* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 İnsanlar keflərini kökəldib şənlənmək üçün kifayət qədər şərab içdikdən sonra çox vaxt müğənnilik istedadları baş qaldırır və mahnı oxumaq istəyirlər. Bu vaxt səslənən mahnılar kifayət qədər gur, eyni zamanda sözlərində məna olmalıdır. Bu səbəbdən də məclisdə səsləndirilə biləcək mahnılara tələb və təklif həmişə yüksək olub. Süfrə başında ifa edilən ən məşhur mahnıların əksəriyyətinin müəllifi fransız şairi Olivye Basselendir. Basselen XV əsrin əvvəllərində Normandiyada, Vir (Van de Vir) çayının vadisində anadan olmuşdur. Onun ölümündən sonra mahnılarının “Van de Vir” (anadan olduğu yer) adlı toplusu çap olundu. Bundan sonra bu ad, ümumiyyətlə, bütün satirik melodiyalara şamil edildi. Sonralar isə dəyişərək “vaudeville” (vodevil) şəklini aldı. XVIII əsrin əvvəllərində Fransa dövlət teatrının səhnəsinə dram qayıtdı. Ölkəni qastrol səfərləri ilə dolaşaraq çörəkpulu qazanan aktyorlar hansısa çərçivələrdən azad tamaşalar göstərirdilər. Bunların arasında həmçinin satirik mahnılar da var idi. Təkcə mahnılar deyil, həmçinin komik monoloq, dialoq və digər əyləncəli elementlər də “vodevil” adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / vodevil1 [fr.] водевиль (кьезил комедиядин тегьер, гзафни-гзаф са пердедин пьеса).
Azərbaycanca-ləzgicə lüğəti / vodevil