Xarıbülbül sözü azərbaycan dilində

Xarıbülbül

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Xarıbülbül • 76.1194%
  • xarıbülbül • 23.8806%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xarıbülbül
Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2–3 sm, uzunluğu 5–10 sm-dir.
Xarıbülbül (dəqiqləşdirmə)
Xarıbülbül
Xarıbülbül (gül)
Xarıbülbül (simvol)
Xarıbülbül — xarıbülbül gülünün formasında olan rəmzi nişan. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilir. Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır. == Tarixi == Azərbaycanda qədimdən xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Ehtimal ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. Şuşa və ətraf ərazilərdə geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur. Qarabağ münaqişəsi başlayandan xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi.
Xarıbülbül gülü
Xarıbülbül Musiqi Festivalı
Xarıbülbül Musiqi Festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. "Xarıbülbül" beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işğal olunması ilə festivalın keçirilməsi mümkün olmamışdır. Sonuncu festival 1992-ci ilin may ayında keçirilmişdir. Festival yalnız qısa müddətdə Ağdam şəhəri işğal olunana qədər orada keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə "Xarıbülbül" festivalı keçirilmişdir.2022-ci il may ayının 12-14 də Şuşa şəhərində V Xarıbülbül Beynəlxalq Folklor Festivalı baş tutub. Festivalın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, mədəniyyət, ictimaiyyət xadimləri, xarici qonaqlar iştirak ediblər.
Xarıbülbül Musiqi Festivalı (2022)
Xarıbülbül Beynəlxalq Musiqi Festivalı — 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. Ənənəvi olaraq hər il may ayında keçirilən mərasim, bu il 12–14 mayda təşkil edilmişdir. Festival Şuşada Mədəniyyət Nazirliyi və Heydər Əliyev fondu təşkilatçılığı ilə, AzTV tərəfindən yayımlanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.24 dəfə / 1 mln.
2012 0.09
2013 •• 0.15
2015 ••••• 0.51
2017 •••••••••••••••••••• 2.28
2018 •• 0.15
2019 ••••••••• 0.97

xarıbülbül sözünün leksik mənası və izahı

xarıbülbül sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#xarıbülbül nədir? #xarıbülbül sözünün mənası #xarıbülbül nə deməkdir? #xarıbülbül sözünün izahı #xarıbülbül sözünün yazılışı #xarıbülbül necə yazılır? #xarıbülbül sözünün düzgün yazılışı #xarıbülbül leksik mənası #xarıbülbül sözünün sinonimi #xarıbülbül sözünün yaxın mənalı sözlər #xarıbülbül sözünün əks mənası #xarıbülbül sözünün etimologiyası #xarıbülbül sözünün orfoqrafiyası #xarıbülbül rusca #xarıbülbül inglisça #xarıbülbül fransızca #xarıbülbül sözünün istifadəsi #sözlük