Vilhelm sözü azərbaycan dilində

Vilhelm

Yazılış

  • Vilhelm • 98.5816%
  • VİLHELM • 0.7092%
  • vilhelm • 0.7092%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fateh Vilhelm
Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/1028 — 9 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.
III Vilhelm
III Vilhelm (alm. Willem Hendrik‎) (d. 4 noyabr 1650 – ö. 8 mart 1702) — Oranj şahzadəsi, Yuxarı Niderlandın hakimi, İngiltərə, Şotlandiya və İrlandiyanın kralı. == Mənbə == Baxter, Stephen B., William III and the Defense of European Liberty, 1650–1702 (1966) OCLC 473975225 Chapman, Hester W., Mary II: Queen of England (1953) OCLC 753145632 Churchill, Winston. A History of the English-Speaking Peoples: Age of Revolution. Weidenfeld & Nicolson, (2002).
II Vilhelm
II Vilehlm (alm. Friedrich Wilhelm Viktor Albert von Preußen‎; 27 yanvar 1859[…] – 4 iyun 1941[…]) — alman imperatoru III Fridrixin və Viktoriya Saksen-Koburq-Qotanın oğlu. Britaniya kraliçası I Viktoriyanın nəvəsi. 1888–1918-ci illərdə hakimiyyətdə olmuş sonuncu Prussiya Kralı və Almaniya imperatoru. == Həyatı == O anadan olanda aldığı xəsarətdən əlinin biri şikəst idi. Şəkillərdə o həmişə bu əlini başqası ilə gizlətmiş və ya da fotoaparata yan tərəfdən baxmışdır. II Vilhelm onun babası I Vilhelm və atası III Fridrix vəfat etdikdən sonra 29 yaşındaykən imperator olur. == Xarici siyasəti == II Vilhelm alman tarixində daha çox güclü xarici siyasəti ilə yadda qalmışdır. Onun imperatorluğu dövründə Alman imperiyasının müstəmləkəçilik siyasəti genişlənir ki, bu da Afrikada və Çində hərbi toqquşmalara səbəb olur. İmperatorun Britaniya donanması ilə rəqabətə girə biləcək hərbi dəniz donanmasını yaratmaq cəhdi Londonda mənfi qarşılanır və XX əsrin əvvəlində ingilis-alman dəniz silahlanmasında yarışmaya səbəb olur.
IV Vilhelm
IV Vilhelm və ya IV Uillyam ((ing. William IV, alm. Wilhelm IV‎); 21 avqust 1765[…], Vestminster borosu, Böyük London – 20 iyun 1837[…], Vindzor sarayı) — 1830–1837-ci illərdə Britaniya və Hannover kralı. III Georqun oğlu, IV Georqun qardaşıdır. == İlk illəri == IV Vilhelm III Georq və Şarlottanın Georq-kiçik və Fredirikdən sonra dünyaya gələn 3-cü övladları idi. Qaydalara əsasən də Vilhelm ən kiçik olduğuna görə vəliəhd ola bilməyəcəkdi. Uşaqlığını Riçmondda keçirən Vilhelm Krallıq Donanmasına miçman olaraq qəbul olur. Şahzadə bu zaman digər miçmanlardan fərqləndirilmir və eyni dərəcədə iş görürdü. Amerikanın Istiqlal müharibəsi davam edən dövrdə Vilhelm Nyu-Yorkda idi. Hətta Inqilabçılar bir müddət onu əsir almaq planlarını qururdular.
I Vilhelm
Vilhelm — alman mənşəli kişi adı. Alman dilində willio (iradə, qətiyyət) və helm (dəbilqə, müdafiə) sözlərindən götürülüb. I Vilhelm (Almaniya imperatoru) — Almaniya imperatoru. I Vilhelm Fateh — İngiltərə kralı. I Fridrix Vilhelm — I Fridrix Vilhelm (Brandenburq kürfürstü) — II Vilhelm — IV Vilhelm (Böyük Britaniya kralı) — Vilhelm Kinsl — Avstriya bəstəkarı, dirijoru və musiqişünası.
Vilhelm
Vilhelm — alman mənşəli kişi adı. Alman dilində willio (iradə, qətiyyət) və helm (dəbilqə, müdafiə) sözlərindən götürülüb. I Vilhelm (Almaniya imperatoru) — Almaniya imperatoru. I Vilhelm Fateh — İngiltərə kralı. I Fridrix Vilhelm — I Fridrix Vilhelm (Brandenburq kürfürstü) — II Vilhelm — IV Vilhelm (Böyük Britaniya kralı) — Vilhelm Kinsl — Avstriya bəstəkarı, dirijoru və musiqişünası.
Oranlı Vilhelm
I Oranlı Vilhelm (Dinməz Vilhelm, 24 aprel 1533 – 10 iyul 1584[…], Delft, Yeddi Birləşmiş Əyalət Respublikası) — Oran ‏şahzadəsi, Nassau qrafı, Niderland inqilabı xadimi. 60-c illərdə Niderlandda ispan rejiminə qar‏şı müxalifətə ba‏şçılıq etmiş‏di. Çevik siyasətçi, diplomat Vilhelm ‏şəxsi hakimiyyətini möhkəmləndirməyə və İspaniyaya qarşı‏ müharibə aparmağa cəhd göstərirdi. Vilhelmi İspaniyaya xəfiyyəsi öldürmüş‏dür.
