vilayətinə sözü azərbaycan dilində

vilayətinə

Yazılış

  • vilayətinə • 93.5310%
  • Vilayətinə • 6.2893%
  • VİLAYƏTİNƏ • 0.1797%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kursk vilayətinə basqın (2024)
Kursk vilayətinə basqın — Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində 2024-cü ilin 6 avqustundan etibarən indiyədək apardığı əməliyyatdır. Hücum Moskva saatı ilə (UTC+3) 08:00-da start götürüb. Döyüşlər nəticəsində Ukrayna Kursk vilayətindəki xeyli sayda yaşayış məntəqəsini, o cümlədən Sudja rayonunda nəzarəti əldə edib. Kursk vilayətində fövqəladə vəziyyət elan edilib. 9 avqustda Belqorod, Kursk və Bryansk vilayətlərində anti-terror rejiminə start verilib. Ukrayna 1250 km²-dan çox Rusiya ərazini ələ keçirdiyi xəbərini yayıb. 15 avqustda isə Ukrayna artıq yeni tutulan ərazilərdə hərbi idarə təsis edib. Bu basqın Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın Rusiya ərazisinə təşkil etdiyi ən güclü və intensiv əməliyyatdır. == Arxa plan == 2022-ci ilin fevralından etibarən Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra arabir Rusiya ərazisində dağıntılar meydana gəlirdi. Bunlar dron hücumları, bombalamalar və digər yollarla baş tuturdu.
Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan və ermənilər tərəfindən işğal olunmuş 7 rayon
Dağlıq Qarabağın ətrafında Ermənistan tərəfindən işğalı olunmuş Azərbaycan əraziləri — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan, Birinci Qarabağ müharibəsi (1988–1994) dövründə Ermənistan tərəfindən işğal olunmuş və İkinci Qarabağ müharibəsi başlanana qədər işğal altında qalmış ərazi. == Ərazilər haqqında ümumi məlumat == 12.05.1994–27.09.2020 tarixləri aralığında bu ərazilərin aid olduğu inzibati rayonlar: Kəlbəcər rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 02.04.1993 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əsasən 13 oktyabr 1992-ci il tarixli inzibati ərazi dəyişikliyinə qədərki ərazisi işğaldan azad edilmişdir. 2020-ci il 25 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edildiyi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmişdir. Laçın rayonu — 1992–1993-cü illərdə bütün ərazisi (o cümlədən 18.05.1992 tarixində rayon mərkəzi) işğal olunub. İkinci Qarabağ müharibəsi nəticəsində qəbul olunmuş 10 noyabr atəşkəs bəyanatının şərtlərinə əsasən işğaldan azad edilmiş, rayon mərkəzi daxil olmaqla Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilmişdir. Məlum bəyanatın şərtlərinə uyğun olaraq Laçın dəhlizinə alternativ yol hazır olduqan sonra − 26.08.2022-ci ildə Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Qubadlı rayonu — 1993-cü ildə bütün ərazisi (o cümlədən 31.08.1993 tarixində rayon mərkəzi) işğal olunub. II Qarabağ müharibəsi nəticəsində bütün ərazisi işğaldan azad edilimişdir. 2020-ci il 25 oktyabr tarixində ASQ tərəfindən Qubadlı rayonunun inzibati mərkəzi olan Qubadlı şəhərinin işğaldan azad edildiyi İlham Əliyev tərəfindən bəyan edilmişdir.

Oxşar sözlər

#vilayətinə nədir? #vilayətinə sözünün mənası #vilayətinə nə deməkdir? #vilayətinə sözünün izahı #vilayətinə sözünün yazılışı #vilayətinə necə yazılır? #vilayətinə sözünün düzgün yazılışı #vilayətinə leksik mənası #vilayətinə sözünün sinonimi #vilayətinə sözünün yaxın mənalı sözlər #vilayətinə sözünün əks mənası #vilayətinə sözünün etimologiyası #vilayətinə sözünün orfoqrafiyası #vilayətinə rusca #vilayətinə inglisça #vilayətinə fransızca #vilayətinə sözünün istifadəsi #sözlük