Vladimir sözü azərbaycan dilində

Vladimir

Yazılış

  • Vladimir • 99.6660%
  • VLADİMİR • 0.3269%
  • vladimir • 0.0071%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
I Vladimir
I Vladimir Svyatoslaviç və ya Uladmur xan Göyevli (qəd-rus Володимѣръ Свѧтославичь; təq. 956, bilinmir – 15 iyul 1015) — Böyük Kiyev Knyazı. Hakimiyyəti dövründə Kiyev Knyazlığı xristianlıqı qəbul edib. 970 ci ildə atası I Yarapolkun ölümündən sonra Novqorod knyazlı olub. 978 ci ildə Kiyev taxtını ələ keçirib. 988 ci ildə Xristianlıqı Kiyev Knyazlığının dövlət dini elan edib. Vəftizdən sonra xristian Vasili adı alıb. Kilsə tarixində Müqəddəs Vladimir Vəftizçi kimi tanınır. Rus Pravoslavlıqında anım günü yulian təqvimi ilə 15 iyul keçirilir == Mənbə == Karamzin. Əsrlər hekayəsi Arxivləşdirilib 2007-11-03 at the Wayback Machine Rus müqəddəsləri Диба Ю. Батьківщина святого Володимира: Волинська земля у подіях X століття (Міждисциплінарні нариси ранньої історії Руси-України).
Rima Vladimir
Rima Vladimir — Ay torpağında geoloji quruluşlu bir bölgənin adı.
Vladimir Otradinski
Vladimir Vladimiroviç Otradinski (rus. Владимир Владимирович Отрадинский; 9 (22) mart 1904, Tiflis – 22 oktyabr 1970, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1956). == Həyatı == Vladimir Otradinski 9 (22) mart 1904-cü ildə Tiflisdə anadan olmuşdur. 1925-ci ildə Tiflisdəki teatr studiyasını bitirmişdir. Elə həmin ildən peşəkar səhnə fəaliyyətinə başlamışdır. Maqnitoqorsk və Sverdlovskdakı teatrlarda işləmişdir. 1934-cü ildə Azərbaycan Dövlət Rus Dram Teatrının truppasına daxil olmuşdur. Müxtəlif xarakterli rolların ifaçısı olan Otradinskinin yaradıcılıq fəaliyyətinə kəskin satirik və komik obrazlar daha yaxın olmuşdur. Aktyor 22 oktyabr 1970-ci ildə Bakıda vəfat etmişdir.
Vladimir Pletnyov
Vladimir (Volodya) Nikolayeviç Pletnyov (8 dekabr 1946, Göyçay – 21 fevral 1988, Bakı) — Azərbaycan-sovet balet artisti, xareoqraf, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Vladimir Pletnyov 8 dekabr 1946-cı ildə Göyçay şəhərində qulluqçu ailəsində anadan olub. Ailəsini erkən itirən Pletnyov Bakıya gələrək baba və nənəsinin himayəsində yaşayıb. 1953–1961-ci illərdə Həzi Aslanov adına Zabitlər evində rəqs dərnəyinə gedib və burada kiçik balet partiyaları ifa edib. Dərnək müəllimlərinin tövsiyəsi ilə 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbi daxil olub və buranı 1966-cı ildə bitirib. Xoreoqrafiya məktəbinin üçüncü sinfində oxuyanda Pyotr Çaykovskinin "Yatmış gözəl" baletindəki Karabos rolu ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında debüt edib və qazandığı uğura görə son kursdan balet truppasına solist qəbul edilib. Vladimir Pletnyov 1973-cü ildən Bakı Xareoqrafiya Məktəbində duet rəqs dərsləri vermişdir. 1978-ci ildə ağır ayaq xəstəliyi ilə bağlı Opera və Balet Teatrına məşqçi-pedaqoq təyin olunmuş, bir sıra gəncləri hazırlayaraq repertuardakı tamaşalara daxil etmişdir. V. Pletnyov 21 fevral 1988-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == V. Pletnyov Böyük Teatrın truppası ilə İsveçrədə, həyat yoldaşı balerina Çimnaz Babayeva ilə 1972-ci ildə Seneqalda və Nepalda qastrol səfərlərində olmuşdur.
Vladimir Polonski
Vladimir İvanoviç Polonski (əsl adı Ruven Qerşeviç; 5 (17) iyun 1893, Tobolsk – 30 oktyabr 1937, Moskva) — sovet partiya və həmkarlar ittifaqı xadimi. 1922-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Həyatı == Vladimir Polonski 1893-cü ildə Rusiyanın Tobolsk viləyatində yəhudi ailəsində doğulmuşdur. 1908-ci ildə matros kimi çalışmağa başlayıb, 1912-ci ildə isə Sankt-Peterburqda elektrik ustası kimi işləyirdi. 1907-ci ildə Rusiya Sosial Demokratik Partiyisanın üzvüdür. Polonski 1914-cü ildə öz siyasi baxışlarına görə həbs olunmuşdur. 1930–1933-cü illərdə Azərbaycan Kommunist Partiyasının I katibi olub. Vladimir Poloski 22 iyun, 1937-ci ildə yaratdığı siyasi münaqişələrə görə yenidən həbs edilir. Ona güllələnmə əmri verilir və 1937-ci il 30 oktyabr tarixində Lyublyana türməsində güllələnir. Vladimir Poloski Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir.
