vəziləri sözü azərbaycan dilində

vəziləri

Yazılış

  • vəziləri • 98.7261%
  • Vəziləri • 1.2739%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bartolin vəziləri
Bartolin vəziləri (lat. glandula vestibularis major) uşaqlıq yolu dəhlizində yerləşən nisbətən iri cüt vəzilərdir.
Sekresiya vəziləri
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. == Vəzilərin inkişafı == Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Süd vəziləri
Süd vəziləri ya məmələr — (lat. glandulae mammariae s. mammae) — mənşə baxımından tər və piy vəziləri kimi dəri vəzilərindən, forma baxımından borulu-alveollu vəzilərdən olub vəzifə etibarilə qadın cinsiyyət üzvləri ilə sıx rabitədədir və özləri də qadınlarda doğuş prosesindən sonra süd ifraz edir. Qadınlarda və kişilərdə süd vəziləri müxtəlif dərəcədə inkişaf etmişdir. Qadınların məmələri (süd vəziləri) — lat. mammae femininae; yun. mastos döş nahiyəsində, döş sümüyünün yan tərəflərində, dəri altında, döş vassiyasının üzərində yerləşmişdir. Bunların yuxarı hüdudu 3-cü qabırğaya, aşağı hüdudu 6-cı (bəzən 7-ci) qabırğaya, içəri hüdudu döş sümüyünün bayır kənarına və bayır hüdudu ön qoltuq xəttinə üyğundur. Həddi-büluğa çatmış və doğmamış qadınlarda süd vəziləri yarımkürə şəklində olur; eni 11–12 sm, şaquli ölçüsü 10 sm və qalınlığı 5–6 sm-ə bərabərdir; çəkisi həddi-büluğa çatmış qızlarda 150–200 q və əmizdirən qadınlarda isə iki dəfə artıq olur, hətta 800 q-dək çatır. Süd vəzilərinin şəkli müxtəlifdir; yarımkürə şəklindən əlavə üç şəkildə: nəlbəki şəklində, konusabənzər və keçi əmcəyinəbənzər ya sallanmış şəkildə təsadüf olunur (Martin).
Tər vəziləri
Tər vəziləri — orqanizmdə tərləmə prossesini yerinə yetirən vəzilərdir. Tər vəziləri uzunsov borucuq şəklindədir. İnsanın dəri örtüyündə təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir. Dəri örtüyünün müxtəlif sahələrində tər vəzilərinin miqdarı eyni deyildir. İnsan normal şəraitdə sutkada 500 ml tər ifraz edir. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir. Burada temperatur tənzimi mərkəzi də yerləşir. Tər vəziləri dırnaq və saç kimi dərinin əlavələri qəbul edilir. Bu vəzilər fiziki quruluşları, orqanizmdə yaşayış yerləri və funksiyalarına görə 3 müxtəlif alt qrupda bölünürlər.
Daxili sekresiya vəziləri
Daxili sekresiya vəzilərinə ya endokrin ya da inkretor - lat. glandulae endokrinatae (lat. endo - daxilə, lat. crino - ifraz edirəm) lat. s. organa incretoria axacaqları olmayan bir sıra vəyilər aiddir; axacaqları olmadıqları üçün bunlar bir də axacaqsız vəzilər - lat. glandulae sine ductibus adını daşıyır. Bəzən bunlara qapalı vəzilər - lat. glandulae clausae deyilir. Bu xüsusiyyət ilə xarici sekresiya vəzilərindən fərqlənir.
Qalxanabənzər ətraf vəziləri
Qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae inferiores; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar. == Quruluşu == Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özüdə xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir. == İnkişafı, anomaliyaları və yaş xüsusiyyətləri == Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir.
Xarici sekresiya vəziləri
Xarici sekresiya vəziləri (lat. Glandulae excretoriae s. apertae) - axacaqlara malikdir, bunların məhsulu həmin axacaqlar vasitəsilə müəyyən üzvlərə tökülür, ya xaricə çıxarılır. Xarici sekresiya vəziləri ifraz etdikləri məhsulların tərkibinə görə üç qrupa bölünür: Selikli vəzilər - məhsullarında çoxlu selik olur, məsələn - damaq vəziləri (lat. glandulae palatinae), dal dil vəziləri (lat. glandula linguales posteriores); Seroz ya zülal vəziləri - ifraz etdiyi şirə çox sulu olsa da çoxlu zülala malikdir, məsələn, qulaqaltı vəzi (lat. glandulae parotis), dil və ya Ebner vəziləri (lat. glandulae linguales Ebneri); Qarışıq (seroz-selikli) vəzilər lat. glandulae seromucose - sekretində həm zülal, həm də selik vardır, məsələn dodaq vəziləri (lat. glandulae labiales), yanaq vəziləri (lat.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.56 dəfə / 1 mln.
2006 •••• 0.45
2007 •••• 0.42
2008 ••••• 0.49
2009 •••••••••••••••••••• 2.40
2010 •• 0.18
2011 0.09
2012 •• 0.17
2013 ••••••••• 1.02
2017 ••••••••••••• 1.46
2018 ••••••••• 1.05
2019 ••••••••••••• 1.53
2020 •••• 0.40

"vəziləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vəziləri nədir? #vəziləri sözünün mənası #vəziləri nə deməkdir? #vəziləri sözünün izahı #vəziləri sözünün yazılışı #vəziləri necə yazılır? #vəziləri sözünün düzgün yazılışı #vəziləri leksik mənası #vəziləri sözünün sinonimi #vəziləri sözünün yaxın mənalı sözlər #vəziləri sözünün əks mənası #vəziləri sözünün etimologiyası #vəziləri sözünün orfoqrafiyası #vəziləri rusca #vəziləri inglisça #vəziləri fransızca #vəziləri sözünün istifadəsi #sözlük