Xankəndi sözü azərbaycan dilində

Xankəndi

Yazılış

  • Xankəndi • 99.7841%
  • XANKƏNDİ • 0.2159%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xankəndi
Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan və 2023-cü ildə təkrar Azərbaycanın nəzarətinə keçənə qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.
Qızılqaya (Xankəndi)
Qızılqaya — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1991-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Qızılqayada ilkin yaşayışın eramızdan əvvəlki dövrlərə aid olduğu bildirilir. Çünki həmin dövrlərə məxsus qoça bənzər kiçik heykəllər, qəbirlər tapılmışdır. Xocalı-Gədəbəy mədəniyyətinə aid nümunələr bu kənddə də mövcuddur. 1933-cü ildə kənd Xankəndi şəhərinin tabeliyinə verilmişdir. Kəndin 12 məhəlləsi, 1 məscidi, 1 kümbəzi, 3 hamamxanası var. 1991-ci ilin dekabrında kənd işğal edilib. İşğal zamanı kənd 2 şəhid vermişdir Kənd Xankəndi şəhərinin şimal ərazilərində yerləşir.
Xankəndi (Bicar)
Xankəndi (fars. خان كندي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 107 nəfər yaşayır (23 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Xankəndi (Germi)
Xankəndi (fars. خان كندي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Ojarud-e Qərbi kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 18 nəfər yaşayır (7 ailə). Kənd Azərbaycan və İran arasındakı sərhəddə yaxın yerləşmişdir. Bu kəndin keçmişki adı Xanyurdu imiş. Xankəndi Nadir şahın hakimyəti dövründə Toulon kəndi ilə bir ildə əsası qoyulmuş və ölkənin əsas yaşayış mərkəzlərindən birinə çevrilmişdir. Kəndin əhalisi illər əvvəl 150 nəfər (15 ailə) ibarət idi, ancaq əhalinin çoxu şəhərlərə köç etmişdir. Kəndin təsərüfatının əsasını əkinçilik, arıçılıq və heyvandarlıq təşkil edir.
Xanəgah (Xankəndi)
Xanəgah — Azərbaycan Respublikasının Xankəndi şəhərinin inzibati ərazi vahidində kənd. 1992-ci il yanvarın 15-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Burada ilkin yaşayışın XVIII əsrin ortalarına aid olduğu deyilir. Deyilənlərə görə həmin illərdə xan tərəfindən Əsgəran qalası tikilən zaman xanın adamları burada məsgən salıblar. Həmçinin qalanın bir hissəsi də bu kəndin torpaqlarına düşür. "Əgah", "Gah" sözləri də Azərbaycanda rast gəlinən toronimdir və mənası "yaşayış yeri", "yeni salınmış kənd" mənalarını verir. Belə aydın olur ki, kəndin ilk nümayəndələri də xanın adamları olub. Qarabağ xanlığı dağıldıqdan sonra bolşeviklər, ermənilər, SSRİ rəhbərliyi tərəfindən bu kəndin izi itirilmişdi. Lakin 1950-ci illərin sonlarında Xanəgah yenidən kənd statusu aldı və həmin ərəfədə bu ərazidə 100-ə yaxın müsəlman, onlarla erməni ailəsinin yaşadığı bildirilirdi.
Xankəndi FK
Xankəndi FK — Azərbaycanın Xankəndi şəhərini təmsil edən futbol klubu. Azərbaycan Region Liqasında debüt edəcək "Xankəndi FK" komandası ilk yoxlama oyununu ASK Arenanın əsas meydançasında "Çinar Zəngilan" komandası ilə qarşılaşıb. Matç "Xankəndi"nin qələbəsiylə 3:0 başa çatıb. == Tarixi == Klub 2024-cü ildə yaranmışdır. Klubun icraçı direktoru Vasif İsmayılov, prezidenti isə Elnur Məcidovdur. Klub hələlik ev oyunlarını Şamaxı Olimpiya Mərkəzində keçirəcək.