Vladimir Poluxin
Vladimir Poluxin (rus. Владимир Фёдорович Полухин; 2 iyun 1886 – 20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. == Həyatı == 1917-ci ildə yaranan Bakı kommunasında hərbi-dəniz işləri üzrə komissar. Vladimir Poluxin 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Vladimir Portnov
Portnov Vladimir Samuiloviç - şair, tərcüməçi, tənqidçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinın üzvü. == Həyatı == Vladimir Portnov 1927-ci il may ayının 21-də Moskva vilayətinin Babuşkino kəndində doğulmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmiş, 1951-ci ildə tərxis olunmuşdur. "Bakinski raboçi" qəzeti redaksiyasında korrektor, ədəbi işçi işləmişdir. M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır (1953-1957). Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamış, mətbuatda şair-tərcüməçi və tənqidçi kimi çıxış etmişdir. Onun Leninqradda üç illik ədəbi fəaliyyətini nəzərə almasaq, demək olar ki, 1957-ci ildən etibarən uzun müddət "Bakinski raboçi" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsində böyük müxbir vəzifəsində işləmiş, sonra yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan və fransız ədəbiyyatından tərcümələr edir. == Əsərləri == 1.Ясный вечер. Баку: Гянджлик, 1971, 79 стр.
Vladimir Pozner
Vladimir Vladimiroviç Pozner (rus. Владимир Владимирович Познер) — SSRİ, ABŞ və Rusiya televiziya jurnalisti və aparıcısı, Rusiya Televiziyası Akademiyanın birinci Prezidentı (1994–2008). == Həyatı == Vladimir Vladimiroviç Poznerin atası Rusiyadan 1922-ci ildə mühacirət edən, Vladimir Aleksandroviç Pozner (1908–1975) adlı bir yəhudi idi. Anası isə fransız Jeraldin Lütten (1910–1985) idi. Vladimir Vladimiroviça atasının şərəfinə ad verdilər və bir katoliki kimi Paris Notr-Dam kilsəsində vəftiz etdilər. Rusiya və Fransa yazıçısı, Vladimir Solomonoviç Pozner onun qohumudur. Poznerin valideynləri onun beş yaşına qədər rəsmən evlənməmiş idilər. Vladimirin yaşı üç ayı olan kimi, anası onu ABŞ-yə aparıb. == Tənqidi == Publisist Sergey Smirnovun fikrincə, Vladimir Pozner Vremena proqramında tarixi faktları təhrif edirdi və manipulyasiya texnologiyaları iştədirdi. 2018-ci ildə Yevgeniya Albats da, Al Jazeera kanalının efirində Poznerin o zaman çıxan proqramını təbliğat maşını (ing.
Vladimir Pravik
Vladimir Pravik (ukr. Володимир Павлович Правик ; rus. Владимир Павлович Правик) - Çernobıl faciəsi zamanı qəza bölgəsində xidmət etmiş yanğınsöndürən, Sovet İttifaqı Qəhrəmanı və Lenin mükafatı laureatı. Yanğınsöndürən xidməti vəzifəsini icra edərkən aldığı radiasiya zədələnmələri nəticəsində vəfat etmişdir. Pravik Çernobıl faciəsindən sonrakı, xilas etmə işləri zamanı həlak olmuş 27 yanğınsöndürəndən biridir.
Vladimir Purişkeviç
Vladimir Mitrofanoviç Purişkeviç (rus. Владимир Митрофанович Пуришкевич; 24 avqust 1870, Kişinyov, Bessarabiya quberniyası[d], Rusiya imperiyası – 1 fevral 1920, Novorossiysk, Rusiya dövləti[d]) — Rusiya dövlət xadimi.
