vəhşilik sözü azərbaycan dilində

vəhşilik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vəhşilik • 96.2512%
  • Vəhşilik • 3.1865%
  • VƏHŞİLİK • 0.5623%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. == Məzmun == Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. == Film haqqında == Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Şamaxıda erməni vəhşilikləri
Şamaxı soyqırımı — 1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri soyqırım, etnik təmizləmə siyasəti. Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan əvvəlki vəziyyət == 1918-ci il mart soyqırımının əsas səbəbləri barədə əvvəllər Bakıda yaşamış, sonralar Almaniyaya mühacirət etmiş, Kadet partiyasının üzvü B. Baykov öz xatirələrində belə yazırdı: Stepan Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı palanlaşdırılan soyqırıma hazırlıq məqsədilə 1917-ci ilin sonu, 1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah paylamışdır. Bu dövrdə müxtəlif cəbhələrdən 7000 erməni əsgəri Bakıya gətirilərək Bakı Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdi. İstintaq Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi. == Soyqırım == Şamaxı soyqırımının baş verdiyi dəqiq tarix bilinmir. Bəzi kitab və məqalələrdə hadisələrin 1918-ci il martın 18-də, bəzilərində 1918-ci ilin aprel ayında, bəzilərində isə 3–16 apreldə baş verdiyi qeyd olunur. Araşdırmalar Şamaxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir: I mərhələ — martın əvvələri – 27 mart 1918-ci il II mərhələ — 30 mart – 9 aprel 1918-ci il III mərhələ — 18 aprel – 1 avqust 1918-ci il18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutmuşlar. Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmişlər.
Şamaxıda vəhşiliklər

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.53 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 8.27
2004 ••••••••• 3.71
2005 •••••••••• 4.05
2006 •••••••••••••••••• 7.43
2007 •••••••••••• 4.65
2008 •••••••••• 3.90
2009 ••••• 1.92
2010 •••••••••• 3.99
2011 ••••••• 2.57
2012 •••••••• 3.10
2013 •••••••••••••• 5.54
2014 ••••••••••••• 4.98
2015 •••••••• 3.23
2016 ••• 1.04
2017 •••••••••••••• 5.53
2018 •••••• 2.40
2019 •••• 1.39
2020 •••••• 2.12

vəhşilik sözünün leksik mənası və izahı

  • 1 is. 1. Vəhşi heyvanın halı, vəziyyəti, xassəsi. Pələngin vəhşiliyi. 2. Vəhşi hərəkət, azğınlıq, qudurğanlıq. Vəhşilik etmək. – Belə də o, mən burada olduğuma görə, özünü ələ alacaq və məni kədərləndirməmək üçün vəhşilik etməyəcəkdir. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / vəhşilik

vəhşilik sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 yabançılıq — cırlıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / vəhşilik
  • 3 azğınlıq — qudurğanlıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / vəhşilik
  • 4 VƏHŞİLİK [Zöhrə:] Adam döymək köhnəlikdir, vəhşilikdir (M.İbrahimov); AZĞINLIQ Ekzüperi: İşıqla zülmət arasında, insan ləyaqətiylə vəhşilik, azğınlıq arasında dava gedir (R.Rza); BARBARLIQ ..Vasilyevskaya qələminə daha möhkəm sarılmış murdar faşizm barbarlığım daha inadla xalqına tanıtdırmışdır (M.Hüseyn); BƏRBƏRİYYƏT Bir əlac eylə ki, bu bərbəriyyət zəmanəsinin əlifbasında erab hüruf ilə mütəəssil yazılsın (M.F.Axundzadə); CANAVARLIQ (məc.) Onlar öz hərb şöhrətlərini artırmaq üçün canavarlığa qurşanırlar (S.Rəhimov); VƏHŞƏT Maşədi bəy: Bizdəki vəhşətlərdən xəbərin var (M.Hüseyn); VƏHŞİYYƏT Elmə, fənnə, idabəyə baxalım nifrət ilə; Uyalım fitnələrə əldəki vəhşiyyət ilə (M.Ə.Sabir); BARBARİZM, QUDURĞANLIQ, VANDALİZM, VANDALLIQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / vəhşilik

vəhşilik sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 VƏHŞİLİK – İNSANLIQ Belədə o mən burada olduğuma görə, özünü ələ alacaq və məni kədərləndirməmək üçün vəhşilik etməyəcəkdir (M.S.Ordubadi); Ağ günlərə səsləyir insanlığı yurdumuz (Ə.Cəmil). VƏHŞİLİK – MƏDƏNİLİK Atam məni başa saldı ki, nefti elə beləcə yandırmaq vəhşilikdir (M.İbrahimov); Mehriban öz mədəniliyi ilə onları susdurmuşdur (Ə.Vəliyev).

    Azərbaycan dilinin antonimlər lüğəti / vəhşilik

vəhşilik sözünün rus dilinə tərcüməsi

vəhşilik sözünün inglis dilinə tərcüməsi

vəhşilik sözünün fransız dilinə tərcüməsi

vəhşilik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. вагьшивал (1. вагьши гьайвандин гьал, везият, хесет; bəbirin vəhşiliyi лекьендин вагьшивал; 2. вагьши гьерекат, азгъунвал, къудурвал; vəhşilik etmək вагьшивал авун, вагьшивалун).

    Azərbaycanca-ləzgicə lüğəti / vəhşilik

"vəhşilik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəhşilik nədir? #vəhşilik sözünün mənası #vəhşilik nə deməkdir? #vəhşilik sözünün izahı #vəhşilik sözünün yazılışı #vəhşilik necə yazılır? #vəhşilik sözünün düzgün yazılışı #vəhşilik leksik mənası #vəhşilik sözünün sinonimi #vəhşilik sözünün yaxın mənalı sözlər #vəhşilik sözünün əks mənası #vəhşilik sözünün etimologiyası #vəhşilik sözünün orfoqrafiyası #vəhşilik rusca #vəhşilik inglisça #vəhşilik fransızca #vəhşilik sözünün istifadəsi #sözlük