşaqlıqdan idmana - futbola, üzgüçülüyə, avarçəkməyə həvəs göstərirdi. Atası 1937-ci ildə repressiya edildi. Çukarin məktəbi bitirdikdən sonra əvvəlcə Mariupol Metallurgiya Kollecinə daxil oldu. Sonra Kiyev Bədən Tərbiyəsi Kollecinə qəbul olundu.
Viktor Şarlaxov
Viktor Petroviç Şarlaxov (Lebedev) (rus. Виктор Петрович Шарлахов (Лебедев); 31 yanvar (12 fevral) 1898, Spasskoye[d], Tambov quberniyası – 31 oktyabr 1989, Moskva) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1951). == Həyatı == Viktor Şarlaxov 31 yanvar (12 fevral) 1898-ci ildə anadan olmuşdur. 1911–1917-ci illərdə Penzada kişi gimnaziyasında, 1915–1918-ci illərdə isə M. V. Zeninanın özəl dram məktəbində təhsil almışdır.Viktor Şarlaxov səhnə fəaliyyətinə 1918-ci ildə başlamış, 1918–1919 illərdə Penza "Azad teatrı"nda işləmişdir. 1919–1930-cu illərdə hər il Rusiyanın və SSRİ-nin müxtəlif — Saransk (1919–1920), Alatır (yay, 1920), Bryansk (1920–1921), Səmərqənd (yay, 1921), Aşqabad (1921–1922), Penza (1922–1923), Nijni Novqorod (1923–1924), Krasnodar (1924–1925), Qomel (yay, 1925), Tiflis (1925–1926 və 1929–1930), Sızran (yay, 1926), Yaroslavl (1926–1927), Xarkov (yay, 1927), Kazan (1927–1928), İjevsk (yay, 1928), Simferopol (1928–1929) şəhərlərinin teatrlarında çıxış etmişdir. 1930–1934-cü illərdə Samara, 1935–1937-ci illərdə Kalininsk, 1937–1938-ci illərdə Smolensk dram teatrlarında işləmişdir. 1934–1935 və 1938–1953-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında, 26 avqust 1953-cü ildən 25 mart 1980-ci ilədək isə Moskvada Malı Teatrda fəaliyyət göstərmişdir.Aktyor 31 oktyabr 1989-cu ildə vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Stalin" mükafatı (3-cü dərəcə) — 14 mart 1951 (ADRDT-da İmran Qasımovun "Xəzər üzərində şəfəq" əsərində Məmmədov roluna görə) "Əmək igidliyinə görə" medalı — 25 fevral 1946 "Qafqazın müdafiəsinə görə" medalı — 19 yanvar 1945 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 16 aprel 1946 == Teatrdakı əsas rolları == == Filmoqrafiya == == İstinadlar == == Xarici keçidlər == "Шарлахов Виктор Петрович". maly.ru. 25 mart 2021 tarixində arxivləşdirilib.
Viktor Şerbakov
Aktyor == Həyatı == 1973-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrında işləmişdir. 1990-cı illərdən 2006-cı ilədək Yermolov adına teatrda, daha sonralar Kaluqa dram teatrında işləmişdir.
Viktor Şirəli
Viktor Heydər oğlu Şirəlizadə (7 may 1945 – 19 fevral 2018) — Azərbaycan əsilli Rusiya şairi. Leninqrad anderqraundunun nümayəndəsi. == Həyatı == Viktor Heydər oğlu Şirəlizadə 1945-ci il mayın 9-da Leninqrad şəhərində anadan olub və Böyük Vətən müharibəsindəki qələbənin şərəfinə və Leninqradın blokadası zamanı aclıqdan ölən babasının şərəfinə adlandırılıb. Viktor Şirəlinin özünün dediyinə görə, atası Heydər Həsən oğlu Şirəlizadə, əslən Cənubi Azərbaycandandır. O, 1916-cı ildə anadan olub və əczaçı işləyib. Şairin dediyinə görə atası türkcə (azərbaycanca) şeirlər yazırdı. Anası Mariya Viktorovna Lazareva, 1925-ci ildə Pskov quberniyasından olan kəndli ailəsində anadan olub. Onun dediyinə görə atası ilə anası müharibə zamanı atasının döyüşdüyü Leninqrad yaxınlığında tanış olublar. 1955-ci ildə onlar ayrılıblar. 1963-cü ildə məktəbi bitirdikdən sonra V.Şirəli elektrik, radiomontajçı, təchizat agenti, rəqs pavilyonunun inzibatçısı, kitabxanaçı, qayıq stansiyasında gözətçi kimi işləyib.
