vəsiqə sözü azərbaycan dilində

vəsiqə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vəsiqə • 99.7202%
  • Vəsiqə • 0.2136%
  • VƏSİQƏ • 0.0663%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vəsiqə
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əbcəd هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.
Sürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi — hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən o. Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir: A1 - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün; A - bütün növ motosikletləri idarə etmək üçün B1 - kvadrisiklləri idarə etmək üçün B - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; C1 - “D” kateqoriyasına və "D1" altkateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq, lakin 7500 kq-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq, olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1- sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; BE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq və avtomobilin yüksüz kütləsindən çox olan “B” kateqoriyasından olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; C1E - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; CE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; D1E - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün; DE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; Tramvay - tramvayları idarə etmək üçün; Trolleybus - trolleybusları idarə etmək üçün. == Azərbaycanda sürücülük vəsiqəsi == Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin aşağıdakı növləri vardır: motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün; traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün.Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ" və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir: sahibinin soyadı; sahibinin adı və atasının adı; sahibinin doğum tarixi və yeri; sahibinin yaşayış yeri; vəsiqəni vermiş orqanın adı; vəsiqənin verilmə tarixi və yeri; vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix; vəsiqənin nömrəsi; vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın ştampı və ya möhürü; sahibinin qan qrupu və imzası; xüsusi qeydlər.Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Vəsiqələr (qiymətli kağız)
Vəsiqələr — müəssisə tərəfindən öz səhmləri üçün buraxılmış call-opsionlardır. Onlar səhmdarlara adi səhmlərin yeni emissiyasına onların açıq yerləşdirilməsindən öncə abunə olmaq hüququ verir. Dövriyyədə olan hər bir səhm bir vəsiqə alır. Bir səhm müəyyən sayda vəsiqə+ abunə qiymətinə bərabər pul məbləğinə alınır. Yeni səhmlərə abunə qiyməti adətən buraxılma anına səhmlərin bazar qiymətindən aşağı təyin edilir. == Müddətinə görə vəsiqələr == Vəsiqələr adətən qısamüddətli olur (emissiya anından 2-10 həftə müddətinə) və onların icra müddətinə qədər sərbəst dövriyyədə olurlar. Müəyyən tarixədək köhnə səhmlər vəsiqələrlə birgə satılır, yəni səhmlərin alıcısı həm də vəsiqələr buraxılırsa onları da əldə edir. Bu tarixdən sonra səhmlər vəsiqəsiz və daha aşağı qiymətə satılır. Bəzən səhmlərin populyar buraxılışlarına vəsiqələr birjada, digər hallarda isə birjadankənar bazarda satılır. Vəsiqələr səhmlərin bölünməsi və dividendlərin səhmlərlə ödənilməsindən müdafiə olunmayıblar.
Şəxsiyyət vəsiqəsi
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əbcəd هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: 1.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 48.72 dəfə / 1 mln.
2002 •••• 13.70
2003 •••••• 20.47
2004 ••••••••• 30.66
2005 ••••••••••• 37.79
2006 •••••••••••••• 46.62
2007 ••••••••••• 36.15
2008 ••••••••••••••• 53.35
2009 ••••••••••••••• 53.27
2010 ••••••••••••••••••• 64.36
2011 •••••••••••••••••••• 70.78
2012 •••••••••••••••••••• 71.42
2013 ••••••••••• 39.09
2014 •••••••• 25.91
2015 ••••••••••••••••• 58.18
2016 •••••••••• 33.67
2017 •••••••••••• 41.46
2018 •••••••••• 32.96
2019 •••••••••••••••• 56.61
2020 ••••••• 22.54

vəsiqə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bir şeyi təsdiq edən və bir şeyə icazə verən sənəd, rəsmi kağız; şəhadətnamə. [Əbülhəsən bəy:] Biz küçələrə çıxa bilərdik. Əlimizdə vəsiqələr var idi. M.S.Ordubadi. Bəhram məktubu büküb, gərəksiz bir vəsiqə kimi kitabların üstünə tulladı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / vəsiqə

vəsiqə sözünün sinonimləri (yaxın mənalı sözlər)

vəsiqə sözünün rus dilinə tərcüməsi

  • 1 удостоверение, документ

    Azərbaycanca-rusca lüğət / vəsiqə
  • 2 сущ. 1. удостоверение. Zavodun verdiyi vəsiqə удостоверение, выданное заводом, şəxsiyyət vəsiqəsi удостоверение личности, müvəqqəti vəsiqə временное удостоверение, vəsiqənin müddətinin uzadılması продление срока удостоверения 2. разг. документ 3. разг. свидетельство. Kursu bitirmək haqqında vəsiqə свидетельство об окончании курсов

    Azərbaycanca-rusca lüğət / vəsiqə

vəsiqə sözünün inglis dilinə tərcüməsi

vəsiqə sözünün fransız dilinə tərcüməsi

vəsiqə sözünün ləzgi dilinə tərcüməsi

vəsiqə sözünün türk dilinə tərcüməsi

vəsiqə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. şəxsiyyəti təsdiq edən sənəd.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"vəsiqə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəsiqə nədir? #vəsiqə sözünün mənası #vəsiqə nə deməkdir? #vəsiqə sözünün izahı #vəsiqə sözünün yazılışı #vəsiqə necə yazılır? #vəsiqə sözünün düzgün yazılışı #vəsiqə leksik mənası #vəsiqə sözünün sinonimi #vəsiqə sözünün yaxın mənalı sözlər #vəsiqə sözünün əks mənası #vəsiqə sözünün etimologiyası #vəsiqə sözünün orfoqrafiyası #vəsiqə rusca #vəsiqə inglisça #vəsiqə fransızca #vəsiqə sözünün istifadəsi #sözlük