Viktori sözü azərbaycan dilində

Viktori

Yazılış

  • Viktori • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bavariyalı Mariya Anna Viktoriya
Mariya Anna Viktoriya (fr. Marie Anne Victoire de Bavière) (28 noyabr 1660, Münhen, Bavariya kürfürstlüyü – 20 aprel 1690, Versal sarayı) – Fransa kralı XIV Lüdovikin varisi Burbonlu Lüdovikin ilk xanımı, İspaniya kralı V Filippin anası. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Bertière, Simone. (1998). Les Femmes du Roi-Soleil. Fallois.
Böyük Viktoriya səhrası
Böyük Viktoriya səhrası (ing. Great Victoria Desert) — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhra. Sahəsi 424400 km², şərqdən qərbə qədər uzunluğu isə 700 km-dir. Səhra şimaldan Gibson səhrası, cənubdan isə Nallarbor düzənliyi ilə əhatə olunub.
I Viktoriya
I Viktoriya — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı).Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nigahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi. Nəticədə Viktoriya varis təyin olunur.
Kraliça Viktoriya
I Viktoriya — 1837–1901-ci illərdə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası olmuşdur. XIX əsrdə 63 illik hökmranlıq ilə Böyük Britaniyanın II Elizabetdən sonra ən çox hökmranlıq edən hökmdarıdır. == Həyatı == Atası Stratham və Kent qrafı Kral VIII Georg, anası Viktoriya isə Sakse-Koburq-Salfeld şahzadəsidir (Belçıka kralı Leopoldun bacısı).Viktoriya cütlüyün tək uşağı idi, 1819-cu ilin, may ayının 24-də Londonda, Kensington sarayında anadan olmuşdur. 24 iyunda Kantenburi baş yepiskopu Karl Manners-Sutan tərəfindən Kensington sarayında baptist edilmişdir. Onunla birlikdə Şahzadə Regent, Prusiya kralı Aleksandr, Vürtenburq kraliçası Charlettovo Saxe-Koburq-Saafeld də baptist edilmişdir. Alexsandirina olaraq baptist edilməsinə baxmayaraq ailə içində Drina olaraq çağırılırdı. Atası onun anadan olmasından səkkiz ay sonra vəfat etdi, babası III Georg ondan 6 gün sonra vəfat etdi, Şahzadə Viktoriyanın əmisi, Gal şahzadəsi Kral IV Georg taxt-taca sahib oldu. Şahzadə Viktoriya 11 yaşında olduğu zaman, Kral IV Georg özündən sonra varis buraxmayaraq öldü, taxt-taca IV Georgun kiçik qardaşı IV Vilyam gəldi. Onun məşuqu Doratidən nigahdan kənar 10 uşağının olmasına baxmayaraq, onun varis seçilə biləcək övladı yox idi. Nəticədə Viktoriya varis təyin olunur.
Marianna Viktoriya (Portuqaliya kraliçası)
Marianna Viktoriya (isp. Mariana Victoria de Borbón; port. Mariana Vitória) (31 mart 1718, Madrid – 15 yanvar 1781, Ajuda sarayı[d]) — Portuqaliya kralı I Jozefin xanımı. Atası İspaniya kralı V Filipp, anası isə onun ikinci xanımı Elizabet Farnesidir. Hələ 7 yaşında ikən Fransa kralı XV Lüdoviklə nişanlansa da, yaş etibarilə bu evlilik baş tutmadı. 1729-cu ildə Portuqaliya kralı V Conun varisi İnfant Jozeflə evləndirildi. Ərinin ömrünün son illərində və ardından taxta çıxan qızı Mariyaya naibə olaraq xidmət etdi. == Mənbə == Armstrong. Edward: Elisabeth Farnese: The Termagant of Spain, 1892 Myrl. Jackson-Laufer.
Mariya Viktoriya dal Pozzo
Mariya Viktoriya dal Pozzo (it. Maria Vittoria Carlotta Enrichetta Giovanna dal Pozzo della Cisterna) (9 avqust 1847, Paris, Fransa – 8 noyabr 1876, San-Remo, İtaliya krallığı) — İtalyan əsilzadəsi və İspaniya kralının xanımı. == Mənbə == de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. ‘’Le Petit Gotha’’. Nouvelle Imprimerie Laballery, Paris 2002, p.
