1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair
1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair — şuşalı tarixçi Əhməd bəy Cavanşir tərəfindən yazılmış və Qarabağ bölgəsinin tarixindən bəhs edən əsər nəzərdə tutulur.
== Əlyazması ==
Əhməd bəy Cavanşir "1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb bitirdikdən sonra onun əlyazmasını qızı Həmidə xanım Cavanşir Tiflisə aparmış və orada Qeyrət nəşriyyatında çap edilməsini təmin etmişdir.
== Haqqında ==
Əsər 1747-ci ildən 1805-ci ilə qədərki dövrdən bəhs edir. Bu dövr ərzində Qarabağ xanlığında baş vermiş sosial-siyasi dəyişikliklərdən, Ağa Məhəmməd xan Qacarın Şuşaya yürüşlərindən, Qarabağ xanlığının digər xanlıqlarla əlaqələrindən əsərdə bəhs edilmişdir. Əsər rusca yayımlanmasından keçən 50 ildən sonra AMEA Tarix İnistitutu tərəfindən 1961-ci ildə azərbaycanca yayımlanmışdır.
=== Nəşrləri ===
Джеваншир А. О политическомъ существованiи Карабачскаго ханства съ 1747 по 1805 годъ. — Тифлисъ: тип. Канц. главноначальствующаго гражд. частiю на Кавказѣ, 1884.