Vəlvələ sözü azərbaycan dilində

Vəlvələ

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Vəlvələ • 51.2953%
  • vəlvələ • 47.6684%
  • VƏLVƏLƏ • 1.0363%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vəlvələ
Vəlvələ (alət) — pərsəngli əyircək. Vəlvələ (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Vəlvələçay — Quba və Xaçmaz rayonlarında çay. Xəzər dənizinə tökülür.
Vəlvələ (Quba)
Vəlvələ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Vəlvələ oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Vəlvələ çayının sağ sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1942-ci ildən sonra yaranmışdır. İlk məskunları Zərqova,Əsparəsti,Kələnov,Xaspolad, İsnov və b. kəndlərdən çıxmış ailələr olmuşdur. Kəndin adı yaxınlığındakı Vəlvələçayın adı ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1482 nəfər əhali yaşayır.
Vəlvələ (alət)
Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər. Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
Vəlvələ bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vəlvələçay
Vəlvələçay - Quba və Xaçmaz rayonlarından axıb Xəzər dənizinə tökülür. Uzunluğu 98 km, hövzəsinin sahəsi 629 km²-dir. Böyük Qafqazın şimal-şərq hissəsindən axan Cimi və Babaçay çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyini Babadağın şimal yamacından (2940 m) alır. İllik axımının 26%-ni yağış, 40%-ni yeraltı və 34%-ni qar suları təşkil edir. Orta illik su sərfi 3,52 kub m/san-dir. Axımın 40%-i yazda, 30%-i yayda, 20%-i payızda, 10%-i isə qışda keçir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 150-300 mq/l minerallaşmaya malikdir. Suyunun bir hissəsi Samur-Abşeron kanalına axıdılır. Üstündə SES və su qovşağı tikilmişdir, suvarma işlərində istifadə edilir.

vəlvələ sözünün leksik mənası və izahı

  • 1 is. Səs-küy, gurultu-patırtı, həyəcan, çaxnaşma, qarmaqarışıqlıq. O gecəki vəlvələdən ancaq bunu görə bildim. A.Şaiq. □ Vəlvələ düşmək – qarmaqarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan (gurultu-patırtı) düşmək. Vəlvələ salmaq – qorxu salmaq, çaxnaşma salmaq, həyəcan salmaq. Həqiqət bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. C.Məmmədquluzadə. [Əmrulla Gülsabaha:] Qüdrətgilin evinə o yandan vəlvələ salmışsan… C.Cabbarlı. Canına (cisminə və s.) vəlvələ düşmək – qorxuya düşmək, təşvişə düşmək, qorxudan əsmək. Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. M.V.Vidadi. Növbətçinin “Qalx!” səsi tövlədəkilərin içinə vəlvələ saldı. Mir Cəlal. Canına vəlvələ salmaq – çox qorxuya salmaq, lərzəyə salmaq. [Hacı Qara:] Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. M.F.Axundzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / vəlvələ

vəlvələ sözünün sinonimləri (yaxın mənalı sözlər)

vəlvələ sözünün antonimləri (əks mənalı sözlər)

vəlvələ sözünün rus dilinə tərcüməsi

  • 1 переполох, тревога, смятение, суматоха, паника

    Azərbaycanca-rusca lüğət / vəlvələ
  • 2 сущ. переполох, тревога, смятение, суматоха, паника; vəlvələ düşmək переполошиться; vəlvələ salmaq вызвать переполох, панику; canına (ъисминя) vəlvələ düşmək переполошиться, быть охваченным страхом; canına vəlvələ salmaq kimin вселить тревогу в кого-л.; переполошить, вызвать страх, напугать кого

    Azərbaycanca-rusca lüğət / vəlvələ

vəlvələ sözünün inglis dilinə tərcüməsi

  • 1 i. alarm, panic, commotion, rumpus, anxiety; excitement; ~ salmaq to set* up an alarm / anxiety, to arouse alarm, to create a panic, to put* / to set* in commotion; ~yə düşmək to get* excited / alarmed, to be* in / to get* into a panic (about), to be* in a state of anxiety; Siz heç nədən vəlvələ salmısınız You’re making a commotion about nothing

    Azərbaycanca-ingiliscə lüğət / vəlvələ

vəlvələ sözünün fransız dilinə tərcüməsi

  • 1 is. tumulte m (səs-küy) ; panique f ; alarme f (həyacan) ; anxiété f, angoisse f, inquiétude f (nigarançılıq) ; trouble m, désarroi m ; confusion f ; effarement m (caşqınlıq) ; remue-ménage m (pl invar), va-et-vient m (pl invar), tohu-bohu m (pl invar) ; ~ salmaq alarmer vt, exciter vt, éveiller vt ; causer de l’inquiétude, inquiéter vt, rendre vt anxieu//x, -se ; troubler vt (həyacanlandırmaq) ; ~yə düşmək alarmer (s’), paniquer, inquiéter (s’), troubler (se) ; Siz heç nədən ~ salmısınız Vous faîtes beaucoup de bruit pour rien

    Azərbaycanca-fransızca lüğət / vəlvələ

vəlvələ sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. велвела, ван-гьарай, гьарай-эвер, къалабулух, гъулгъула, акахьайвал; vəlvələ düşmək велвела гьатун, гъулгъула гьатун, къалабулух акатун, араяр акахьун; vəlvələ salmaq велвела ттун, кичӀ кутун, гъулгъула кутун, къалабулух кутун; canına (cisminə və s.) vəlvələ düşmək чанда велвела гьатун, ччандик фул (кичӀ) акатун, гзаф кичӀе хьун, тешвишдик акатун, кичӀела зурзун; canına vəlvələ salmaq чанда велвела ттун (кутун), ччандик фул (кичӀ) кутун, гзаф куьчӀуьрарун, къарсурун, зурзурун.

    Azərbaycanca-ləzgicə lüğəti / vəlvələ

"vəlvələ" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəlvələ nədir? #vəlvələ sözünün mənası #vəlvələ nə deməkdir? #vəlvələ sözünün izahı #vəlvələ sözünün yazılışı #vəlvələ necə yazılır? #vəlvələ sözünün düzgün yazılışı #vəlvələ leksik mənası #vəlvələ sözünün sinonimi #vəlvələ sözünün yaxın mənalı sözlər #vəlvələ sözünün əks mənası #vəlvələ sözünün etimologiyası #vəlvələ sözünün orfoqrafiyası #vəlvələ rusca #vəlvələ inglisça #vəlvələ fransızca #vəlvələ sözünün istifadəsi #sözlük