Vilhelm Bernadot
17 iyun 1884 tarixində anadan olan Södermanland hersoqu Vilhelm Bernadot V Qustavın ikinci oğlu idi. 1914-cü ildə dənizçilik məktəbindən məzun olan Vilhelm babası tərəfindən Norveç Aslanı Ordeni ilə təltif edilmişdi. == Evlilik, ailəsi və ölümü == 1907-ci ilin 25 oktyabrında II Oskar çar II Nikolaya öz nəvəsini onun qardaşı qızı ilə evləndirmək istəyini məktubla bildirdi. 3 may 1908-ci ildə Peterburqda evlənən Vilhelm 1914-cü ildə boşandı. Həyat yoldaşı Mariya Pavlovna ərinin homoseksual olduğunu deyirdi. Onun tək oğlu Lennart Bernadot idi. Bu ildən sonra Vilhelm sevgilisi Janna Tramkurtla yaşamağa başladı. 1952-ci ildə avtomobil qəzasında Jannanın ölməsi Vilhelmə pis təsir etdi. 1965-ci ildə infarktdan vəfat etdi. == Kitabları == Indisk erotik 1912 Torpedchapparnas visa 1912 Där solen lyser 1913 Jagarevisa 1913 Vet du...?
Vilhelm Burger
Vilhelm Cozef Burger (alm. Wilhelm Joseph Burger‎; 15 mart 1844, Vyana – 7 mart 1920 və ya 10 mart 1920, Vyana) – Avstriya fotoqrafı. == Həyatı == Vilhelm Burger 1844-cü ildə Vyanada orta sinif bir ailədə doğulmuşdur. Klassik təhsil alsa da, incəsənətə böyük maraq göstərmişdir. 1855–60-cı illərdə Vyanada Təsviri İncəsənət Akademiyasında təhsil almışdır. Təhsilini davam etdirmək üçün Münhenə köçmüş və dayısının təsiri ilə fotoqrafiyaya maraq göstərmişdir. 1863-cü ildə Vyanaya qayıdaraq Vyana Universitetində fotoqrafiya təhsili almışdır. 1868-ci ilə qədər mühazirələr vermiş və məqalələr yazmışdır. Burgerin fotoqrafiya bacarıqları sarayın diqqətini çəkmiş və o, 1868-ci ildə Avstriya-Macarıstan tərəfindən Yaponiya, Çin və Siamla əlaqələri gücləndirmək üçün göndərilmiş Uzaq Şərq missiyasının fotoqrafı təyin edilmişdir. Burger Uzaq Şərqdə bir çox mənzərə və portret fotosu çəkmişdir.
Vilhelm Corc
I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[…], Kopenhagen – 18 mart 1913[…], Saloniki) — Yunanıstan kralı. == Həyatı == I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib. I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi. 1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.
Vilhelm Hauff
Vilgelm Qauf (29 noyabr 1802[…], Ştutqart – 18 noyabr 1827[…], Ştutqart, Vürtemberq krallığı[d]) — Alman yazıçısı. == Həyatı == Vilgelm Qauf 29 noyabr 1802-ci ildə Ştutqard şəhərində anadan olmuşdur. Onun 7 yaşı olanda Xarici İşlər Nazirliyində katib işləyən atası qəflətən dünyasını dəyişmiş və 4 uşaqla qalan anası Tübingen universitet şəhərciyinə atasının evinə köçmək məcburiyyətində qalmışdır. Demək olar ki, Qaufun gənclik illəri babasının zəngin kitabxanasında keçib və ele burada da o, ilk təhsilini alıb. 18 yaşında Universitetə daxil olan Vilgelm 4 ildən sonra onu fəlsəfə və teologiya doktoru kimi başa vurur. Bir qədər sonra o, müdafiə naziri, baron fon Högelin ailəsində repetitor kimi işə başlayır. Bu ailə ilə birgə gənc yazıçı Fransaya səyahət etmiş, böyük maraqla Almaniyanın şimal və mərkəzi hissələri tanış olmuşdur. Onun ilk dəfə 1826-cı ildə dərc olunmuş sehrli nağılları məhz baron fon Högelin uşaqları üçün yazılmışdır. "Balaca Muk", "Karlik burun cırtdan", "Yalançı şahzadə" kimi sevilən nağılları qısa ömür sürmüş bir insanın adını əbədi olaraq dünya ədəbiyyatı tarıxınə yazmışdır. Valter Skottun romanlarından ilham alan Qauf XIX əsrin bu janrda yazılmış ən yaxşı romanı sayılan "Lixtenşteyn" romanını yaradır.
Vilhelm Kanaris
Vilhelm Frans Kanaris (alm. Wilhelm Franz Canaris‎ 1 yanvar 1887 – 9 aprel 1945) — Almaniya hərbi xadimi, admiral, Nasist Almaniyasında hərbi kəşfiyyat və əks-kəşfiyyat xidmətinin rəhbəri (1935–1944). İkinci Dünya Müharibəsinin sonuna yaxın britaniyalılarla əməkdaşlıq edərək alman müqavimətində iştirak etmiş və yəhudiləri Üçüncü Reyxdən xilas etməyə səy göstərmişdir. 1945-ci il aprelin 9-da edam edilmişdir. == Həyatı == === Ailəsi === 1887-ci il yanvarın 1-də Aplerbekdə (hazırda Dortmund şəhərinin bir rayonu) metallurgiya zavodunu idarəçisinin ailəsində anadan olmuşdur. Admiralın babası İoqan Yozef Kanaris Rur regionunda sənayenin öncüllərindən sayılır. Vilyamın özünün isə uşaqlıqdan dənizə böyük marağı var idi. 1938-ci ilə qədər özünü Yunan admiralı və azadlıq hərəkatının iştirakçısı Konstantin Kanarisin qohumu hesab edirdi. Sonradan əslində əcdadlarının Canarisi soyadı ilə Şimali İtaliyadan gələrək XVII əsrdə Almaniyada məskunlaşdığını və Lüteranlığa keçdiyini iddia edirdi. Bununla belə bir sıra tarixçilər hesab edir ki, Vilhelm Kanarisin Konstantin Kanaris ilə ümumi səcərəyə malik olması barədə yanılmamışdı, amma rəsmi ailə tarixi konyunktur səbəblərə görə dəyişdirilmişdir, çünki Almaniya Yunanıstana qarşı mübarizə aparan İtaliyanın müttəfiqi idi.