Tomas Luis de Viktoriya
Tomas Luis de Viktoriya (1548[…], Avila, Kastiliya və Leon – 27 avqust 1611, Madrid) — Katolik rahibi, kilsə xadimi və İspan Rönesansının məşhur polifonist bəstəkarı. Yaxınlaşacaq Baroku üslubu ilə dövrünün ən aktual və inkişaf etmiş bəstəkarlarından biri sayılır. Təsiri, Cecilianism bəstəkarları tərəfindən bir model olaraq qəbul edildiyi 20-ci əsrə qədər çatır.
Vellinqton Viktoriya Universiteti
Vellinqton Viktoriya Universiteti (ing. Victoria University of Wellington) — Yeni Zelandiyanın Vellinqton şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Əsasən hüquq, sosial elmlər və bəzi elm displinlərinə görə fərqlənsə də universitet geniş akademik proqramlar təklif edir. == Tarixi == 1897-ci ildə Parlamentin aktı əsasında təsis edilmişdir və Yeni Zelandiya Universitetinin kolleclərindən biri olmuşdur. Universitet Britaniya kraliçası Viktoriyanın hakimiyətinin 60-cı ildönümü ilə əlaqəli kraliçanın şərəfinə adlandırılmışdır. İlk kampusu Vellington şəhərinin Trondon deyilən ərazisində qurmaq planlaşdırılsa da, sonradan məkan olaraq Kelburn seçilmişdir. Hazırda universitetin əsas kampusu Kelburndadır. Kelbur kampusundakı qədimi Hanter Binasının (ing. Hunter Building) əsası 1904-cü ildə qoyuldu. Universitetin ilk adı Viktoriya University College idi və universitet Yeni Zelandiya Universitetinin bir hissəsi idi.
Viktoria Krivelli
Viktoriya Krivelli (d. 30 sentyabr 1990; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Viktoriya Krivelli Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Viktorian stili
Viktorian stili — kraliça Viktoriyanın (1837–1901) şərəfinə adlandırılsa da, həmin dövrdə kraliça Anna stili, kral Yakov stili, italyan və neoqotika stilləri yayılmışdı. Bunlardan başqa, memarlar materiallarla eksperimentlər edərək, müxtəlif stillərin elementlərini qarışdırırdılar – məsələn, dik tyudor damları ilə qotik oxvari tağlar. Viktorian stili Avstraliya istisna olmamaqla, bütün Britaniya imperiyasında geniş yayılmışdı. 1885-ci ildə memar Harri Kent, Çarlz B. Feyrfaks üçün, hazırda Sidneydə tarixi abidə sayılan Kaerleon evini layihələndirdi. 45 dərəcə bucaqlıq dam, erker kimi detallar və daş astarlı qırmızı kərpic divarları, vitraj şüşələr və verandanın XIX əsrin ikinci yarısında Avstraliyada yayılmış kraliça Anna stilinə işarə edən çuqun dayaqları tamamlayır. Viktorian stilini yerli xüsusiyyətlərlə adaptasiya etmək asan idi. Bu stilin dəyişkən elementləri var idi və o, müxtəlif miqyaslı və müxtəlif tipli binaların layihəsi üçün uyğun idi. Memarların əvvəlki stillərin konstruktiv məhdudiyyətlərindən yan keçmələri ictimaiyyətin o qədər xoşuna gəldi ki, viktorian dizaynı demək olar ki, universal oldu. San Fransiskoda XIX əsrin ortalarında və ikinci yarısında tikilən viktorian evləri buna nümunə ola bilər. Britaniyalı memarlar, bir qayda olaraq, qırmızı kərpic və ağ daş astardan istifadə etmişdilərsə, onların amerikan kolleqaları bəzi detalları ağ rənglə ayırdılar və onların aralarındakı panelləri müxtəlif rənglərlə boyadılar.
