Xan-Pesak sözü azərbaycan dilində

Xan-Pesak

Yazılış

  • Xan-Pesak • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xan
Xan (Türk dili: Han, kaan, kağan, hakan) - Monqol və türk dövlətlərində hökmdarlar tərəfindən istifadə edilən ünvanlardan biri və nisbi olaraq ən köhnələrindəndir. == İstifadəsi == Xan — ilk dəfə jujanlar dövründə istifadə edilən bir tituldur. Xaqandan daha aşağı titul idi. Avropa feodalizmində krala bərabərdir. Xan sözündən yaranan sözlər: Gurxan — Qaraxitaylar dövlətinin idarəçilərinə deyilirdi. İlxan — Müəyyən bir elin ya da bölgənin idarəçilərinə deyilirdi. Xani-xanan (fars. خان خانان‎) — Böyük Moğol İmperiyasının sərkərdələrinə deyilirdi. Xan Sahib Şri Babi — Bantva Manavadar dövlətinin hökmdarlarına deyilirdi. Qan — Koreyadakı qəbilə başçılarına verilən titul idi.
Xan xan Bəsirəssəltənə
Xan xan Bəsirəssəltənə (1852-1922) — Mirzə Əli Siqqətülislamın yeznəsi (bacısının həyat yoldaşı), Müzəffərəddin şah Qacara yaxın olan saray adamlarından idi. 1895-ci ildə, Müzəffərəddin şah Qacar ilə birlikdə Təbrizdən Tehrana gəlib və Müzəffərəddin şah Qacar padşah olandan sonra, şahın ən yaxın adamlarından oldu. 1896-1897-ci illərdə sarayda şahın xidmətçisi olmaqdan başqa, Tehranın ətrafında olan ellərin (Qaraçorlu eli, Xudabəndəli eli və Osanlu eli) başçısı oldu ki, əvvəllər Əminəssultanın qardaşı, Məhəmməd Qasim xan Vəkiləssəltənənin sahibliyində idi. 1898-ci ildə, Mirzə Əli Əsğər xan Əminəssultanın yenidən iş üstə gələndən sonra,yada Ruslar tərəfindən iş üstə gətirildiyəndən sonra, Bəsirəssəltənə Ərdəbilə sürgün oldu və bir daha Tehrana qayıtmadı, 1922-ci ildə və 70 yaşında vəfat etdi. Uşaqları, soyadlarını "Bəsirpur" qoyublar. == Qaynaqlar == شرح حال رجال ایران.نگارش مهدی بامداد.جلد دوم ص 90.
Ehsan xan Kəngərli (xan)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Abaqa xan
Abaqa xan (monq. ᠠᠪᠠᠬᠠ ᠬᠠᠭᠠᠨ; 27 fevral 1234[…], Böyük Monqol imperiyası – 1 aprel 1282[…], Böyük Monqol imperiyası) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir. == Həyatı == Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir. Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir.Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi. O, ölmədən öncə Bizans imperatoru VIII Mixail Paleoloqun qızı ilə evlənməyi planlayırdı.
Abaxay xan
Abaxay xan (28 noyabr 1592 – 21 sentyabr 1643, Mancuriya) Nurxasi xanın səkkizinci oğlu — Mancuriya dövlətinin qurucusu. == Həyatı == Mancurlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarından birini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular. Abaxay xan 1626-cı ildə ulu xan və imperator seçildi. Abaxay xan 1643-cü ilin sentyabr ayında vəfat etmişdir. == Ədəbiyyat == Oleq NepomninИстория Китая: Эпоха Цин. XVII — начало XX века. М.: Восточная литература, 2005. ISBN 5-02-018400-4 Э. Паркер — Китай, его истории, политика и торговля, 1903 г.
Abdulla xan
Abdulla xan (1340 – 1370) — Mamay xanın köməyi ilə hakimiyyətə gəlmişdi. Əvvəlcə Həsən xan tərəfindən devrilsə də yenidən hakimiyyətə gətirilmiş, müstəqil hərəkətlərindən dolayı Mamay xan onu devirib taxta Bulak xanı gətirmişdi.
Abılay xan
Abılay xan (1711, Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isә bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711-1781) == Həyatı == Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: “Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq”,-demişdi. Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona “Aruvaq” (ataların ruhu) ləqəbini vermişdilər. Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi.