Vilhelm Keytel
Vilhelm Keytel (alm. Wilhelm Bodewin Gustav Keitel‎; 22 sentyabr 1882 – 16 oktyabr 1946, Nürnberq Məhkəmə Həbsxanası[d]) - Üçüncü Reyxin General-feldmarşalı.
Vilhelm Kinsl
Vilhelm Kinsl (alm. Wilhelm Kienzl‎; 17 yanvar 1857[…], Vaysenkirxen[d], Yuxarı Avstriya[d] – 3 oktyabr 1941, Vyana) — Avstriya bəstəkarı, dirijoru və musiqişünası. == Həyatı == Vilhelm Kinsl 17 yanvar 1857-ci ildə Vaysenkirxen şəhərində anadan olmuş, ancaq ailəsi 1860-cı ildə Qrats şəhərinə köçmüşdür. Burada o, İohann Buvanın məktəbində pianino ifa etməyi öyrənməyə çalışmış, ancaq müvəffəqiyyət tapa bilməyən Kinsl İqnas Ulyanın müəllimliyi ilə skripka ifa etməyi öyrənmişdir. Bundan sonra o, 1872-ci ildən Anri Lui Stanislas Morye-de-Fontenin müəllimliyi ilə pianino ifa etməyi, 1874-cü ildən isə Vilhelm Mayerin müəllimliyi ilə bəstəkarlığı, Eduard Hanslikin müəllimliyi ilə musiqi estetikalarını və son olaraq, Fridrix fon Hauseggerin müəllimliyi ilə musiqi tarixini öyrənmişdir. Kinsl daha sonra Praqa Universitetinin Konseratoriyasında Yozef Kreysinin rəhbərliyi altında təhsil almışdır. 1877-ci ildə o, Leypsiq Konservatoriyasında Ferens Listin müəllimliyi ilə təhsil almışdır. musiqi akademiyalarında təhsil alan Kinsl Vyana Universitetində musiqişünaslıq üzrə öz tezisini müdafiə etmişdir. Kinsl Praqa şəhərində ikən Kreysi onu Festşpilhausa Rixard Vaqnerin «Nibelunq üzüyü» əsərini dinləməyə aparmışdır. Bu, Kinsl üçün əhəmiyyətli bir ilham mənbəyinə çevrilmişdir.
Vilhelm Libknext
Vilhelm Martin Filipp Kristian Lüdviq Libknext (alm. Wilhelm Martin Philipp Christian Ludwig Liebknecht‎, 29 mart 1826[…], Gissen, Hessen knyazlığı[d] – 7 avqust 1900[…]) — Alman inqilabçı və parlament siyasətçisi, sosial demokrat. Karl, Teodor, Otto və Vilhelm (kiçik) Libknextlərin atası. == Bioqrafiyası == Atası Gissen Universitetinin ("Luiziana") riyaziyyat və teologiya professoru İohann Qeorq Libknext (1679-1749) idi. Ailə ənənəsinə görə, Libknextlər nəsillərini Martin Lüterdən gəldiklərini düşünürdülər. Gissen, Berlin, Marburq universitetlərində filologiya və fəlsəfə təhsili almışdır. Badendə 1848-1849-cu illər inqilabının fəal iştirakçısı olmuşdur. Onun üzərində böyük təsiri olan Marksın və Engelsin yoldaşı, Kommunistlər Birliyinin üzvü (1850). 1862-ci ilə qədər sürgündə — əvvəl İsveçrədə, sonra da Marksla sıx ünsiyyət qurduğu Böyük Britaniyada. 1848-1849-cu illərdəki inqilabi hadisələrin iştirakçılarına amnistiya elan etdikdən sonra Almaniyaya qayıtdı.
Vilhelm Mauzer
Vilhelm Mauzer (d. 2 may 1834 – ö. 1882) == Həyatı == Vilhelm Mauzer 1834-cü il may 2-də Almaniyanın Vürttemberg Krallığında anadan olub. Onun atası silah zavodunda usta işləyirdi. Mauzer 1867-ci ildə qardaşı Peter Paul ilə birlikdə yeni dizaynda tüfəng və tapança yaradır. Bu qardaşların ilk ən uğurlu işi idi. 1870-ci ildən, onlar fəal şəkildə Avstriya və Prusya zavodlarında kiçik silah istehsalının dizaynını həyata keçirir. Beləliklə, 23 dekabr 1872-ci ildə Peter və Vilhelm öz adları ilə eynilik təşkil edən "Peter və Vilhelm qardaşları" adlı silah firmasını təsis etdilər. Vilhelm Mauzer fəal şəkildə tez-tez Avropa ölkələrinə səyahət edərək öz istehsal etdiyi silahı bu ölkələrin silah zavodlarına təklif edirdi. Sonralar onların istehsal etdiyi silahlardan I və II dünya müharibəsində Almaniya ordusu çox yararlandı.
Vilhelm Maybax
Vilhelm Maybax (alm. August Wilhelm Maybach‎; 9.2.1846, Haylbronn — 29.12.1929, Ştutqard, Almaniya) — alman konstruktoru. == Həyatı == Vilhelm Maybax 9 fevral 1846-cı ildə Nekkar çayı üzərindəki Haylbronn şəhərində anadan olub. Atası xarrat idi. 10 yaşında ikən uşaq tamamilə yetim qaldı və Roytlingendəki uşaq evi tərəfindən tərbiyəyə götürüldü. Orada Vilhelm çertyojçəkən və konstruktor peşəsinə yiyələndi. Uşaq evinin nəzdindəki məktəbi bitirdikdən sonra Vilhelm maşınqayırma zavodunda peşə təhsili almağa başladı. O, gündüzlər emalatxanada və konstruktor bürosunda praktiki biliklərə yiyələnir, axşamlar isə qiraət və təbiət elmləri üzrə dərs alırdı. Daha sonra şəhərdəki regional təhsil məktəbində riyaziyyat dərsləri də almağa başladı. Onun bacarıqlılığı, məqsədyönlülüyü və inadkarlığı vaxtında qiymətləndirildi.