Viktorina Möran
Viktorina Möran (fr. Victorine Meurent) — fransız rəssamı. Eduard Manenin ən sevimli modeli kimi tanınmış olmasına baxmayaraq, onun özü də məşhur rəssam idi. Onun əsərləri nüfuzlu Paris İncəsənət Mərkəzində dəfələrlə sərgilənmişdir. 1876-cı ildə münsiflər heyəti onun əsərlərini qəbul etdi. Həmin münsiflər heyəti bu sərgidə Manenin rəsmlərini qəbul etməmişdi. == Ədəbiyyatda Möran == İrlandiyalı yazıçı Corc Moore, "Mənim Ölü Həyatımın xatirələri" adlı yarı-avtobioqrafik romanda sənətçini canlandırmışdl. Debra Finerman tərəfindən yazılmış, tarixi roman Mademoiselle Victorinedə də Ondan ilhamlanmışdı. O, "Manet in Love" adlı bir filmdə də görüldü. == Həyatı == Viktorina bir sənətkar ailəsində dünyaya gəldi.
Viktorina Möran ispan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
Viktoriya
Viktoriya (lat. victoria – qələbə) — şəxs adı. Viktoriya — Böyük Britaniya kraliçası (1819-1901). Viktoriya Bekhem — müğənni. Viktoriya Mixalap — üzgüçü.Mifologiyada Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi.Coğrafiyada Viktoriya — Afrikada, Zambezi çayı üzərində şəlalə. Viktoriya — Afrikanın ən böyük gölü. Viktoriya — Avstraliyada əyalət. Viktoriya — Seyşel adalarının paytaxtı. Viktoriya (boğaz) — Viktoriya (Kanada) — Britaniya Kolumbiyasının paytaxtıdır. Böyük Viktoriya səhrası — Avstraliyanın Qərbi Astraliya və Cənubi Avstraliya ştatları ərazılərində yerləşən qumlu-şoran səhraDigər Viktoriya və Albert muzeyi — Londonda muzey.
Viktoriya-qalib (teleserial, 2010)
Viktoriya qələbə deməkdir (ing. Victorious) — Nickelodeondə yayımlanan bir ABŞ sitkomudur. Serial 27 mart 2010 - də başladı.
Viktoriya (Kanada)
Viktoriya (ing. Victoria) — Britaniya Kolumbiyasının paytaxtıdır. Vancouver Adasının cənubunda qalan şəhər 346.000 əhalisi olan bir şəhərdir.
Viktoriya (Seyşel adaları)
Viktoriya (fr. Victoria [viktɔʁja]) — Seyşel adalarının paytaxtı, yeganə şəhəri və limanı. Mae adasının şimal-şərq sahilində yerləşir. Viktoriya adanın əhalisinin 1/3-ni təşkil edir. == Etimologiya == 1841-ci ildə adada limanın əsası qoyulmuş və Böyük Britaniya Kraliçası Viktoriyanın şərəfinə Port Viktoriya, 1960-cı ildən isə Viktoriya adlandırılmışdır. == İnfrastruktur == Liman olduqca dərindir, bu, eyni zamanda bir neçə gəminin olduğu kimi böyük gəmilərin qəbuluna imkan verir. Limanın daxili su sahəsi kiçik gəmilər üçün lazımi avadanlıq təmin edir. 1971-ci ildə Viktoriya yaxınlığında beynəlxalq hava limanı tikildi. Maliyyələşdirmə mənbəyi İngiltərə dövlət istiqrazları və dövlət zəmanəti ilə qiymətli kağızlar idi. Beləliklə, Böyük Britaniya 1965-ci ildə bir sıra adaların dövlətdən müvəqqəti çıxarılması üçün kompensasiya etdi.