Qarabağ FK (Xankəndi)
"Qarabağ" futbol klubu 1927-ci ildə Xankəndi şəhərində yaradılmışdır. İlk adı "Dinamo" olmuşdur. 1974-cü ildən "Qarabağ" adlanır. 1977-ci ildə Futbol üzrə Azərbaycan SSR çempionatının qalibi olmuşdur. 1950 və 1986-cı illərdə SSRİ Kuboku yarışlarında iştirak etmişdir.
Qarabağ Xankəndi FK

Qələbə abidəsi (Xankəndi)
Qələbə abidəsi — Xankəndi şəhərində obelisk şəklində abidə. Böyük Vətən müharibəsi və digər silahlı münaqişələrdə həlak olan yerli sakinlərin xatirəsini əbədiləşdirən xatirə kompleksinin bir hissəsidir, Xatirə kompleksi 1945-ci ildə İkinci Dünya müharibəsi cəbhələrində həlak olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin 22 min yerli sakinin xatirəsinə obelisk qoyulması ilə quruldu. Obeliskin hündürlüyü 21 metrdir. Əks təpədə kütləvi məzarlıqda müharibədə həlak olanların qalıqları dəfn olunmuşdur. Həmçinin, kompleksə ənənəvi erməni memarlığı üslubunda qurulmuş yeddi axınlı fontan da daxildir. Qranit pyedestal Böyük Vətən müharibəsində iştirak edənlərin adları və portretləri olan barelyefdən ibarətdir. Birinci Qarabağ müharibəsindən sonra xatirə kompleksinə çevrilmiş, buraya münaqişə zamanı həlak olmuş Qondarma Dağlıq Qarabağ Respublikası əsgərlərinin dəfn olunduğu qəbiristanlıq əlavə olunmuşdur.
Yevlax-Xankəndi dəmiryolu
Yevlax-Xankəndi dəmiryolu — Yevlax ilə Xankəndi arasında 1978-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər. Xankəndinə gedən relslər 1942-ci ildə döşənib başa çatmışdır, amma bu yol, yəqin ki, müharibə səbəbindən rentabelli olmamış, 1960-cı illərdə bu xətt yenidən qurulmağa başlamışdır. 1962-ci ildə Bakıdan Yevlaxa gələn marşrut xətti Bərdəyə qədər uzadıldı. 1967-ci ildə isə bu bölgənin qatarla Bakıya getmək istəyən sakinləri artıq Ağdamdan yola düşə bilirdilər. 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndi oldu.
Laçın-Xankəndi yolu
Laçın dəhlizi — 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhliz olub. Bu iki ərazi arasında yeganə yol olmaqla, o, çox vaxt Dağlıq Qarabağ sakinləri üçün “həyat xətti” kimi təsvir edilmişdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma Dağlıq Qarabağ Respublikası nəzarəti altında idi. Lakin rəsmi olaraq Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir. Dəhliz de-yure Azərbaycanın Laçın rayonundadır, lakin 2020-ci il Dağlıq Qarabağ barışıq sazişindən sonra Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Dəhlizin ərazisinə 2022-ci ilə qədər Zabux, Sus kəndləri və Laçın şəhərinin özü daxil idi. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir. Əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Laçın dəhlizi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 26 avqust 2022-ci ildə Laçın dəhlizi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Xankəndi (Gəncə)
Xankəndi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazisində mövcud olmuş kənd. Gəncə xanlığının tərkibində olmuşdur.
Xankəndi (Kəleybər)
Xankəndi (fars. خان كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 221 nəfər yaşayır (52 ailə).
Xankəndi (Meşkinşəhr)
Xankəndi (fars. خان كندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (49 ailə).
Xankəndi (Nəmin)
Xankəndi (fars. خانكندي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 278 nəfər yaşayır (58 ailə).
Xankəndi (Qoşaçay)
Xankəndi (fars. خان كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 519 nəfər yaşayır (130 ailə).
Xankəndi (dəqiqləşdirmə)
Azərbaycanda Xankəndi — Azərbaycan Respublikasında şəhər. Xankəndi (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Xankəndi (Gəncə) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi olmuş kənd. Xankəndi stansiyası — Xankəndi dəmiryolu stansiyası İranda Xankəndi (Bicar) Xankəndi (Germi) — İranda kənd. Xankəndi (Qoşaçay) — İranda kənd. Xankəndi (Meşkinşəhr) — İranda kənd.