Akça Xan
Allahqulu xan
Allahqulu xan(1794 - 1842)—Qonquratlar sülaləsindən Xivə xanı. == Həyatı == Məhəmməd Rəhim xandan sonra yerinə keçən oğlu Allahqulu xanın (1825-1842) səltənət dönəmi Xivə xanlığının ən yaxşı dövrlərindən birini təşkil etdi. Allahqulu xanın göstərdiyi uğur bilxassə İran və Buxarada qısqanclıq doğurdu. Ruslar da bundan faydalandılar və 1830-cu illərin əvvəllərindən etibarən İranlıları Mərv və Herat istiqamətində genişləməyə, Buxara əmirliyini də silahlandırıb hərbə təşviq etdiler. Sonunda rusların Buxara əmirinə savaş sursatı aparsn bir dəstənin Xivə torpaqlarından zorla keçməyə qalxması, Xivə qüvvələrinin də bunları yaxalayıb əsir alması Rusiya ilə Xivənin arasını açdı və rusların Xivə xanlığına qarşı ilk ciddi səfərlərini aparmalarına səbəb oldu. Əsas məqsədləri, Türkistana enməkdə ən böyük əngəl olaraq gördükləri Xivə xanlığını nəzarət altına almaq olan ruslar, General Perovski komandasında 13.000 nəfərlik bir qüvvəni Xivəyə göndərdilər (14 noyabr 1839). Fəqət 5 dekabr 1839-cu ildə Manqışlaqın Üstyurd bölgəsindəki Beş-Tumak vahəsində aparılan savaşı uduzdular və Orenburqa çəkildilər. Perovskinin amacı, Orenburqda gərəkli köməyi aldıqdan sonra 1840-cı ilin baharında yenidən Xivə üzərine yürüməkdi. Fəqət bu sırada İngiltərənin etdiyi müdaxile savaş durumuna son verdi. Rusların Xivə və Türkistanı almaları halında Hindistandakı hakimiyətlerinin təhlükəyə girəcəyini düşünən İngilislər, Allahqulu xanı Rus əsirlərini sərbəst buraxması üçün razı saldılar.
Allahverdi xan
Allahverdi xan (gürcü)
Allahyar xan
Allahyar xan Dəvəli-Qacar — İranın baş naziri Allahyar xan Qılıncçı — Qılıncçı tayfasının başçısı.
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Alqu xan
Alqu xan (?- 1266) — 1260–1266-cı illər arasında Cığatay xanı. Çingiz xanın nəticəsi, Cığatay xanın nəvəsi və Baydar xanın oğludur. == Həyatı == Böyük Monqol imperiyası Böyük xanı Möngke 1260-cı ildə öldüyündə taxta çıxan Arık Bökə tərəfindən anası Orqina xatun vəsayətindəki kiçik yaşdaki Mübarəkşahın yerinə Cığatay xanlığı taxtına çıxartılır.1261-ci ildə öncədən Göy Orda idarəsindəki bölgələri də ələ keçirərək hakimiyətini genişlədir. Səmərqənd və Buxaranı öz idarəsinə alır. Bu dönəmdə Monqol taxtı üçün Kubilay xan ilə qanlı bir içsavaşın ortasında olan Arık Bökəyə qarşı üsyan qaldırır. İki il boyunca sürecək savaşlar qanlı keçəcəkdir. Alqu, Kubilay xanın valilərindən Mahmud Yalavac oğlu Məsud bəyin və Orgina xatunun dəstəyini alacaq və Arık Bökənin güclərini zəiflədəcəkdir.1263-cü ildə Kubilay xana bağlılığını bildirən Alqu xan, Arık Bökəni dəstəkləyən Kaydu xan ilə savaşır. Kaydu yardım üçün başvurduğu Qızıl Orda dövləti hökmdarı Bərkə xandan böyük dəstək görür. Torpaqları işgal altına qalan Alqu, Kayduya yenilərək geri çəkilmək məcburiyyətində qalır. Güclərini toplayaraq yenidən hücuma keçən Alqu xan yeni səfər sırasında 1266–cı ildə ölür.
Alığ Xan
Andar xan
Andar xan — türk və altay mifologiyalarında od tanrısı. Andır Xan olaraq da tanınır. Atəşi qoruyur. Bəzən əsəbiləşərək yer üzündə yanğınlara səbəb olur. Əlində bir "yola" (məşəl) ilə ifadə edilir. Saçları oddandır. Gözləri alov saçar. Heybətli və əzələli bir görünüşü vardır. Məşəli özbaşına heç sönmədən davamlı yanar. Bitkilərin qoruyucu tanrısı olaraq da görülər.