Vilhelm Ostvald
Vilhelm Ostvald(alm. Wilhelm Friedrich Ostwald‎, latış. Vilhelms Ostvalds‎; 2 sentyabr 1853, Riqa, Liflandiya quberniyası, Rusiya imperiyası — 4 aprel 1932, Leypsiq, Veymar respublikası) — rus və alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1909). == Həyatı == Alman fiziki-kimyaçısı, (1853-1932) Riqada anadan olmuş, Ostvald Vilhelm Fridrix 1875-ci ildə Derpt Universitetini bitirmiş və həmin Universitetdə işləmişdir. 1887-1906-cı illərdə Seypsid Universitetində professor vəzifəsində çalışmışdır. Kataliz sahəsində kimyəvi reaksiyaların sürəti və kimyəvi tarazlığın idarə edilməsinin əsas prinsiplərinin öyrənilməsi ilə əlaqədar həyata keçirdiyi mühüm tədqiqatlara görə alim 1909-cu ildə Nobel mükafatı almışdır. Vilhelm Ostvald 4 aprel 1932-ci ildə vəfat edib.
Vilhelm Peters
Vilhelm Karl Qartviq Peters (alm. Wilhelm Carl Hartwig Peters‎) — alman təbiətçisi, zooloq və anatomu. == Əsərləri == Observationes ad anatomiam Cheloniorum, Dissertation, Berlin 1838 Naturwissenschaftliche Reise nach Mossambique, auf Befehl seiner Majestät des Königs Friedrich Wilhelm IV. in den Jahren 1842 bis 1848 ausgeführt, Berlin 1852-1868 s.a. http://edocs.ub.uni-frankfurt.de/volltexte/2008/10222/ Die Heidflächen Norddeutschlands, Hannover 1862 Handbuch der Zoologie (mit Julius Victor Carus und Carl Eduard Adolph Gerstäcker), Leipzig 1863-1875 == Ədəbiyyat == Brigitte Hoppe: Peters, Wilhelm. In: Neue Deutsche Biographie (NDB). Band 20, Duncker & Humblot, Berlin 2001, S. 247–249. Kraig Adler, John S. Applegarth, Ronald Altig: Contributions to the History of Herpetology. Vol. 5.
Vilhelm Rentgen
Vilhelm Konrad Rentgen (alm. Wilhelm Conrad Röntgen‎; 27 mart 1845[…] – 10 fevral 1923[…], Münxen, Veymar Respublikası) — Alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı. Rentgen şüalarının kəşfi ilə tanınır. == Həyatı == Rentgen 1845-ci ildə Almaniyanın Remşayd şəhərinin Lennep kəndində doğulmuşdur. Uşaqlığı və ilk təhsil illəri Hollandiya və İsveçrədə keçmişdir. 1865-ci ildə daxil olduğu Sürix Politexnikdə universitet təhsili görmüş və 1868-ci ildə "maşın mühəndisi" olaraq məzun olmuşdur. 1869-cu ildə Sürix Universitetinin doktoranturasını almışdır. Ali təhsil aldıqdan sonra elmi işlərinə görə Strasburq (1876), Qisensk (1879), Vürtsburq (1888) və Münhen universitetlərinin professoru adlarına yiyələnmişdir. 1900-cü ildə Münhen universiteti Fizika kürsüsünə və yeni Fizika İnstitutunun rəhbərliyinə gətirilmişdir. Arvadının ölümündən dörd il sonra, yəni 1923-cü ildə Birinci dünya müharibəsinin yaratdığı yüksək inflyasiya iqtisadiyyatı mühitində maddi çətinliklər içərisində Münhendə həyatını itirmişdir.
Vilhelm Reyx
Vilhelm Reyx (doğum adı Vilhelm Reyx; 24 mart 1897[…], Dobryaniçi[d], Avstriya-Macarıstan – 3 noyabr 1957[…], Union[d], Pensilvaniya) — Amerikalı psixiatr. Psixoanalizin Avropa məktəbinin banilərindən biri. == Fəaliyyəti == XX əsrin ilk illərində psixologiya elmi Freydin sayəsində böyük bir irəliləyişdə olmuşdur. Freydin psixologiyanı yenidən canlandırarkən ən əhəmiyyətli tapıntısı libido (cinsi enerji, həyat enerjisi) anlayışı olmuşdur. Ziqmund Freyd bu gün yanlış bir şəkildə tapıntıları qəbul edilməmiş və ört-basdır edilməyə çalışılan bir dahidir. Ancaq Freyd ilə eyni dövrlərdə gənc bir psixoloq olan Vilhelm Reyx də diqqəti üzərinə çəkməyi bacarmışdı. Reyxin fərqi təcrübələrə söykənməyən elmi şərh və düşüncələri rədd etməsi və haqqında danışılmış hər hansı bir fakt təcrübə ilə isbat edilmiş olsa belə qətiyyətlə üstündə dayanılmasının lazım olduğunu düşünməsi idi. Reyx qısa müddətdə baxım evi təcrübələrinin toplum işlərində parlayaraq Freydin baş assistenti olmuşdu. Ancaq bu onun üçün çətin bir dövrü də başlatmışdı. Freyd sivilizasiyanın cinsi ehtiyaclarını basdıraraq ucaltması ilə qurulduğunu vurğulamış və bütün insanlığın ruhi xəstəliklərlə qarşı-qarşıya olduğunu bildirmişdi.
