B vitamini
== B Vitamini ==
Bitki və heyvan mənşəli qidaların tərkibində olur. Suda həll olan vitamindir. B qrup vitaminlərinə B1, B2, B6, B12 aiddir.
== B1 vitamini ==
B1 vitamini orqanizmin böyüməsi və inkişfı üçün çox faydalıdır. Əsasən, çörəkdə, yumurta sarısında, paxlalı bitkilərin toxumlarında və az miqdarda ispanaq, kələm, soğan, yerkökü, almada olur. Bu vitaminə sutkalıq ehtiyac 2–3 mqdır. B1 vitamini orqanizmin fizioloji proseslərinin düzgün getməsi, əsasən, sinir sisteminin, ürəyin və əzələlərin normal fəaliyyəti üçün zəruridir. Qidada B1 vitamini çatışmadıqda beri-beri ağır xəstəlik baş verir. Bu zaman sinir sisteminin, ürək-damar fəaliyyəti pozulur, tez yorulur, iştaha itir, insan arıqlayır. Hətta qıcolmalar, iflicolma hadisəsi baş verir.