xanın sözü azərbaycan dilində

xanın

Yazılış

  • xanın • 81.5909%
  • Xanın • 18.2273%
  • XANIN • 0.0909%
  • XANın • 0.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cavad xanın dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. == Tarixi == Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012 Aprelin 4-də sökülüb və yerində yenisi tikilib.Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstəririb.Tarixi abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li Qərarı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmülmüş. Daşınmaz tarix-mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsün"də ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydə alınmışdır.
Pənah xanın imarəti
Pənahəli xan sarayı və ya Pənah xanın imarəti — Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir. Pənahəli xanın Ağdamdakı sarayı, xan nəslinin ən birinci mülklərindən olmaqla iki binadan ibarətdir. Çox güman ki, ilkin çağında bu kompleksə daha çox bina daxil olmuşdur. Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilmişdir. Ağdam sarayı, bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarətdir. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burda qonaqlarını qəbul etmişdir. Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilmişdir. Pənahəli xanın türbəsi və Xurşidbanu Natavanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.
Qazan xanın islahatları
== İslahatların keçirilməsi zəruriliyi == XIII əsrin 80–90-cı illərində Hülakilər dövlətində baş verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. İşğal altındakı ölkələrin müdhiş dağıntılara məruz qalması, arası kəsilməyən feodal çəkişmələri, zəhmətkeş əhalinin amansız şəkildə talan olunması nəticəsində öz yerlərini tərk etməsi və digər amillər kənd təsərrüfatı istehsalının kəskin surətdə azalmasına, şəhərlərin iqtisadi həyatının tənəzzülünə gətirib çıxarmışdı. XIII–XIV əsrlərdə Azərbaycanda mövcud olan hüquq mənbələrinin içərisində Elxani hökmdarı Mahmud Qazan xanın verdiyi fərmanlar mühüm yer tutur. Qazan xana qədərki hökmdarlar – Hülakü xan, Abaqa xan, Arqun xan və Keyxatu xanın hakimiyyəti illərində də bu və ya digər məsələlərlə bağlı müxtəlif səpkidə fərmanlar vermişdilər. Başlıca cəhət odur ki, Qazan xanın fərmanları istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyi ilə seçilir və daha mühüm əhəmiyyət daşıyırdı. 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olan Qazan xan yerli feodalları öz tərəfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-iqtisadi və hüquqi həyatını əhatə edən bir sıra islahatlar həyata keçirdi. Bu islahatlar onun vermiş olduğu 40-a yaxın fərmanında öz təzahürünü tapmışdı. Qazan xan islahatlarının tənzimlədiyi münasibətlər sistem baxımından aşağıdakı bölgü ilə ayrıla bilər: İslam dininin qəbulu və möhkəmləndirilməsi barədə qanunvericilik; hərbi iş və qoşun saxlanılmasına dair qanunvericilik; təsərrüfat iqtisadiyyatının idarə edilməsi barədə qanunvericilik; torpaq və rəiyyətin hüquqları barədə qanunvericilik; ticarət-maliyyə qaydaları barədə qanunvericilik; saraydaxili idarəçilik barədə qanunvericilik; daxili qayda-qanunlara əməl edilməsi sahəsində qanunvericilik; ədalət mühakiməsi və mülkiyyət tələbləri haqda qanunvericilik. Qazan xanın həyata keçirdiyi islahatların əsas təşəbbüskarı və həyata keçirəni baş vəzir, təbib, dövrün məşhur tarixçisi Fəzlullah Rəşidəddin idi. İslahat vergi sisteminin sabitləşdirilməsi, vergi zülmünün yumşaldılması, vergilərin yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması vasitəsilə əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədi güdürdü.Tədbiri həyata keçirən şəxslərin qənaətinə görə, bu islahat dövlət xəzinəsinin sabit şəkildə gəlirlərlə təchiz olunmasını təmin etməli idi.
Qazan xanın məzarı
Qazan xanın məzarı — Burla xatun və Dədə Qorqud kimi Qazan xanın da məzarı Azərbaycan ərazisindədir. Onun məzarı qədim dövrlərdən ziyarətgah kimi məşhur olub. Qazan xanın məzarı Təbriz yaxınlığında, Acdərə çayının sahilində yerləşib. Məzrı məşhur səyyah Adam Oleari ziyarət edib.