Vilhelm Roşer
Vilhelm Roşer(alm. Georg Friedrich Wilhelm Roscher‎; 21 oktyabr 1817, Hannover — 4 iyun 1894, Leypsiq) — Almaniya iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == Köhnə tarix məktəbinin banilərindən biri də Vilhelm Roşer (1817–1894-cü illər) idi. Roşer 1843-cü ildə buraxılmış "Tarixi metod" nöqteyi-nəzərindən siyasi iqtisad kursunun qısa əsasları" əsərində ilk dəfə tarixi metodun ümumi cizgilərini vermişdir. Roşerin "Xalq təsərrüfatının əsasları" (1854–1894) kitabı da maraq doğurur. Burada o, tarixi metoda müvafiq olaraq, hər bir millətin inkişafını aşağıdakı amillərin: təbiətin, əməyin və kapitalın, dəyişən hökmranlığı ilə əlaqələndirərək, J. B. Seyin üç istehsal amili nəzəriyyəsini şərh edir. Fridrix Listin ardınca Roşer müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını və deməli, iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Roşer xalqların təbii fərqlərini, həmçinin onun rəyincə müxtəlif millətlərdə ümumi təsərrüfat tipinin mümkünlüyünü istisna edən qabiliyyətlərinin və inkişaf dərəcələrinin fərqlərini ön plana çəkirdi. Roşer belə hesab edirdi ki, "donun eyni ölçü üzrə tikilmədiyi kimi, bütün xalqlar üçün də eyni iqtisadi ideal ola bilməz". Roşer cəmiyyətin inkişafının inqilabi yolunu rədd edərək, inkişafın yalnız təkamül formasını qəbul edirdi.
Vilhelm Steynits
Vilhelm Steynits - Şahmat üzrə ilk dünya çempionu. Vyana Politexnik universitetində oxumuşdur. 1883-cü ildən ABŞ-də yaşamışdır. 1886-cı ildə Yohannes Zukertorta qalib gələrək dünya çempionu olmuşdur. Şahmat oyununun bir sıra mövqelərini nəzəri cəhətdən əsaslandırmışdır. Adolf Andersen, Mixayil Çqorin, Emanuyel Şiffers, üzərində Vyana və Nyu-Yorkda keçirilən beynəlxalq yarışlarda mühüm qələbələr qazanmışdır. Steynits 1894-cü ildə dünya çempionu adı uğrunda yarışda Emanuil Laskerə uduzmuşdur. == Həyatı == Vilhelm Steynits 1836-cı il mayın 14-də Praqada anadan olmuşdur. 12 yaşında ikən şahmat oynamağı öyrənmişdir. 1858-ci ildə Politexnik institutunda oxumaq üçün Vyanaya köşən gənc Vilhelm buradakı şahmat klubunda əla təcrübə məktəbi keçir.
Vilhelm Tell
Vilhelm Tell — XIII əsrdə və XIV əsrin əvvəllərində yaşadığı iddia edilən əfsanəvi isveçrəli qəhrəmandır. İsveçrədə Bürgen kəndində yaşadığı iddia edilir. Yüksək oxçuluq qabiliyyətilə məşhurlaşmışdır. Vilhelm Tellin XIV əsrin əvvəlində, İsveçrəni Avstriya aslılığından qurtarmağa kömək etdiyinə inanılır. İsveçrəni imperator I Albert adına idarə edən Vali Gessler, imperatorluq papağını Altdrof meydanında bir dirəyə asdırır və gəlib keçənin buna salam verməsini əmr edir. Tell, Gesslerin papağını salamlamadığı üçün tutulur. Tellin oxçuluqdakı məşhurluğundan xəbərdar olan Gessler, Tellin oğlunun başına qoyulacaq bir almanı oxla vura bilmədiyi halda ikisini də həbs edəcəyini dedi. Tell bu çətin işi bacarır və oğlunu yaralamadan almanı ikiyə bölür. Lakin atışı etmədən öncə əlinə iki ox aldığını görən Gessler, bunun səbəbini soruşduqda, Tell, ikinci oxu oğlunun ölməyəcəyi halda Gessleri öldürmək üçün istifadə edəcəyini bildirdi. Buna görə, Gessler tərəfindəm həbsə məhkum edilir və qalaya göndərilir.
Vilhelm Tomsen
Vilhelm Lüdviq Peter Tomsen (dan. Vilhelm Ludwig Peter Thomsen; 25 yanvar 1842, Kopenhagen — 12 may 1927, Kopenhagen) — Danimarka dilçisi və tarixçisi, professor, Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü (1894-cü ildən), Danimarka Kral Elmi Cəmiyyətinin prezidenti (1909-1927). Hind-Avropa dilləri, Baltik-Fin və Türk dillərinin tarixinə, etrusk dilinə, həmçinin dilçilik tarixinə və Avropa tarixinə dair əsərlərin müəllifidir. == Həyatı == Vilhelm Tomsen Kopenhagen Universitetini bitirmiş, burada doktorluq dərəcəsi almış və 1871-ci ildən 1913-cü ildə təqaüdə çıxana qədər müəllimlik etmişdir. Məşhur Danimarkalı dilçi Kristofer Nurop onun tələbələri arasında olmuşdur. Danimarka Kral Elmi Cəmiyyətinin prezidenti (1909), 1894-cü ildən Rusiya Elmlər Akademiyasının xarici müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == 25 noyabr 1893-cü ildə Türk mədəniyyəti tarixində mühüm hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxuduğunu bildirib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib. 1893-cü il dekabrın 15-də Danimarka alimi Vilhelm Tomsen Orhun çayı sahilində daşların üzərində yazılmış sirli yazıları deşifrələdi.
