Xanlarova sözü azərbaycan dilində

Xanlarova

Yazılış

  • Xanlarova • 98.5862%
  • XANLAROVA • 1.2253%
  • xanlarova • 0.1885%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anaxanım Xanlarova
Anaxanım Hüseynbəy qızı Xanlarova — İlk qadın korrozionist alim == Həyatı == Dünya miqyasında tanınmış alim qadınlarımızdan biri texnika elmləri doktoru, professor Anaxanım Hüseynbəy qızı Xanlarovadır. Onun metalların korroziyası və mühafizəsi sahəsindəki elmi nailiyyətləri yüksək dəyərləndirilmişdir. O, neft-qaz mədən qurğularının korroziyadan mühafizəsi üsullarını yaradaraq qurğunun əsas təmirlərarası müddətini iki dəfədən artıq uzatmağa müvəffəq olmuşdur.Professor Anaxanım Xanlarova məşhur Xanlarovlar nəslindəndir. Bakı xanlarından olmuş bu nəsil elmimizə, mədəniyyətimizə istedadlı şəxslər vermişdir. Atası Hüseynbəy Xanlarov gənclik illərində Avropada yaşamış və təhsil almışdı. Anası Şeyda Şamxorskaya zadəgan ailəsindən idi. Təhsilini dayısı maarifpərvər həkim Qara bəy Qarabəyovun yanında almışdı.Milli adət-ənənələr əsasında gözəl ailə tərbiyəsi görmüş Anaxanım Bakıda 132 nömrəli orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Bakı Sənaye Texnikumunda oxumuşdur. 1934-cü ildə isə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. Həmin dövrdə ölkədə özünü müsbət cəhətdən göstərən tələbələr praktiki işə cəlb edilirdi. Onlar üçün nəzəri biliklərini tətbiq etməyə şərait və maddi durumlarını yaxşılaşdırmağa imkan yaradılırdı.
Mehriban Xanlarova
Xanlarova Mehriban Aslan qızı (12 avqust 1967, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Mehriban Xanlarova 1967-ci il avqust ayının 12-də Bakıda anadan olub. Yasamal rayonundakı 190 saylı orta məktəbi 1984-cü ildə bitirib. İki il Bakıdakı uşaq oyuncağı fabrikində işləyib. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1990-cı ildə görkəmli aktyor, xalq artisti Məlik Dadaşovun rəhbərlik etdiyi kursu qurtarıb. Bir müddət azad sənətkar kimi teletamaşalarda oynayıb, "Azərbaycanfilm" kinostudiyasında "Kənar adamlar" (Flora), "Qəzəlxan" (katibə), "Xoşbəxtlər" (müğənninin arvadı) filmlərinə çəkilib. Türkiyənin TRT 1 televiziya kanalının dəvətilə orada "Bizim məhəllə" (Səda) və "Cinlər və pərilər" (Leyla) telefilmlərində əsas rolları ifa edib. 1998-ci il yanvar ayının 1-də Akademik Milli Dram Teatrının aktyor truppasına aktrisa kimi qəbul olunub.
Zeynəb Xanlarova
Zeynəb Yəhya qızı Xanlarova (28 dekabr 1936, Bakı) — Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), "Heydər Əliyev" ordeni laureatı (2016). == Həyatı == Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. == Yaradıcılığı == 1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.85 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 27.41
2003 ••••••• 8.27
2004 •• 1.68
2005 ••• 3.37
2006 ••• 3.60
2007 •• 2.33
2008 •• 2.68
2009 ••• 4.00
2010 •••• 4.54
2011 •••• 4.63
2012 ••• 3.79
2013 •••••••• 10.65
2014 •••• 5.32
2015 ••• 3.74
2016 •• 2.08
2017 •• 1.79
2018 •• 1.80
2019 •• 1.39
2020 •• 1.86

Oxşar sözlər

#xanlarova nədir? #xanlarova sözünün mənası #xanlarova nə deməkdir? #xanlarova sözünün izahı #xanlarova sözünün yazılışı #xanlarova necə yazılır? #xanlarova sözünün düzgün yazılışı #xanlarova leksik mənası #xanlarova sözünün sinonimi #xanlarova sözünün yaxın mənalı sözlər #xanlarova sözünün əks mənası #xanlarova sözünün etimologiyası #xanlarova sözünün orfoqrafiyası #xanlarova rusca #xanlarova inglisça #xanlarova fransızca #xanlarova sözünün istifadəsi #sözlük