vollastonit sözü azərbaycan dilində

vollastonit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vollastonit • 66.6667%
  • Vollastonit • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vollastonit
Vollastonit Ca3 [Si3O9] — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Ferrovollastonit (~10 % FeO), manqanvollastonit. == Xassələri == Rəng – ağ, boz, bəzən solğun-yaşıl, az hallarda əti-qırmızı; Mineralın cizgisinin rəngi – ağ, Parıltı – şüşə, sədəf; Şəffaflıq – qeyri-şəffaf, bəzən şəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 4,5-5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl, {001} və {101} üzrə orta; Sınıqlar – pilləli-qeyri-hamar, tikanlı; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; lövhəli, sütunvari, iynəvari; İkiləşmə: {100} üzrə; Mineral aqreqatları: vərəqvari, bitişmiş lövhəciklər, lifli, radial-şüalı, çubuq- və qabıqvari, dənəvər. == Mənşəyi və yayılması == Kalsiumlu skarnların və regional metamorfizmə uğramış əhəngdaşlarının səciyyəvi mineralıdır. Habelə əhəngli kristallik şistlərdə, başqa minerallarla birgə ksenolitlər şəklində bəzi maqmatik süxurlarda (qabbro, noritlər, qələvi əmələgəlmələr və b.), bəzən vulkan tullantılarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, kvars, qranatlar, vezuvian, diopsid, epidot, danburit, datolit, olivin, aksinit və b. Mineralın tapıldığı yerlər: Vidsboro (ABŞ); Aransasu (Meksika); Lyanqar, Tetyüxe (Rusiya); Parqas (Finlandiya); Mirsk (Polşa); Monte-Somma və Vezuvi vulkanları (İtaliya); Billenvald (Almaniya) və bir çox başqa yerlər. Azərbaycanda Tərtər çayının yuxarı axınında Kəlbəcər rayonunda yerləşən İstisu vollastonit təzahürində, həmçinin Laçın, Daşkəsən və Gədəbəy rayonlarının kontakt-metasomatik əmələgəlmələrində, Kiçik Qafqazın ofiolit formasiyasının ultraəsasi süxurlarında qeyd edilir. == Tətbiqi == Keramika sənayesində, lak-boya materiallarının, minanın, müxtəlif uduçuların, gübrələrin istehsalında geniş istifadə edilir.

Oxşar sözlər

#vollastonit nədir? #vollastonit sözünün mənası #vollastonit nə deməkdir? #vollastonit sözünün izahı #vollastonit sözünün yazılışı #vollastonit necə yazılır? #vollastonit sözünün düzgün yazılışı #vollastonit leksik mənası #vollastonit sözünün sinonimi #vollastonit sözünün yaxın mənalı sözlər #vollastonit sözünün əks mənası #vollastonit sözünün etimologiyası #vollastonit sözünün orfoqrafiyası #vollastonit rusca #vollastonit inglisça #vollastonit fransızca #vollastonit sözünün istifadəsi #sözlük