Arqun xan
Arqun xan (1258, Monqolustan – 10 mart 1291 və ya 7 mart 1291, Arran) — Hülakülər sülaləsindən dördüncü elxan, Abaqa xan və onun xristian xanımı Haymaş xatunun oğlu. Atası kimi inanclı buddist olsa da, xristianpərəst olmuşdur. O, Avropaya bir neçə də elçilər göndərmiş və Müqəddəs Torpaqlardakı müsəlman hakimiyyətinə qarşı Franko-Monqol ittifaqı təşkil etməyə çalışmışdır. O, arvadı Buluğan Xatun öldükdən sonra Xubilay xandan eyni tayfadan olmaqla yeni bir arvad göndərməsini istəmiş, buna cavab olaraq da, Xubilay xan Kököçini Marko Polonun müşayiəti ilə göndərmişdir. Çinin cənubundan yola çıxan Kököçin Sumatra adasına, oradan Şri-Lankaya, Hindistana gedərək nəhayət Elxanilər dövlətinə gəlib çatmışdır. Lakin bu zaman Arqun xan artıq vəfat etmişdi. Buna görə də o, Arqunun oğlu Qazan xanla evlənmişdir. == Həyatının erkən dövrü == Bəzi mənbələrə görə 1250, bəzi mənbələrə görə isə 1259-cu ildə Beyləqan yaxınlığında doğulmuşdur. Atası Abaqa xan, anası isə Onqut tayfasından olan Qayıtmış Egeçi olmuşdur. Anasının xristian olması ehtimal edilir.
Ay xan
Ay Xan — türk və altay mifologiyasında ay xaqanı. Monqolcada Sara Xan və ya Hara Xan olaraq bilinir. Oğuz Xanın ikinci yoldaşından olan oğludur. Onqonu qartaldır. Qartal hökmranlığı işarələr. Buryatçada Hara sözcüyü Ay deməkdir (monqolca Sara), bəzi qeydlərdə Oğuz Xanın atasının adı Qara Xan ikən bəzi qaynaqlarda Ay Xan olaraq göstərilməsi bu söz bənzənəmlər səbəbiylə ola bilər, halbuki gerçəkdə Ay Xan, Oğuz Xanın oğlunun adıdır. Ay bir çox mədəniyyətdə dişi bir varlıqdır, ancaq türklərdə həm dişi həm də kişi ay ilahı mövcuddur, lakin xüsusilə vurğulanması lazım olan xüsus, Ay Xanın bir Tanrı deyil, müqəddəs bir adam olaraq qəbul edildiyidir. Ay sözü burada xüsusiyyət deyil bir sifətdir. Ay Ata ilə qarışdırılmamalıdır. == Etimologiya == (Ay/Ağ) kökündən törəmişdir.
Aydın Xan
Aydın Əhməd oğlu Əbilov (təxəllüsü: Aydın Xan; 14 may 1971, Aşağı Nüvədi, Lənkəran rayonu) — yazıçı, kulturoloq.[mənbə göstərin] == Həyatı == Aydın Əbilov 14 may 1971-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində müəllim ailəsində dunyaya göz açıb. 12 saylı Bakı şəhəri Texniki Peşə Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1989–1991-ci illərdə Rusiya Federasiyasının Kostrama şəhərində həqiqi əsgəri xidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin hazırlığına daxil olub, sonra əyani şöbəsində oxuyub. Fakültə Həmkarlar İttifaqının sədri, BDU Həmkarlar İttifaqının İH-nin üzvü, Tələbə Elmi Şurasının sədri, həmçinin "İntibah" Gənclər Təşkilatının təsisçisi olub. Tələbə ikən "Gənclər "Pen-klubu" adlı ictimai Birlik yaradıb və onun sədri seçilib. 1997-ci ildə göndərişlə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspiranturasına qəbul olunub, elə oradaca yarımştat kiçik elmi işçi kimi çalışıb. Eyni zamanda "Ədəbiyyat qəzeti" redaksiyasında xüsusi müxbir kimi işə göturulub və hazırda burada ədəbi tənqid-publisistika şöbəsinin müdiridir. 1998-ci ildə yaradılmış və sonradan AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Yeni Yazarlar və Sənətçilər Qurumunun təsisçisi və rəhbəri olub, hazırda təşkilatın sədridir. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatıyla Azərbaycanın üçüncü sektorun inkişafyla bağlı layihənin eksperti kimi çalışıb, Milli QHT Forumunun yaradanlardan və təsisçilərindəndir, hazırda sıralarında 500-dən çox ictimai təşkilatı birləşdirən Milli QHT Forumun İdarə Heyətinin üzvüdür.