Vladimir Putin
Vladimir Vladimiroviç Putin (rus. Владимир Владимирович Путин; 7 oktyabr 1952[…], Leninqrad, SSRİ[…]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000–2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999–2000; 2008–2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998–1999). == Həyatı == Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. === Ailəsi === 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olunublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Vladimir Qabulov
Vladimir Borisoviç Qabulov (rus. Владимир Борисович Габулов, oset. Гæбулты Борисы фырт Владимир; 19 oktyabr 1983, Mozdok, Şimali Osetiya MSSR) — qapıçı mövqeyində çıxış edən Rusiya futbolçusu. Rusiyanın əməkdar idman ustası (2008). 2004/2005 UEFA Kuboku qalibi, iki dəfə Rusiya çempionu, 2006 Rusiya Kubokunun qalibi, 2008 Avropa Futbol Çempionatının bürünc mükafatçısı, 2017/18 Belçika çempionu. Rusiya millisində 10 oyun keçirib. 13 noyabr 2018-ci ildən 10 iyul 2019-cu ilə qədər Şimali Osetiyanın Bədən Tərbiyəsi və İdman Naziri, 2019-cu ilin iyul ayından dekabr ayınadək "Alaniya" (Vladiqafqaz) futbol klubunun prezidenti vəzifəsini tuturdu. Hazırda Şimali Osetiya-Alaniya Respublikasının başçısının respublikada futbolun inkişafı üzrə məsləhətçisidir, həmçinin 2020-ci ilin fevral ayından 2021-ci ilin iyul ayınadək Moskva vilayətinin "Olimp" futbol klubunun idarə heyətinin sədri idi, "Olimp" və "Doloqprudnı" klublarının birləşməsindən sonra iş yerinin adı "Olimp-Dolqoprudnı" olaraq dəyişdi. == Futbol karyerası == === İlkin illəri === Vladimir Qabulov 19 oktyabr 1983-cü ildə Osetiyanın Mozdok şəhərində anadan olub. Uşaqlıqda tez-tez atası ilə birlikdə futbol yarışlarına gedirdi, bu idman növü ilə bağlı heç bir televiziya proqramını qaçırmırdı.
Vladimir Qafarov
Qafarov Vladimir Əbüləzim oğlu (19 may 1935, Sabirabad – 19 iyul 2000, Bakı) — şair, tərcüməçi, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan SSR Əməkdar incəsənət xadimi(1989) == Həyatı == Vladimir Qafarov 1935-ci il mayın 19-da Sabirabad şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1952-1957). Əmək fəaliyyətinə "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin redaktoru kimi başlamışdır (1959-1960). "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi (1960-1963), "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri (1967), "Bakinski raboçiy" qəzetində şöbə müdiri olmuşdur. Sonra bütün qüvvəsini yaradıcılığa həsr etmişdir. Bədii yaradıcılığa 1952-ci ildə "Oğul" adlı ilk mətbu şeri ilə başlamışdır. Bundan sonra istər respublikada, istərsə də onun hüdudlarından uzaqlarda əsərləri müntəzəm çap edilmişdir. "Gəlin", "İki qala", "Lermontov, 123", "Bürünc külək", "Küləkli alov" və digər kitabları oxucuların rəğbətini qazanmışdır. Poetik tərcüməyə böyük əhəmiyyət vermişdir. Azərbaycan el ədəbiyyatı, klassik aşıq poeziyası və sovet şeri incilərini seçib ruscaya çevirmişdir.
Vladimir Qardin
Vladimir Rostislavoviç Qardin (d. 18 yanvar 1877, Moskva, Rusiya - ö. 29 may 1965, Sankt-Peterburq, Rusiya) - Rusiya və SSRİ aktyoru. SSRİ xalq artisti (1947). == Həyatı == Vladimir Rostislavoviç Qardin 18 yanvar 1877-ci ildə Moskvada anadan olmuş, 29 may 1965-ci ildə Sankt-Peterburqda vəfat etmişdir. == Fəaliyyəti == 1898-ci ildən Riqa, Odessa, Taqanroq, Kişinyov və s. şəhərlərin teatrlarında işləmişdir. 1907-ci ildə Müstəqil teatrı yaradır və burada qadağan olunmuş tamaşaları cəsarətlə səhnəyə qoyur. 1908-ci ildə isə Parisdə rus teatrı açır. Kinoda 1913-cü ildən fəaliyyət göstərir.
Vladimir
Vladimir — Kişi adı. Vladimir Lenin — Rusiya inqilabçısı, SSRİ-nin qurucusu. Vladimir Putin — Rusiyanın dövlət və siyasi xadimi Vladimir Konyagin — Azərbaycan kinooperatoru. Vladimir Savin — səs operatoru, ssenarist.
Vladimir Qazzayev
Vladimir Qazzayev (25 mart (6 aprel) 1895, Kornis[d], Cənubi Osetiya Muxtar Vilayəti – 1962, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, tərcüməçi və ictimai xadim. Tsxinvali Tibb Məktəbinin uzun müddət direktoru olmuş şəxs. Əsərlərini Jermug təxəllüsü ilə yazmışdır. == Bioqrafiyası == 25 mart 1895 -ci ildə Tiflis əyalətinin Kornis kəndində kəndli ailəsində anadan olmuşdur. 1903-cü ildən yerli kənd kilsə məktəbində oxuyur. İbtidai təhsil aldıqdan sonra Qori şəhərindəki gimnaziyaya girdi. Orta təhsilini aldıqdan sonra 1914 -cü ildə Moskva Tibb İnstitutuna daxil olur və 1917-ci ildə oranı bitirir. Vətəndaş müharibəsi zamanı Xarkov yaxınlığındakı partizan dəstəsində döyüşür. 1918-ci ildə vətəninə qayıdır və burada Cənubi Osetiya Milli Şurasının üzvü seçilir. Gürcüstan ərazisində baş verən inqilabi hadisələrdə bilavasitə iştirak etmişdir.
