vətər sözü azərbaycan dilində

vətər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vətər • 94.7368%
  • Vətər • 5.2632%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
Vətər (anatomiya)
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Axilles vətəri
Axilles vətəri və ya daban vətəri (lat. tendo calcaneus, tendo Achillis) insan bədənində mövcud olan ən qüvvətli əzələ (400 kq-a qədər yükə davamlıdır) vətəridir. Vətərin proksimal hissəsi başlanğıcını baldırın ikibaşlı əzələsinin üçbaşlı əzələnin bir hissəsi olan kambalayabənzər əzələyə (lat. m. soleus) keçdiyi yerdən götürür. Vətərin distal ucu isə daban sümüyünün arxa səthindəki qabarcığa bağlanır. Troya müharibəsi qəhrəmanı Axilles şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq öldürülmüşdür. Buna görə ayaq dabanındakı müvafiq vətərə "Axilles vətəri" adı verilmişdir.
Patella vətəri
Patella vətəri və ya diz vətəri (lat. ligamentum patellae) — diz qapağından başlayıb budun dördbaşlı əzələsinin qamış sümüyündə (tibia) sonlanan vətər. Bəzən diz bağı də adlanır, çünki tam sümükləşdikdə sümük-sümüyə əlaqə yaradır. == Strukturu == Diz vətəri bərk, yastı bağdır, o, dizin yuxarı hissəsindən distal və bitişik kənarları və arxa səthində kobud çökəklikdən başlayır; aşağıda, tibia sümüyün üzərinə daxil olur. Onun səthi lifləri budun dördbaşlı əzələsi vətərinin lifləri ilə patellanın ön hissəsində davamlıdır. Yetkinlərdə təxminən 4,5 sm uzunluqdadır (3 ilə 6 sm arasında dəyişir).Budun dördbaşlı vətərinin medial və yan hissələri, yumruların hər iki tərəfində tibiyanın yuxarı ətrafına daxil edilmək üçün patellanın hər iki tərəfindən aşağı keçir. Bu hissələr yuxarıda qeyd edildiyi kimi kapsula birləşərək medial və lateral patella retinakulasını əmələ gətirir. Patellar vətərinin arxa səthi oynağın sinovial membranından böyük infrapatellar piy qatı ilə, qamış sümüyündən (tibia) isə sinovial bursa ilə ayrılır. == Klinik əhəmiyyəti == Diz vətəri yırtığı zamanı zədələnə bilər. İnsanlarda vətər tam bərpa olunmadığından, diz vətəri yırtığı üçün müalicələrin araşdırılmasına əhəmiyyətli klinik ehtiyac var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2006 ••••••••••• 0.23
2007 •••••••••••••••••••• 0.42
2009 •••••••• 0.16
2015 ••••••••• 0.17
2019 •••••••••••••••••••• 0.42
2020 ••••••• 0.13

vətər sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] anat. Əzələləri sümüklərə bağlayan lent və lövhə şəklində sıx birləşdirici toxumadan ibarət elastik törəmə. Əzələlərin hər iki ucunda əzələnin özündən daha bərk vətər olur ki, bu vətərlər vasitəsilə əzələlər sümüklərə bağlanır. “Zoologiya”.

    Azərbaycan dilinin izahlı lüğəti / vətər

vətər sözünün rus dilinə tərcüməsi

  • 1 1. хорда; 2. сухожилие;

    Azərbaycanca-rusca lüğət / vətər
  • 2 I сущ. 1. мат. хорда: 1) отрезок прямой, соединяющей две точки окружности). Bətər çəkmək провести хорду, diametr çevrənin ən böyük vətəridir диаметр – наибольшая из хорд окружности 2) анат. спинная струна 2. мед. сухожилие. Vətəri tikmə сшивание сухожилий, vətərlərin kontrakturası контрактура сухожилий, vətərin bağlanması перевязка сухожилия 3. устар. верёвка; проволока 4. муз. струна II прил. 1. хордовый. Vətər qığırdağı хордовый хрящ 2. сухожильный. Vətər refleksi сухожильный рефлекс, vətər hüceyrələri сухожильные клетки, vətər plastikası сухожильная пластика, vətər ağrısı сухожильная боль, vətər qövsü сухожильная дуга

    Azərbaycanca-rusca lüğət / vətər

vətər sözünün inglis dilinə tərcüməsi

vətər sözünün fransız dilinə tərcüməsi

vətər sözünün ləzgi dilinə tərcüməsi

vətər sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) yay kirişi; 2) saz teli; 3) qövsün iki ucunu birləşdirən düz xətt.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"vətər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vətər nədir? #vətər sözünün mənası #vətər nə deməkdir? #vətər sözünün izahı #vətər sözünün yazılışı #vətər necə yazılır? #vətər sözünün düzgün yazılışı #vətər leksik mənası #vətər sözünün sinonimi #vətər sözünün yaxın mənalı sözlər #vətər sözünün əks mənası #vətər sözünün etimologiyası #vətər sözünün orfoqrafiyası #vətər rusca #vətər inglisça #vətər fransızca #vətər sözünün istifadəsi #sözlük