Viktoriya (ada)
Viktoriya (ing. Victory Island) - Kanada Arktik arxipelaqınına daxil olan Kanadaya məxsus ada. İnzibati cəhətdə Kanadannın Nunavut və Şimal-Qərb əraziləri vilayətlərinə daxildir. == Coğrafiyası == Təxmini eni 300–600 km, uzunluğu isə 400–500 km arasında dəyişir. Sahəsi 217 291 km² təşkil edir. Hündürlüyü şimal-qərbdə 665 metrdir. Çoxlu sayda gölləri vardır ki, onunlarında ən iriləri Ferquson, Taha, Tahiryak, Uoşberndir. Baffin Torpağı adasından sonra sahəsinə görə Kanadada ikinci, dünyada isə onuncudur. Sərt iqlim səbəbindən adada cəmi 1707 nəfər (2007 il) yaşayır. Əsas yaşayış məntəqələri: Keymbridj-Bey, Ulukhaktok.
Viktoriya (boğaz)
Viktoriya boğazı (ing. Victoriа Strait)- Kanada Arktik arxipelaqına daxil olan Viktoriya (ada)sini Kinq-Vilyam adasından ayırır. Kanadanın şumal-qərbində Nunavut vilayəti ərazisində yerləşir. Boğaz Kuin-Mod körfəzini cənubdan, Franklin boğazını şimal-şərqdən, Mak-Klinton boğazı ilə isə şimal-qərbdən birləşdirir. Eni 80–130 km, uzunluğu 160 km təşkil edir. Boğazın cənub qutaracağında Cenni-Lind və Royal Geografikal Sosayeti adaları yerləşir. Şimal-Qərb keçidinin əsas istiqaməti ərazidən keçir. Lankaster boğazı, Barrou boğazı, Pil boğazı, Franklin boğazı, Larsen körfəzi, Viktoriya boğazı, Kuin-Mod körfəzi, Dis boğazı, Koroneysen körfəzi, Dolfin və Yunion boğazı və Amudsen körfəzi bu yolun əsasını təşkil edir. İlin böyük qismi buzla örtülü olur. == Tarixi == 1845-ci ildə ingilis qütb ekspedisiyası Con Franklinin başçılığı ilə boğaza daxil olur.
Viktoriya (mifologiya)
Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi. Yunan mifologiyasında isə qələbə ilahəsi Nikadır. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya (əyalət)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Viktoriya Abril
Viktoriya Abril (ing. Victoria Abril, əsl adı Viktoriya Merida Roxas; isp. Victoria Mérida Rojas; 4 iyul 1959[…], Madrid) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.
Viktoriya Apanasenko
Viktoriya Apanasenko (ukr. Вікторія Апанасенко 18 iyun 1994) ukraynalı model və gözəllik kraliçası, "Miss Universe Ukraine 2022" müsabiqəsinin qalibidir.
Viktoriya Azarenko
Viktoriya Azarenko (31 iyul 1989, Minsk) — tennisçi. Viktoriya Azarenko Dünya reytinqinin lideri illik (2012-ci il) qazancda da rəqibləri geridə qoydu. London olimpiadasında qarışıq cütlərin mübarizəsində çempion olan tennisçi fərdi yarışları bürünc medalla bitirdi. "Uimbldon" turnirinin, həmçinin "Böyük dəbilqə"nin Avstraliya mərhələsində qalib gəlmiş Viktoriya ABŞ mərhələsinin finalçısıdır. İdman ilinin yekununda 7.923.920 dollar qazandı ki, indiyədək heç bir tennisçi mövsümdə bu qədər pul əldə etməyib. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Viktoriya Bekhem
Viktoriya Bekhem (17 aprel 1974[…], Harlov[d], Esseks[d]) — müğənni, futbolçu Devid Bekhemin həyat yoldaşı. == Həyatı == Viktoriya Bekhem 1974-cü il aprelin 17-də İngiltərədə anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişdi. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxdı. 2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara aldılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 2.02
2009 •• 0.16
2011 ••• 0.26

"viktori" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#viktori nədir? #viktori sözünün mənası #viktori nə deməkdir? #viktori sözünün izahı #viktori sözünün yazılışı #viktori necə yazılır? #viktori sözünün düzgün yazılışı #viktori leksik mənası #viktori sözünün sinonimi #viktori sözünün yaxın mənalı sözlər #viktori sözünün əks mənası #viktori sözünün etimologiyası #viktori sözünün orfoqrafiyası #viktori rusca #viktori inglisça #viktori fransızca #viktori sözünün istifadəsi #sözlük