Avqust Vilhelm Şleqel
Avqust Vilhelm Şleqel (alm. August Wilhelm von Schlegel‎; 8 sentyabr 1767[…], Hannover – 12 may 1845[…], Bonn, Prussiya) — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof idi. O qardaşı Fridrih Şleqel ilə birlikdə alman romantizminin yaradıcılarından sayılır. == Həyatı == Hələ uşaq illərindən o dillərin mənimsənilməsinə, ədəbiyyata, xüsusilə də poeziyaya olan qabiliyyətini nümayiş etdirir. Kiçik yaşlarından şeir yazmağa başlayır. 1786-cı ildə GöttingenUniversitetinə daxil olaraq fəlsəfə və filologiyaüzrə təhsil almağa başlayır. Orada o Avqust Bürqer il tanış olur. O Avqust Şleqelə tərcüməçilik üzrə klassik və yeni dilçiliyin incəliklərini öyrədir. Amsterdamda ev müəllimi işlədiyi illərdə o tənqidçi və rəyçi kimi də çalışırdı. Yenaya köçdükdən sonra (1795–1801) o həyat yoldaşı Karoline Şleqel, öz qardaşı Fridrih Şleqel və onun həyat yoldaşı Doroteya Şleqel, Yolhann Qottlieb və sonralar onlara qoşulmuş Ludviq Trek və Novalislə birlikdə "yeni romatizm" məkətbini formalaşdımışdır.
Brünsvikli Vilhelmina Amaliya
Brünsvikli Vilhelmina Amaliya (alm. Wilhelmine Amalie von Braunschweig‎) (21 aprel 1673, Hannover – 10 aprel 1742, Vyana) — Müqəddəs Roma imperatoru I Jozefin xanımı. Atası Brünsvik hersoqu Con Fridrix, anası isə onun xanımı Benedikta Henrettadır. == Mənbə == Clarissa Campbell Orr: Queenship in Europe 1660-1815: The Role of the Consort.
Filipp Vilhelm (Pfals kürfürstü)
Filipp Vilhelm (alm. Philipp Wilhelm von der Pfalz‎, 24 noyabr 1615, Noyburq an der Donau — 12 sentyabr 1690, Vyana) — Vittelsbax sülaləsindən Pfals kürfürstü (1685–1690) və Pfals-Noyburq hersoqu (1653–1690), Yulix və Berq hersoqu (1653–1690) idi. Onun dövründə kürfürstlüyün hakimiyyətinə Pfals-Noyburq qolu gəldi. == İlk illləri və evliliyi == 1615-ci ildə Volfqanq Vilhelm (1578–1653) və Bavariyalı Maqdalenanın (Bavariya hersoqu V Vilhelmin qızı) ailəsində doğulmuşdu. Gəncliyində atasının tapşırığı ilə yezuit təhsili almışdı. Buna baxmayaraq gənc şahzadə camaat arasında döyülür və alçaldılırdı. O, bundan əlavə odunçuluq sənətini öyrənirdi. Uşaqlığını və gəncliyini növbə ilə Noyburq və Düsseldorfda keçirdi. 1630-cu illərin sonundan o, həyat yoldaşı axtarmağa başladı. Axtarışlara imperator, onun qohumları (Bavariya və Köln kürfürstləri), papa və başqa hökmdarlar da cəlb olunmuşdu.
Fridrix-Vilhelm Universiteti Bonn
Bonn Universiteti (tam adı: Fridrix-Vilhelm adına Bonn Universiteti; alm. Rheinische Friedrich-Wilhelms-Universität Bonn‎ — Almaniyanın ən aparıcı universitetlərindən biri. 1818-ci ildə fəaliyyətə başlayan Bonn Universiteti hazırda bir çox sahələrdə bakalavr, magistr və PhD (doktorluq) pillələri üzrə proqramlar təklif edir. Kitabxanada 2 milyondan çox kitab saxlanılır. Universitetin 525 professoru və 31.000-dən çox tələbəsi var. Universiteti bitirən və ya Universitetdə çalışan məşhur insanlardan 7 Nobel Laureatı, 2 Field Medalist, 11 Gottfried Wilhelm Leibniz Prize qalibi, Karl Marks, Friedrich Nietzsche and Joseph Schumpeter qeyd edilməlidir.
Fridrix Anton Vilhelm Migel
Friedrich Anton Wilhelm Miquel (alm. Friedrich Anton Wilhelm Miquel‎; 24 oktyabr 1811 – 23 yanvar 1871) — XIX əsr Hollandiya botanik-sistematiki. == Əsərləri == De nord-nederlandsche vergiftige Gewassen. Amsterdam, 1836 (36 cədvəl) (nid.) Commentarii phytographici. Leyden, 1838—1840 (14 cədvəl) (lat.) Genera cactearum : descripta et ordinata, quibus proemissi sunt characteres totius ordinis et adfinitatum adumbratio scripsit F. A. Guil. Miquel. Roterodami, 1839 (Yoxlanılıb 1 aprel 2011) (lat.) Monographia generis Melocacti. Breslau, Berlin, 1841 (11 cədvəl) (lat.) Monographia Cycadearum, Utrecht, 1842 (с 8 таблицами) (lat.) Systema Piperacearum, Rotterdam,1843—1844 (lat.) Illustrationes Piperacearum, Bonn, 1847 (92 cədvəl) (lat.) Revisio critica Casuarinarum, Amsterdam, 1848 (12 cədvəl) (lat.) Stirpes surinamenses selectae, Leyden, 1850 (65 cədvəl) (lat.) Analecta botanica indica, Amsterdam, 1850—1852 (20 cədvəl) (lat.) Cycadeae quaedam Americanae, partim novae. Amsterdam, 1851 (lat.) Plantae Junghuhnianae, Leyden, 1851—1855 (lat.) Flora Indiae batavae, Amsterdam, 1855—1859 (2 cilddə) (lat.) Prodromus Florae Sumatranæ, Amsterdam, 1860—1861 (lat.) Sumatra, seine Pflanzenwelt und deren Erzeugnisse, Leipzig, 1862 (alm.) Choix des plantes rares et nouvelles, cultivées et dessiné es dans le jardin botanique de Buitenzorg, Den Haag, 1863 (26 cədvəl) (fr.) Annales Musei botanici Lugduno-Batavi, Amsterdam, 1863—1869 (4 cilddə, 40 cədvəl) (lat.) Prolusio Florae japonicae, Amsterdam, 1865—1867 (lat.) De Palmis Archipelagi Indici observationes novae. Amsterdam, 1868 (lat.) Catalogus Musei botanici Lugduno-Batavi.
