* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər. vətən və fars. …pərvər] Öz vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan. Vətənpərvər şair. Vətənpərvər gənclər. – Vətənpərvər maarifçilər haray qoparır, “vaxt ikən ayılın, sonra gec olar!” – deyə qışqırırdılar. M.İbrahimov. // İs. mənasında. Mina ürəyində dedi ki, ah! Nə olaydı, hamı böylə vətənpərvər olaydı. İ.Musabəyov.
Azərbaycan dilinin izahlı lüğəti / vətənpərvər2 ə. və f. vətənini sevən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / vətənpərvər1 Vətən ərəbcədir, pərvər isə farsca pərvərdən (tərbiyə etmək) məsdəri ilə qohumdur. Məna bir qədər dəyişib, “vətəni sevən” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / vətənpərvər1 VƏTƏNPƏRVƏR (öz vətənini sevən) Əsil vətənpərvər öz tarixinə bu sayaq laqeyd münasibət bəsləməz!.. (B.Bayramov); VƏTƏNPƏRƏST Zavallı Rzaqulu xanın, yaxud məşhur bir vətənpərəstin dəfnü kəfninə məşğul olub saat on iki radələri idi (M.S.Ordubadi); PATRİOT Bu sözləri ancaq xalqını qınamış bir qəlbə odlu bir ürəklə sevən patriot yaza bilərdi (Anar); VƏTƏNSEVƏR.
Azərbaycan dilinin sinonimlər lüğəti / vətənpərvər2 I сущ. патриот, патриотка. Vətənpərvərlərin rəşadəti мужество патриотов, gənc vətənpərvərlər молодые патриоты II прил. патриотический. Vətənpərvər çıxışlar патриотические выступления
Azərbaycanca-rusca lüğət / vətənpərvər1 I. i. partiot; enthusiast II. s. patriotic; ~ mahnılar patriotic songs
Azərbaycanca-ingiliscə lüğət / vətənpərvər1 1) is. partiote m f ; 2) sif. patriotique, de patriote ; ~ mahnılar chansons f pl patriotiques
Azərbaycanca-fransızca lüğət / vətənpərvər1 [ər. vətən və fars. ...pərvər] прил. ватан кӀани, ватандал (халкьдал) рикӀ алай, адаз вафалу, ватан патал ччан гуз гьазур тир; // сущ. ватан кӀаниди, ватандал гзаф рикӀ алай кас, ватанперес.
Azərbaycanca-ləzgicə lüğəti / vətənpərvər