xarxa sözü azərbaycan dilində

xarxa

Yazılış

  • xarxa • 50.0000%
  • Xarxa • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xarxan
Xərxan — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xərxan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Oykonim Erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində (indiki Ağdərə rayonu ərazisində) mövcud olmuş Xarx qalasının adındandır. Bu qalanın adı ilk dəfə XIII əsrə aid mənbədə çəkilmişdir. Xərxan yaşayış məntəqəsi kimi əvvəlcə Ağdərə rayonu ərazisində olmuş, orta əsrlərdə dağıdılmış, əhalisi Xocavənd və Şuşa rayonları ərazisində Xərxan adlı iki kənd salmışdır. Oykonim türk dillərindəki xarz (boş, kimsəsiz) və İran dillərindəki -an (yer) komponentlərinin birləşməsindən düzəlib, "kimsəsiz, boş yer" mənasındadır. Görünür, qala XIII əsrdə artıq boşalmış və kimsəsiz olduğu üçün bu adla qeydə alınmışdır == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Xarxaput
Meşəli (əvvəlki adı: Xarxaput) — Azərbaycan Respublikasının Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xarxaput kəndi Meşəli kəndi adlandırılmışdır. == Toponimikası == Xarxaput toponiminin erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində mövcud olmuş Xarx qalasının adı ilə eyni mənşədən olmasını güman edilir, digər qismi isə türk dillərindəki karqa (dağ) və bud (təpə) sözlərindən yarandığı ehtimal edilir. Həmçinin oykonim Azərbaycan dilinin dialektlərində işlənən qədim türk dillərindəki xarxa (kimsəsiz, dərin) və bud/put (ağac, meşə) komponentlərindən düzəlib, "dərin meşə" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 14 nəfər əhali yaşayır.
Xarxar
Xarxar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Xarxar kəndi Zəhmətkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xarxar kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini 1904-cü ildə, çarlıq dövründə Azərbaycana köçürülmüş moldovan ailələri Novoalekseyevka adı ilə salmışdılar. Lakin 1916-1917-ci illərdə onlar geriyə qayıtdıqdan sonra, burada azərbaycanlı ailələr məskunlaşmış və Xarxar adlı dərədə yerləşən bu kəndi "Xarxar" adlandırmışlar. Tədqiqatçılara görə, toponim qədim alban tayfalarından olan qarqarların adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1515 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xarxar (Tikantəpə)
Xarxar (fars. خارخار‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 284 nəfər yaşayır (60 ailə).
Xarxar (dəqiqləşdirmə)
Xarxar - Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Xarxar (Tikantəpə) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. Xarxar (tarixi şəhər) — təxminən indiki Həmədan şəhərinin yaxınlığında.
Xarxar (tarixi şəhər)
Xarxar — Güney Azərbaycan ərazisində mövcud olmuş tarixi şəhər. Təxminən indiki Həmədanın qərbində yerləşmişdir. == Tarixi == E.ə. 716-cı ildə Assuriya hökmdarı II Sarqon Urmiya gölü boyunca rayona, xüsusən Mannalar ölkəsinə yürüş etdi. II Sarqon bir neçə vilayəti və qalanı, o cümlədən mühüm qala sayılan Kişessunu işğal etdi. Xarxar da tutuldu və sakinləri əsir edilib aparıldı. İşğal edilmiş vilayətlərdə II Sarqon daha iki əyalət — Xarxar və Kişessu əyalətlərini yaratdı.
Xarxar bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xarxar mis-porfir təzahürü
== Ümumi məlumat == Törəmə kvarsitlərlə əhatə olunan ştokverk tipli filiz kütləsidir. == Əhatə etdiyi sahə == Sahəsi təxminən 0,15 km2 , orta qalınlığı 30,3 m. təşkil edir. Burada misin orta miqdarı təxminən 0,45% hesablanır. Filiz sahəsində hesablanmış C2+P1 kateqoriyası üzrə ehtiyat 74, 6 min. ton təşkil edir.
Xarxat dağı
Xarxat dağı - Ordubad rayonu ərazisində dağ (hünd. 2378,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Xaşlıdağ yüksəkliyindən (hünd. 2689,8 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında, Kilit kəndindən 2 km şimalda zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin çökmə süxurlarının Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit, adamellit və qranitlərilə təmas zolağında yerləşən günbəzvari yüksəklikdir. İntruziyadan ayrılan maqmatik flüidlərin ətraf çökmə süxurlara kontakt təsiri nəticəsində sonuncularda epidot-qranat tərkibli zolaqlı skarnlar müşahidə edilir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb cinahında yerləşir.
Xarxatan
Xarxatan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2054 nəfərdir. Tanınmış ziyalısı Şahab müəllim Babayev. == Toponimiyası == Belə ehtimal edilir ki, oykonim XIII əsrdə Yaxın Şərqin, o cümlədən Cənubi Qafqazın işğallarında iştirak etmiş monqol tayfalarından olan xartaqanların adı ilə bağlıdır. Güman ki, Hülakülərin talış zonasına köçürdüyü monqol tayfaları içərisində xarlaqanlar da olmuşdur. Kəndin adı XIX əsrdə Xortaqan variantında qeydə alınmışdır. Rusiya ərazisində eyniadlı göl mövcuddur.Xarxatan yerli sakinlər tərəfindən talış dilində Xəxərton adlandırılır. Xəxərton-Xarxatan qeyri-şəffaf toponimdir. Toponimin izahı ilə bağlı bir neçə mülahizə vardır. Beləki, toponim gah “Xərqəltan” (fars dilində “eşşək batan yer”), gah “Xılxəton” (“çökək yerdə yerləşən kənd”) sözləri, gah da monqol mənşəli “Xartaqan” tayfasının adı ilə əlaqələndirilir.
Xarxatan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

Oxşar sözlər

#xarxa nədir? #xarxa sözünün mənası #xarxa nə deməkdir? #xarxa sözünün izahı #xarxa sözünün yazılışı #xarxa necə yazılır? #xarxa sözünün düzgün yazılışı #xarxa leksik mənası #xarxa sözünün sinonimi #xarxa sözünün yaxın mənalı sözlər #xarxa sözünün əks mənası #xarxa sözünün etimologiyası #xarxa sözünün orfoqrafiyası #xarxa rusca #xarxa inglisça #xarxa fransızca #xarxa sözünün istifadəsi #sözlük