Viktor Şulman
Viktor Şulman — Azərbaycanın tanınmış jurnalisti, “Azərbaycanın əməkdar jurnalisti” (2005) == Həyatı == Viktor Şulman 1946-cı ildə Bakıda anadan olub. == Fəaliyyəti == Əmək fəaliyyətinə Şirvan şəhərinin (o vaxtkı Əli Bayramlı) rus dilində çıxan “Mayak” qəzetində işləyib. 1993-cü ilə kimi orada çalışıb, sonradan uzun illər “AzərTAc”da işləyib. 1993-cü ildə isə “İTAR-TASS”ın Azərbaycandakı xüsusi müxbiri olub və həyatının sonuna kimi burada işləyib. Viktor Şulman Qarabağ hadisələrini birbaşa münaqişə zonasından işıqlandırıb. 2005-ci ildə ona “Azərbaycanın əməkdar jurnalisti” adı verilib. == Vəfatı == 8 sentyabr 2012-ci ildə Rusiyanın “İTAR-TASS” informasiya agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Şulman vəfat edib.
Adam Viktora
Adam Viktora (6 sentyabr 1996, Çexiya) — Seyşel adalarını təmsil edən üzgüçü. Adam Viktora Seyşel adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Adam Viktora birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatılır. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak edir. 24.30 saniyəlik nəticəsi ilə 56-cı yeri tutaraq yarımfinala vəsiqə qazana bilməyir.
Bavariyalı Mariya Anna Viktoriya
Mariya Anna Viktoriya (fr. Marie Anne Victoire de Bavière) (28 noyabr 1660, Münhen, Bavariya kürfürstlüyü – 20 aprel 1690, Versal sarayı) – Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Bertière, Simone. (1998). Les Femmes du Roi-Soleil. Fallois.
Böyük Viktoriya səhrası
Böyük Viktoriya səhrası (ing. Great Victoria Desert) — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhra. Sahəsi 424400 km², şərqdən qərbə qədər uzunluğu isə 700 km-dir. Səhra şimaldan Gibson səhrası, cənubdan isə Nallarbor düzənliyi ilə əhatə olunub.
III Viktor Amadeus (Savoyya hersoqu)
III Viktor Amadeus (it. Vittorio Amedeo III di Savoia) (26 iyun 1726[…], Turin, Sardiniya krallığı – 16 oktyabr 1796[…], Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Hesseli Poliksenadır. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
III Viktor Emanuel
III Viktor Emanuel (it. Vittorio Emanuele III; 11 noyabr 1869[…], Neapol – 28 dekabr 1947[…], İsgəndəriyyə) — İtaliyanın üçüncü kralı, bundan başqa, Efiopiyanın imperatoru (1936-1941), Albaniyanın (1939-1943) kralı olmuşdur. Lakin bu ünvanlar bir çox iri dövlətlər tərəfindən tanınmırdı. Onun hakimiyyəti, atası I Umbertonun qətlindən sonra başladı. III Viktor Emanuelin hakimiyyəti, İtalyan faşizminin yaranması, inkişaf etməsi və tənəzzül etməsi dövrünü əhatə edir. II Dünya Müharibəsində İtaliyanın məğlub olmasından sonra, monarxiya ağır böhran keçirməyə başladı. Dövlətdə monarxiyanın saxlanıb-saxlanmaması referendumda həll olunmalı idi. Referendumda monarxiya tərəfdarlarının təzyiqləri ilə (müharibədə məğlub olmasından sonra italyanlar ona nifrət edirdilər) III Viktor Emanuel öz oğlu II Umbertonun xeyrinə hakimiyyətdən əl çəkdi. Beləliklə, onun oğlu II Umberto adı ilə İtaliyanın dördüncü kralı oldu. III Viktor isə İsgəndəriyyəyə sürgün edildi, bir il sonra isə vəfat etdi və elə orada da dəfn edildi.