Çingiz xanın qəbri
Ölümündən 800 il keçdikdən sonra da Çingiz xanın qəbrinin axtarışları davam edir. Hazırda bu iş üçün nəinki yeni texnologiyalara əl atılır, hətta dünyanın bir çox yerlərindən mütəxəssislər də cəlb olunur. Həvəskar arxeoloqlar Google xəritəsində kosmik sputniklərdən çəkilmiş şəkillərdən yararlanırlar. Ümumən istəklərinin nəticə verəcəyini söyləmək mümkündür. Hərçənd onu da deyək ki, axtardıqları heç də asan başa gələn deyil və illər ərzində ona çatmağa hesablanmış bütün cəhdlər uğursuzluğa düçar olub. Ümumən Böyük Monqol imperiyasının banisinin qəbri çoxlarına sakitlik vermir. Müəyyən qisim dünyanın fatehinin ölüm səbəbini bilmək istəyir. Bəziləri qəbirdəki xəzinənin axtarışındadır (belə bir ehtimal var). Amma qəbrin yerini müəyyənləşdirmək sanki açılması mümkün olmayan sirdir. Bu məqsədə çatmaq üçün təkcə insanlar deyil, belə desək, təbiət də çox çalışıb.
Pənah xanın sarayı (Şuşa)
Bu saray Şuşa şəhərinin ilk böyük tikilisi sayılır. Əsası Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa qalasının ən hündür yerində, Pənahəli xan özünə saray inşa etdirmişdi. Hal-hazırdan ermənilər bu möhtəşəm abidəni məhv etmişdilər. Sarayın yalnız bəzi divarlarının xarabalığı müşahidə edilir.
Çingiz xanın ağ buludu
Çingiz xanın ağ buludu — Çingiz Aytmatovun yazdığı kitab. == Haqqında == Povestdə totalitar dövlət marağı, һökmdar һökmü ilə əbədi bəşəri dəyərlər – insan taleyi, adi adamların böyük sevgisi üz-üzə qoyulur. Bu qarşıdurmada sevməyə və öz sevgisinin cəzasını çəkməyə məһkum olunmuş insanlığın tarixi dəһşətli bir faciə kimi qavranılır.
Bican bəy (Rüstəm xanın oğlu)
Bican bəy (Bezhan, Bizhan) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Şah Süleyman Səfəvi (1666–1694) dövründə Təbriz bəylərbəyliyinin qubernatoru vəzifəsini daşımışdır. Bican Saakadze nəslinin bir fərdi olan keçmiş sepahsalar ( baş komandan) Rüstəm xan Sipəhsaların (1588 - 1 mart 1643) oğlu və sonrakı sepahsalar və divanbəyinin (kansler, baş ədliyyə) Rüstəm xanın əmisi idi. Bican bəy babasının adını daşıyırdı. Qardaşı Səfiqulu xan (vəfatı 1679-cu il) Səfəvi sıralarında da nüfuzlu vəzifələr tuturdu. İtalyan səyyahı Qemelli Karerinin sözlərinə görə Bicanın ailəsi həmişə şahın sevimlilərindən biri olmasına baxmayaraq, Bicanın özü baş vəzir Şeyxəli xan Zəngənəin (1669-1689) hakimiyyəti dövründə "rüsvayçılığa" məruz qalmışdı. Şeyxəli xan onu "dəli" və "sərxoş" olduğunu iddia edərək Şah Süleymanı "şübhəli" etdi. Kareri əlavə edir ki, yalnız güclü qardaşı oğlu Rüstəm xanın vasitəçiliyi ilə şah nəhayət ağlı başında olduğuna əmin ola bildi. == İstinadlar == == Mənbələr == Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran".
Hüseyn xan (Səlim xanın oğlu)
Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi.
