Vindovs sözü azərbaycan dilində

Vindovs

Yazılış

  • Vindovs • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vindovs Vista
Windows Vista — "Microsoft"un "Windows NT" əməliyyat sisteminin əsas buraxılışı. Bu, 8 noyabr 2006-cı ildə istehsala buraxılmış, 30 yanvar 2007-ci ildə "Windows Marketplace"də satışa çıxarılmışdır. "Windows"un rəqəmsal distribusiya platforması vasitəsilə təqdim edilən ilk buraxılışı idi. Bu, "Windows XP"dən (2001) sonra "Windows"un daha yeni versiyası idi. İkisinin buraxılışı arasında olan beş illik boşluq ardıcıl "Windows" buraxılışları arasında o dövrdə ən uzun müddət idi. "Microsoft" "Vista"nı "Longhorn" kod adı altında 2001-ci ildə, XP-nin buraxılmasından qısa müddət əvvəl inkişaf etdirməyə başlamışdı. Bu, XP ilə "Blackcomb" kod adlı növbəti əsas "Windows" versiyası arasındakı boşluğu aradan qaldırmaq üçün kiçik bir təkmilləşdirmə kimi nəzərdə tutulmuşdu. Bu, inkişaf prosesi tədricən davam etdiyi müddətdə "Blackcomb"un bir çox xüsusiyyətlərini mənimsəmiş və əsas "Windows" buraxılışı olaraq dəyişdirilmişdir. "Vista" yenilənmiş qrafik istifadəçi interfeysini və "Aero" adlı vizual üslubunu, "Windows Search"i, yenidən işlənmiş şəbəkəni, audio, çap və displey alt sistemlərini və digər dəyişikliklər arasında "Windows DVD Maker" kimi yeni multimedia alətlərini təqdim etmişdir. "Vista" ev şəbəkəsindəki maşınlar arasında əlaqə səviyyəsini yüksəltmək məqsədi daşıyırdı.
Vindovs Fon
Windows Phone (WP) — smartfonlar üçün Microsoft tərəfindən Windows Mobile və Zune-un əvəzinə yaradılmış mobil əməliyyat sistemləri ailəsi idi və artıq fəaliyyəti dayandırılıb. Windows Phone Metro dizayn dilindən ilhamlanaraq yeni bir istifadəçi interfeysi təqdim edirdi. Windows Mobile-dan fərqli olaraq, WP ilk növbədə istehsal bazarına deyil, istehlak bazarına yönəlmişdi. Windows Phone 7 ilk dəfə 2010-cu ilin oktyabr ayında təqdim edildi. 2012-ci ildə WP 8 çıxdı və WP 7-nin Windows CE əsaslı kerneli dəyişdirilərək (xüsusilə Windows 8-dən olan komponentlərlə) PC-lərdə istifadə olunan Windows NT kerneli ilə əvəzlədi. Bu dəyişiklik səbəbindən əməliyyat sistemi əvvəlki WP 7 cihazlarına uyğun gəlmirdi, lakin tətbiqlərini hələ də dəstəkləyirdi. 2014-cü ildə Microsoft WP 8.1 yeniləməsini çıxardı. Həmçinin Cortana adlı ağıllı assistenti və Windows Runtime platformasını təqdim etdi. Bu platforma Windows PC-lər və WP-lər arasında platformlararası tətbiqləri yaratmağa imkan verdi. 2015-ci ildə Microsoft Windows 10 Mobile-ı təqdim etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24
2010 •••••••• 0.09

Oxşar sözlər

#vindovs nədir? #vindovs sözünün mənası #vindovs nə deməkdir? #vindovs sözünün izahı #vindovs sözünün yazılışı #vindovs necə yazılır? #vindovs sözünün düzgün yazılışı #vindovs leksik mənası #vindovs sözünün sinonimi #vindovs sözünün yaxın mənalı sözlər #vindovs sözünün əks mənası #vindovs sözünün etimologiyası #vindovs sözünün orfoqrafiyası #vindovs rusca #vindovs inglisça #vindovs fransızca #vindovs sözünün istifadəsi #sözlük