Xankəndi (İsmayıllı)
Xankəndi — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Xankəndi kəndi Basqal kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Xankəndi kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Şirvan xanı Mustafa xana məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd Xankəndi çayının sahilində, dağətəyi ərazidə yerləşir. Əhalisi 431 nəfərdir ki, onun da 209 nəfəri kişi, 222 nəfəri qadındır.
Xankəndi (şəhər)
Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan və 2023-cü ildə təkrar Azərbaycanın nəzarətinə keçənə qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.
Xankəndi kurqanları
Xankəndi kurqanları — Xankəndi şəhərinin şimalında, Xocalı ilə həmsərhəd ərazidə yerləşən kurqanlar. Burada 12 kurqan var idi. Kurqanların tarixi eradan əvvələ gedib çıxırdı. Bu da burada qədim yaşayış yeri olmasının əsas sübutu idi. Kurqan anlayışı ilk dəfə türk xalqları tərəfindən başa düşülüb. Kurqanlar 1970-ci ildə üzə çıxarılıb.Əkin əkmək məqsədi ilə bura gələn bir neçə insan tərəfindən kurqanlar tapılmışdır. Bu xəbəri eşidən Xankəndi Tarix-Memorial İnistutunun dosientləri, müəllimləri buraya gəlmiş və həqiqətən də bu kurqanların çox qədim olduğunu sübut etmişlər. Hazırda 7 kurqanın vəziyyəti stabildir. Hündürlüyü 1,5 m, diametri 24 m olan 119№-li kurqanın təpəsi bir qədər dağılmışdır. Kurqanın altındakı ən qədim torpaq qəbir olduqca pis qalmışdı.
Xankəndi məhəllələri
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Xankəndi rayonu
Əsgəran rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilmişdir. Rayon 1930-cu ilin avqustunda yaradılanda Stepanakert rayonu kimi yaradılıb. 1978-ci ildə isə adı dəyişdirilərək Əsgəran rayonu adlanıb.
Xankəndi stansiyası
Xankəndi stansiyası — Xankəndi dəmiryolu stansiyası 1927-ci ildə yaradılıb. Xankəndi şəhərinin şimalında yerləşirdi. Hazırda bərbad haldadır. Stansiya Xankəndi şəhərinin şimalında yerləşirdi. O dövrdə Yevlax-Xankəndi xəttində elektrik olmadığından Bakıdan elektrovozla gedən qatar Yevlax stansiyasında açılaraq teplovoza qoşulur və Xankəndi stansiyasına qatar teplovozla yola salınırdı. 1962-ci ildə Bakıdan Yevlaxa gedən dəmir yolu xətti yenidən qurularaq Bərdəyə qədər uzadıldı. 1967-ci ildə dəmir yolu stansiyası Ağdamda, 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndidə quruldu. Xankəndi Dəmiryol Stansiyasının fəaliyyəti 1992-ci ilə qədər davam etdi. Xankəndi Dəmiryol Stansiyasının xidmətindən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə bölgələrinin və Laçın rayonunun əhalisi yararlanırdı. 1992-ci ildə Qarabağda baş qaldıran separatizm Xankəndi Dəmiryol Stansiyasının fəaliyyətinə öz mənfi təsirini göstərdi.
Xankəndi talanları
Xankəndi talanları və ya Xankəndi poqromları — Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində 1988-ci ilin sentyabrın 18-də yerli azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi talanlar və poqrom aktı. Hadisənin baş vermə səbəbi Dağlıq Qarabağa sahib olmaq üçün erməni millətçilərinin yerli azərbaycanlı əhalinin etnik təmizlənmə prosesinin bir hissəsi. 1988-ci il 18 sentyabrında ermənilərin Xankəndi şəhərində törətdikləri vəhşiliklər Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarların təşkilatçılığı və iştirakı ilə törədilmişdir. Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, fevralın 20-də Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər.
Xankəndi şəhəri
Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan və 2023-cü ildə təkrar Azərbaycanın nəzarətinə keçənə qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.