Nadir xanın Azərbaycana yürüşü (1730)
Nadir xanın Azərbaycana yürüşü (1730) — Nadir xanın 1729-cu ildə əfqanları məğlub edib İsfahana daxil olmasından sonra başlatdığı və Osmanlı imperiyasına qarşı olan böyük yürüşün bir hissəsidir. Bu yürüşün tərkib hissəsi kimi birinci Qərbi İran əraziləri, daha sonra isə Cənubi Azərbaycan əraziləri Osmanlı ordularından təmizlənmişdir. == Arxa plan == === Osmanlı işğalı === 1722-ci ildə əfqanların üsyan qaldıraraq Gülnabad döyüşündə qələbə qazanaraq Səfəvi imperiyasının paytaxtı İsfahanı 6 aylıq mühasirədən sonra ələ keçirməsi dövlətin daxilində böyük çaxnaçmalara səbəb oldu. Bundan istifadə edən Osmanlı imperiyası Səfəvi imperiyasının qərb torpaqlarına müdaxilə etdilər. Osmanlı imperiyası ilə birlikdə, Çar Rusiyası da Səfəvi imperiyasının şimal torpaqlarına hərbi müdaxiləyə başladılar. Nəticədə imperiyanın qərb torpaqlarını ələ keçirən Osmanlı imperiyası İstanbul müqaviləsi ilə Qafqazı Rusiya ilə öz arasında paylaşdırmağa razı oldu. İsfahanda Səfəvi taxtına əyləşən Hotaki əfqanlarının hökmdarı Mir Mahmud Hotaki çevrilişlə öz əmisinin oğlu Əşrəflə əvəzləndi. Osmanlının qərbə doğru daha çox genişlənməsini dayandırmaq üçün Əşrəf onların üzərinə yürüşə çıxdı və bir çoxlarının təəccübünə səbəb olacaq şəkildə onları məğlub etməyi bacardı. Daha sonrakı diplomatik münasibətlər nəticəsində Osmanlı imperiyasının Əşrəfi yeni şah kimi tanıması müqabilində, Əşrəf də onların Qərbi İranda və Qafqazda ələ keçirdiyi bölgələrin Osmanlı mülkü kimi tanıdı. Nadir və Əşrəf arasında qızışan mübarizənin sonunda ölkənin taleyinə aydınlıq gətiriləcəkdi.
Nadir xanın Mesopotamiyaya birinci yürüşü
Nadir xanın Mesopotamiyaya birinci yürüşü və ya Nadirin Mesopotamiyaya 1732–1733-cü illər yürüşü — 1730–1736-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı baş vermiş hərbi münaqişə. II Təhmasibi 1730-cu ildə həyata keçirdiyi və Qafqazı Osmanlılardan geri almağı məqsədləyən yürüşü fəlakətlə nəticələndi və Kirmanşah sülhü imzalandı. Sülhün şərtlərinə görə Qafqaz üzərində Osmanlı hakimiyyəti II Təhmasib tərəfindən tanındı. Bu məğlubiyyət və alçaldıcı sülh Nadirin qəzəbinə səbəb oldu və o, 1732-ci ildə II Təhmasibi taxtdan endirdi. Bundan sonra Osmanlılar üzərinə Nadirin yeni hücumu baş tutdu. == İraqa hücum == II Təhmasibin imzaladığı sülhlə Qafqazda Osmanlı hakimiyyəti qısa müddətlik də olsa tanındıqdan sonra Nadirin Osmanlının hakimiyyəti altındakı İraqa hücum edəcəyi gözlənilmirdi. Eksvortinin bildirdiyinə görə, Nadir Bağdadı ələ keçirməklə Osmanlı üçün danışıqlarda üstünlük qazanmaq və onu Qafqazın geri qaytarılması şərtilə istifadə etməyi planlayırdı. Lakin Bağdadın olduqca böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətini nəzərə aldıqda, onun Nadir xan üçün sadəcə başqa bir bölgə ilə dəyişdirilmək üçün mübadilə vasitəsi kimi görülməsi şübhəlidir. Osmanlı imperiyası mümkün Nadir xanın hücumunu İraqdan gözləməsə də, hər ehtimalı nəzərə alaraq oradakı ordularını da hazır vəziyyətə gətirmişdi. Nadir Osmanlı ordusunu qəfil ovlamaq üçün gözlənilənin əksinə Qəsri-Şirin bölgəsində Zohab möhkəmləndirilmiş məntəqəsinə hücum etmək əvəzinə bir qədər döyüşçü ilə qarlıq və çətin keçilən yollardan istifadə edərək Osmanlı qarnizonunun arxasına keçməyi bacardı.