III Viktor Emmanuel
III Viktor Emanuel (it. Vittorio Emanuele III; 11 noyabr 1869[…], Neapol – 28 dekabr 1947[…], İsgəndəriyyə) — İtaliyanın üçüncü kralı, bundan başqa, Efiopiyanın imperatoru (1936-1941), Albaniyanın (1939-1943) kralı olmuşdur. Lakin bu ünvanlar bir çox iri dövlətlər tərəfindən tanınmırdı. Onun hakimiyyəti, atası I Umbertonun qətlindən sonra başladı. III Viktor Emanuelin hakimiyyəti, İtalyan faşizminin yaranması, inkişaf etməsi və tənəzzül etməsi dövrünü əhatə edir. II Dünya Müharibəsində İtaliyanın məğlub olmasından sonra, monarxiya ağır böhran keçirməyə başladı. Dövlətdə monarxiyanın saxlanıb-saxlanmaması referendumda həll olunmalı idi. Referendumda monarxiya tərəfdarlarının təzyiqləri ilə (müharibədə məğlub olmasından sonra italyanlar ona nifrət edirdilər) III Viktor Emanuel öz oğlu II Umbertonun xeyrinə hakimiyyətdən əl çəkdi. Beləliklə, onun oğlu II Umberto adı ilə İtaliyanın dördüncü kralı oldu. III Viktor isə İsgəndəriyyəyə sürgün edildi, bir il sonra isə vəfat etdi və elə orada da dəfn edildi.
II Viktor Amadeus (Savoyya hersoqu)
II Viktor Amadeus (it. Vittorio Amedeo II di Savoia) (14 may 1666[…], Turin – 31 oktyabr 1732[…], Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Çarlz Emanuel, anası isə Savoyyalı Mariya Jannadır. Atasının ani vəfatının ardından, hələ 9 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi oldu. Fransa kralı XIV Lüdovik bölgədəki fransız təsirini gücləndirmək məqsədilə kiçik hersoqun gələcəkdəki evliliyini planlaşdırmaq niyyətində idi. Ancaq yetkinlik yaşına çatan Viktor Amadeus fransız təsirindən çıxdı və 1684-cü ildə yazdığı əmrlə Fransa yönümlü anasını dövlət idarəsindən tamamilə uzaqlaşdırdı. İspaniya səltənəti uğrunda gedən taxt mübarizəsinə qoşulan Viktor Amadeus 1713-cü ildə Siciliya krallığını ələ keçirdi ancaq çox keçmədən bu ünvanını Sardiniya kralı olaraq dəyişməli oldu. == Mənbə == Symcox, Geoffrey (1983). Victor Amadeus II: absolutism in the Savoyard State, 1675–1730. Berkeley: University of California Press.
II Viktor Emanuel
II Viktor Emanuel (it. Vittorio Emanuele Mariya Alberto Eugenio Ferdinando Tommaso; 14 mart 1820[…], Turin, Turin əyaləti[d] – 9 yanvar 1878[…], Roma) — 1849–1861 illərdə Sardiniya krallığının kralı, 1861-ci ildən birləşmiş İtaliya Krallığının ilk kralı, "Padre della Patria" (Ata Vətənin atası) olaraq tanınır. == Həyatı == 1820-ci ilin 14 martında anadan olmuşdur. 1878-ci ilin 9 yanvarında isə vəfat etmişdir.1849-cu ilın 23 martından 1861-ci ilə qədər Sardinyanın kralı (Piemont-Sardiniya), 1861-ci ildən 1878-ci ilə qədər isə vahid İtaliya krallığının kralı olmuşdur. O, 6-cı əsrdən bəri vahid olmayan İtaliyanın ilk kralı olmuşdur, buna görə də İtalyanlar ona "Della Patria" ləqəbini vermişlər. Bu sözün Azərbaycan dilinə tərcüməsi "Ata" mənasını verir. == Bioqrafiyası == Emanuel Karl Albertin ən böyük oğlu idi. Atası I Karl Alberti Sardiniya kralı, anası isə Avstriya Habsburqlarından olan Mariya Tereza idi. Onun gəncliyi Florensiya şəhərində keşmişdir. Burada çox erkən vaxtlardan siyasətlə, idmanla və hərb elmi ilə maraqlanmağa başladı.