Vladimir Qodar
Vladimir Qodar (slovak. Vladimír Godár; ana. 16 mart 1956, Bratislava) — Kino üçün müasir klassik musiqilər bəstələyən və musiqi sahəsində fəal işləyən Slovakiya bəstəkarı. O, həmçinin Çexiyalı skripkaçı, müğənni və bəstəkar İva Bittova ilə əməkdaşlığı ilə məşhurdur. Müəllif, redaktor və musiqinin tarixi haqqında kitabların tərcüməçisidir. Slovakiya bəstəkarı Yan Levoslava Bellanın yaradıcılığının araşdırılması ilə məşğul olur. == Bioqrafiyası == Qodar 16 mart 1956-cı ildə Bratislavada anadan olmuşdur. Fortepiano sinfi üzrə musiqi məktəbində təhsil almış, bəstəkarlardan şəxsi dərslər almışdır. 1971-ci ildən 1975-ci ilə qədər Bratislava konservatoriyasında təhsil almış, Yuraya Pospişiladan fortepiano, Mariya Masarikovadan bəstəkarlıq dərsləri almışdır. 1979-cu ildən Opus nəşriyyatında nəşrlərinin redaktoru kimi fəaliyyət göstərir.
Vladimir Qolitsin
Vladimir Qolitsin (16 (27) mart 1794 – 19 (31) yanvar 1861 və ya 1849, Moskva) — knyaz, senator, yazıçı, general-mayor, Napoleon müharibələrinin və Qafqaz yürüşlərinin iştirakçısı, Puşkin və Lermontovun tanışı, tanınmış musiqisevər və musiqiçi. == Həyatı == Vladimir Sergeyeviç Qolitsin çar hərbi naziri Barklay de-Tolinin adyutantı idi. Onun sərəncamı ilə Qafqaza gəlmişdi. O, Yeger polkunun komandiri idi. Qafqazda ilk dəfə olaraq bu polk Qarabağda məskən salmışdı. Əlbəttə, bu xüsusi məqsəd daşıyırdı. Belə ki, Azərbaycanın hər hansı bir yerində çarizmin siyasətinə qarşı bir hadisə baş versəydi bu polkun qüvvəsindən istifadə olunurdu. Bu polkun hissələri Azərbaycanın demək olar bir çox rayonlarında olmuşdu. V. S. Qolitsinin göstərişinə əsasən günahsız müsəlman əhalisinə divan tutulur, hətta dar ağacından belə istifadə olunurdu. 1827-ci ildə ali baş komandan İrəvan xanının İranla əlaqə saxladığını bilən kimi, digər işğalçılarla birlikdə general V. S. Qolitsinin hissəsini də ayağa qaldırdı.
Vladimir Qoloyev
Vladimir Qoloyev (oset. Владимир Голоты, 6 (19) noyabr 1910 – 25 may 1975, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı və jurnalisti. Tsxinvali Kitab Nəşriyyatının direktoru. == Bioqrafiyası == 6 noyabr 1910-cu ildə Tiflis vilayətinin Salbiar kəndində kasıb bir kəndli ailəsində anadan olmuşdur. Daha sonra ailəsi Tiflisə köçür və atası burada bir dəmir yolu deposunda işə düzəlir. 1916-cı ildə atası dünyasını dəyişir və Vladimir Qoloyev anası ilə birlikdə doğma kəndinə qayıdır. Ailənin çətin maddi vəziyyəti səbəbindən çobanlıqla məşğul olmaq məcburiyyətində qalır. 1924-cü ildə doğma kəndinin birinci sinfinə gedir. 1927-ci ildə iki illik pedaqoji kursa daxil olur, sonra doğma kəndində dərs deyir. Eyni vaxtdan Moskvadakı "Krestyanskaya qazeta" qəzetinin kənd müxbiri olur.
Vladimir Qroysman
Vladimir Borisoviç Qroysman (ukr. Володимир Борисович Гройсман; 20 yanvar 1978[…], Vinnitsa) — 27 noyabr 2014-cü ildən Ukrayna Ali Radasının 8-ci çağırış deputatı. O, Pyotr Poroşenkonun Bloku nəzdində parlamentə seçilib. I Yatsenyuk hökumətində, yəni 27 fevral-27 noyabr 2014-cü il tarixlərində Qroysman Ukraynanın xarici işlər naziri, Regionun inkişafı üzrə nazir və Kommunal xidmətlər naziri olaraq fəaliyyət göstərib. 28 mart 2006-cı ildən 27 fevral 2014-cü ilə qədər Vinnitsanın meri vəzifəsini tutub.
