Xarəzmşah sözü azərbaycan dilində

Xarəzmşah

Yazılış

  • Xarəzmşah • 84.6154%
  • xarəzmşah • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xarəzmşah
Xarəzmşahlar — Xarəzmşahlar imperiyasını idarə edən türk sülaləsi. sülalənin kökü Səlcuq sultanı Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir. Bəzən bu sülaləyə Anuştəkinlilər də deyilir. == Xarəzmşahlar sülaləsi == Anuş Təkin (1077 - 1097) Qütbəddin Məhəmməd Xarəzmşah(1097 - 1128) Atsız Xarəzmşah (1128 - 1156) El Arslan Xarəzmşah (1156 - 1172) Sultan Şah (1172-1193) Şimali Xorasanı idarə etmişdi.
Atsız Xarəzmşah
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Xarəzmşah Cəlaləddin
Cəlaləddin Mənguberdi (1199, Xarəzm – 15 avqust 1231, Kiçik Asiya[d]) — Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu. == Həyatı == Cəlaləddin Xarəzmşahın adı mənbələrdə "Manqburnu", bəzən də "Məngü-Bərti" şəklində keçir. Manqburnu qədim türkcədə "böyük burunlu" deməkdir. Məngü-Bərti isə "əbədi qurd" mənasına gəlir. Bu iki ad arasında mənbələrdə yer alan fərqin Cəlaləddinin adının tam oxunmamasından irəli gəlməkdədir. Həmçinin, "manq" türklərdə boy adı mənasını da verməkdədir. Xarəzmşahların sonuncu hökmdarı olan Cəlaləddin Xarəzmşah, Əlaəddin Məhəmmədin böyük övladıdır. Anası hind cariyəsi Ayçiçək xatundur. Xarəzmşah Mənguberdi atasının zamanında, Qəznə, Herat, Qarcistan və Sicistana məlik olaraq göndərilmiş, ancaq sultan Məhəmməd daha sonra onu öz yanına almış və onun yerinə Kərbər Məliki uyğun görmüşdür.
Cəlaləddin Xarəzmşah (dram)
Cəlaləddin Хarəzmşah— türk yazıçısı Namiq Kamalın 1885-ci ildə yazdığı dramı. == Məzmunu == Namiq Kamalın tariхi mövzuda qələmə aldığı Cəlaləddin Хarəzmşah dramı Хarəzmşahlar dövlətinin hökmdarı Sultan Cəlaləddinin həyat və siyasi fəaliyyətindən bəhs еdir. Sırf vətənpərvərlik, qəhrəmanlıq ruhunda yazılan bu əsərdə Cəlaləddin Хarəzmşahın mоnqоl istilası dövründə düşmənə qarşı mübarizəsi əsərin ana хəttini təşkil еdir.
El Arslan Xarəzmşah
El-Arslan Xarəzmşah və ya Əbül-Fəth El- Arslan (XII əsr – 7 mart 1172, Köhnə Ürgənc) — 4-cü Xarəzmşah hökmdarı, Xarəzmşah Atsızın oğlu == Həyatı == Hələ atasının sağlığında vəliəhd seçilən Əbül-Fəth El- Arslan, onun ölümündən sonra Xarəzmə qayıdaraq işləri tənzimləmiş və taxt tac uğrunda mübarizəyə başlamışdır. Belə ki, qardaşının atabəyi olan Oğul bəyin rəhbərliyi altında bir qrup müxaliflər Atsızın ölümü ilə taxta onun oğlu Süleyman şahı gətirmək istəyirdilər. Xarəzmə gəldikdən sonra El-Arslanın ilk işi qardaşı Süleyman şahı həbs etdirib, atabəy Oğul bəyi və tərəfdarlarını öldürtmək olmuşdur. Daha sonra əmiləri İnal Tigin və Yusifi, qardaşları Xitay Xan və Süleyman şahı da öldürərək 22 avqust 1156-cı ildə Xarəzm taxtına çıxmışdır. Həyat yoldaşı Məlikə Türkan Xatun da dövlətin idarə etməsində mühüm rol oynamış və El-Arslanın vəfatında sonra kiçik oğlu Sultan şahı taxta çıxartmışdır. Bu da böyük oğlu Əlaəddin Təkiş ilə hakimiyyət uğrunda çəkişmələrə səbəb olmuşdur.Atsız, əmisi Atsızdan sonra vəliəhd olaraq səltənət məqamına keçdi, ancaq Atsızın oğulları və səltənətdən haqq iddia edə biləcək rəqibləri səltənət mövqeyini təhdid edən vəziyyətdə idi. Bu təhlükələri ortadan qaldırmaq üçün əmisini və qardaşlarını öldürərək bütün rəqiblərini aradan qaldırdı. El Arslanın hakimiyyəti Böyük Səlcuq Dövlətinin hökmdarı Sultanı Səncər tərəfindən də tanındı. Çünki Səlcuq Dövləti çətin zamanlar keçirir, Səncər artıq Xarəzm bölgəsini nəzarəti altında saxlaya bilmirdi. Səlcuq təhdidindən də xilas olan El Arslan, artıq Xarəzmşahlar Dövlətini şəriksiz və tam mənasıyla müstəqil hala gətirmiş oldu.
El Aslan Xarəzmşah

