vətəndaşlığı sözü azərbaycan dilində

vətəndaşlığı

Yazılış

  • vətəndaşlığı • 99.1726%
  • Vətəndaşlığı • 0.7543%
  • VƏTƏNDAŞLIĞI • 0.0487%
  • vətəndaŞlığı • 0.0243%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ Vətəndaşlığı
Amerika Birləşmiş Ştatları vatandaşlığı Amerikalıları ABŞ-də xüsusi hüquqları, vəzifələri və faydaları ilə təmin edən hüquqi bir statusdur . İfadə azadlığı, lazımi müddət, səsvermə(lakin bütün federal seçkilərdə bütün vətəndaşların səs vermək hüququ yoxdur. Məsələn: Puerto Rico) yaşamaq və işləmək və Amerika Birləşmiş Ştatlarından federal yardım almaq hüquqları kimi Amerika Birləşmiş Ştatları Konstitusiyasından və qanunlarından irəli gələn və qorunan əsas hüquqların təməli rolunu oynayır. Vətəndaşlığın həyata keçirilməsi ABŞ-yə sədaqət və onun konstitusiyasını dəstəkləyəcək və müdafiə edəcəyinə dair and içmək də daxil olmaq kimi münasibətləri tələb edir. Vətəndaşlığın iki əsas mənbəyi var: doğum hüququ vətəndaşlığı, şəxsin Birləşmiş Ştatların ərazi sərhədləri daxilində doğulduğu təqdirdə və ya — xaricdə doğulub valideynlərinin Birləşmiş Ştatlar vətəndaşı olduğu halda və qanuni immiqrant kimi vətəndaşlığa müraciət edib naturalizasiya vasitəsilə qəbul olunduğu təqdirdə. Vətəndaşlıq üçün bu iki yol Konstitusiya nın On dördüncü Düzəlişinin Vətəndaşlıq Maddəsində göstərilmişdir: Milli vətəndaşlıq ümumilikdə ölkəyə üzvlüyü bildirir; dövlət vətəndaşlığı, əksinə bir şəxslə müəyyən bir dövlət arasındakı əlaqəni ifadə edir və ümumiyyətlə daxili məsələlərlə məhdudlaşır. Ştat vətəndaşlığı (1) vergi qərarlarını, (2) ali təhsil kimi dövlət tərəfindən təmin edilən bəzi güzəştlər və (3) ABŞ senatoru kimi dövlət siyasi vəzifələrinə uyğunluğu təsir edə bilər. Konstitusiyanın Birinci maddəsində "vahid vətəndaşlıq qaydası" yaratmaq səlahiyyəti açıq şəkildə Konqresə verilir. Amerika Birləşmiş Ştatları qanunları bir çox vətəndaşlığa icazə verir. Amerika Birləşmiş Ştatları vətəndaşı kimi qəbul edilmiş digər ölkələrin vətəndaşları əvvəlki vətəndaşlıqlarını qoruya bilərlər, baxmayaraq ki, digər ölkəyə sədaqətdən imtina etməlidirlər.
Azərbaycan vətəndaşlığı
Azərbaycan vətəndaşlığı — Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının vətəndaşı bəzi hallarda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilər.Azərbaycan vətəndaşlığı əsasən jus sanguinis prinsipinə əsaslanır. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər.Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur. == Vətəndaşlığının əldə edilməsi == Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda. == Vətəndaşlığa qəbul == Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.(Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.) Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: Şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. == Vətəndaşlığa xitam verilməsi == Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla həll edilir.Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.