Vladimir Rasskazov
Vladimir Qriqoryeviç Rasskazov (rus. Владимир Григорьевич Рассказов; 7 fevral 1927, Malaxovka[d], Saratov quberniyası[d] – 24 sentyabr 1969, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1963–1969). == Həyatı == Vladimir Rasskazov 1927-ci ildə hazırkı Saratov vilayətinin Malaxovka kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1944-cü ildə Odessa Dənizçilik Məktəbinə, bir il sonra isə Odessa Ali Dənizçilik Məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra o, mühəndis-elektromexanik diplomu ilə 1951-ci ildə Bakıya gəlmiş və "General Həzi Aslanov" dizel-elektroxodunda elektromexanik vəzifəsində işləməyə başlamışdır. Onun əmək fəaliyyətinin sonrakı mərhələsi Vano Sturua adına gəmi təmiri-gəmiqayırma zavodu ilə bağlı olmuşdur. Burada o, texniki şöbənin mühəndis-elektrotexniki vəzifəsində çalışmışdır. O, 10 ildən artıq partiya işində olmuşdur. Sonrakı illərdə Vladimir Rasskazov Xəzər Gəmiçilik İdarəsi siyasi şöbəsinin təlimatçısı, 1953-cü ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatında təlimatçı, daha sonra isə sənaye və nəqliyyat şöbəsi müdirinin müavini vəzifələrində çalışmışdır. 1963-cü ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin edilmişdir.
Vladimir Rautbart
Vladimir İosifoviç Rautbart (rus. Владимир Иосифович Раутбарт; 3 aprel 1929, Nikolayev, Ukrayna SSR, SSRİ — 26 iyul 1969, Moskva, RSFSR, SSRİ) — sovet aktyoru və rejissoru, teatr pedaqoqu, RSFSR əməkdar artisti (1958). == Həyatı == Vladimir İosifoviç Rautbart 3 aprel 1929-cu ildə anadan olmuşdur. Fəaliyyətinə Omskda yerləşən dram teatrında başlamışdır. Bu teatrda o, özünü istedadı ilə yerli tamaşaçılara tanıda bilmişdir. Rautbart 30 yaşında Moskvaya köçür. Orada Puşkin adına Moskva dram teatrında, Moskva Satira teatrında, Qoqol adına teatrda işləyir. Sonralar isə fəaliyyətini "Moskonsert"də davam etdirir. Vladimir Rautbart arası kəsilmədən öz səhnə obrazı üzərində işləyir, teatrda səhnə sınaqları aparır, özünün sınaq tamaşalarını səhnəyə qoyur, Teatr İncəsənəti Dövlət İnstitutunda müəllim kimi çalışır. Tez-tez ədəbi proqramlarda çıxış edir və çalışdığı institutun tələbələrini burada iştiraka cəlb edir.
Vladimir Romaşkin
Vladimir Ivanoviç Romaşkin (erz. Йовлань Оло; 6 sentyabr 1951, İçalki[d], Mordoviya MSSR[d] – 29 avqust 2002, Saransk) — XX əsrin sonlarında Mokşan, Karatai, Teryuxan və Erzyanın mədəni dirçəlişinin Erzya əsilli lideri. O, folklorşünas, musiqiçi, sənədli film kinorejissoru olmuşdur. == Bioqrafiya == 1975-ci ildə, Vladimir Romaşkin, Saranskda L.P. Kiryukova adına Musiqi Məktəbinin dirijor-xor şöbəsini, 1980-ci ildə Kazan Konservatoriyasının dirijor və xor şöbəsi, 1986-cı ildə folklor və incəsənət şöbəsi üzrə aspiranturanı bitirmişdir. 1980-ci ildən 1989-cu ilə qədər Mordoviyanın Dil, Ədəbiyyat və Tarix Tədqiqat İnstitutunun folklor və sənət sektorunda elmi işçi olmuşdur. 1986-cı ildə "Mordovalıların-Karatayların ənənəvi musiqi sənətinin bəzi xüsusiyyətləri haqqında" monoqrafiyasını nəşr etdirmişdir. Burada o, Tatarıstan Muxtar Sovet Sosialist Respublikasında Karatay kəndlərinin folklorunu təsvir etmişdir. Daha sonra Vladimir Romaşkin ssenarist və sinematoqraf kimi çıxış edərək, iştirakı ilə "Karatai" və "İstoki" sənədli filmlərini yaratdı. O, "Torama nə oxuyur" adlı musiqi filmində rol almışdır. Vladimir Romaşkinin ən məşhur işi - repertuarında Erzya, Mokşa, Karatay mahnılarını əhatə edən etno-musiqili qrup Toram-ın yaradılmasıdır.
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. == Həyatı == Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. == Filmoqrafiya == Boşboğaz (film, 1978) / rus.