Ayuka xan
Ayuka və ya Ayuki xan (1642, Cunqariya, Sincan-Uyğur Muxtar Rayonu – 1 (12) mart 1724) — Kalmık xanı. Onun hakimiyyəti illərində Kalmık xanlığı özünün çiçəklənmə dövrünü keçirmiş və iqtisadi, hərbi, siyasi baxımdan özünün ən güclü dövrünü yaşamışdır. Rusiya adına Ayuka xan imperiyanın cənub sərhədlərini qoruyurdu. O, həmçinin rus qoşunları ilə birlikdə müsəlman tayfalarına qarşı olan bir çox hərbi ekspedisiyalarda iştirak etmişdir. Bu ekspedisiyalar Mərkəzi Asiyaya, Şimali Qafqaza və Krıma qarşı olmuşdur. == Həyatı == O, özünün kalmıklardan ibarət ordusundan Kazanda və Orenburqdakı başqırd üsyanlarının yatırılmasında istifadə etmişdir. Rusiya imperiyası hökuməti danışıqlar üçün Knyaz Qolitsin Aleksey İvanoviçi göndərmişsə də, kalmıklara olan rus hücumları sonlandırılmamışdı. Rusiya imperiyası hakim dairələri Volqanın aşağı axarı boyunca öz mövqelərini daha da möhkəmləndirmək istəyirdilər. Buna görə də, onlar əllərindəki bütün imkanlarla Ayuka xanı dəstəkləyirdilər. Bunun qarşılığında Ayuke xan öz ordusu ilə daim rusların xidmətində olmuşdur.
Ayığ Xan
Ayığ Xan - türk, altay və yakut mifologiyalarında səma ilahı. Ayıh Xan olaraq da deyilər. İlk insanı o yaratmışdır. Dünyanı idarə edər. Yaradıcı ruhların ən böyüklərindəndir. İnsanlara qabiliyyətlərini və bacarıqlarını o verir. İlham qaynağıdır. Torpağın məhsuldar olmasını təmin edər. Qısaca yaradıcılıqla bağlı bütün ünsürlərin qaynağıdır. Bərəkət və heyvanların çoxalması onun istəyiylə olar.
Ağar Xan
Ağar Xan - türk, Altay və yakut mifologiyalarında canlılar tanrısı. "Ar Toyon" olaraq da bəhs edilər. Yer üzündəki bütün proseslərdə, insanlara və digər canlılara görə məsuliyyət daşıyır. Yakut dilində "Ürüng Ağar Xan" olaraq bəhs edilir. == Arıl xanım == Arıl Xanım - türk və altay mifologiyasında təmizlik tanrıçası. Ağar Xanın arvadıdır. Bir çox arı şanı vardır və arı eyni zamanda təmizliyi işarələr. Arı şanlarına qoruyucu ruhlar (iyeler) göndərir. Arı sözü saf, təmiz deməkdir. == Etimologiya == (Ağ / Ak) kökündən törəmişdir.
Ağası xan
Ağası xan Xançobanlı-Sərkər (1731, Şamaxı – 1788, Bakı) — Şirvanın ilk xanı. Dövləti qardaşı Məhəmmədsəid xan ilə birlikdə idarə etmişdir. == Gəncliyi == 1731-ci ildə Şamaxıda, Allahverdi bəy Sərkər və Ümmügülsüm xanımın ikinci övladı olaraq dünyaya gəlmişdir. Abbasqulu ağa Bakıxanov Ağası xanın atasını səhvən "Əsgər bəy" yazsa da, Nailə Bayramlının fikrincə bu ad Allahverdi bəy olmalıdır. Mənbələrdə 1748-ci ildən Ağası xan və Məhəmmədsəid xan birlikdə Şirvan xanı kimi hesab olunurlar. 1761-ci ildə Ağası xan qardaşı ilə Hacı Məhəmmədəli xanı devirərək Ağsunu ondan almışdıdı. == Hakimiyyəti == Fətəli xanın Məhəmmədsəid xan və Ağası xandan 10000 rubl xərac tələb etməsi, yayılmış taun xəstəliyinə görə bu pulu yığa bilməyən xanın rədd cavabı verməsi Şirvanın Quba tərəfindən işğalı üçün şərait yaratdı. Şirvan xanlığı əvvəl xərac verməyə razı olsa da, sonra Şəki xanı Hüseyn xana arxalanan Məhəmmədsəid xərac verməkdən imtina etdi. Lakin Şəki ilə də vəziyyət pisləşməsi Qubalı Fətəli xanın Hüseyn xanın Şamaxı xanlığına qarşı birləşməsinə səbəb olur. Xanlar 1764-cü ildə bir daha xərac verəcəyinə söz versə də, yenə sözündən dönür.
