Böyük Qafqaz fiziki-coğrafi vilayətinin ekocoğrafi problemləri.
Böyük Qafqaz fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti.
== Ümumi məlumat ==
Böyük Qafqaz dağları Azərbaycanın şimal və şimal-şərq hissələrini əhatə edir. Əsas hissəsini Baş Qafqaz silsiləsi tutur. Baş Qafqaz silsiləsinin şimalında Yan silsilə, cənubunda Niyaldağ və Qovdağ silsilələri, cənub-şərqində Ləngəbiz və Qobustan alçaq dağlığı, Ələt tirəsi və Abşeron yarımadası yerləşir.
Vilayətin şimal-şərqində Qusar maili düzü və Samur-Dəvəçi ovalığı yerləşir. Vilayətdə mezozoy və kaynozoy erasının süxurları yayılmışdır. Ən fəal seysmik hərəkətlər Şamaxı-İsmayıllıda müşahidə olunur. Vilayətdə palçıq vulkanları geniş yayılmışdır. Neft və təbii qaz, tikinti materialları, mineral sular əsas təbii sərvətlər hesab olunur.
Vilayətdə bütün iqlim tiplərinə rast gəlinir (yayı quraq keçən soyuq iqlim tipindən başqa).