I Viktor Amadeus (Savoyya hersoqu)
I Viktor Amadeus (it. Vittorio Amedeo I di Savoia) (8 may 1587, Turin – 7 oktyabr 1637[…], Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Çarlz Emanuel, anası isə İspaniya kralı II Filippin qızı Ketrin Mişeldir. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press.
I Viktor Emanuel (Savoyya hersoqu)
I Viktor Emanuel (it. Vittorio Emanuele I di Savoia) (24 iyul 1759[…], Turin, Sardiniya krallığı – 10 yanvar 1824, Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə İspaniya kralı V Filippin qızı Mariya Antuanetta Ferdinandadır. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
I Viktoriya
I Viktoriya — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı).Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nigahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi. Nəticədə Viktoriya varis təyin olunur.
Jan Viktor Ponsele
Jan Viktor Ponsele (ing. Jean-Victor Poncelet; 1 iyul 1788[…], Mets – 22 dekabr 1867[…], Paris) — Fransa riyaziyyatçısı və mexaniki; proyektiv həndəsənin əsasını qoymuşdur.
Kraliça Viktoriya
I Viktoriya — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı).Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nigahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi. Nəticədə Viktoriya varis təyin olunur.
Marianna Viktoriya (Portuqaliya kraliçası)
Marianna Viktoriya (isp. Mariana Victoria de Borbón; port. Mariana Vitória) (31 mart 1718, Madrid – 15 yanvar 1781, Ajuda sarayı[d]) — Portuqaliya kralı I Jozefin xanımı. Atası İspaniya kralı V Filipp, anası isə onun ikinci xanımı Elizabet Farnesidir. Hələ 7 yaşında ikən Fransa kralı XV Lüdoviklə nişanlansa da, yaş etibarilə bu evlilik baş tutmadı. 1729-cu ildə Portuqaliya kralı V Conun varisi İnfant Jozeflə evləndirildi. Ərinin ömrünün son illərində və ardından taxta çıxan qızı Mariyaya naibə olaraq xidmət etdi. == Mənbə == Armstrong. Edward: Elisabeth Farnese: The Termagant of Spain, 1892 Myrl. Jackson-Laufer.
Mariya Viktoriya dal Pozzo
Mariya Viktoriya dal Pozzo (it. Maria Vittoria Carlotta Enrichetta Giovanna dal Pozzo della Cisterna) (9 avqust 1847, Paris, Fransa – 8 noyabr 1876, San-Remo, İtaliya krallığı) — İtalyan əsilzadəsi və İspaniya kralının xanımı. == Mənbə == de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. ‘’Le Petit Gotha’’. Nouvelle Imprimerie Laballery, Paris 2002, p.
Mon-Sen-Viktor (Pol Sezan)
Mon-Sen-Viktor (fr. Mont Sainte-Victoire) — fransız rəssamı Pol Sezanın əsərlərindən biri. Əsər Nyu-Yorkun Metropoliten İncəsənət Muzeyində saxlanılır.
Sen-Viktor-de-Morestel
Sen-Viktor-de-Morestel (fr. Saint-Victor-de-Morestel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38465. Kommunanın 1999-cu il üçün əhalisi 849 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 55 km şərqdə, Qrenobldan 60 km şimalda yerləşir.
