Xaliddin sözü azərbaycan dilində

Xaliddin

Yazılış

  • Xaliddin • 96.2963%
  • xaliddin • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xaliddin Nəsibov
Xaliddin Vaqif oğlu Nəsibov (17 iyul 1998, Qazax rayonu – 5 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Xaliddin Nəsibov 1998-ci il iyulun 17-də Qazax rayonunun Qarapapaq kəndində anadan olub. 2012–2015 ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Azərbaycan Ordusunun leytenantı olan Xaliddin Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Göstərdiyi xidmətlərə görə vaxtından əvvəl baş leytenant rütbəsiylə təltif edilmişdir. Xaliddin Nəsibov noyabrın 5-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xaliddin Nəsibov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Xaliddin Veyisli
Xaliddin Zəkər oğlu Veyisli (14 sentyabr 1981; Qazax, Azərbaycan SSR — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xaliddin Veyisli 1981-ci il sentyabrın 14-də Qazax şəhərində anadan olub. 1987-1998-ci illərdə S. Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı. Xaliddin Veyisli 1999-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xaliddin Veyisli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaliddin Veyisli oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax şəhərində dəfn olunub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2003 •••••••••••• 0.39
2005 •••••••••••••••••••• 0.67
2006 ••••••• 0.23
2009 •••••••••• 0.32
2012 ••• 0.09
2015 •••••• 0.17
2019 ••••• 0.14

xaliddin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

əbədi din; dinin əbədiliyi; təmizlənmiş; ürəkli, cəsarətli.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#xaliddin nədir? #xaliddin sözünün mənası #xaliddin nə deməkdir? #xaliddin sözünün izahı #xaliddin sözünün yazılışı #xaliddin necə yazılır? #xaliddin sözünün düzgün yazılışı #xaliddin leksik mənası #xaliddin sözünün sinonimi #xaliddin sözünün yaxın mənalı sözlər #xaliddin sözünün əks mənası #xaliddin sözünün etimologiyası #xaliddin sözünün orfoqrafiyası #xaliddin rusca #xaliddin inglisça #xaliddin fransızca #xaliddin sözünün istifadəsi #sözlük