Vladimir Roxlin
Vladimir Abramoviç Roxlin — yəhudi riyaziyyatçı, alim. == Həyatı == 1919-cu ildə Bakı şəhərində doğulmuşdur. Abram Roxlinin oğlu idi. Anasını 4 yaşında itirən Vladimir 1935-ci ildə Moskva Dövlət Universitetinə qəbul olmuş, 1941-ci ildə cəbhəyə könüllü getmiş, Nasist Almaniyasında əsir düşmüşdür. 4 il burada əsir qalmış, 2 il də Sovet düşərgələrində saxlanmışdır. Müəllimləri Andrey Kolmoqorov və Lev Pontryaginin səyləri nəticəsində azad edilərək riyaziyyata qayıtmışdı. 1959-cu ildən sonra Leninqradda riyaziyyat dərsi demiş, həndəsə, ehtimal nəzəriyyəsi, entropiya barədə önəmli işlərə imza atmışdır. Roxlin teoreminin müəllifidir. 1984-cü ildə vəfat etmişdir. == Ailəsi == Abram Roxlin və Henrietta Levensonun oğlu, Emmanuil Levensonun nəvəsi, Korney Çukovskinin bacısıoğludur.
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — Vladimir İliç Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1969-cu il tarixli Fərmanı ilə təsis edilmişdir. == Təltif olunanlar == 9 milyon işçi-çalışan, 2 milyon hərbi qulluqçu və təxminin 5 min xarici vətəndaş olmaqla yanaşı 11 milyondan çox insan bu medalla təltif edilmişdir. == Təsviri == Medal bürüncdən istehsal edilmişdir və 32 mm diametrli bütöv dairə şəklindədir. Medalın üz tərəfində tutqun fonda sola çevirilmiş V. İ. Leninanın qabarıq profil təsviri yerləşdirilmişdir. Aşağı hissədə isə — "1870–1970" tarixi. Medalın arxa tərəfində tutqun fonda çevrə üzrə yuxarı hissədə "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazısı, onun altında oraq və çəkic təsviri və yazı "V. İ. Leninin anadan olmasının 100 illiyinin qeyd edilməsi şərəfinə". Aşağı hissədə isə — kiçik beş ulduz yerləşdirilmişdir. Xarici vətəndaşların mükafatlandırılması üçün hazırlanmış medalın arxasında — "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazılar yoxdur. Medalın kənarları bortla haşiyələnmişdir.
Blok Vladimir Mixailoviç
Blok Vladimir Mixailoviç (7 noyabr 1932, Moskva – 28 avqust 1996, Moskva) — sovet, rus bəstəkarı, pianoçu, musiqişünas, jurnalist. == Bioqrafiyası == 1957-ci ildə Moskva Konservatoriyasını V.Y. Şebalinın bəstəkarlıq sinfində və E. Q. Qilelsin fortepiano sinfini bitirmişdir. 1961-ci ildə aspiranturanı musiqi nəzəriyyəsi (rəhbər - L. A. Mazel) və kompozisiya (rəhbərlər - V. Ya. 1958-1960-cı illərdə Muzgizin redaktoru işləmişdir. 1960-1962-ci illərdə V.İ.Lenin adına Pedaqoji İnstitutda dərs demişdir. Moskvadakı 13 nömrəli uşaq musiqi məktəbində dərs demişdir. 1993-cü ildə - Qriq Cəmiyyətinin təsisçisi 1995-ci ildə - Rusiyada Macar Musiqi və Musiqi Pedaqoji Cəmiyyətinin təsisçisi == Yaradıcılığı == === Seçilmiş əsərləri === xor, solistlər və orkestr üçün Böyük Torpağın Mahnisi (sözləri Rojdestvenskiy, 1960) Bahar mahnısı (kantata, V. Mayakovski və N. Aseevin sözləri, 1963) Ulduzları ziyarət etmək (uşaqlar üçün musiqili nağıl, S. Boqomazov, 1964) orkestr üçün Kiçik Suite (1956) Udmurt suite (1960) Bahar keçməsi (1957) Şimali melodiyalar (Komi xalq mövzularında dövrə, 1966) fortepiano və orkestr üçün konsert (1966) skripka və orkestr üçün Slovak Suite (1954, 2-ci nəşr - 1959) simli orkestr üçün Passakaglia və S. Prokofyevin xatirəsinə (1957) Dördlük (1956, 2-ci nəşr - 1966) fortepiano üçün Oyuncaqlar (uşaq dəsti, 1967) Udmurt melodiyaları (1960) Komi xalq mövzusunda dəyişikliklər (1966) Sol uşaq üçün 3 uşaq pyesi (1969) Qələm rəsmləri (uşaq pyesləri, 1960) skripka və fortepiano üçün Norveç Suite (1958) Udmurt Rapsodiyası (1961) violonçel və fortepiano üçün Kiçik Suite (1967) Udmurt mövzularında kiçik bir şeir (1963) klarnet və fortepiano üçün sonatina (1963) Kareliya mövzularında miniatürlər və akvarellər (1971) 5 uşaq pyesi (1974) Rus xalq çalğı alətləri orkestri üçün Rus Suite (1962) Volqa haqqında şeir (1967) səs və fortepiano üçün tsikllər: Skripka (sözlər L. Kvitko, 1963), vokal şəkillər (sözləri A. Sanin, 1964), əyləncəli rəssamlar (sözlər E. Rujentsev, 1970) mahnıları pop ansamblları üçün rəqs parçaları tamaşalar üçün musiqi digər bəstəkarların əsərlərinin tərcümələri və nəşrləri Sellonun solo müəllifi S. Prokofiev üçün sonatanın tamamlanması (1971) S. Prokofiyevin violonçel və orkestri üçün yeni konsertino aləti - Stefen İsserlis üçün İ. S. Baxın "İngilis Suite" g-mollun cihazı Bax, Bethoven, Ravel, Prokofiev, An əsərlərinin konsert aranjımanı. Alexandrova, Shebalina A. Taneyevin İkinci Simfoniyasının Nəşri. == İstinadlar == == Xarici keçidlər == Блок, Владимир Михайлович (Большая биографическая энциклопедия). 2009.