Sen-Viktor-de-Sesyo
Sen-Viktor-de-Sesyö (fr. Saint-Victor-de-Cessieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. İzer departamentinə aiddir . Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi La-Tur-dyu-Pen sayılır.INSEE kodu 38464-dür. Kommunanın 2007-ci il üçün əhalisi 2.118 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 310 ilə 555 qədər metr yüksəklikdə yerləşir.
Sen-Viktor-e-Melvyo
Sen-Viktor-e-Melvyö (fr. Saint-Victor-et-Melvieu, oks. Sant Victor e Malviu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12251. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 39 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 374 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 227 nəfər (15-64 yaş) arasında 159 nəfər iqtisadi fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə bu 62.1%).
Sen-Viktor (Alye)
Sen-Viktor (fr. Saint-Victor) — Fransada kommuna, Overn regionunda yerləşir.Departament — Alye. Şimal-şərqi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03262. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2014 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1416 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 1024 nəfər iqtisadi fəal, 392 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 73.0%) olmuşdur.Fəal 1024 nəfərdən 949 nəfər (496 kişi və 453 qadın) işləyir, 75 nəfər işsizdir (27 kişi və 48 qadın). 392 hərəkətsiz olan 109 nəfər arasında şagird və ya tələbə, 187 nəfər təqaüdçü, 96 nəfər digər səbəblərə görə fəaliyyətsizdir. == Görməli yerləri == Passa qalası Sen-Viktor kilsəsi XIII əsr, tamamilə bərpa edilmişdir Tizon qəsri == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == "Milli Statistika İnstitutu — Sen-Viktor" (fransız). 2012-10-07 tarixində arxivləşdirilib.
Sen-Viktorlu Hüqo
Sen-Viktorlu Hüqo (Hugues de Saint-Victor; 1096-1141) — filosof-sxolast, Sen-Viktor məktəbinin başçısı, tətbiqi həndəsə üzrə traktatların müəllifi..
Storm (Viktor Kron mahnısı)
Storm (azərb. Fırtına‎) — Estoniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Viktor Kron "Storm" mahnısı ilə Estoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2015 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil edən Stiq Rasta və eyni zamanda Viktor Kron, Vallo Kikas və Fred Krüqer tərəfindən bəstələnmişdir.
Tomas Luis de Viktoriya
Tomas Luis de Viktoriya (1548[…], Avila, Kastiliya və Leon – 27 avqust 1611, Madrid) — Katolik rahibi, kilsə xadimi və İspan Rönesansının məşhur polifonist bəstəkarı. Yaxınlaşacaq Baroku üslubu ilə dövrünün ən aktual və inkişaf etmiş bəstəkarlarından biri sayılır. Təsiri, Cecilianism bəstəkarları tərəfindən bir model olaraq qəbul edildiyi 20-ci əsrə qədər çatır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 40.86 dəfə / 1 mln.
2002 •••••••••••••• 54.82
2003 ••••••••••• 42.91
2004 ••••••••••••••• 57.61
2005 ••••••••••••••••• 63.43
2006 •••••••••••••••••• 69.37
2007 ••••••••••••••••• 63.64
2008 •••••••••••••• 53.84
2009 •••••••••••••• 52.63
2010 ••••••••••••••••• 65.27
2011 •••••••••• 37.83
2012 •••••••••••• 43.28
2013 ••••••••••••••• 55.14
2014 •••••••••••••••••••• 78.60
2015 ••••• 17.01
2016 ••••• 17.70
2017 ••• 10.41
2018 •••• 12.14
2019 ••••• 17.66
2020 •••• 12.47

"viktor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#viktor nədir? #viktor sözünün mənası #viktor nə deməkdir? #viktor sözünün izahı #viktor sözünün yazılışı #viktor necə yazılır? #viktor sözünün düzgün yazılışı #viktor leksik mənası #viktor sözünün sinonimi #viktor sözünün yaxın mənalı sözlər #viktor sözünün əks mənası #viktor sözünün etimologiyası #viktor sözünün orfoqrafiyası #viktor rusca #viktor inglisça #viktor fransızca #viktor sözünün istifadəsi #sözlük