122 saylı Xankəndi seçki dairəsi
M.Qorki adına Xankəndi Dövlət Dram Teatrı
M. Qorki adına Xankəndi Dövlət Dram Teatrı — Xankəndində teatr. == Tarixi == 3 dekabr 1982-ci ildə M. Qorki adına "Şərəf nişanı" ordenli Stepanakert Dövlət Dram Teatrının yaradılmasının 50 illiyi ilə əlaqədar olaraq teatrın artistlərinə fəxri adlar verilmişdir. == Binası == M. Qorki adına Xankəndi Dövlət Dram Teatrının binası XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir. Həmin siyahıda abidənin inventar №-si 5015-dir.
Xankəndi-Laçın yolunda aksiyalar
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.
Bakı-Xankəndi dəmiryolu
Yevlax-Xankəndi dəmiryolu — Yevlax ilə Xankəndi arasında 1978-ci ildə salınmışdır. Bu dəmiryolunu həm yük, həm də sərnişin qatarları üçün istifadə edirlər. == Tarixi == Xankəndinə gedən relslər 1942-ci ildə döşənib başa çatmışdır, amma bu yol, yəqin ki, müharibə səbəbindən rentabelli olmamış, 1960-cı illərdə bu xətt yenidən qurulmağa başlamışdır. 1962-ci ildə Bakıdan Yevlaxa gələn marşrut xətti Bərdəyə qədər uzadıldı. 1967-ci ildə isə bu bölgənin qatarla Bakıya getmək istəyən sakinləri artıq Ağdamdan yola düşə bilirdilər. 1978-ci ildə isə Bakıdan çıxan qatarın son stansiyası Xankəndi oldu.
Xankəndində 2013-cü il Azərbaycan prezident seçkiləri
Azərbaycan Prezidentinin seçilməsi üçün 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri. Bu seçkilərdə Xankəndi şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuşdur. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. 2008-ci il prezident seçkiləri Xankəndi şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Yeni Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd İlham Əliyev seçki dairəsi üzrə ən çox səsi toplamışdır.
Xankəndi–Laçın yolunda aksiyalar
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.
Ağdam-Xankəndi yolu
Ağdam–Xankəndi avtomobil yolu və ya Ağdam-Əsgəran-Xankəndi yolu — Ağdam şəhərindən Xankəndi şəhərinə birbaşa avtomobil yolu. == Tarixi == 1980-ci illərdə Bakı şəhərindən Xankəndi və Şuşa şəhərlərinə getmək üçün respublika əhəmiyyətli Yevlax–Xocalı–Laçın avtomobil yolundan Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu. Həmin illərdə Ağdam–Bərdə avtomobil yolunun 40-cı kilometrindən ayrılmaqla, Ağdam şəhərinin mərkəzinə daxil olmadan Əsgəran rayonunun inzibati ərazisinədək 17,5 kilometr uzunluğunda yerli əhəmiyyətli 2 hərəkət zolaqlı Ağdam dairəvi yolu çəkilib və Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın bütün əhalisi, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib. Ağdam şəhərindən Əsgəran rayonuna kimi məsafə 6 kilometr, Xankəndi şəhərinə 23 kilometr və Xankəndidən Şuşa şəhərinə qədər 11 kilometrdir. Bakı şəhərindən Ağdam şəhərinə kimi olan məsafə 360 kilometr, Xankəndi şəhərinə 383 kilometr, Şuşa şəhərinə 394 kilometr və Laçın şəhərinə qədər 435 kilometr təşkil edir. Qarabağ münaqişəsindən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu Qarabağın inkişafında önəmli rol oynayıb. Hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. == Keçdiyi yaşayış məntəqələri == Yol Bakı–Yevlax–Ağdam–Xankəndi avtomobil yolunun bir hissəsidir. Əsgəran qəsəbəsi və Xocalı şəhəri yolun üzərində yerləşir. Ağdam rayonundakı ilk tunc dövrünə aid Qarahacı yaşayış yeri yolun sağ tərəfindədir.