Böyük Vladimir Knyazlığı
Böyük Vladimir knyazlığı - Qədim rus knyazlıqlarının şərti adı. == Tarixi == 1157-ci ildə yaranmışdır. 1389-cu ildə süqut etmişdir.
Elena Vladimirovna Zelenskaya
Elena Vladimirovna Dreyden (Zelenskaya) (d. 19 noyabr 1981) — rus aktrisası. == Həyatı == 19 noyabr 1981-də doğulub. Omskdakı 125 saylı məktəbi bitirmişdir. 1999-cu ildən 2000-ci ilədək Omsk şəhərində Studio Dram Teatrında aktyorluq kursunda oxumuşdur. 2005-ci ildə Sankt-Peterburq Dövlət Teatr İncəsənət Akademiyasını bitirmişdir.
Kiyev Müqəddəs Vladimir Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. == Tarix == Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Lev Vladimiroviç Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis. == Həyatı == Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir. 1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.
Nikolay Vladimiroviç Nekrasov
Nikolay Vladimiroviç Nekrasov (rus. Николай Владимирович Некрасов; ) — rus esperantisti və esperanto tərcüməçisi, yazıçı, şair, jurnalist və tənqidçi. == Həyatı == 1900-cü ildə Moskvada anadan olmuşdur. 15 yaşında Esperanto dilini öyrəndi. 1918-1919-cu illərdə Juna Mondo ("Gənc dünya") adlı şəxsi nəşrinin redaktoru olmuşdur. 1922-ci ildə La Nova Epoko ("Yeni dövr") rəy təşkilatının həmtəsisçisi oldu və 1930-cu ilə qədər oranın redaktoru olmuşdur. "Yeni dövr" fəaliyyəti arasında, 1922-ci ilin iyun ayında fransız müəssisələrində esperanto tədrisinin "potensial təhlükə" səbəbi ilə qadağan edən Fransa təhsil naziri Leon Berarda açıq məktubun göndərilməsi idi (məktubda kinayə ilə nazirə esperantonun populyarlığını artırdığına görə təşəkkür olunmuşdur və daha da inqilabi əsərlər yazılan fransız dilinə də qadağa qoyulmasını tövsiyə edilmişdir). 1933-cü ildə "Dilçiliyin yeni problemləri" məqalələr toplusunu redaktə edirdi. 1920-ci illərdə rus dilində iki orijinal şeir kitabı çap etdirdi. Daha çox rus poeziya klassiklərinin əsərlərini esperanto dilinə tərcümə etməsi ilə tanınır.
Stenalia vladimiri
Stenalia vladimiri — Stenalia cinsinə aid olan böcək növü. Azərbaycanın endemik növüdür. Böcək Odnosum tərəfindən 2001-ci ildə təsvir edilmişdir.
Vasili Vladimiroviç Bartold
Vasili Vladimiroviç Bartold (3 (15) noyabr 1869, Sankt-Peterburq – 19 avqust 1930[…], Leninqrad) — şərqşünas, türkoloq, tarixçi, akademik, rus şərqşünaslıq məktəbinin banilərindən biri. == Həyatı == Vasili Vladimiroviç Bartold 3 noyabr 1869-cu ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1891-ci ildə oranı bitirmişdir. Həmin ildə də elmi – pedaqoji fəaliyyətə başlamışdır. Vasili Vladimiroviç Bartold 1930-cu il avqust ayının 19-da Sankt-Peterburq şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Yaxın və Orta Şərq xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dininə aid 400-dən çox əsəri vardır. Bartold rus şərqşünaslıq məktəbinin banilərindəndir. 1899-1900-cü illərdə yaratdığı "Türküstan monqol istilası dövründə" əsərinə görə ona "Şərq tarixi üzrə "doktor" elmi dərəcəsi verildi. Bartold islam dini tarixinə dair əsərlərində ərəb və qərbi Avropa alimlərinin islam dininə münasibətlərinə tənqidi yanaşaraq, islam dini haqqında geniş material toplayıb, dinin yaranması və yayılması tarixi haqqında yeni görüşlərini ortaya qoymuşdur. Bartold qədim slavyanlardan yazan ərəb müəlliflərinin əsərləri üzərində yorulmadan və məhsuldar işləmişdir.
