* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] Evdən bayıra çıxmayan, gününü evdə keçirən, daim evdə olan, adamlar arasına çıxmayan. Xanənişin adam. □ Xanənişin etmək – birinə cəza olaraq evdən kənara çıxmağa, cəmiyyətə qarışmağa icazə verməmək, yaxud hər hansı bir səbəbə görə camaat arasına, evdən bayıra çıxa bilməməsinə səbəb olmaq. [Qətibə xatun Səba xanıma:] [Qızıl Arslan] qazıları, ruhaniləri, əyanları və vəzirləri həbsə alır, sürgünə göndərir, xəlifə tərəfindən təsdiq edilən padşahı xanənişin edir(di). M.S.Ordubadi. Xanənişin olmaq – hər hansı bir səbəbə görə gününü evdə keçirmək, evdən bayıra çıxa bilməmək, xarici aləmlə əlaqəni kəsmək. [Gülsümün] atası da o qədər qocaldı ki, daha gözləri qüvvətdən düşüb, başmaq tikməyə qadir olmayıb xanənişin oldu. Ə.Haqverdiyev. Xanənişin olmuş (f.sif.) Molla Qasım bir dəfə bir yığıncağa getmişdi. S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / xanənişin2 f. evdən bayıra çıxmayan, heç yerə getməyən.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xanənişin2 сущ. затворник (человек, ведущий уединенный образ жизни); затворница. Xanənişin olmaq быть затворником, xanənişin etmək сделать кого-л. затворником
Azərbaycanca-rusca lüğət / xanənişin