Fridrix Vilhelm Argelander
Fridrix Vilhelm Argelander (alm. Friedrich Wilhelm August Argelander‎) — Alman astronom və Geodeziya mütəxəssisi. Argelander Berlin Elmlər Akademiyasının üzvü (1870), Helsinqfors Universiteti və Bonn Universitetinin professor olmuş, bir müddət Rusiyada işləmişdir. Günəşin hərəkətini tədqiq etmiş və dəyişən ulduzların müşahidə üsullarını müəyyənləşdirmişdir. Göyün Şimal yarımkürəsində 324.198 ulduzun kataloq və atlasını tərtib etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Georq Vilhelm Fridrix Hegel
Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770[…], Ştutqart, Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası – 14 noyabr 1831[…], Berlin, Prussiya, Almaniya ittifaqı) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir. Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir.
Georq Vilhelm Rixman
Qeorq Vilhelm Rixman (alm. Georg Wilhelm Richmann‎) – Alman əsilli Rusiya fizikidir. Elektrik hadisələri üzərində M.V.Lomonosov və Q.V.Rixmanın apardığı tədqiqat, mahiyyət etibarilə ən dəyərlidir. Bu alimlər hava hissəciklərinin müxtəlif atmosfer cərəyanları zamanı bir-birinə sürtünməsi nəticəsində elektriklən-məsini və buradan da ildırım hadisəsinin elektrik təbiətli olmasını isbat etmişlər. Lakin Qeorq Rixman təcrübə zamanı Kürəvi ildırımın zərbəsindən həlak olmuşdur. Onun ölümü zamanı M.V.Lomonosov bura gəlmiş və yerdə qara ləkənin olduğun görmüşdür. Bu hadisədən sonra bir müddət Rusiyada elektrik üzərində araşdırmaya qadağan qoyulmuşdur. Qeorq Rixman tarixdə təcrübə zamanı ölmüş ilk alimdir.
Haynts Vilhelm Quderian
Haynts Vilhelm Quderian (alm. Heinz Wilhelm Guderian‎; 17 iyun 1888 – 14 may 1954) — İkinci Dünya müharibəsi dövrü alman generalı. == Həyatı == Prussiya zabiti ailəsində doğulan Haynts kadet korpusunu bitirmiş, 20 yaşından sonra hərbi qulluğa başlayıb leytenant rütbəsi almışdı. Bu illərdə gənc zabit daim necə sürətlə Avropanı və Rusiyanı diz çökdürmək yollarını fikirləşir və öz hərbi konsepsiyasını yaratmaq istəyirdi. O, nəhayət belə bir konsepsiya düşünüb tapdı. Bu elə bir konsepsiya idi ki, düşmənlər müqavimət göstərə bilməyəcəkdilər. Daha doğrusu, buna imkanları olmayacaqdı. Bu fikrə o, ingilis hərb nəzəriyyəçisi Con Füllerin "Tanklar böyük müharibədə" adlı kitabı ilə tanış olandan sonra gəlmişdi. O əmindi ki, nəzəriyyəsi praktikada parlaq nəticə verəcək. Birinci Dünya müharibəsindən sonra səhra hərbi radio hissələrində qulluq edən Quderian vəzifəsini çox yüksək səviyyədə yerinə yetirdiyinə görə böyük hörmət qazanmışdı.
II Vilhelm (Almaniya imperatoru)
II Vilhelm Torpağı
II Vilhelm Torpağı (alm. Kaiser Wilhelm II Land‎) — Antarktidanın təbii ərazi bölgüsünə daxil olan hissə. 87°43' və 91°54' şərq uzunluqları arasında yerləşir. Sahillərini Deyvis dənizi yuyur. Buzlaq qatının qalınlığı cənub hissədə 2000 metri keçir. Buz qatından yalnız sahildə yerləşən sönmüş vulkan olan Qaussberq azad olur. Vulkanın hündürlüyü 369 metr təşkil edir. II Vilhelm Torpağı 1902-ci ilin fevralında alman ekspedisiyasının rəhbəri Erix fon Driqal tərəfindən kəşf edilmişdir. Ərazi Almaniya imperatoru II Vilhelmin şərəfinə adlandırılmışdır. II Vilhelm Torpağına rəsmi olaraq Avstraliya iddia edir.
IV Fridrix Vilhelm
IV Fridrix Vilhelm (alm. Friedrich Wilhelm IV.‎; d. 15 oktyabr 1795, Berlin — ö. 2 yanvar 1861, Potsdam) — 7 iyun 1840-cı ildən həyatının sonunadək Prussiya kralı. == Daxili siyasəti == Fridrix din azadlığına loyal yanaşırdı, mətbuata təzyiqi azaltdı, əhaliyə konstitusiya söz verdi. Ancaq yaratdığı landtaqda ancaq zadəganlar və iri torpaq sahibləri təmsil olundular. 1850-ci ildə Prussiya milli parlamenti yaratmaq məcburiyyətində qaldı. Bununla belə verilən azadlıqlar çox məhdud idi. 1857-ci ildə keçirdiyi insult ruhi xəstəliyə çevrilir və qardaşı I Vilhelm regent təyin edilir. 1861-ci ildə vəfat edib.