Vladimir Putinin ailəsi
2000-ci ildən 2008-ci ilə qədər və 2012-ci ildən bu günə qədər Rusiya prezidenti vəzifəsində olan Vladimir Putinin ailəsi rus kəndindəndir. Spiridon İvanoviç Putin (1879–1965) Qorkidə aşpaz olub, oğlu Vladimir (1911–1999) İkinci Dünya müharibəsində iştirak edib, nəvəsi Vladimir (1952-ci il təvəllüdlü) DTK və FSB-də karyera qurub, 1999-cu ildə Rusiya hökumətinin sədri olmuş, 2012-ci ildən yenidən qayıtdığı prezident vəzifəsini icra edir. 1983-cü ildə Putin Lyudmila Aleksandrovna Şkrebneva ilə evləndi və iki qız — Mariya (1985) və Katerina (1986) dünyaya gəldi. 2014-cü ildə məhkəmənin qərarı ilə bu evlilik rəsmən bitdi. Vladimir Putinin ailəsi haqqında çox az rəsmi məlumat var. Hər iki qızın Rusiyada yaşadığı və işlədiyi, 2017-ci ilə qədər prezidentin iki nəvəsi olduğu məlumdur. Bir çox KİV Mariya Putinanı endokrinoloq Mariya Vorontsova, hollandiyalı Jorrit Joost Faassenin həyat yoldaşı, Nomeko şirkətinin həmsahibi ilə eyniləşdirir; Milli İntellektual İnkişaf Fondunun və İnnopraktika şirkətinin rəhbəri, milyarder Kirill Şamalovun həyat yoldaşı Katerina Tixonovanın Putinin ikinci qızı olduğu iddia edilir. Mənbələr arasında Vladimir Putinin müxtəlif biznes strukturlarında tanınmış vəzifələr tutan digər qohumları da var. Bunlar onun əmisi oğlu İqor Aleksandroviç Putin (Master Bank -ın vitse-prezidenti və idarə heyətinin üzvü), əmisi oğulları Roman İqoreviç Putin (MRT Şirkətlər Qrupu MMC-nin direktorlar şurasının sədri, MRT-AVİA-nın ortaq sahibi) və Mixail Şelomovdur. 2022-ci ildə jurnalist araşdırmalarından birinin müəllifləri böyük Kolmar kömür mədən şirkətinin sahibi, Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilevin həyat yoldaşı Anna Evgenievna Tsivilevanı Putinin əmisi oğlu adlandırıblar.
Vladimir Putinin danışıqlar masası
Vladimir Putinin danışıqlar masası 1990-cı illərin sonlarında, Boris Yeltsinin prezidentliyi dövründə Kremldə quraşdırılmış ağ rəngli oval masadır. Bildirilir ki, masa 6 metr (20 fut) uzunluğundadır, fıstıq ağacından hazırlanmışdır və üç boşluqlu taxta dayaq üzərində dayanır. Ağ laklıdır və yan tərəfi qızılla örtülmüşdür. İtaliyanın Cantù şəhərindən olan OAK Mebel şirkəti 1995–1997-ci illər arasında Kremlin hissələrini təchiz edən müqavilənin bir hissəsi olaraq masa hazırladığını iddia etdi. OAK 1999-cu ildə nəşr etdiyi kitabda cədvəlin şəklini hazırlamışdır. Bununla belə, ispan təqaüdçü kabinet istehsalçısı masanı c-də düzəltdiyini söylədi. 2005. == Tarixi == 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin dünya liderləri, o cümlədən Emmanuel Makron, Olaf Şolz və Antonio Quterreşlə görüşlərdə bu masadan istifadə edib. Şəkildə Putin çox uzun ağ görüş masasının bir ucunda, digər iştirakçılar isə digər ucunda ondan uzaqda oturmuşdular. Putin digər uzun masalarda öz rəsmiləri ilə eyni məsafəli görüşlərdə iştirak edərkən də təsvir edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 107.58 dəfə / 1 mln.
2002 •••••• 219.27
2003 ••••• 200.38
2004 •••••• 239.86
2005 ••• 130.23
2006 ••• 124.11
2007 ••• 101.49
2008 ••• 114.01
2009 ••• 101.91
2010 ••• 103.30
2011 •• 86.99
2012 ••• 96.55
2013 •••• 163.82
2014 •••• 157.37
2015 •• 74.17
2016 ••• 91.63
2017 •• 83.24
2018 ••• 91.39
2019 ••• 89.57
2020 •• 65.77

Oxşar sözlər

#vladimir nədir? #vladimir sözünün mənası #vladimir nə deməkdir? #vladimir sözünün izahı #vladimir sözünün yazılışı #vladimir necə yazılır? #vladimir sözünün düzgün yazılışı #vladimir leksik mənası #vladimir sözünün sinonimi #vladimir sözünün yaxın mənalı sözlər #vladimir sözünün əks mənası #vladimir sözünün etimologiyası #vladimir sözünün orfoqrafiyası #vladimir rusca #vladimir inglisça #vladimir fransızca #vladimir sözünün istifadəsi #sözlük