xəstələnmək sözü azərbaycan dilində

xəstələnmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəstələnmək • 91.7355%
  • Xəstələnmək • 5.7851%
  • XƏSTƏLƏNMƏK • 2.4793%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

xəstələnmək sözünün leksik mənası və izahı

  • 1 f. Azarlamaq, naxoşlamaq, bir xəstəliyə tutulmaq. Özümü soyuğa verib xəstələndim. – Doğrudan da, keçən il Bakıya, Tahirin yanına gedəndə Gülsənəm arvad xəstələnmişdi. M.Hüseyn. Əvəz kişi oğlunun tər köynək dayandığını görüb dedi: – Bala, səhər ertənin soyuğuna özünü vermə, xəstələnərsən. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / xəstələnmək

xəstələnmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 naxoşlamaq — azarlamaq — nasazlamaq — kefsizləmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / xəstələnmək
  • 2 XƏSTƏLƏNMƏK Bu fikrə gəlib taleyi ilə barışdığı zaman Hüseyn bərk xəstələndi (M.İbrahimov); AZARLAMAQ (dan.) O yenə azarlayıb yatmışdı, kimsəni qəbul etmirdi (M.S.Ordubadi); BAŞI YASTIĞA ENMƏK (ağır xəstələnmək) Gec-tez başı yastığa enəcək (Q.Xəlilov); BİMARLAŞMAQ (kl.əd.) O bir quşdur, nəğməsi qəm; Şaxələrdə yuvası yox; Gündən-günə bimarlaşır; Dərmanı yox, davası yox (M.Rahim); XƏSTƏ DÜŞMƏK Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi (S.S.Axundov); KEFSİZLƏ(Ş)MƏK [Narınc:] Lap yaxşı eləmisən, mənim gül balam, keç içəri, atanın da gözünə görün, bir az kef sizləyib (M.İbrahimov); NAXOŞ OLMAQ Əbülfət ağa: Yenə siz, axund, naxoş olmasaydınız gəlib bir çarə tapardınız (Çəmənzəminli); NAXOŞLAMAQ Mötəbərov: Düz deyirsiniz, axır vaxtlarda tez-tez naxoşlayıram (M.Hüseyn); YORĞAN-DÖŞƏYƏ DÜŞMƏK (ağır xəstə olmaq) Qəndab: Yorğan-döşəyə düşdüm. Mənim dərdimdən əmim arvadı işdən çıxmalı oldu (B.Bayramov); NAÇAQLAMAQ, NASAZLAMAQ (azacıq xəstələnmək).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xəstələnmək

xəstələnmək sözünün rus dilinə tərcüməsi

  • 1 болеть, заболеть, занемочь, хворать, захворать

    Azərbaycanca-rusca lüğət / xəstələnmək
  • 2 глаг. заболевать, заболеть, разг. хворать, захворать (стать, быть больным, страдать какой-л. болезнью). Ağır xəstələnmək тяжело заболеть, uşaq xəstələnib ребёнок заболел

    Azərbaycanca-rusca lüğət / xəstələnmək

xəstələnmək sözünün inglis dilinə tərcüməsi

xəstələnmək sözünün fransız dilinə tərcüməsi

xəstələnmək sözünün ləzgi dilinə tərcüməsi

"xəstələnmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəstələnmək nədir? #xəstələnmək sözünün mənası #xəstələnmək nə deməkdir? #xəstələnmək sözünün izahı #xəstələnmək sözünün yazılışı #xəstələnmək necə yazılır? #xəstələnmək sözünün düzgün yazılışı #xəstələnmək leksik mənası #xəstələnmək sözünün sinonimi #xəstələnmək sözünün yaxın mənalı sözlər #xəstələnmək sözünün əks mənası #xəstələnmək sözünün etimologiyası #xəstələnmək sözünün orfoqrafiyası #xəstələnmək rusca #xəstələnmək inglisça #xəstələnmək fransızca #xəstələnmək sözünün istifadəsi #sözlük