IV Vilhelm (Böyük Britaniya kralı)
IV Vilhelm və ya IV Uillyam ((ing. William IV, alm. Wilhelm IV‎); 21 avqust 1765[…], Vestminster borosu, Böyük London – 20 iyun 1837[…], Vindzor sarayı) — 1830–1837-ci illərdə Britaniya və Hannover kralı. III Georqun oğlu, IV Georqun qardaşıdır. == İlk illəri == IV Vilhelm III Georq və Şarlottanın Georq-kiçik və Fredirikdən sonra dünyaya gələn 3-cü övladları idi. Qaydalara əsasən də Vilhelm ən kiçik olduğuna görə vəliəhd ola bilməyəcəkdi. Uşaqlığını Riçmondda keçirən Vilhelm Krallıq Donanmasına miçman olaraq qəbul olur. Şahzadə bu zaman digər miçmanlardan fərqləndirilmir və eyni dərəcədə iş görürdü. Amerikanın Istiqlal müharibəsi davam edən dövrdə Vilhelm Nyu-Yorkda idi. Hətta Inqilabçılar bir müddət onu əsir almaq planlarını qururdular.
I Fridrix Vilhelm
I Fridrix Vilhelm (14 avqust 1688[…], Berlin – 31 may 1740[…], Potsdam Şəhər Sarayı[d], Potsdam) — 1713-cü ildən 1740-cı ilə qədər Prussiyanın kralı olub. == Hakimiyyəti == Tarixi mənbələrin verdiyi məlumata görə "Mədəniyyət" adı verən şeydən onun zəhləsi gedirdi, baxmayaraq ki, onun atası, babası və böyük oğlu II Fridrix mədəniyyətə çox meyil edirdilər. O özü isə hər penni pulu xəsisliklə qoruyurdu ki, orduya xərcləsin. O, kral sarayının xərclərinin 75%-ə qədər azaltmışdı. Onun atasına 5 milyon talerə başa gəlmiş Köniqsberqdəki tacqoyma mərasiminə I Fridrix Vilhelm 2547 taler xərcləmişdi. O, ölkəyə bir ata kimi alman yolu ilə hökmranlıq edirdi, ona özəl mülk kimi nəzarət edirdi. Berlinin küçələrində köhnə nimdaş bir zabit paltarında dolaşırdı və qaydaya riayət etməyən vətəndaşları öz əl əsasının zərbələri ilə intizama gətirirdi. O özü daim işləyirdi, başqalarının da onun nümunəsinə əməl edəcəyini gözləyirdi. I Fridrix Vilhelm ordunu çox sevirdi, bütün siyasəti orduya xidmətə yönəlirdi. O, ilk Prussiya kralı idi ki, daim zabit paltarı geyinirdi.
I Fridrix Vilhelm (Brandenburq kürfürstü)
I Fridrix Vilhelm (alm. Friedrich Wilhelm von Brandenburg‎; 16 fevral 1620[…], Berlin Şəhər Sarayı – 29 aprel 1688, Potsdam Şəhər Sarayı[d], Potsdam) — Brandenburq kürfürstü, Prussiya hersoqu. == Fəaliyyəti == Böyük kürfürüst (alm. Großer Kurfürst‎) adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı. O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı.
I Vilhelm (Almaniya imperatoru)
I Vilhelm (alm. Wilhelm I. Friedrich Ludwig‎; 22 mart 1797[…], Berlin – 9 mart 1888[…], Berlin) — Almaniya imperatoru (kayzer). 18 yanvar 1871-ci ildən Prussiya krallığının 7 oktyabr 1858-ci ildən regenti, 2 yanvar 1861-ci ildən Prussiyanın kralı. Prussiya general-feldmarşalı. Birləşmiş Almaniya İmperiyasının birinci imperatoru Wilhelm həmdə ingiltere kralicasının nəvəsidir.
I Vilhelm (İngiltərə)
Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/1028 — 9 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.
I Vilhelm Fateh
Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/1028 — 9 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir.
Karl Vilhelm Feyerbax
Karl Vilhelm Feyerbax (ing. Karl Wilhelm Feuerbach; 30 may 1800, Yena – 12 mart 1834, Erlangen, Mərkəzi Frankoniya) — Alman riyaziyyatçısıdır; üçbucağın hündürlüklərinin oturacaqlarından keçən çevrə haqqında teoremi isbat etmişdir (indi teorem onun adını daşıyır).
Karl Vilhelm Veyerştrass
Karl Teodor Vilhelm Veyerştrass (alm. Karl Theodor Wilhelm Weierstraß, 31 oktyabr 1815 – 10 fevral 1897‎) — alman riyaziyyatçısı. "Müasir analizin atası" hesab olunur. Onun funksiyanın kəsilməzliyi haqda Veyerştrass teoremi vardır..

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.10 dəfə / 1 mln.
2002 •••••••••••••• 3.43
2003 •••• 0.79
2004 •••••••••••••••••••• 5.05
2006 ••• 0.68
2007 •••••••• 1.90
2008 ••• 0.73
2009 •••• 0.96
2010 ••• 0.73
2011 •••• 0.86
2012 •••••• 1.46
2013 •••••• 1.46
2014 ••••••••• 2.06
2015 0.17
2016 0.17
2017 •• 0.33
2018 ••••• 1.05
2019 ••••••• 1.53
2020 •••• 0.80

Oxşar sözlər

#vilhelm nədir? #vilhelm sözünün mənası #vilhelm nə deməkdir? #vilhelm sözünün izahı #vilhelm sözünün yazılışı #vilhelm necə yazılır? #vilhelm sözünün düzgün yazılışı #vilhelm leksik mənası #vilhelm sözünün sinonimi #vilhelm sözünün yaxın mənalı sözlər #vilhelm sözünün əks mənası #vilhelm sözünün etimologiyası #vilhelm sözünün orfoqrafiyası #vilhelm rusca #vilhelm inglisça #vilhelm fransızca #vilhelm sözünün istifadəsi #sözlük