Səfiqulu xan (Rüstəm xanın oğlu)
Daha sonra Səfiqulu xan (vəf. 1679) kimi tanınan Səfiqulu bəy 1664-cü ildən 1666-cı ilə qədər Məşhəd bəylərbəyi və 1674-1679-cu illərdə İrəvan (həmçinin Çuxursəəd kimi də tanınır) bəylərbəyi olan gürcü mənşəli Səfəvi məmuru və qulam. Saakadze nəslinin bir fərdi olan Səfiqulu keçmiş sepahsalar (baş komandan) Rüstəm xan Sipəhsaların oğlu (1588 - 1 mart 1643) və vaxtilə Təbriz bəylərbəyliyinin qubernatoru (bəylərbəyi) olan Bican bəyin qardaşı idi. Səfiqulu xan da bir müddət divanbəyi (kansler/baş ədliyyə) kimi xidmət etdi. Səfiqulunun Saakadze nəslinin başqa bir yüksək vəzifəli nümayəndəsi və atasının adını daşıyan Rüstəm xan adlı bir oğlu vardı. == Mənbələr == Bournoutian, George A. A Brief History of the Aghuankʻ Region, by Esayi Hasan Jalaleantsʻ. Mazda Publishers. 2009. səh. 128.
Türkan xatun (İbrahim Tamğaç xanın qızı)
Türkan xatun və ya Cəlaliyə xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı İbrahim Tamğaç xan idi. == Həyatı == 1068. ildə Mərv şəhərində böyük bir şənliklə Türkan xatun və I Məlikşah nikahlandı. Türkan xatunun böyük bir cehizi var idi. O, Mərv şəhərindəki Səlcuq sarayına cehizindən başqa min türk qul və cariyə gətirmişdir. 1094. ildə İsfahanda vəfat etmişdir. == Ailəsi == === Şahzadə Davud xan Səlcuq (Xatunzadə Davud xan Qaraxani) === Davud xan vəliəhd elan edildikdən bir il sonra uşaq yaşda 1084. ildə vəfat etdi.
Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü
Nadir xanın Qərbi İrana və Azərbaycana yürüşü — Nadirin komananlığı altındakı Səfəvi ordusunun əfqanlar üzərində qələbə qazanmasından sonra özünün ən güclü rəqibinə qarşı - Osmanlı imperiyasına qarşı ilk böyük yürüşüdür. Yürüş nəticəsində Nadir özünün fəth qabiliyyətini sübut etdi, onun uğuru altında öz nüfuzunu yüksəltməyə çalışan II Təhmasibin 1731-ci ildə məğlub olması Nadirin şərqdən qəzəblə geri dönməsinə və onu kiçik oğlu Abbas Mirzənin xeyrinə taxtdan imtina etməyə məcbur etməsinə yol açdı. == Osmanlı işğalı == 1722-ci ildə əfqanların üsyan qaldıraraq Gülnabad döyüşündə qələbə qazanaraq Səfəvi imperiyasının paytaxtı İsfahanı 6 aylıq mühasirədən sonra ələ keçirməsi dövlətin daxilində böyük çaxnaçmalara səbəb oldu. Bundan istifadə edən Osmanlı imperiyası Səfəvi imperiyasının qərb torpaqlarına müdaxilə etdilər. Osmanlı imperiyası ilə birlikdə, Çar Rusiyası da Səfəvi imperiyasının şimal torpaqlarına hərbi müdaxiləyə başladılar. Nəticədə imperiyanın qərb torpaqlarını ələ keçirən Osmanlı imperiyası İstanbul müqaviləsi ilə Qafqazı Rusiya ilə öz arasında paylaşdırmağa razı oldu. İsfahanda Səfəvi taxtına əyləşən Hotaki əfqanlarının hökmdarı Mir Mahmud Hotaki çevrilişlə öz əmisinin oğlu Əşrəflə əvəzləndi. Osmanlının qərbə doğru daha çox genişlənməsini dayandırmaq üçün Əşrəf onların üzərinə yürüşə çıxdı və bir çoxlarının təəccübünə səbəb olacaq şəkildə onları məğlub etməyi bacardı. Daha sonrakı diplomatik münasibətlər nəticəsində Osmanlı imperiyasının Əşrəfi yeni şah kimi tanıması müqabilində, Əşrəf də onların Qərbi İranda və Qafqazda ələ keçirdiyi bölgələrin Osmanlı mülkü kimi tanıdı. Nadir və Əşrəf arasında qızışan mübarizənin sonunda ölkənin taleyinə aydınlıq gətiriləcəkdi.