Batbayan xan
Batbayan xan (?-690) — Böyük Bolqar xanlığının xanı, Kubrat xanın oğlu. == Həyatı == Kubrat xanın böyük oğlu Batbayan (Bayan) Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir. Xalqın ən əhəmiyyətli hissələrindən bir qismi şimala köç edib İdil bolqarları dövlətini qurdular və və şimala köç edən İdil bolqarlarına Ağ Bolqarlar da deyilər.
Batı Xan
Batı xan (1205-1255,Monqolca: Бат Хаан və Şah Batı, Rusca: Баты́й, Farsca: باتو Bātū, Çincə: 拔都, Monqolca (ənənəvi):ᠪᠲ ᠬᠠᠭᠠᠨ; ) — Cuçi xanın böyük oğlu, Çingiz xanın nəvəsidir. "Batu" və ya "Bat" monqol dilində "möhkəm" deməkdir. Batı xan monqol hökmdarı və Monqol İmperiyasının bölünməsi nəticəsində yaranmış olan Qızıl Orda dövlətinin qurucusu idi. Polşa və Macarıstan ordularını məğlub etdikdən sonra qurduğu dövlət rus torpaqları və Qafqazda 250 il hegemon olmuşdur. Çingiz xanın oğullarının ölümündən sonra Monqol İmperiyasında ağa (böyük qardaş) adlı ən hörmətli şahzadə olmuşdu. == Gəncliyi == Çingiz xan tərəfindən 20 yaşında Cuçi ulusunun başçısı elan olunmuşdu. Tac mərasimində Çingiz xanın ən kiçik qardaşı Temüge Çingizin rəsmi nümayəndəsi olaraq iştirak etmişdi. Tacqoyma mərasimində Çingiz xanı, qardaşı Temüge təmsil edirdi. Çingiz xan 1227-ci ildə vəfat etdikdə 4000 monqol adamını Joçi'nin ailəsinə buraxdı. Jochi'nin torpaqları Batı ilə böyük qardaşı Orda arasında Ağ Orda və Qızıl Orda olmaqla iki yerə bölündü.
Bayındır Xan
Bayandur xan — türk əfsanələrində adı çəkilən əfsanəvi xaqan. Bayundur (Bayındır) Xan olaraq da bilinir. Türk xalqlarının qədim tarixi abidəsi olan Qorqud Ata (Dədə Qorqud) əhvalatlarında Xanlar Xanı olaraq təyin olunar. Lakin boylarda onun yalnız adı çəkilir. Əsərin əsas qəhrəmanı isə Qazan xan və onun ətrafında birləşən bahadırlardır. "Oğuz еli" dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandurun adı antroponim, gah da etnonim kimi qeyd olunur. Bayandur tayfasının başçısıdır. Bayandur xan hökm etdiyi xalqa hər il böyük mərasim təşkil, yemək və içki yağma etdirər. Adının mənasını baxıldığında ölkəni dirlik və nizam içində tutan, inkişaf etdirən, sivilizasiyası yayan bir adam olduğu və bu adın bəlkə də bir ünvan olaraq verildiyi ağıla gəlir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#xan-pesak nədir? #xan-pesak sözünün mənası #xan-pesak nə deməkdir? #xan-pesak sözünün izahı #xan-pesak sözünün yazılışı #xan-pesak necə yazılır? #xan-pesak sözünün düzgün yazılışı #xan-pesak leksik mənası #xan-pesak sözünün sinonimi #xan-pesak sözünün yaxın mənalı sözlər #xan-pesak sözünün əks mənası #xan-pesak sözünün etimologiyası #xan-pesak sözünün orfoqrafiyası #xan-pesak rusca #xan-pesak inglisça #xan-pesak fransızca #xan-pesak sözünün istifadəsi #sözlük