Ermənistan vətəndaşlığı
Ermənistan vətəndaşlığı — şəxsin Ermənistanla onların qarşılıqlı hüquq və vəzifələrinin məcmusunda ifadə olunan sabit hüquqi əlaqəsi. Ermənistan vətəndaşlığı əsasən jus sanguinis prinsipinə əsaslanır. Vətəndaşlıq haqqında qanun 1995-ci il noyabrın 6-da qəbul edilib və 2007-ci ildə Ermənistanda ikili vətəndaşlığa icazə verilib. == Ermənistan vətəndaşlığının alınması == Ermənistan vətəndaşlığı alınır: vətəndaşlığın tanınması yolu ilə; doğuşla; naturalizasiya nəticəsində; vətəndaşlığın bərpası nəticəsində; vətəndaşlığa qrup qəbuluna görə; Ermənistan vətəndaşları tərəfindən övladlığa götürülməsi ilə əlaqədar; Ermənistanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş digər əsaslarla.Konstitusiyaya görə, Ermənistan xaricdə yaşayan ermənilərə vətəndaşlıq hüququ verir. == Doğuşla Ermənistan vətəndaşlığının alınması == Doğuşdan Ermənistan vətəndaşının alınması: doğulan zaman hər iki valideyni Ermənistan vətəndaşı olan şəxs; doğulan zaman valideynlərindən biri Ermənistan vətəndaşı, digər valideyni isə naməlum və ya vətəndaşlığı olmayan şəxs. == Ermənistan vətəndaşlığının tanınması == Aşağıdakılar Ermənistan vətəndaşları kimi tanınırlar: Ermənistan ərazisində daimi yaşayan, Konstitusiyanın qəbuluna qədər başqa dövlətin vətəndaşlığını almamış və ya bu vətəndaşlıqdan çıxmış Ermənistan SSR-in keçmiş vətəndaşları; SSRİ-nin digər respublikalarının keçmiş vətəndaşları və ya Ermənistan ərazisində daimi yaşayan və 2003-cü il dekabrın 31-dək Ermənistan vətəndaşlığı üçün müraciət etmiş vətəndaşlığı olmayan şəxslər; Ermənistandan kənarda yaşayan və başqa dövlətin vətəndaşlığını almamış Ermənistan SSR-in keçmiş vətəndaşları. == Ermənistan vətəndaşlığının qəbulu == Ermənistan vətəndaşlığı olmayan şəxsə aşağıdakı şərtlərlə vətəndaşlıq verilə bilər: ən azı 18 yaşının olması; qanuni əsaslarla Ermənistan ərazisində ən azı 3 il daimi yaşamaq; erməni dilini bilmək; Ermənistan Konstitusiyasını bilmək.Ermənistan vətəndaşlığı Ermənistanda ən azı 3 il yaşamaq şərti olmadan aşağıdakı hallarda verilə bilər: Ermənistan vətəndaşı ilə nikah və ya digər valideyni Ermənistan vətəndaşı olan uşağın doğulması; Vətəndaşlıq üçün müraciət edənin valideynlərindən biri və ya hər ikisi keçmişdə Ermənistan vətəndaşlığına malik olmuş və ya Ermənistan ərazisində anadan olmuş və 18 yaşına çatdıqdan sonra 3 il ərzində Ermənistan vətəndaşlığı üçün müraciət etmişlər; Ermənistan ərazisində yaşamaq və erməni mənşəli olması.Ermənistan vətəndaşlığını qəbul edən şəxs andın ermənicə mətnini oxumalı və imzalamalıdır. == İkili vətəndaşlıq == Ermənistanda ikili vətəndaşlığa 26 fevral 2007-ci ildə icazə verilib. === Hərbi xidmət === Əksər hallarda ikili vətəndaşlığı olan şəxslər hərbi xidmətdən azad edilmir. Ermənistan vətəndaşlığını qəbul etmiş xarici dövlətin vətəndaşı, Ermənistan vətəndaşlığını qəbul etməzdən əvvəl ən azı 12 ay xarici dövlətin silahlı qüvvələrində xidmət etmiş və ya bir ən azı 18 ay müddətində alternativ mülki xidmət keçmişsə, məcburi hərbi xidmətdən azad edilir.
Gürcüstan vətəndaşlığı
Gürcüstan vətəndaşlığı — Gürcüstanda dövlətin üzvü olma statusu. Vətəndaşlıq almaq üçün, Gürcüstanın vətəndaşlıq qanununa əsasən xarici ölkə vətəndaşları kimi standart qaydada vətəndaşlıq üçün müraciət edə bilərlər. Standart üsulla Gürcüstan vətəndaşlığına müraciət etmək istəyənlər minimum 5 il Gürcüstanda yaşamalıdırlar. Gürcüstan qanunvericiliyi ikili vətəndaşlığı qəbul etmir. Gürcüstan vətəndaşı eyni zamanda başqa ölkənin vətəndaşı olub oranın pasportunu daşıya bilməz. Vətəndaşlıq sənədlərini yalnız Gürcüstan Prezidenti imzalayır və ikili vətəndaşlıq yalnız elə şəxslərə verilir, hansılar ki, Gürcüstan qarşısında xüsusi mahiyyətə malikdirlər və ya Gürcüstan vətəndaşlığına nail olmaq milli maraq daşıyır. Repatriant statusunu əldə etdikdən sonra iki il ərzində sadələşdirilmiş qaydada Gürcüstan vətəndaşlığını almaq imkanı təklif edir. == Repatriasiya haqqında Qanunvericilik == 2007-ci il, İyulun 7-də, Gürcüstan Parlamenti qanun qəbul etdiI: “20-ci əsrin 40-cı illərinin SSR Gürcüstanından məcburi köçkün edilmiş xalqların repatriasiyası” haqqında. Bu qanunun əsas məqsədi 20-ci əsrin 40-cı illərinin SSR Gürcüstanından məcburi köçgün edilmiş xalqların qayıtması üçün qanuni mexanizmlər yaratmaqdır. Bu qanunla yaranmış repatriasiya sistemi tarixi ədalətin bərpa edilməsinə və layiqli və könüllü qayıdış prinsiplərinə əsaslanır və addım-addım repatriasiya edilməyi nəzərdə tutur.