Şahrux Xanın aldığı mükafatların və nominasiyaların siyahısı
Şahrux Xan (2 noyabr 1965) ən çox hallarda Shah Rukh Khan, rəsmi olaraq isə SRK kimi göstərilən məşhur hind aktyorudur. "Bollivudun Kralı" kimi tanınan aktyor 70-dən çox hind filmində yer almışdır. O karyerasına 1980-ci illərin sonlarında çəkildiyi bir neçə televiziya serialı ilə başladı. Film karyerasında isə debütü "Dəlisov məhəbbət" (1992) filmində olmuşdur və bu filmdəki roluna görə Filmfare Ən Yaxşı Debüt Mükafatı'na layiq görülmüşdür. Növbəti illərdə o tənqidçilər tərəfindən bəyənilən detektiv janrında olan "Qumarbaz" filmində rol aldı və bu filmdəki roluna görə ilk Filmfare Ən Yaxşı Aktyor Mükafatını qazandı. Xan 15 dəfə Filmfare Mükafatlarına layiq görülmüşdür ki, bunlardan 8-ni Filmfare Ən Yaxşı Aktyor kateqoriyası üzrə almışdır, bununla da Dilip Kumar ilə ən yüksək nəticəni göstərir. O həmçinin "The Star of the Decade Award (Bu Onilliyin Mükafatı Ulduzu)" daxil olmaqla 6 dəfə IIFA Mükafatına, 8 dəfə Zee Cine Mükafatları və bunlardan 6-na Ən Yaxşı Aktyor (həmçinin rekord) kateqoriyası üzrə, 13 dəfə Star Screen Mükafatlarına, 3 dəfə Bollivud Film Mükafatına, 2 dəfə Qlobal Hind Film Mükafatına və Asiya Film Mükafatlarının Ən Yaxşı Aktyor kateqoriyası üzrə bir çox mükafatlarına və nominasiyalarına layiq görülmüşdür. Xan 1997-ci ildə bir çox milli və beynəlxalq mükafatlar sırasında olan Ən Yaxşı Hindistan Vətəndaşı Mükafatına, 2005-ci ildə isə Padma Şri, Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatına layiq görülüb. O həmçinin 2002-ci ildə "Əyləncə Sahəsində Mükəmməllik" nailiyyətlərinə görə Raciv Qandi Mükafatını alıb. 2007-ci ilin aprel ayında aktyorun Londonda yerləşən Madame Tussauds Mum Muzeyində yaşam ölçülərində mum heykəli quraşdırılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.39 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 ••••••••••••• 7.87
2004 •••••••••••••••• 10.11
2005 ••••••••••••• 8.10
2006 •••••••••••••• 8.78
2007 •••••••••••••••• 9.94
2008 ••••••••••• 6.82
2009 •••••••••••• 7.52
2010 ••••••••••••••••• 10.26
2011 •••••••••••••• 8.49
2012 •••••••••••••••••••• 12.82
2013 ••••••••• 5.54
2014 •••••••••••••••• 9.78
2015 ••••••• 3.91
2016 ••••• 2.78
2017 •••• 2.44
2018 •••••• 3.30
2019 •••••• 3.76
2020 ••••••••••• 6.90

"xanın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xanın nədir? #xanın sözünün mənası #xanın nə deməkdir? #xanın sözünün izahı #xanın sözünün yazılışı #xanın necə yazılır? #xanın sözünün düzgün yazılışı #xanın leksik mənası #xanın sözünün sinonimi #xanın sözünün yaxın mənalı sözlər #xanın sözünün əks mənası #xanın sözünün etimologiyası #xanın sözünün orfoqrafiyası #xanın rusca #xanın inglisça #xanın fransızca #xanın sözünün istifadəsi #sözlük