xarra sözü azərbaycan dilində

xarra

Yazılış

  • xarra • 50.0000%
  • Xarra • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məhəmməd Xarrasov
Məhəmməd Xarrasov (18.9.1948) — fizik, Başqırdıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü (2002), fizika-riyaziyyat elmləri doktoru (1995), professor (1996), Başqırdıstan Dövlət Universitetinin rektoru (2000-2010), Rusiyanın (2008) və BR Əməkdar elm xadimi (1997), Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçısı (2002), Rusiya Federasiyasının Təhsil Nazirliyinin əlaçısı (2003). == Bioqrafiyası == Məhəmməd Xadis oğlu Xarrasov 18 sentyabr 1948-ci ildə Başqırdıstan MSSR Belores rayonu, Sermenovo kəndində anadan olmuşdur. 1971-ci illdə Məhəmməd Xarrasov Başqırdıstan Dövlət Universitetinin fizika fakultəsini bitirmişdir. 1971—1972-ci illərdə elə həmin universitetdə lobarant işləmişdir. 1972—1975-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olmuşdur. 1975-1991-ci illərdə Başqırdıstan Dövlət Universitetində asistent, nəzəri və eksperimental fizikası kafedrasının dosenti işləmişdir 1980-1984-cü illərdə isə Əlcəzairdə müəllim kimi (işgüzar səfərdə) fəaliyyət göstərmişdir. 1991-1994-cü illərdə MDU doktoranturada təhsil almışdır. Doktorluq dissertasiyasının mövzusu Moskva Dövlət Universitetində "Boqolyubovun Dinamik Sistemlərin Bazı Modellərində Asimptotik Metodları" olur. 1994-cü ildən 1999-cu ilədək BDU-də professor, dosent, Fizika fakültəsinin dekanı kimi vəzifələrdə çalışır. 1999-2000-ci illərdə Başqırdıstan Respublikasının Elm, Ali və Orta ixtisas təhsili üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsnin icraçısı kimi çalışmışdır.
Xarrat Qulu
Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi) və ya Xarrat Qulu (1823, Şuşa – 1883, Şuşa) — musiqişünas, şair, Şuşada musiqi məktəbinin yaradıcısı. == Həyatı == Şuşada musiqi məktəbinin yaradıcısı musiqişünas Kərbəlayı Qulu Məhəmməd oğlu 1823-cü ildə anadan olmuşdur. Əsl sənəti xarratlıq olmuşdur.Xarrat Qulu Şuşada muğam məclisləri üçün uyğun səsi olan gəncləri cəlb edərək onlara muğamatı və onları oxumaq qaydalarını öyrədirdi. Məhərrəmlik mərasimləri zamanı təşkil etdiyi məclisə gəncləri cəlb edir, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyrədirdi. O, klassik Şərq musiqisini bilir, həm də şeirlər yazırdı. Din xadimlərinin təsiri altında olduğuna görə xalq məclislərində çıxış etmirdi.Xarrat Qulunun XIX əsrin ortalarında fəaliyyət göstərmiş musiqi məktəbi, əsasən, dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra musiqiçilərin yetişməsinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan bu məktəbin yetirmələridir.Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Onun ölümündən sonra Kor Xəlifə onun yolunu davam etdirərək Şuşada musiqi məktəbi açmışdır. Kor Xəlifənin ölümündən sonra isə məktəb öz fəaliyyətini dayandırmışdır. Sonra isə bu Şuşada musiqi tədrisidini Molla İbrahim davam etdirmişdir.
Xarratlı
Xarratlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. Zəngibasar rayonu təşkil edilənə qədər (14 yanvar 1969) Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim sənət bildirən xaratlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arevabuyr qoyulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Xaratlu kimidir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

"xarra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xarra nədir? #xarra sözünün mənası #xarra nə deməkdir? #xarra sözünün izahı #xarra sözünün yazılışı #xarra necə yazılır? #xarra sözünün düzgün yazılışı #xarra leksik mənası #xarra sözünün sinonimi #xarra sözünün yaxın mənalı sözlər #xarra sözünün əks mənası #xarra sözünün etimologiyası #xarra sözünün orfoqrafiyası #xarra rusca #xarra inglisça #xarra fransızca #xarra sözünün istifadəsi #sözlük