Roma vətəndaşlığı
Roma vətəndaşlığı — Qədim Romada, qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlardan faydalana bilən yüksək sosial və hüquqi status. Qədim Roma qnunvericiliyində vətəndaşlıq daşıyıcısı kişi sayılıdı. Qadınlar vətəndaşlığa və mülkiyyətə sahib olsalar da onlar onun daşıyıcıları sayılmırdılar. Qullar vətəndaşlıqdan mərum olsalar da Antonin Piyin zamanında bir sıra fərdi hüquqlara malik olmuşdular (qulu ağası tərəfindən öldürülməsi perqrinin öldürülməsinə bərabər tutulurdu). Azad olunmuş sakinlər dərhal Roma vətəndaşlığı qazanmış olurdular. Lakin onlar keçmiş ağası qarşısında bəzi mükəlləfiyyətlərə malik olurdular. Buna müştəri ya müttəfiq asılılığı deyilirdiki, buzaman azadlığa buraxılmış öz keçmiş ağasının seçilməsində ona dəsək verməli, onun rəhbəriyi altında həbi işə xidmə göstərməli, bunun müqabilində ağa ona məhkəmə işlərində, ailəsindən kiminsə satın alınmasında qəyyumluq edirdi. E.ə. 49—45 ci il Vətəndaş müharibəsindən sonra Yuli Sezar bütün Italiya ərazisi və Sizalpiya Qalliyası sakinlərinə Roma vətəndaşlığı vermiş olur. Latın vətəndaşlığı — ilkin olaraq Roma tərəfindən istila olunmuş İtaliya sakinlərinə — italiklərə şamil edilirdi sonralar e.ə.
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarını müəyyən edən qanunvericilik aktı. == Qəbul edilməsi == 1919 il avqustun 11 –də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul edilmişdir. == Bölmələri == Qanun 4 bölmədən ibarət idi: Vətəndaşlığın müəyyən edilməsi; Vətəndaşlığın verilməsi; Vətəndaşlığın itirilməsi; Azərbaycan vətəndaşlığı haqqında 1918 il 23 avqust tarixli Əsasnamənin qüvvədəndüşməsi. Qanunun birinci bölməsinin 1-ci maddəsinə əsasən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, özləri və ya valideynləri Azərbaycan Xalq Cümhuriyyəti ərazisində doğulmuş keçmiş Rusiya imperiyası vətəndaşları Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları hesab olunurdu == Mahiyyəti == Qanuna görə, Azərbaycan vətəndaşlarından doğulanlar, Azərbaycan vətəndaşlarına ərə getmiş xarici vətəndaşlar, 17 yaşı tamam olmamış və Azərbaycan vətəndaşı tərəfindən övladlığa götürülmüş xarici vətəndaşlar Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşı hüququ qazanırdılar. Xarici vətəndaşa ərə getmiş Azərbaycan vətəndaşı boşandıqda, 17 yaşına çatmamış Azərbaycan vətəndaşının xarici vətəndaşdan doğulmuş övladı, elmi və digər istedadı ilə Azərbaycana xüsusi xidmət göstərmiş və Azərbaycana köçmüş xarici vətəndaş, Azərbaycanda hərbi və mülki xidmətdə olan xarici vətəndaş da Azərbaycan vətəndaşlığı hüququ əldə edirdi. Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Azərbaycan dövlətinə sədaqət barədə Əsasnamədə olan xüsusi mətn əsasında and içməli idi Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə o, Azərbaycan vətəndaşlığı hüququnu itirirdi. Azərbaycan vətəndaşlığından çıxmaq istəyən şəxslər yerli dairə məhkəmələrinin inzibati bölməsinə ərizə ilə müraciət etməli və öz ərizələrində hansı ölkənin vətəndaşlığını qəbul etdiklərini bildirməli idilər. Azərbaycan vətəndaşlığından çıxmış şəxs yenidən Azərbaycan vətəndaşlığına qayıtmaq barədə yalnız 5 ildən sonra ərizə ilə müraciət edə bilərdi. İcazəsiz olaraq xarici vətəndaşlığı qəbul etmiş şəxslər isə yalnız Cümhuriyyət Hökuməti daxili işlər nazirinin xüsusi icazəsi ilə yenidən Azərbaycan vətəndaşlığını qəbul edə bilərdilər. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlıq andı Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun maddəsi.
