vücudnamə sözü azərbaycan dilində

vücudnamə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vücudnamə • 86.6667%
  • Vücudnamə • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vücudnamə
Vücudnamə — aşıq şeir şəkli. Vücudnamələrdə insanın ayrı-ayrı yaş mərhələlərinin səcıyyəsi verilir . Bu şeir formasında sənətkarlar bir növ özünün əsli-nəcabəti, ana bətninə düşməsi, anadan olması, uşaqlıq illəri, təhsil alması, ədəb-ərkanı həyatının müxtəlif yaş dövrləri, oturub-durması, ailə məişəti, məhəbbəti, elobası, həyat yollarında olan çətinlikləri, gənclik, ahıllıq dövrü və s. haqqında avtobioqrafik məlumatlar verir. Azərbaycan aşıq və şairlərinin bəziləri gəraylı, qoşma, divani və s. şeir janrlarında vücudnamələr yazmışlar. Bu cür vücudnamələrin sayı çox azdır. Çünki, bu növ şeir yazmağın öz çətinlikləri var. Burada müəllifdən geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum və s. tələb olunur.

vücudnamə sözünün leksik mənası və izahı

  • 1 is. [ər. vücud və fars. …namə] Folklorda: insanın doğulduğu gündən son gününə qədər keçirdiyi həyatın ayrıayrı mərhələlərini əks etdirən aşıq şeri forması. Vücudnamənin ən gözəl nümunəsini Aşıq Bozalqanlı vermişdir.

    Azərbaycan dilinin izahlı lüğəti / vücudnamə

vücudnamə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. в фольклоре: ашугские стихи, воспевающие человеческую красоту, жизнь человека от рождения до смерти, стихи о какой-нибудь личности

    Azərbaycanca-rusca lüğət / vücudnamə

vücudnamə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. vücud və fars. ...namə] сущ. фолькл. хайи йикъалай эхиримжи йикъалди инсанди гьалай уьмуьрдин ччара-ччара девирар къалурдай ашукьрин шиирдин са жуьре.

    Azərbaycanca-ləzgicə lüğəti / vücudnamə

vücudnamə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. və f. insanın doğulandan ölənə qədər həyatını təsvir edən aşıq şeiri forması.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"vücudnamə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vücudnamə nədir? #vücudnamə sözünün mənası #vücudnamə nə deməkdir? #vücudnamə sözünün izahı #vücudnamə sözünün yazılışı #vücudnamə necə yazılır? #vücudnamə sözünün düzgün yazılışı #vücudnamə leksik mənası #vücudnamə sözünün sinonimi #vücudnamə sözünün yaxın mənalı sözlər #vücudnamə sözünün əks mənası #vücudnamə sözünün etimologiyası #vücudnamə sözünün orfoqrafiyası #vücudnamə rusca #vücudnamə inglisça #vücudnamə fransızca #vücudnamə sözünün istifadəsi #sözlük