Ağdam–Xankəndi avtomobil yolu

Ağdam-Əsgəran-Xankəndi yolu

2023 Xankəndi Zəfər Paradı
2023 Xankəndi Zəfər Paradı və ya Qələbə Paradı — İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın əldə etdiyi zəfərin üçüncü ildönümünə həsr olunan Xankəndidə keçirilən tarixi hərbi parad. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər. == Parad günü == Parad Zəfər Günündə — 8 noyabr 2023-cü ildə Xankəndi şəhərində baş tutmuşdur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev parada qatılmışdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlət başçısı şəxsi heyəti salamladı. Daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin xatirəsi bir dəqiqə sükutla yad olundu. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirildi və İlham Əliyev paradda çıxış etdi. === Parad heyətləri === Parada Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev başçılıq etmişdir. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin parad heyətinə Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyev başçılıq etmişdir.
Xankəndidə 2013-cü il Azərbaycan prezident seçkiləri
Azərbaycan Prezidentinin seçilməsi üçün 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri. Bu seçkilərdə Xankəndi şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuşdur. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. 2008-ci il prezident seçkiləri Xankəndi şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Yeni Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd İlham Əliyev seçki dairəsi üzrə ən çox səsi toplamışdır.
Xankəndidə 2018-ci il Azərbaycan prezident seçkiləri
Azərbaycan Prezidentinin seçilməsi üçün 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri. Bu seçkilərdə Xankəndi şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuşdur. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. == Əvvəlki seçkilər == 2013-cü il prezident seçkiləri Xankəndi şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Yeni Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd İlham Əliyev seçki dairəsi üzrə ən çox səsi toplamışdır.
Xankəndidə 2024-cü il Azərbaycan prezident seçkiləri
Azərbaycan Prezidentinin seçilməsi üçün 2018-ci ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri. Bu seçkilərdə Xankəndi şəhəri üzrə 1 seçki dairəsi təşkil olunmuşdur. Seçki nəticələri Mərkəzi Seçki Komissiyasına istinadən yerləşdirilmişdir. Bu seçkilər Xankəndi şəhərinin işğaldan azad olunmasından sonra keçirilmiş ilk seçkilərdir. == Əvvəlki seçkilər == 2013-cü il prezident seçkiləri Xankəndi şəhəri üzrə 1 seçki dairəsində keçirilmişdir. Yeni Azərbaycan Partiyasının sədri, prezidentliyə namizəd İlham Əliyev seçki dairəsi üzrə ən çox səsi toplamışdır.
Zəfər meydanı (Xankəndi)
Zəfər meydanı — Azərbaycanın Xankəndi şəhərinin mərkəzində meydan, SSRİ dövründə Lenin meydanı adlanırdı. == Tikililəri == === Vilayət Partiya Komitəsinin binası === Meydanın özü bu binanın qabağında yerləşir. Sovet vaxtında bu bina Vilayət Partiya Komitəsinin binası idi. Bu bina 1960-cı ildə istifadəyə verilmişdi. Binanın müəllifi — Azərbaycan memarı Həsən Məcidov. === Vilayət İcraiyyə Komitəsinin binası === Meydan tərəfdən baxanda, keçmiş Vilayət Partiya Komitəsinin binasından solda yerləşən bina sovet vaxtında Vilayət İcraiyyə Komitəsinin binası idi. Bu bina 1972-ci ildə istifadəyə verilmişdi. Binanın müəllifi — Azərbaycan memarı Nəsrullah Kəngərli. === "Qarabağ" hoteli === Meydan tərəfdən baxanda, keçmiş Vilayət Partiya Komitəsinin binasından sağda "Qarabağ" hoteli yerləşir. Binanın müəllifi — Azərbaycan memarı Ənvər Qasımzadə.

xankəndi sözünün fransız dilinə tərcüməsi

"xankəndi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xankəndi nədir? #xankəndi sözünün mənası #xankəndi nə deməkdir? #xankəndi sözünün izahı #xankəndi sözünün yazılışı #xankəndi necə yazılır? #xankəndi sözünün düzgün yazılışı #xankəndi leksik mənası #xankəndi sözünün sinonimi #xankəndi sözünün yaxın mənalı sözlər #xankəndi sözünün əks mənası #xankəndi sözünün etimologiyası #xankəndi sözünün orfoqrafiyası #xankəndi rusca #xankəndi inglisça #xankəndi fransızca #xankəndi sözünün istifadəsi #sözlük