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə
Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında əsasnamə - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarının müəyyən edən hüquqi sənəd. == Qəbul edilməsi == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il 23 avqust tarixli qərarı ilə təsdiq olunmuşdur. == Mahiyyəti == Əsasnamənin birinci maddəsinə görə, 1914 il iyulun 19-na qədər Azərbaycan XalqCümhuriyyətinin ərazisində yaşamış və hər hansı inzibati idarə və ya ictimai zümrə tərəfindən qeydə alınmış hər bir şəxs, həmçinin istər ölkə daxilində və ya onun xaricində Azərbaycan vətəndaşından doğulmuş, ölkə ərazisində 5 ildən yuxarı yaşamış və ölkədə məskunlaşmış, yəni evləri, iş yerləri olan şəxslər Azərbaycan vətəndaşı hesab edilirdi. Xarici vətəndaş Azərbaycan vətəndaşı ilə nikaha girdikdə o, Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı hesab olunurdu. Azərbaycan vətəndaşı eyni vaxtda başqa ölkənin vətəndaşı ola bilməzdi. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları ölkədəki bütün siyasi hüquqlara (mərkəzi qanunvericilik və yerli özünüidarə orqanlarına seçki-lərdə fəal və passiv iştirak etmək hüququna və s. hüquqlara) malik idilər. Əsasnaməyə görə, Hökumətə xarici ölkə vətəndaşlarının dövlət qulluğuna dəvət etmək səlahiyyəti verilirdi. Əsasnamədə xarici vətəndaşın Azərbaycan vətəndaşlığını qəbul etməsi və ya Azərbaycan vətəndaşının digər ölkənin vətəndaşlığına keçməsi qaydalarının xüsusi qanunla müəyyən ediləcəyi qeyd olunmuşdu. == Ləğvi == 1919 il avqustun 11-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Azərbaycan Vətəndaşlığı Haqqında Qanun qəbul edildikdən sonra Hökumətin Azərbaycan Vətəndaşlığı Haqqında Əsasnaməsi qüvvədən düşdü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 27.31 dəfə / 1 mln.
2002 ••• 6.85
2003 •••••• 18.50
2004 ••••• 15.83
2005 •••• 11.47
2006 •••••••• 25.90
2007 •••••• 18.61
2008 •••••••••••••••••••• 66.02
2009 •••••••••• 32.32
2010 ••••• 14.98
2011 •••••• 18.70
2012 ••••••• 22.54
2013 ••••••••••• 35.45
2014 ••••••• 22.82
2015 ••••••• 20.58
2016 ••••••••••• 35.40
2017 ••••••••••• 34.14
2018 •••••••••••••• 43.30
2019 •••••••••••• 36.44
2020 •••••••• 25.20

"vətəndaşlığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vətəndaşlığı nədir? #vətəndaşlığı sözünün mənası #vətəndaşlığı nə deməkdir? #vətəndaşlığı sözünün izahı #vətəndaşlığı sözünün yazılışı #vətəndaşlığı necə yazılır? #vətəndaşlığı sözünün düzgün yazılışı #vətəndaşlığı leksik mənası #vətəndaşlığı sözünün sinonimi #vətəndaşlığı sözünün yaxın mənalı sözlər #vətəndaşlığı sözünün əks mənası #vətəndaşlığı sözünün etimologiyası #vətəndaşlığı sözünün orfoqrafiyası #vətəndaşlığı rusca #vətəndaşlığı inglisça #vətəndaşlığı fransızca #vətəndaşlığı sözünün istifadəsi #sözlük