xanədanı sözü azərbaycan dilində

xanədanı

Yazılış

  • xanədanı • 86.6667%
  • Xanədanı • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Osmanlı xanədanı
Osmanlı sülaləsi, Osmanlı imperiyasını təqribən 600 il idarə edən xanədandır. Osmanlılar, Osmanoğulları, Âl-i Osman və Hanədan-ı Âl-i Osman olaraq da bilinir. Sülalə adını, Osmanlı bəyliyinin qurucusu olan Osman Qazidən alıb. Osmanlı sülaləsinin 1299-cu ildə başlayan idarəsi, 1922-ci ildə Ankara Hökuməti ləğv etmişdir. == Tarixi == Osmanlı xanədanı Oğuzların Qayı boyuna mənsub idi. Bir uc bəyliyi olaraq tarix səhnəsinə çıxışından etibarən lazım olan dini, ictimai və iqtisadi dəyişiklikləri etməkdən çəkinməyən Osmanlı bəyliyi qısa bir müddət içərisində köklü bir dövlət halına gəldi. Dövrünün şərtlərinə görə çox qısa deyilə biləcək zamanda tarixin əksini dəyişdirəcək qədər böyüyən bu dövlətin inkişafını sadə və əsaslı təsadüflərlə izah etməyə çalışmaq mümkün deyildir. Osmanlı dövlətinin əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır.
Səfəvi xanədanı
Səfəvilər (farsca. صفویان — Səfəviyan; ərəb əlifbası ilə azərbaycanca. صفوی‌لر — Səfəvilər) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü. Səfəvilər özlərini "şahənşah" (krallar kralı) adlandırırdılar. Bununla yanaşı, Şiə İslamı dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.
Ziyarilər xanədanı
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 ••••••••••••• 0.16
2012 •••••••••••••••••••• 0.26

"xanədanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xanədanı nədir? #xanədanı sözünün mənası #xanədanı nə deməkdir? #xanədanı sözünün izahı #xanədanı sözünün yazılışı #xanədanı necə yazılır? #xanədanı sözünün düzgün yazılışı #xanədanı leksik mənası #xanədanı sözünün sinonimi #xanədanı sözünün yaxın mənalı sözlər #xanədanı sözünün əks mənası #xanədanı sözünün etimologiyası #xanədanı sözünün orfoqrafiyası #xanədanı rusca #xanədanı inglisça #xanədanı fransızca #xanədanı sözünün istifadəsi #sözlük