Qutbəddin Məhəmməd Xarəzmşah
Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد; ö. 1127, Harezm), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı. Anuş Təkinin böyük oğluydu. 1097-ci ildə Böyük Səlcuq sultanı Börkiyaruq tərəfindən "xarəzmşah" titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi. Anuş Təkinin vəfatından sonra Səlcuq Sultanı Səncər tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd də atası kimi Səlcuq sarayında yetişmiş, saray tərbiyəsi və dövlət idarəçiliyi elmləri almış, göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi. Anuş Təkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı. Buna görə də, Xarəzm zadəganları, Qütbəddin Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş, firavan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin Məhəmmədə bağlı qalmışdılar. Qütbəddin Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti, bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi.
Əlaəddin Məhəmməd Xarəzmşah
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur. == Şəhzadəlik dövrü == Mənbələrdə şahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir.1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş və Turşizi mühasirəyə almışdır. Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq, paytaxta üz tutmuşdur. 1200-cü ilin avqustun 3-də taxta oturmuşdur. == Hakimiyyəti == === Daxili mübarizə === Əlaəddin Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi. İsfahandakı qardaşı Əlişahın orada möhkəmlənməsindən narahatlıq keçirən Sultan Məhəmməd onu mərkəzə çağırdı.
Əlaəddin Təkiş Xarəzmşah
Əlaəddin Təkiş Xarəzmşah (tam adı: Əlaəddin Təkiş Əla-əl-Dünya və Din Əbül-Müzəffər) d. ? - o. 1200) — 1172-1200-cü illər ərzində Xarəzmşahlar dövlətinin hökmdarı. == Həyatı == Səltənətin əsas varisi olan Təkiş , Nişapur şəhərinin kənarında olurdu. Kiçik oğlu Sultan Şah, bu fürsəti qiymətləndirərək özünü Xarəzmşahlar Sultanı və Böyük Xaqan elan etdi. Atsızın böyük oğlu Təkiş, qardaşının hökmdarlığını qəbul etmədi, ancaq birinci hərəkət etdiyinə görə səltənət ordusunu arxasına alan Sultan Şaha qarşı təkbaşına mübarizə aparması mümkün deyildi. Qardaşını taxtdan endirmək üçün, qədim düşmənləri olan Qarakitaylardan kömək istədi. Xarəzmşahlara qarşı düşmən münasibət bəsləyən Qarakitaylar əlbəttə bu fürsəti dəyərləndirmişdirlər. Qarakitayların yardım üçün göndərdikləri ordunun başına keçən Təkiş, Nişapura girərək qardaşını taxtdan endirdi və səltənət məqamına keçərək özünü Sultan elan etdi.
Ələddin Məhəmməd Xarəzmşah
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur. == Şəhzadəlik dövrü == Mənbələrdə şahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir.1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş və Turşizi mühasirəyə almışdır. Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq, paytaxta üz tutmuşdur. 1200-cü ilin avqustun 3-də taxta oturmuşdur. == Hakimiyyəti == === Daxili mübarizə === Əlaəddin Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi. İsfahandakı qardaşı Əlişahın orada möhkəmlənməsindən narahatlıq keçirən Sultan Məhəmməd onu mərkəzə çağırdı.
Xarəzmşahlar
Xarəzmşahlar İmperiyası — bir Türk dövləti. Orta əsrlərdə Amudərya bölgəsi "Xarəzm", hökmdarları isə "Xarəzmşah" olaraq adlanırdı. XI əsrin sonlarına doğru bu bölgədə qurulan dövlətə də Xarəzmşahlar adı verildi. Xarəzmşahlar sülaləsinin nəsli, Səlcuq Sultanı I Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir. Səlcuq dövlətinə bağlı olaraq mərkəzdən təyin edilən qubernatorlarla idarə olunan bu əyalət Anuş Təkin zamanında sərbəst yaşamağa başlamışdı. 1128-ci ildə Xarəzm qubernatoru olaraq təyin edilən Atsız dövründə yarı müstəqillik qazanmışdır. 1141-ci ildə Böyük Səlcuq sultanı Əhməd Səncərin Katvan döyüşündə Quru Hıtay tərəfindən məğlubiyyətə uğradılmasından istifadə edən Atsız Səlcuqlulara qarşı üsyan etmiş və 1142-ci ildə Xorasana hücum edərək Mərv və Nişapuru işğal etmişdir. Ancaq 1143 və 1147-ci illərdə Əhməd Səncər Atsıza qarşı səfərləri təşkil etmiş və ikinci səfərdə Atsız dövlətin mərkəzi olan Ürgənci itirərək təslim olmuşdur. Atsız və El Aslan dövrlərində, həm İraq Səlcuqları, həm də Quru Hıtay ilə mübarizə aparılırdı. El Aslan, Sultan Səncərin ölümündən sonra müstəqilliyini elan etdi.
Xarəzmşahlar dövləti

Xarəzmşahlar sülaləsi
Xarəzmşahlar — Xarəzmşahlar imperiyasını idarə edən türk sülaləsi. sülalənin kökü Səlcuq sultanı Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir. Bəzən bu sülaləyə Anuştəkinlilər də deyilir. == Xarəzmşahlar sülaləsi == Anuş Təkin (1077 - 1097) Qütbəddin Məhəmməd Xarəzmşah(1097 - 1128) Atsız Xarəzmşah (1128 - 1156) El Arslan Xarəzmşah (1156 - 1172) Sultan Şah (1172-1193) Şimali Xorasanı idarə etmişdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

"xarəzmşah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xarəzmşah nədir? #xarəzmşah sözünün mənası #xarəzmşah nə deməkdir? #xarəzmşah sözünün izahı #xarəzmşah sözünün yazılışı #xarəzmşah necə yazılır? #xarəzmşah sözünün düzgün yazılışı #xarəzmşah leksik mənası #xarəzmşah sözünün sinonimi #xarəzmşah sözünün yaxın mənalı sözlər #xarəzmşah sözünün əks mənası #xarəzmşah sözünün etimologiyası #xarəzmşah sözünün orfoqrafiyası #xarəzmşah rusca #xarəzmşah inglisça #xarəzmşah fransızca #xarəzmşah sözünün istifadəsi #sözlük